Sabiri Güney Azərbaycanda sevdirən məziyyətlər
Güney
Azərbaycanda poema janrı əsasən klassik şeirin, xalq
şeirinin kökləri əsasında poeziya xəzinəsinə
daxil olub və daim xalq şeirinin ənənələrindən
qidalanaraq, dövrün tələbinə uyğun yeni formalar meydana
gətirib. Şəhriyar “Heydərbabaya salam” poeması ilə
yeni bir siyasi, ictimai, fəlsəfi poema dili yaratmış, eyni
zamanda üslubu, ləfz və məna yenilikləri ilə
klassik şeir dilini və xalq şeir dilini yaradıcı
şəkildə birləşdirib.
Azərbaycan
klassik şeirində Nəsimi, Xətai və Füzulidən
baş¬lamış XIX əsrin axırlarına qədər
şeirin çox işlənmiş janrlarından olan qəzəl,
qəsidə, məsnəvi çox möhkəm ənənəvi
dil və üslub xüsusiyyətlərinə malik idi. İstər
qəzəl, istərsə də qəsidə və məs¬nəvilərin
dilində çoxlu ərəb və fars tərkibləri
(fars dilində yazılan əsərlər istisna olmaqla),
söz, ifadələr işlədilir, canlı
danışıq dilindən istifadə etməklə bərabər,
arxaik sözlər və obrazlar da mühüm yer tuturdu.
Xüsusən o zamana görə, ən yüksək klassik
şeir dili sayılan, lakin yeni əsrə görə bir
çox cəhətdən sadələş¬mə¬yə
ehtiyacı olan Füzuli dili və üslubu, qəzəl, qəsidə,
məsnəvidə nəinki klassik üslubda yazan XVII-XVIII əsr,
hətta XIX əsr şairləri üçün nümunə
sayılırdı. Doğrudur, bu şairlərin qəzəl
və məsnəvilərində söz, ləfz və məna
yenilikləri, leksik, semantik yeniliklər nəzərə
çarpırdı. Lakin bunlar hələ ciddi dil və
üslub yenilikləri, keyfiyyətləri demək deyildi. Qəzəl
və məsnəvilərdə ənənəvi dil, üslub
xüsusiyyətləri böyük bir dəyişikliyə
uğramadan hələ də yaşayırdı. XIV-XV-XVI əsrlər
şeirinə aid olan bu dil və üslubun sonrakı əsrlərdə
də mühüm bir dəyişiklik kəsb etmədən
yaşamasının başqa bir mühüm səbəbi də
var idi. O da bu idi ki, klassik şeir dili və üslubu ilə
bir arada, onunla yanaşı, ta qədim¬dən şifahi
şeir dili və üslubu da yaşayıb inkişaf
etmişdi. Vaxtilə Abbas Tufarqanlı, Sarı Aşıq kimi
aşıq-şairlərin yaradıcılığında
olduğu kimi, bəzən də eyni zamanda şifahi şeir
üslubunda yazan Şah İsmayıl Xətayi, Məhəmməd
Füzuli, Dəxil Marağayi, Raci, Dilsuz, Qumri, Sərraf, Nəbati,
Tuti, Mirzə Əli Ləli, Heyran xaım, Bağır Xalxali,
Əssar Təbrizi, Şukuhi Mara¬ğayi kimi şairlər
meydana çıxırdı. Lakin bu şairlərin şeir
dilində, üslubunda bir ikilik, ziddiyət vardı. Onlar məhəbbət
lirikası ruhunda yazdıqları bütün
qoşmalarını, eləcə də mərsiyələri,
növhələri son dərəcə sadə, canlı
danışıq dili və üslu¬buna uyğun bir şəkildə
yazdıqları halda, qəzəl və məsnəvilərini,
onun müxtəlif şəkillərini (müxəmməs,
müsəddəs, müəşşər, tər¬kib¬bənd,
tərcibənd, müstəzad və s.) yenə çətin
ənənəvi klas¬sik şeir dili və üslubunda
yazırdılar. Beləliklə də eyni bir şairin
yaradıcılığında bir-birinə bənzəməyən:
müxtəlif keyfiyyətli iki dil, üslub əmələ gəlirdi.
