Həyatını millətinin
azadlığına həsr etmiş şəxsiyyət
Pişəvəriyə
kömək etmədilər
1945-ci ildə Güney Azərbaycanda xalq hərəkatı
qələbəyə qovuşmuş, Milli Hökumət
yaranmışdı. Bir il ərzində Milli Hökumət
tərəfindən geniş miqyaslı tədbirlər həyata
keçirilmişdi. Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabrın 3-də yaradılıb. İlk dəfə firqənin tərkibinə 77 Azərbaycan
ziyalısı daxil idi. Bunların
çoxu vaxtilə Səttarxan Hərəkatında, eləcə
də Xiyabani hərəkatında iştirak etmişdilər.
Camaat görür ki, firqənin məramnaməsində
qoyulan məsələlər onları qayğılandıran
problemlərdir. Az vaxtda partiya camaat
arasında tanınır, tərəfdarlarının sayı
artmağa başlayır. Partiyanın Mərkəzi
Komitəsinə Seyid Cəfər Pişəvəri
başçılıq edirdi. 2 gün
sonra “Azərbaycan” qəzeti nəşrə başlayır.
Firqənin 18 noyabr 1945-ci ildə keçirilən ikinci
geniş plenumu yaddaqalan olur: o vaxta kimi firqənin bütün
fəaliyyəti sülh aspektində olmuşdu. Bu
mərhələdə şaha, baş nazirə, hətta
böyük dövlətlərin başçılarına da
müraciət olunur ki, Azərbaycan xalqı müstəqillik,
azadlıq, milli muxtariyyət istəyir. Tehran xalqın
azadlıq istəyinə, bu yöndə tələblərinə
süngü ilə cavab verdiyi üçün ikinci plenumda qərara
gəlinir: artıq yumruğa yumruqla cavab verilsin. Firqə xalq
kütlələrinin rəyini öyrənmək
üçün 1945-ci il noyabrın 25-də
Milli Konqres çağırır. Milli Konqres 14
maddədən ibarət qətnamə qəbul edir. Qətnamənin bir surəti təkrarən şaha,
İran Məclisinə, İran hökumətinə və
böyük dövlətlərin başçılarına
göndərilir. 39 nəfərdən ibarət
Milli Heyətə S.C.Pişəvəri rəhbərlik edirdi.
Ə.Rəhimli deyir: «Milli Konqres Tehrana müraciət etdi ki,
bizə ölkəmizi idarə etməyə imkan verin. Pişəvəri deyirdi ki, artıq ayrı
yolqalmadı. Təxminən 40 gün ərzində
Güney Azərbaycanın ayrı-ayrı şəhərləri,
bölgələri, yaşayış məntəqələri
şah qoşunlarından azad edildi. Həmin
dövrdə əgər Moskva tərəfindən Güney Azərbaycana
hər hansı miqdarda silah verilmişdisə, bu silahı xalq
ona görə almırdı ki, onlar Sovetlərin dediyi kimi hərəkət
etsinlər. Ona görə alırdılar
ki, Vətəni hər mənada düşməndən azad
etsinlər. 12 dekabra kimi Azərbaycanın
bütün şəhərləri, bölgələri (Təbriz
və Urmiyadan başqa) azad edildi.
Dekabrın 12-də Təbriz azad olunur. Təbriz
qarnizonunu alınmasında həyata keçirilən taktika
Seyid Cəfər Pişəvərinin böyük sərkərdəlik
qabiliyyətini, məharətli taktikaya malik olmasını
aşkara çıxardı. Urmiyadakı
qarnizon isə ciddi müqavimət göstərmək istəyirdi.
Urmiya ətrafında bütün kəndlərdə
firqə üzvləri qətlə yetirilmiş, talanlar
olmuşdu. Bu qarnizonun əlində 3 tank
var idi. Dekabrın 19-da Urmiya şəhəri
bu qarnizondan azad olundu. Urmiyanın azad
olunmasında da rusların iştirakınıqeyd edirlər.
Ancaq Urmiyanın azad olunması milli qüvvələrin
gücü ilə olmuşdu. Dekabrın
19-da Güney Azərbaycan tamamilə azad olundu, Azərbaycan
Milli Hökuməti yaradıldı. 21 Azər
Hərəkatında xalqın bütün təbəqələri
iştirak edirdilər.
Bir il ərzində Azərbaycan Milli Hökuməti
çox işlər görmüşdü. Amerikalı
araşdırmaçı Con Furon yazır ki, Rza şahın
20 ildə həyata keçirə bilmədiyini buhökumət
bir il ərzində gerçəkləşdirmişdi.
İran tarixində ilk dəfə qadınlara
kişilərlə bərabər hüquq verildi. Anbarlarda saxlanılan məhsullar sabit dövlət
qiyməti ilə bazarlara çıxarıldı, çox
işlənən ərzaq məhsulları üzərindən
vergilər götürüldü. Təbrizin
xiyabanları asfaltlaşdırıldı,
savadsızlığın ləğv edilməsi ilə
bağlı kurslar açıldı. Radiostansiya
və kitabxanalar işə salındı, banklar milliləşdirildi.
