“Kitabi Dədə Qorqud” dastanında türklərin hərb sənətinə
dair yeni kitab
“Ol” nəşriyyatında Yusif Ağayev və Səbuhi Əhmədovun birgə yazdıqları orta əsr oğuz xalqları yaradıcılığının
görkəmli abidəsi
olan “Kitabi-Dədə
Qorqud” dastanı əsasında qələmə
alınmış “Kitabi-Dədə
Qorqud” oğuz dastanında türklərin
hərb sənəti”
kitabı rus dilində (“Voyennoye iskusstvo tyurkov v oquzskom epose “Kitabi-Dede Qorqud”) çapdan çıxıb.
AMEA-nın məlumatına
görə, Kitabın
elmi redaktoru AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.
İlk dəfədir ki, dastan orta əsr
hərb sənətinin
müxtəlif tərəflərini
öyrənməyə imkan
verən müstəqil
mənbə kimi araşdırılır. Müəlliflər dastanda verilən hərbi-texniki, hərbi-taktiki
və hərbi-hüquqi
məqamlara aydınlıq
gətiriblər.
Tədqiqat prosesində müəlliflər
Azərbaycan şifahi
xalq ədəbiyyatı
nümunələrindən başqa, digər türk xalqlarının qəhrəmanlıq dastanlarına
da müraciət edib, müqayisəli təhlil aparıblar. Kitabda çoxsaylı
arxeoloji, yazılı,
təsviri və muzey materiallarını nümayiş etdirən illüstrasiyalar da yer alıb.
Tural
Xalq Cəbhəsi.- 2014.- 17 dekabr.- S.14.