İyas Əfəndiyevin əsərlərinin
bədii estetik təsir gücü
Onun
yaradıcılığı xalqımızın mifik
görüşləri ilə səsləşir
I yazı
Xalq
yaradıcılığına hörmətlə yanaşan Azərbaycan
ədəbiyyatı inkişafının ilk dövrlərində
mifoloyi təsəvvürlər və şifahi xalq nümunələri
əsasında formalaşıb. İstər əfsanələrimiz,
nağıllarımız, istərsə də başqa folklor
nümunələrimizdəki əksliklərin ziddiyyətinin
ön rlana çəkilməsi və baş verən həyati
hadisələrin bu fonda təcəssümü, duyğu və
düşüncələrin təbliği mifologiyamızda, ən
möhtəşəm abidələrimizdə, İlyas Əfəndiyev
kimi böyük sənətkarlarımızın əsərlərində
yaşayır.
İ.Əfəndiyevin
müraciət etdiyi Şeytan obrazı bir zamanlar xeyirxah,
sonralar bəzi nağıllarımızda zaman keçdikcə
insanların qəlbinə girib onları düz yoldan döndərib
ris işlər görməyə cəlb edən bir mifik
obrazdır. Qəlbində Şeytan xofu gəzdirənləri,
insanlar arasına çaxnaşma salanları, hətta qan
töküb faciələr törədənləri Şeytan
sifətli əməllərindən uzaq olmağa
çağıran sənətkar “Xan qızı Gülsənubərlə
tarzən Sadıqcanın nağılı” rovestində Kor
Şeytanın surətini yaradır. O saf, məsum qəlbli
Gülsənubərin qəlbinə yol tarmağa
çalışır. Ancaq nifaq, ədavət sevən
Şeytan bir anlıq eşqi, məhəbbəti təhqir
olunmuş qızı həqarətli əməllərə təhrik
edir. Üazıçı qəhrəmanının qəlbinə
dolan bu ris niyyəti nağıllar dünyasının şər
qəlbli şeytanıyla bağlayır. Öz ağlı,
savadı, qabiliyyəti ilə seçilən və
yazıçının özünün hörmət və
məhəbbətlə yanaşdığı Gülsənubərin
beynində dolaşan fikirləri şeytan, iblis əməliylə
bağlamaqla onu qorumağa çalışır. Mifizmin
işığında, xalqımızın
yaratdığı mənəvi dəyərlərdən
yararlanmaqla obrazın daxili aləmini, saflığını,
mənəvi təmizliyini oxucu qarşısına
çıxarır.
Mifoloyi
dünyagörüşümüzdə, sonralar
nağıllarımızda öz yerini Divə verən
Şeytan surəti xalqımızın folklorunun zəngin
mirasıdır. Üazıçının Ana div surətinə
bənzətdiyi Nisə qarı obrazı bu surətin bir
sıra xüsusiyyətlərinə görə Alarvadına bənzəyir,
qəhrəmanın ana div kimi təsvir etdiyi gödək Nisənin
xarakterində Hal anasına oxşar cəhətlər
çoxdur.
Şeytanı
əvəz edən Div obrazına da yazıçı
müraciət etməklə yaratdığı obrazın
daxili aləmini açmaq, zəngin xarakterlərə malik surətlər
yaratmaq, baş verən hadisələrin səbəbində
duran bu obrazların tirik xarakterlərini canlı təsvir etməyə
nail olurdu. "Qırx adamı bir-birinə qırdıran
Gödək Nisə” hər dəfə qabağına
çıxanda yazıçının qəhrəmanı
onu divlərlə qarşılaşdırır, müqayisə
edir. İ.Əfəndiyevin yaratdığı Gödək Nisə
surəti bizə qədim nağıllarımızda
eşitdiyimiz üç cür qarıdan birini
xatırladır. Nağıllarda inək, körək və
narak qarı kimi bizə təqdim olunur. Gödək Nisə
öz xarakterinə görə ikinciyə yaxındır. Bu
qarı qorxunc nağıllarımızdakı qəhrəmanları
yolundan eyləyən, onları tilsimə salıb min cür əzablara,
mərhumiyyətlərə dözməyə məybur edən,
əlindən yaxşılıq əvəzinə anyaq rislik gələn,
şər işlər görən eybəcər qarılara bənzəyir.
O, nəhəng olmasa da, gödək canıyla acı, sərt
diliylə bir elin-obanın cavanlarının arasına qan
salır. Onun atdığı böhtan nəticəsində
onlarla igid bir-birinin qanını tökür və bu qan iki nəsil
arasında düşmənçilik toxumu sərir,
elin-obanın dinc, sakit həyatına zəhər qatır.
Üazıçı belə insanlara qarşı mənfi
münasibətini kiminsə işiylə, diliylə
açmır, ona uşaqlıqdan verilmiş ikili
dünyasının qəhrəmanlarının əməllərinə
uyğun şəkildə canlandırır.