Körpə evləri açıldı, xəstəxanalar
təsis edildi, ana dilində kitablar çap olundu. Bu dövrdə Azərbaycan türklərindən
başqa burada yaşayan digər xalqların nümayəndələri
də eyni hüquqlara malik idilər. Onlara
ana dillərində məktəb açmağa, teatr
yaratmağa, kitab çapetməyə icazə verilirdi. Siyasi partiya yaratmağa da icazə verilirdi, bu şərtlə
ki, fəaliyyət Azərbaycan Milli Hökumətinin əleyhinə
olmasın. Sənaye, kənd təsərrüfatı
sahəsində böyük işlər aparıldı. Milli hökumətin ən böyük işi torpaq
islahatı ilə bağlı idi. Əvvəlcə
Milli Hökumət tərəfindən ölkədəki
bütün torpaqlar siyahılaşdırıldı.
İnqilab zamanı ölkədən qaçan torpaq sahiblərinə
- mülkədarlara radio və mətbuat vasitəsilə xəbərdarlıq
edildi ki, əgər 15 gün ərzində hansı torpaq
sahibi Vətənə qayıtmasa, onun torpağı
müsadirə olunacaq. İlk növbədə
belə torpaqlar islahata cəlb edildi. Milli
Hökumət qurulana kimi Güney Azərbaycanda dövlət
hesabına qurulmuş 2 müəssisə var idi. Bunlardan biri Qoşaçayda (Minabadda) qənd zavodu,
Təbrizdəki elevator (taxıl saxlamaq üçün anbar)
bu qəbildən idi. GüneyAzərbaycanda toxuculuq sənayesi
obyektləri, gön-dəri zavodu, kibrit fabriki, gəbətoxuma
müəssisəsi, çoxlu xırda emalatxanalar və s.
hamısı milli sərmayə ilə fəaliyyət göstərirdi.
Tehran bu müəssisələrin müstəqil fəaliyyət
göstərməsinə mane olurdu: onların xammalı
başqa əyalətlərdən gəlməli idi. Qoyulan gömrük haqları çox yüksək
idi. Milli Hökumət dövründə
karxanalar açıldı, bunlara çoxlu işçi
qüvvəsi cəlb edildi. Emalatxanalar
dövlət tərəfindən himayə olunmağa
başladı. Milli Hökumətin
xüsusi proqramı hazırlandı. Maarif
və mədəniyyət sahəsində hökumətin
gördüyü ən əhəmiyyətli məsələlərdən
biri Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi
idi. 1925-ci ildə Rza şah hakimiyyətə
gələn kimi Azərbaycan türkcəsini rəsmi şəkildə
qadağan etmişdi. Həinki tədrisdə,
ümumiyyətlə, türk ailələrində türkcənin
işlədilməsi belə qadağan edilmişdi. Güney Azərbaycanda Milli Hökumətin
mövcudluğu dövründə 400-ə kimi məktəb
tikilmiş və təmir olunmuşdu. Fars
şovinizminin uzun illər çəkən hakimiyyəti
dövründə Azərbaycan türkcəsində olan
yurd-yer adları farslaşdırılmışdı. Pişəvəri hökuməti dövründə
bu adların türkcələşdirilməsinə
başlanıldı. Təbrizdəki
xiyabanlara Səttarxanın, həmçinin Xiyabaninin adları
verildi. İşlərdən ən
mühümü milli universitetin təşkili idi. Qəzetlər çıxmağa başladı.
Vəziyyət qəfil dəyişdi. Moskva göstəriş verdi ki, Azərbaycan Milli Hökuməti Tehranla
dil tapsın və razılığa gəlsin. Pişəvəri
iki məngənə arasında qalır. Tehran
hökuməti rəhbərliyinə Qəvamüssəltənə
keçən kimi vəziyyət tamamilə dəyişir.
1946-cı ilin martında Qəvamüssəltənə
Moskvaya gəlir. Moskvanın şərti bu
oldu ki, Tehran Güney Azərbaycanda olan neft mədənlərinin
istismarını Sovetlərə versin. Bu
şərtin yerinə yetiriləcəyi təqdirdə Moskva
sovet qoşunlarını İrandan çıxaracaq.
Sovet qoşunları 1946-cı il mayın
9-na qədər Güney Azərbaycanda idilər. 1946-cı ilin aprelində Pişəvəri Tehrana
getdi. Pişəvəri Tehrana getmək istəmirdi,
bilirdi ki, təzyiqlər olacaq. Artıq
Sovetlər Pişəvəriyə aşkar sezilən
şübhələrlə yanaşırdı. Çünki Pişəvəri müəyyən məsələlərdə
Moskvanın dediklərini yerinə yetirmirdi, dolayısı, ya
açıq şəkildə müqavimət göstərirdi.
