Rəqəmsal texnologiya
jurnalistikanın mahiyyətini dəyişib
Vətəndaş
jurnalistikasının özünütənzimləmə
mexanizmi yoxdur, peşəkarlıq baxımından zəiflik
hiss olunur
Müasir
jurnalistika son 10 il ərzində yeni keyfiyyət
mərhələsinə qədəm qoyub, bu da informasiyanın
maksimum opreativliyinə şərait yaradan yeni texnologiyanın
inkişafı ilə bağlıdır. Jurnalistika
yeni texnologiya və vasitələrlə zənginləşib
və yeni anlayışlar, həmçinin yeni jurnalistika alətləri
ilə üzləşib. Yeni
anlayışlardan biri “Sosial media”dır. Sosial
media - insanlar arasında virtual internet alətləri vasitəsilə
sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma
deməkdir. Sosial media veb əsaslı
texnologiyalardan istifadə etməklə ünsiyyəti
interaktiv dialoqa çevirir. Biznesmenlərə
görə isə sosial media istehlakçı tərəfindən
yaradılan mediadır. Sosial mediaya internet
üzərindən yayımlanan informasiya saytları, sosial
şəbəkələr, ani ünsiyyət proqramları,
forumlar daxil edilir.
Sosial media nümunələrindən biri xəbər
saytlarıdır. Bunlar elə saytlardır ki, istifadəçilər
həm oxuya, həm də münasibət bildirə bilirlər.
İnformasiyanı bölüşmək və
müzakirəyə çıxarmaq üçün də
internet alətləri mövcuddur. Sosial şəbəkələrə
(Facebook, twitter, google+ və s. ) “çayxana” da demək olar. Sosial
şəbəkələr bizim fiziki dünyamızın
virtual formasıdır. Ani ünsiyyət vasitələrinə
(msn, skype, google talk və s. ) heç bir xərc
ödəmədən bütün dünya ilə canlı
telefon bağlantısı, internet üzərindən
görüntülü video konfranslar aid edilir. Forumlarda
insanların bir-birilə ünsiyyətinə və informasiya
mübadiləsinə şərait yaradan sayt və proqramlar
sayəsndə internet istifadəçiləri
axtardıqları və maralandıqları məlumatları əldə
etmiş olurlar. Habelə hər bir fərd
öz bloqunu yaradır və onu gündəlik kimi istifadə
edir.
Sosial medianın təşəkkülü və
inkişafı da informasiya texnologiyalarının, konkret olaraq
internetin imkanlarına əsaslanır. Sosial şəbəkələrdə,
bloqlarda, forumlarda hansısa mövzu ortaya qoyulur və hər kəs
ona öz töhfəsini verir. Nəticədə
dəqiq müəlifi məlum olmayan, kollektiv bir məhsul
alınır və hər kəs bu məhsuldan özünə
lazım olan hissəni götürür. Bu
bizim bildiyimiz jurnalistikadan fərqli bir praktikadır. Sanki iməclik nəticəsində ortaya
çıxan jurnalistikadır. Vikipediya, onlayn
ensiklopediyadakı iş də kollektiv məhsuldur. Ənənəvi KİV-də interaktivlik yoxdur və
ya məhduddur. Cəmiyyətin çox az
bir hissəsi öz fikrini böyük kütləyə diqtə
edirdi. Bu sahədə inhisarçı bir
mühit mövcud idi. Sosial media bu
inhisarçı mühiti dağıdır. Başqa sözlə, artıq vertikal medianın yerinə
horizontal media gəlir.
Sosial media vətəndaş cəmiyyətinin
formalaşması üçün başlıca faktorlardan
biridir. İnsanlar artıq internet və texnologiyanın
imkanlarından istifadə edərək bloqlar və sosial şəbəkələr
vasitəsilə İnsan Hüquqları Haqqında
Ümumdünya Bəyannaməsinin 19-cu maddəsində təsbit
olunmuş hüquqlarını reallaşdıra bilərlər.
19-cu maddədə qeyd olunur ki, hər kəs
fikir və ifadə azadlığı hüququna malikdir, bu
hüquqa öz əqidəsində qalmaq azadlığı və
hər hansı maneə olmadan istənilən vasitələrlə
və sərhədlərdən asılı olmayaraq məlumat
və fikirləri axtarmaq, almaq və yaymaq azadlığı
daxildir.
