Bakıda TÜRKSOY ölkələrinin toplantısı keçirilib

 

Elmar Məmmədyarov: "Ermənistan maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib"

 

TürkPA-nın baş katibi: “Türk xalqlarının birliyinin qurulması inkişafında Azərbaycanın rolu əvəzsizdir

 

Bakıda TÜRKSOY ölkələrinin YUNESKO üzrə Milli Komissiya Komitələrinin ənənəvi 5-ci iclası keçirilib. Tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yaradılmasının 20 illik yubileyi münasibəti ilə təşkil olunub.

İclasda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qonaqları salamlayaraq ölkənin 20 ildir ki YUNESKO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən, təhsil, elm, mədəniyyət, kommunikasiya digər sahələr üzrə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizdə sosial, iqtisadi, mədəni digər sahələrdə surətli inkişafı təmin etməklə yanaşı dövlətimizin dünyada sülhün, əmin-amanlığın, həmçinin qlobal mədəniyyətlərarası dialoqun dinlərarası tolerantlığın gücləndirilməsi sahəsində fəaliyyəti genişlənmişdir.

Bu istiqamətdə YUNESKO TÜRKSOY-un iştirakı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Bakı Beynəlxalq Humanitar Forumlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Hər il təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın tanınmış dövlət xadimləri, Nobel mükafatı sahibləri, beynəlxalq təşkilatların rəhbərləri digər nüfuzlu şəxslər iştirak edərək öz dəyərli fikirlərini bölüşürlər”.

E.Məmmədyarov Bakıda təşkil olunmuş toplantıya bir sıra nüfuzlu qurumların təmsilçilərinin qatılmasını məmnunluqla vurğulayıb: “Biz çox sevinirik ki, eyni qədim tarixə, kökə, dil mədəniyyətə sahib olan xalqlarımız indi bir-birinə daha da yaxınlaşır. Mütəmadi olaraq dövlət başçıları səviyyəsində keçirilən Türkdilli ölkələrin zirvə görüşləri bu görüşlərdə qəbul olunmuş qərarlara uyğun olaraq Türkdilli ölkələrin bir-biri ilə əməkdaşlıq imkanlarını daha da genişləndirən qurumlar yaradılır.

Bu isə qardaş türk xalqlarının bir-birinə bağlanmasında qarşılıqlı etimada əsaslanan möhkəm birliyə çevrilməsində vacib rol oynayır. Yaxın zamanlarda fəaliyyətə başlayacaq Türk İrsi Mədəniyyəti Fondu da xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq türkdilli xalqların mədəniyyətlərinin qorunması istiqamətində müxtəlif layihələri həyata keçirəcək, bu irsin gələcək nəsillərə ötürülməsinə öz töhfələrini verəcəkdir”.

Nazir daha sonra Azərbaycanla YUNESKO arasında münasibətlərin inkişaf etdirilməsində Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun Xoş məramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edib:

 

Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması gələcək nəsillərə ötürülməsində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın şifahi xalq ədəbiyyatının musiqi irsinin qorunub saxlanılması inkişaf etdirilməsi, ölkəmizin maddi qeyri-maddi irsinə qayğı göstərilməsində, həmçinin Azərbaycanda xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları s. elmi, mədəni sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun çox böyük töhfəsi var.

2013-cü ildə Parisdə bir çox genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən təşkilata 5 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi ayrılmasını nəzərdə tutanAzərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişiimzalanmışdır”.

E.Məmmədyarov öz çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəindən işğal olunmasına, bunun nəticəsində çox sayda maddi mədəniyyət nümunələrinin məhv edilməsi hallarına da geniş yer ayırıb: “Bu uğur nailiyyətlərlə yanaşı, mən həm regionumuz təhlükəsizliyinə təhdit olan məsələyəErmənistan-Azərbaycan münaqişəsinə toxunmaq istəyirəm. İyirmi ildən artıqdır ki, Azərbaycana məxsus Dağlıq Qarabağ yeddi ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Bu işğal nəticəsində bir milyondan artıq soydaşlarımızın ən fundamental insan haqları kobudcasına pozulmuş və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Bizim təşəbbüsümüzlə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edilmişdir.

Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri nə də YUNESKO tərəfindən qəbul edilmiş bu qərarın tələblərini yerinə yetirməmişdir.

Ermənistan bizim işğal altında olan Qarabağ və digər ətraf rayonlarımızda bütün maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv etmiş, dağıtmış, habelə muzeylərimizi talan etmişdir.

Dünyada min illərlə yaradılan hər hansı mədəni abidələrin, dini abidələrin, ümumiyyətlə mədəni dəyərlərin məhv edilməsindən, insanların günahsız yerə öldürülməsindən daha dəhşətli heçola bilməz. Biz TÜRKSOY və YUNESKO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mədəni irsin qoyulması işində səylərimizi qətiyyətlə davam etdirməliyik”.

Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov çıxışında qeyd edib ki, türkdilli ölkələrin xalqları arasında mədəni bağların möhkəmləndirilməsi üçün peşəkar tərcüməçilərin yetişdirilməsinə ehtiyac var:Biz gərək bir-birimizin dilini öyrənək və cəmiyyətlərimizin türkdilli ölkələrin mədəniyyəti və ictimai həyatı barədə davamlı məlumatlanması üçün addımlar ataq”.

“Qazaxıstan prezidenti Nursultan Nazarbayev təklif edib ki, türkdilli ölkələrin KİV-ləri arasında əlaqələri möhkəmlətmək və koordinasiyanın təşkili üçün vahid media mərkəzi yaradılsın. Hazırda bu istiqamətdə gedir. Lakin biz birlikdə çox nailiyyətlər qazanmışıq. Beynəlxalq Türk Akademiyasının yaradılması və mərkəzi ofisi Bakıda yerləşəcək Türk Ümumi Mədəni İrsinin Qorunması Fondunun təsis olunması xalqlarımızın qardaşlıq əlaqələrini daha da möhkəmlədəcək. Azərbaycanın mərhum prezidenti Heydər Əliyev, hazırkı prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva türk dünyasının yaxınlaşması, mədəni irsinin qorunması istiqamətində ciddi addımlar atıblar. Türkdilli ölkələrin UNESCO-dakı əməkdaşlığı da diqqəti çəkir”, - deyə TürkPA-nın baş katibi qeyd edib.

TürkPA-nın daha da güclənməsinin vacibliyinə toxunan J.Asanov xatırladıb ki, bu ildən Azərbaycan assambleyada sədrliyi qəbul edib: “TürkPA-nın fəaliyyətində müsbət dəyişikliklərin olacağına inanırıq. Türk xalqlarının birliyinin qurulması və inkişafında Azərbaycanın rolu əvəzsizdir”.

 

Xalq Cəbhəsi.- 2014.- 19 dekabr.- S.4.