XX əsrin əvvəllərində Azərbaycan
poe¬ziyasının şeirdən, sənətdən umduğu
nailiyyətlərin ciddiliyi, bədii düşüncənin
vüsət və dərinliyi, satirada ifadə olunan ictimai amal
və vicdanın, ümumbəşəri və fərdi əxlaqın
ülviliyi, billurluğu ilə bütünlüklə bizim
milli poeziyanın simvolu olan sənətkar M.Ə.Sabir, milli-ədəbi
qaynaqlarımızın gurşad çeşməsi
başında dayanan Füzuli ədəbi məktəbinin
davamçısı kimi, eyni zamanda zəmanəsinin problemlərini
canlı lövhələrlə, poetik səhnələrlə
göstərmək üçün tip, portret, obraz yaratmaqda
heç bir çətinlik çəkməyən bir sənətkar
kimi poeziyamızda yeni bir üsul, yeni bir yol, misilsiz bir
üslub yaratdı. Lakin bu da Sabir
yaradıcılığının bütün məziyyətlərini
ifadə etmirdi. Yeni satirik şeir dili və üslubunun
yaradıcısı olan M.Ə.Sabir, eyni zamanda ciddi siyasi,
ictimai-lirik şeir dilinə, üslubuna da müəyyən
yeniliklər gətirdi. Sabir yaradıcılığında
mündəricə şəkil ilə möhkəm vəhdət
təşkil edirdi. Əruz vəzninin müxtəlif şəkillərindən
məharətlə istifadə edən şair, onu milli zövqə
uyğunlaşdıraraq, vəzn xatirinə Azər¬bay¬can
dilinin təhrif edilməsinə yol vermirdi. Sabir
yaradıcılı¬ğında məzmuna görə vəznin
necə dəyişdiyini sübut etmək üçün
aşağıdakı misalları nəzərdən
keçirmək kifayətdir:
1.Pah
atonnan, nə yaman yatdı bu oğlan, ölübə!
2.Oğul
mənimdir əgər, oxutmuram əl çəkin!
3.Nə
soxulmusan araya, a başı bəlalı fəhlə?
4.Lovğalanıb
a görməmiş, çox da belə fırıldama!
5.Mən
şahi-qəni şövkətəm, İran
özümündür.
6.Doğrudan
da Məmdəli, qeyrət halal olsun sənə!
7.Ax, necə
kef çəkməli əyyam idi...
8.Düşdü
bütün qəzetlər qiymətdən, ay can, ay can.
9.Nə xəbər
var məşədi?
Sabiri ən
azı Quzey Azərbaycandakı qədər Güney zərbay¬canda
sevdirən məziyyətlər həddindən artıq
çoxdur. O, XX əsr Azərbaycan poeziyasında yeni
parlamış bir günəş kimi Cənubi Azərbaycanın
o dövrdəki həyatına öz müsbət təsirini
göstərmişdi. Bir sözlə, cənublu sənətkarlar
milli-ictimai həyatın, konkret tarixi inkişaf və hərəkətin,
gerçəkliyin və fəlsəfənin
qanunauyğun¬luğunu fitri bir sənətkar duyumu ilə hiss
edərək Sabirin poeziya dili ilə saçdığı
şəfəqlərin nuruna bürünürdülər.
Ustad şairin Cənubi Azərbaycan və İran mövzusuna
həsr etdiyi əsərlərin təsiri ilə öz qələmlərini
itiləyə bilirdilər.