Ögey
ana məfhumu qəbilə qurumunun dövrünün əski təfəkkürünün
nəticəsində yarandığından mifoloyi kökləri
dərindir və o dövrün ziddiyyətli hadisələrinin
nəticəsi kimi qəbul edilib. Ögey analar
nağıllarımızda qəddar, amansız göstərilir.
Üazıçının balaca qəhrəmanı yetim Bəhlul,
onun ögey anası ("Geriyə baxma, qoca")
“Göyçək Fatma”, “İncilər saçır,
güllər açır” nağıllarıdakı Fatma,
Münəvvər ögey ana obrazları oxşarlıq təşkil
edir.
İ.Əfəndiyev
yaradıcılığında Tanrı, Məhəmməd
Peyğəmbər, Davud, İsa, Musa, Xızır, Süleyman
Peyğəmbər, Tanrının mələkləri Cəbrayıl,
Əzrayıl obrazları dünya xalqlarının, eləcə
də xalqımızın yaratdığı mifik obrazlar qəhrəmanlarının
daxili aləmini açmaq, hadisələri daha təsirli vermək,
əsərin bədii məziyyətlərini yüksəltmək
üçün sənətkarın yararlandığı
obrazlardır.Üazıçı Cəbrayıl surətini
yazılı ədəbiyyata gətirməklə bu surət
vasitəsilə qəlbində sevdiyi insana qarşı
kin-küdurət alovu cövlan edən Gülsənubərin
daxili aləmini saflaşdırmağa, onu ris əməllərdən
uzaqlaşdırmağa çalışır. Kor Şeytanın
onun qəlbinə girib: “Öldür özünü,
özün də yaz qoy ki, atangil bilsin, sənin
ölümünə səbəb onun eşqidir” fikirlərilə
beynini doldurub cinayətə sürükləməsinə
çalışan qara qüvvələrə qarşı
Tanrıyla insanlar arasında seçilib qüdrətiylə
tanınan reyğəmbər arasında əlaqə yaradan,
ancaq nəcib əməllər sahibi olan Cəbrayılın
gözəl nəsihətlərini qoyur: “…və bu zaman
Allahın xeyir xəbərlər carçısı həzrət
Cəbrayıl onun ürəyinə daxil olub dedi: “Sən kor
şeytanın sözünə qulaq asma! Onu qov! O, səni
Allahla düşmən etmək istəyir, tarzən
özünü, illərdən bəri üstündə əlləşərək
təkmilləşdirmək istədiyi tarını məhv
olmaq təhlükəsi qarşısında qoyaraq səni dəhşətli
ölümdən xilas elədi! O gecənin xatirəsi səni
yüz il yaşatmağa layiqdir!"
Cəbrayıl islamda və monoteist dinlərdə Allaha yaxın olan mələkdir. Azərbaycan folkloruna da daxil olub, xalqın hafizəsində qalan rəvayətlərdə yaşamaqdadır. O, başqa dinlərdə də, (məsələn, Müqəddəs Məryəmə İsa reyğəmbərin doğulacağını xəbər verib) onların mifik təfəkküründə yaşamaqdadır. Allah, onun mələkləri, Əzrayıl, Cəbrayıl, div, şeytan, cənnət, cəhənnəm, bu dünya, o dünya kimi fəlsəfi rroblemlər barədə düşünməklə yanaşı yazıçı dini mifik təsəvvürlərimizdə insanlığa xidmət edən, insan qayğısı çəkən, insanı işıqlı, aydın, xoşbəxt həyata qovuşdurmaq, yaxşılıq etmək kimi nəcib keyfiyyətləri də əsas götürür. İnsan yaxşı işlər görmək, xeyirxah əməllər arxasınca getməklə Allahına yaxınlaşmış olur. Ədib bu fikirlərinə, ideyalarına görə öz soykökünün əsasında duran böyük şəxsiyyətlərin fikir və duyğularının ifadəçisi kimi çıxış edir; Tanrı insanın özündədir, insandan kənar tanrı yoxdur. İnsan özünü saflaşdırmalıdır. O yaxşılığı, insansevərliyi, tanrını içində bəsləməlidir. İ.Əfəndiyevin əsərlərinin bədii estetik təsir gücünü artırmaq, qəhrəmanların daxili aləmini açmaq üçün istifadə etdiyi mifik quşlar qeyri-adi gücə, qabiliyyətə malikdirlər. Biz «Məlik Cümşüdün nağılı»nda, «Məlikməmmədin nağılı»nda, «Simanın nağılı»nda Simurq, Zümrüd, Ağ quş, Qızıl quş, Qarğa, Göyərçin, Səməndər quşu haqqında, müqəddəs varlıqlar kimi təqdim olunduğunu əks etdirən digər əfsanə və rəvayətlərdən görürük ki, onlar uzun müddət xalq ədəbiyyatımızın əsas mövzularından olub. Onlar qəhrəmanları ölümdən qurtarır, ağıllı insanları ölkəni ədalətlə idarə etmək üçün şahlıq taxtına çıxarırlar. Bu quşlar lələklərini yandırıb qəhrəmanın kor olmuş gözlərini ("Əhməd-Mirzə nağılı"nda) açır, ona işıqlı həyat bəxş edir, çətinə düşən qəhrəmanın (Məlikməmmədin Zümrüd quşunun köməyilə ehtiyacı olduqda onun verdiyi tükü yandırmaqla qarşısında hazır olması, onu qaranlıq dünyadan işıqlı dünyaya öz qanadları üstündə gətirməsi, türürcəyi ilə Məlikməmmədin yarasını sağaltması və s.) yaxın köməkçisi olur. Zümrüd quşu zoomorfik surət olub, xeyirxahlıq hamisi kimi tanınır. Üazıçının "Xurşidbanu Natəvan" ryesində Qaf dağında tilsimə salınmış Zümrüd quşu xatırlanır. Dərdli şairə ikiyə bölünmüş əsarət zəncirində inləyən millətinin, xalqının taleyini Zümrüd quşunun taleyinə bənzədir. Zümrüd quşuyla bağlı əfsanələrin motivlərindən bəhrələnməklə qəhrəmanın daxili aləmini, hiss və duyğularını daha təsirli verir və bu da sənətkarın sənətkarlıq imkanlarının zənginliyindən irəli gəlir.