İkinci anlayış yeni mediadır. Bu gün “yeni
media” anlayışının müxtəlif izahlarına rast
gəlmək mümkündür. Bir qrup
ekspert buraya bütün rəqəmsal və elektron informasiya
ötürücülərini, elektron qəzetləri, radio və
televiziyaları daxil edirsə, digər qrup mütəxəssislər
yeni medianın bəşəriyyəti bir araya gətirən
və onu vahid topluya çevirən sosial şəbəkələrdən
ibarət olduğunu söyləyir. Bir qrup
mütəxəssis isə bildirir ki, əgər klassik media “təkin
çoxluğa” təsiridirsə, yeni media “çoxluğun
çoxluğa” qarşılıqlı təsiridir. Burada istənilən informasiyanın
qarşılıqlı rəyi və cavab reaksiyası
vardır.
Bizim izah edəcəyimiz növbəti anlayış “Vətəndaş
jurnalistikası” anlayışıdır. Vətəndaş
jurnalistikası bizim əvvəllər auditoriya
adlandırdığımız kəsimin fəallaşmasıdır.
Əgər hansısa internet istifaçisinin
öz şəxsi bloqunda yeləşdirdiyi informasiya ictimai əhəmiyyət
kəsb edirsə, kimlərsə bundan bəhrələnirsə,
deməli bu da jurnalistikadır, amma biz buna vətəndaş
jurnalistikası deyirik. Bu gün sadə
oxucu üçün fotomüxbir, operator yaxud publisist olmaq
imkanı yaranıb. Bu gün mobil telefon vasitəsilə
ediləni 10 il əvvəl peşəkar
media qurumları yüksək keyfiyyətli avadanlqları ilə
əldə edə bilmirdilər.
Vətəndaş jurnalistikasnın qarşısında
duran ənənəvi ya da peşəkar jurnalistika bu
köklü dəyişikliyi yaxşı dərk etməli,
auditoriyanın tələbatını düzgün müəyyənləşdirməli,
yeni modellərə və bu tələblərə cavab verən
məhsullara üstünlük verilməlidir. Ənənəvi KİV
üçün artıq iki fəaliyyət istiqaməti
mövcuddur:
1.
İnormasiya yarışında sosial mediadan istifadə etmək
2.
Kütlənin əsas ünsiyyət vasitəsi olmaq.
Qeyri-məhdud imkanlara malik, həm də inteqrator olan
internet medianın ənənəvi növlərini öz
qanadı altına yığır və beləcə
konvergensiya prosesi baş verir.
Başqa
tərəfdən bu gün evlərdə radio da, tv də, internet də, qəzet də var. Amma
informasiyanın ötürülməsində ənənəvi-klassik
jurnalistika artıq hegemonluq edə bilmir. Operativlik
və interaktivlik vətəndaş jurnalistikasının əsas
üstünlükləri olsa da, ənənəvi
jurnalistikanın bəzi özəlliklərinə sahib
olmaması onun mövqeyini zəiflədir. Bunların başında etibarlılıq məsələsi
və etik kodekslərinin olmaması gəlir.
Vətəndaş jurnalistikasının
özünütənzimləmə mexanizmi yoxdur, peşəkarlıq
baxımından zəiflik hiss olunur. Bəzən hadisələri
yarımçıq, birtərəfli və subyektiv
işıqlandırır. Əksər bloq
və xəbər saytlarında kifayət qədər
heç bir mənbəyə əsaslanmayan məlumatlar var.
Burada peşəkar jurnalistikanın prinsip və qaydaları
gözlənilmir. Baxış
bucağı birtərəfli və məhduddur. Hadisənin bütün tərəflərini bir araya
gətirmir. Olaya fərqli bir gözlə
baxsa da, bəzən həqiqəti əks etdirmir. Amma o, xəbərdə balans məsələsini
oxucunun xeyrinə dəyişir, jurnalistlərlə oxucular arasındakı
məsafəni aradan qaldırır. Jurnalistdən
tələb olunan isə auditoriyanın etimadını qazanmaq
üçün faktlı, vicdanlı, qərəzsiz,
dolğun olmaq, balanslı yanaşmaq və jurnalist peşəsinin
normalarına həmişə sadiq qalmaqdır.