Güney
Azərbaycandakı şairlər Sabirin həm xalqın
qanını soranları, xalqa zülm edənləri ifşa
etməsi ideyasını, həm də tək öz
dövrünün deyil, hələ yüzillər boyu poetik dəsti-xəttinin
hər bir şairə örnək olmasını misilsiz bir dərsliyə
çevirərək sənət üfüqlərinə
yüksəlirdilər. Güney Azərbaycanda Sabirin təsir
dairəsinə düşən şairlərdən biri, bəlkə
də birincisi Mirzə Əli Möcüz Şəbüstəri
idi. Öz siyasi əqidəsini və ədəbi
ilhamını Sabirdən almış, Sabir və “Molla Nəsrəddin”dən
təsirlənmiş şair yaradıcılığında
doğma xalqının arzu və istəklərini tərənnüm
etmiş, öz dövrünün qabaqcıl sənətkarı
kimi müasirlərindən qat-qat yüksəkdə
durmuşdu.
Sabirin
Şərq şairlərinə təsiri isə şübhəsiz,
onların müsəlman olması və bu səbəbdən
dini müsəlman olan Sabiri həddindən artıq sevmələri,
Güney Azərbaycanda isə buna əlavə olaraq, Sabirlə
eyni millətdən olmaları və onun əsərlərini
doğma ana dilində oxumaları, bundan da əlavə
yuxarıda qeyd olunduğu kimi ustad şairin bilavasitə
Güney Azərbaycandakı şah rejiminə, zülmə,
zorakılığa qarşı baş verən üsyanlara,
xalq hərəkatına heç bir zaman biganə qalmaması
idi.
XX əsrin
əvvəllərində Sərdari-milli Səttərxanın
başçılıq etdiyi milli azadlıq hərəkatı
zamanında ana dilində mətbuat, ədəbiyyat və məktəb
məsələləri günün bariz məsələlərindən
hesab edilirdi. Heç təsadüfü deyil ki, 1906-1907-ci illərdə
Təbrizdə “Molla Nəsrəddin” məcmusəsinin birinci
nömrəsini görən Səttarxan sevincindən
ağlamışdı.
O zamanlar
Güney Azərbaycanın milli azadlıq hərəkatında
iştirak eləyən şairləri, o cümlədən “Azərbaycan”
məcmuəsi səhifələrində yazan şairlər də
Sabirdən ilham və qüvvət alırdılar. Onlardan bir
qismi Sabirə nəzirə, digəri cavab, bir başqası təqlid
yolu ilə şeirlər yazırdılar. Məsələn,
Sabirin: “Ölkənizə şəmən¬dəfer yol tapa
bildi, gəldimi?” misrasından ilham alan təbrizli şair,
“Sabirə cavab” sərlövhəsilə “Azərbaycan” məcmuəsinin
20-ci nömrəsində yazmışdı:
Sən
belə fikir eyləmə ki, işlərimiz düzəlmədi,
Arif olan
bilir bunu, nüktəsi bircə gəlmədi,
Bizlərə
bu şəməndəfər doğrusu işə gəlmədi,
Səndə
ki, yoxdur hövsələ, dinmə, danışma, səbr elə.
Sabirin
Güney Azərbaycan ədəbiyyatına təsiri
haqqında onlar¬la kitab bağlamaq olar. Lakin sadəcə olaraq
bunu qeyd etmək kifayətdir ki, yuxarıda qeyd olunduğu kimi
məhşur xalq şairi Mirzə Əli Möcüz Şəbüstəri
əksər şeirlərini Sabir tərzində yazaraq
böyük bir divan bağlamışdı. Heç təsadüfü
deyil ki, onu “Güney Azərbaycanın Sabiri”
adlandırırlar. O, öz tərcümeyi halında
yazmışdı ki, mən öz xalqımı Sabir kimi
ayıltmaq istəyirəm. Sabirin istifadə etdiyi tipoloji sxem və
modellər Möcüzün yaradıcılığında
olduqca qabarıq şəkildə özünü büruzə
verirdi:
Niçin
ah eylədin ey bülbülü-nalani vətən,
Yadına
düşdü məgər ah, pərişani-vətən?
