Məmməd Arif  Dadaşzadəyə həsr edilmiş elmi konfrans

 

Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Arif Dadaşzadənin 110 illik yubileyinə həsr edilmiş “Böyük ədəbiyyatşünaslıq irsi və müasirlik” mövzusunda elmi konfrans işə başlayıb.

 

Tanınmış alimlərin və mütəxəssislərin iştirak etdikləri tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Prezidenti İlham Əliyevin “Akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.

 

KonfransdaAkademik Məmməd Arif və Azərbaycan ədəbiyyatı”, “M.A. Dadaşzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri” və digər mövzularda məruzələr dinlənilib.

 

 Tural

Xalq Cəbhəsi.- 2014.- 17 dekabr.- S.14.