Nəticə olaraq, jurnalistikanın yeni texnologiya və
vasitələrlə zənginləşməsi heç bir
halda yeni və fərqli jurnalistikanın ortaya
çıxması deyildir. Media yeni olsa da problemləri
köhnədir. Yeni media yeni
texnologiyanın yaratdığı yeni mühitdə – rəqəmsal
mühitdə, yeni jurnalistika alətləri ilə
jurnalistikanın icra olunmasıdır. İnformasiya
texnologiyasının yeni inkişaf tempi mətni, qrafik
formanı, səsi, bunların hamısını rəqəmsal
formaya keçirir və ayrı-ayrılıqda deyil, birgə
istifadəni nəzərdə tutur. Bu mənada
jurnalistikada daha bir termin işlək olmağa başlayıb:
digitallıq, rəqəmsallaşma, məzmunun müasir
kompüter dilinə çevrilməsi. Bu proses informasiyanın
yaradılması və ötürülməsində, onun qəbul
edilməsində bundan əvvəlki bütün ənənəvi
maneələri arxada qoyur.
Rəqəmsallıq (digitallıq) ayrı-ayrı
kütləvi informasiya vasitələri arasındakı fərqləri
aradan qaldıraraq, konvergensiyaya yol açır. Məhz bu mənada
konvergensiya indi KİV-in gələcəyi haqqında
müzakirələrin diskussiya obyektinə çevrilməkdədir.
Belə bir elmi fikir də meydana
çıxıb ki, yaxın on ildə konvergensiya prosesi nəinki
KİV sistemini, habelə onunla bağlı sənaye sahələrini
də tamamilə dəyişə bilər.
Pakistanın Preston Universitetinin rektoru doktor Əbdül
Basit bildirib ki, jurnalistika sahəsində baş verən ən
böyük yenilik sosial jurnalistikadir. Rəqəmsal
texnologiyanın inkişafı ilə bu sahədəki yeniliklər
vətəndaşlara şəbəkələr vasitəsilə
ünsiyyətə girməyə imkan yaradıb. Facebook,
Twitter və s. kimi sosial şəbəkələr məlumatın
əldə edilməsi, tədqiq edilməsi, redaktə edilməsi
və yayılması işini təkmilləşdirdi. Beləliklə, sosial jurnalistika ənənəvi
jurnalistikanın inqilabi inkişaf etmiş formasıdır.
Bu inkişaf bizim həyatımıza təsir göstərir:
“Altı min il əvvəl gil lövhələrdəki
yazıdan, Pekində 748-ci ildə çap olunmuş ilk qəzetdən,
Qutenberqin kitab çapını kəşf etməsindən
sonra Avropada baş verən nəşr inqilabından, 1665-ci
ildə “Oksford” qəzetinin mütəmadi çapından, XX əsrdə
minlərlə qəzetin çap edilməsindən sonra biz bu
gün virtual qəzet nəşrinə qədəm
qoymuşuq. Virtual qəzetin nəşri
yalnız məlumatın yayılmasına xidmət etmir, həm
də bütün jurnalistika işinə təkan verir. Rəqəmsal texnologiya jurnalistikanın mahiyyətini
dəyişib. Eyni vaxtda sosial medianın
ortaya çıxması jurnalistika sahəsində qəfil və
sürətli yeniliyə səbəb oldu. Jurnalistika XX əsrin
ikinci yarısında peşəkar sahə kimi
formalaşdıqdan sonra medianın iki formasını
özündə ehtiva etdirdi: çap və elektron media. Çap formasına qəzet və jurnalların
çap edilməsi daxildir. Elektron mediaya isə
radio və televiziya yayımı daxildir. Adi
jurnalistikada məlumatın daxil və xaric olma prosesləri
gedir. Müxbirlər, tədqiqatçılar
məlumatı daxil edir, redaktorlar və təhlilçilər
onun üzərində işləyərək formaya salır və
istifadəçiyə təqdim edirlər. Məlumatın xaric olması isə onun
yayılmasıdır. Sosial medianın
meydana gəlməsi jurnalistikanın mərhələlərini
dəyişdi. Məlumat sosial mediadan,
xüsusilə bloqlardan əldə edilir. Tədqiqatlar
göstərir ki, jurnalistika məlumat əldə etmək
üçün daha çox sosial mediadan asılıdır.
Vətəndaş jurnalistikası, yəni adi vətəndaşların
maraqlı məlumatları yayması sosial medianın vasitəsilə
ortaya çıxmışdır. Vətəndaş
jurnalistikası elektron və sosial mediada özünə
geniş yer tapıb. Məlumatın
ötürülməsi prosesində də təkamül
baş vermişdir. Bütün
böyük qəzet və jurnallar virtual olaraq da məlumat
yayır ki, bu da sosial medianın əhəmiyyətini və
inkişaf sürətini artırır. Gələcəkdə
bunun ənənəvi mediaya ciddi mənfi təsiri olacaq.
Çap edilən qəzetlərə ehtiyac ciddi
surətdə azalacaq”.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 19 dekabr.- S.11.