Nə
yatıbsan, ayıl ey milləti-biçarə ayıl!
Satır
axır vətəni düşmənə əyani-vətən.
Mirzə Əli
Möcüzdən sonra Güney Azərbaycanda İbrahim Zakir,
Azəroğlu, Yəhya Şeyda, Müzəffər Dirəfşi,
Mir Mehdi Ça¬vuşi, Fəxrəddin Məhzun və bir
sıra şairlər Sabir ədəbi məktəbinin əlaçı
şagirdlərinə çevrilib qaranlıq üfüqləri
işıqlandırmaq üçün Sabir üsul və
üslubundan məharətlə istifadə edərək
bir-birindən dəyərli nümunələr meydana gətirməyə
başladılar. Bu söz sərraf¬larının dahi Sabirə
nə qədər bağlı olduqlarını, Sabiri öz
ustadları hesab etdiklərini sübuta yetirməkdən
ötrü 1909-cu ildə Təbrizdə anadan olmuş, 1941-ci
ildən etibarən yaradıcılığa
başlamış, yara¬dıcılığının
çiçək açan dövründə uzun müddət
Quzey Azərbay¬canda - Qubada yaşamış, 1967-ci vəfat
etmiş Mir Mehdi Çavuşinin aşağıdakı
misralarına nəzər salmaq kifayətdir:
Ey sevgili
Sabir, demə, zahirdə deyilsən,
Hər əsrdə,
hər qərndə varsan,onu bil sən!
Səndən
alıb ilham yazıram mədhini ustad,
Şagirdinə
lütfün çox olubdur, evin abad.
Sabirin təsir
dairəsi bilavasitə 1950-1980-ci illərdə yazıb-yaradan
bir sıra Güney Azərbaycan şairlərinin
yaradıcılığını öz məhvərinə
salıb. Bu şairləri Sabirə bağlayan həm Sabiranə
yazan sələflərinin qoyduğu yolu davam etdirmək, həm
xalq mənafeyini düşünən, kim üçün
yazdığını çox yaxşı bilən Sabirin
öz fikirlərini geniş oxucu kütlələrinə
çatdırmaq məqsədilə zəngin xalq
yaradıcılığı xəzinəsindən geniş
surətdə istifadə etməsi, eyni zamanda onun xalq içərisində
yayılmış, nəsildən-nəslə söylənərək
gəlmiş zərbi-məsəlləri, atalar sözü və
tapmacaları eyni ilə vəznə salıb “əsgi
hamamdır, əsgi tas”, “əyri otur, düz danış”,
“harda aş olsaydı, orda baş idik” və sair misralar
yazması, digər tərəfdən də, “Laylay bala laylay,
yat qal dala laylay”, “Çığırma yat, ay ac toyuq, yuxunda
darı gör” kimi ifadələr, üçüncü tərəfdən
klassik ədəbiyyat ruhunda əruz vəznində əsərlər
yaratması idi.
Folklora
bağlılıq, milli dəyərlərimizi, mədəniyyətimizi,
tariximizi, adət-ənənələrimizi, dədə-babalarımızın
bizə ərməğan qoyduqları töv¬siyələri, nəsihətləri
nəsildən-nəslə bizə ötürən zərbi-məsəl¬lərə,
atalar sözlərinə dərin ehtiram olan Güney Azərbaycanda
söz sər¬rafları arasında Sabir ədəbi məktəbinin
ən görkəmli davam¬çıla¬rından biri 1901-ci ildə
Təbrizdə anadan olmuş, 1966-cı ildə vəfat
etmiş, bütün bədii irsi, eləcə də şeirlərinin
əlyazma divanı ögey qardaşının naxələfliyi
ucbatından çapa veril¬məmiş, məhz buna görə
də bədii ədəbiyyat xəzinəmizə çox az
qismdə əsrləri daxil olan Ələkbər Pakzad Həddaddır.
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.- 2014.- 24
dekabr.- S.14.