Danışıqların ilkin mərhələsi
Tehranda olur. Bu danışıqlarda Pişəvəri
olduqca sərt mövqe tutur. Şərt qoyur ki, Azərbaycanın
muxtariyyatı olmalıdır, Azərbaycanın gəlirinin 75
faizi özünə qalmalıdır, Azərbaycan türkcəsi
Azərbaycan məktəblərində geniş, xüsusi
şəkildə tədris olunmalıdır və s.
Ümumiyyətlə, bütün milli tələblər yerinə
yetirilməlidir. Tehran tələbləri qəbul
etmir. Pişəvəri geri qayıdır,
danışıqların nəticəsi haqqında radio ilə
xalqa məlumat verir. İyunun 10-da Pişəvəri
Moskvanın təzyiqilə Təbrizdə
danışıqları davam etdirir. Təbriz
danışıqlarında Pişəvəriyə zor
gücünə barışıq qərardadını
imzaladırlar. Qərardada görə,
Tehran qoşunları 15-ci məclis seçkilərini
keçirmək üçün Azərbaycana gələndə
buna maneçilik törədilməməli idi. Habelə Azərbaycan Demokrat Firqəsinin fəaliyyətinə
qadağa qoyulmaması, firqəçilərin təqib
olunmaması qarşılıqlı şərtlərdə nəzərə
alınmışdı. İran tərəfdən
bu müqavilədə tez-tez «gələcəkdə»
sözü işlədilir. Məsələn, «Gələcəkdə
orta məktəblərdə Azərbaycan dili tam tədris
olunacaq», «Gələcəkdə Zəncan yenidən
qaytarılıb Azərbaycana veriləcək» və s. Tehran
qoşunları Zəncana daxil olan kimi burada
qırğınlar oldu. Bütün milli
qüvvələrə, firqə üzvlərinə, Pişəvəri
hərəkatına rəğbət bəsləyənlərə
qarşı qırğınlar başlandı. Bu hadisə 1946-cıilin noyabrında olmuşdu.
Məncə, bu zaman Pişəvəri hökuməti
bir şansı itirdi. O, bu zaman müqavilədən
çıxa bilərdi. Çünki İran tərəfi
müqavilənin şərtlərini kobudcasına pozmuşdu.
Ancaq Pişəvəri bunu eləmədi. Çünki üstəgəl Moskvanın təzyiqləri
ona imkan vermədi.
Zəncan
alınandan sonra Pişəvəri başa düşür ki,
əgər İran orduları beləcə irəliləsələr,
növbəti Azərbaycan şəhərlərini, xüsusən
də Təbrizi bu cür aqibət gözləyir.Pişəvəri
Azərbaycan Milli Hökuməti rəhbərliyi adından Mircəfər
Bağırova müraciət edir: “Əgər bizə adi
silahlardan bir miqdar versəniz, nəinki Azərbaycanı
düşməndən xilas edərik, hətta Qəzvini,
Tehranı şah qoşunlarından xilas edərik. Əhalidə əhval-ruhiyyə çox
güclüdür». Həmin gün Pişəvəri
«Azərbaycan» qəzetində «Öldü var, döndü
yoxdur» adlı məqalə ilə çıxış edir.
Bağırov tərəfindən Pişəvərinin
məktubuna cavab mənfi olur.
Pişəvəriyə kömək etmədilər. Artıq bu
zaman Azərbaycan Milli Hökuməti süquta uğramaq ərəfəsində
idi. Məqsəd Pişəvərini
bütünlüklə hərəkatdan təcrid etmək idi.
Pişəvərinin növbəti səhvi onun
Təbrizdən çıxması idi. Bu,
mənəvi cəhətdən əhalinin əhval-ruhiyyəsinə
təsir etdi. Şah təyyarələri
Güney Azərbaycan ərazisinə müraciətnamələr
səpələyən zaman xain qüvvələr hücuma
keçdilər. Qırğın bu mərhələdən
sonra xüsusi xarakter aldı, Azərbaycanın bütün
bölgələrini, o cümlədən Təbrizi əhatə
etdi. Pişəvərini sərhəddən
dekabrın 19-da keçirmişdilər. Şah
qoşunları isə dekabrın 20-21-də Təbrizə
girdi. Bütün dünyaya səs
saldılar ki, Azərbaycanda qırğınlar baş alıb
gedir. Ona görə də qoşun təkcə
seçkilərin keçirilməsin təmin etməklə
bağlı yox, ilk növbədə qırğının
qarşısını almaq üçün gedir. Qoşun gələndən sonra bir neçə ay ərzində
rəsmi şəkildə 25 min nəfər
soydaşımız İran qoşunları tərəfindən
güllələndi və asıldı.
Əkrəm Rəhimli,
araşdırmaçı
Xalq Cəbhəsi.-
2014.- 13 dekabr.- S.15.