Bakı Dövlət Universitetinin 95 illik yubileyi
Dünən Bakı Dövlət
Universitetində (BDU) bu
ali təhsil
ocağının yaranmasının
95 illik yubileyinə həsr olunmuş təntənəli tədbir
keçirilib. AMEA-nın məlumatına görə, tədbirdə
dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, dünyanın
müxtəlif ölkələrindən
olan alim və mütəxəssislər
iştirak edirdilər.
Öncə universitetin təsis
olunmasını əks
etdirən rəsm tablosu və BDU-nun 95 illiyi ilə bağlı sərgi nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov
görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının
ölkə Prezidenti İlham Əliyev tərəfindən əzmlə
həyata keçirildiyini
bildirdi. A.Məhərrəmov dahi şəxsiyyət
Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və Fəxri doktoru olduğunu sonsuz qürur hissi ilə xatırlatdı.
“95 illik şərəfli yol” mövzusunda məruzə ilə çıxış edən
akademik Abel Məhərrəmov
Azərbaycan xalqının
ictimai-siyasi, mədəni-mənəvi
inkişafında müstəsna
rola malik, şərəfli inkişaf
yolu keçmiş universitetin tarixi, inkişaf mərhələləri,
beynəlxalq əlaqələri
barədə ətraflı
məlumat verdi,
təhsil müəssisəsində
qazanılan nailiyyətləri
diqqətə çatdırdı.
Universitetin Azərbaycanda
mütərəqqi fikrin,
milli düşüncənin
mərkəzi olduğunu
söyləyən akademik
qeyd etdi ki, bu təhsil
ocağında Azərbaycanın
yüzlərlə tanınmış
alimi, ziyalısı, görkəmli diplomatları
təhsil alıblar: “Universitetin 95 illik fəaliyyəti dövründə
hazırladığı yüksək
ixtisaslı mütəxəssislər
Azərbaycan elmini, mədəniyyətini, təhsilini
ölkəmizdən kənarda
layiqincə təmsil etmişlər”.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə qocaman jurnalist, BDU-nun professoru Şirməmməd Hüseynovun
“Şərəf” ordeni
ilə təltif olunduğunu bildirdi. O, ali dövlət
mükafatını yubilyara
təqdim etdi. M.Cabbarov zəngin tarixi ənənələrə malik
BDU-nun yaranma tarixindən,
onun 95 illik elmi fəaliyyətindən,
ölkəmizdə elm və
təhsilin inkişafına
göstərilən dövlət
qayğısından danışdı.
Qeyd etdi ki, bu
gün BDU-nun məzunları
Azərbaycan elminin inkişafına və çiçəklənməsinə dəyərli töhfələrini
verirlər.
Sonra çıxış edən
AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından
olan universitetdə milli mədəniyyətin,
təhsilin, ədəbiyyatın
və incəsənətin
qorunması, inkişaf
etdirilməsi istiqamətində
mühüm işlər
görüldüyünü diqqətə çatdırdı.
Şərqin ilk mütərəqqi təhsil ocaqlarından biri olan universitetin
yaranmasının Azərbaycan
tarixinin əlamətdar
hadisələrindən biri
olduğunu söyləyən
akademik Akif Əlizadə bu təhsil ocağının
ölkəmizdə elmi
məktəblərin yaranmasında
müstəsna rolu olduğunu qeyd etdi.
Bildirdi
ki, 95 il ərzində zəngin inkişaf yolu keçmiş
universitetin Azərbaycanda milli təhsil sisteminin qurulması,
ictimai şüurun formalaşdırılmasında
mühüm rolu olmuşdur. Onun məzunları arasında
dünya şöhrətli alimlər, ictimai-siyasi xadimlər
vardır. Elm və təhsilin vahid bir sistemin tərkib hissəsi
olduğunu söyləyən AMEA prezidenti qeyd etdi ki, informasiya
cəmiyyətində mükəmməl bir sistemin tərkib
hissələri kimi elmin, təhsilin və istehsalatın
inteqrasiyası inkişafın mühüm formullarından biri
hesab olunur.
A.Əlizadə
AMEA ilə BDU arasında əməkdaşlıq əlaqələrindən
söz açaraq, akademiyanın bir sıra elmi müəssisələrində
baza kafedralarının yaradıldığını,
universitetin müxtəlif fakültə və kafedraları ilə
AMEA-nın elmi müəssisə və laboratoriyaları
arasında əməkdaşlığa dair
razılığın əldə olunduğunu bildirdi.
Dekabrın
19-da AMEA, Təhsil Nazirliyi, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı
ilə keçiriləcək Azərbaycan alimlərinin I
Qurultayı haqqında məlumat verən akademik Akif Əlizadə
bildirdi ki, qurultayda müzakirə olunacaq mövzulardan biri də
elm və təhsil əlaqələrinin sistemli və koordinasiyalı
qurulmasının təşkili məsələsidir.
Tədbirdə çıxış edən akademiklər Əhliman Əmiraslanov, Xoşbəxt Yusifzadə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, Türkiyənin Ərdahan Universitetinin rektoru, professor Ramazan Korkmaz və başqaları BDU-nun 95 illik yubileyi münasibətilə universitetin kollektivini təbrik etdilər, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzuladılar. Tədbir çərçivəsində, həmçinin“Universitetin yaranması” adlı qısa qrafik film də nümayiş etdirildi.
Tərlan
Xalq Cəbhəsi.- 2014.- 19 dekabr.- S.15.