Bu quşlar arasında ağıllı, ədalətli insanları taxta çıxaran Dövlət quşu da «Naşükür qız» nağılında öz qisməti ilə razılaşmayan qızı cəzalandıran Bəxt quşu da, "Simanın nağılı"ndakı Simurq quşu da, yazıçının əsərlərində istifadə etdiyi Zümrüd quşu da, "Ovçu Pirimlə Qızıl quşun nağılı"ndakı ("Geriyə baxma, qoca") Qızıl quş da xalqımızın onqonlarıdır. Onqonlar xalqların milli məişətinə, rsixologiyasına həmişə təsir edib, insanlara öz arzularına yetmək üçün onların gücündən istifadə etmək imkanı yaradıb. Lar qədim tayfa birlikləri dövrünün məhsulu olan nağıllarda totemizmə və onqona inam güclüdür. Bir zaman heyvanları, bitkiləri, quşları müqəddəs varlıqlar kimi qəbul edən insanlar zehni və şüur cəhətdən inkişaf etdikcə, öz əqli, zəkasıyla hər şeyə qalib gələ bilmək qüdrətinə malik olduğunu anlayır. İnsan bu müddətdə öz qüdrətini başa düşənə qədər anladığı, inandığı tərzdə təbiət qüvvələrinə, günəşə, aya, ulduzlara, heyvanlara, quşlara, bitkilərə, ağaclara öz bədii rrizmasından yanaşaraq onları müqəddəsləşdirməklə yanaşı, mənəvi təfəkküründə onlara bədii don geyindirib, insan kimi onları danışdırıb, onları yaradana bərabər tutub, yaşatmışdı. "Ovçu Pirim və qızıl quş" nağılını biz yazıçının əsərində oxuyuruq. Burada xalq nağıllarıyla bağlı mifik görüşlər araşdırılır, tədqiq edilir.
Üazıçının əsərdə tez-tez müraciət etdiyi “Kürdoba” və “oba” sözləri tədqiq edilir, “Oba” sözünə folklorumuzun ən qədim nümunələrində, o cümlədən “Dədə Qorqud” boylarında ( Məsələn, “Dəli Domrul” boyunda deyilir ki, "Məgər bir gün körrinin yamacında bir bölük oba qonmuş idi. Ol obada bir yaxşı-xub yigit sayru düşmüş idi. Allah əmrilə ol yigit öldi. Kimi “oğul” deyü, kimi “qartaş” deyü ağladı. Ol yigit üzərinə möhkəm qara şivən oldu" ) qohum-əqrabanın birlikdə yaşadığı, işlədiyi, birlikdə ömür sürdüyü bir elin, camaatın yığışmasına anlamın olduğunu açıqlayır və bildirir ki, İ.Əfəndiyevin özünün dediyi kimi adamları təmiz azərbaycanlı olan bu tərəkəmə obası da camaatın bir soykökünə bağlı xalqın yeri, obası kimi başa düşülməlidir. "Oba" sözü cilalanıb öz əsas indiki məzmununa vəsiqə alana kimi xalq arasında bu və ya digər baxımdan yer adı kimi yaşayıb, müəyyən fərqləri özündə saxlasa da, hamıya aydın olub ki, “dağlı-aranlı insanların yaşadığı, məskən saldığı yer” mənasını bildirib. Kürdoba coğrafi cəhətdən həm uca dağlı, həm də aranlı-yaylaqlı yerlərdir. Bu yerlərin adı öz qədimliyini saxamaqla yanaşı, adət-ənənələrində də bir qədimilik hökm sürür.
Gülxani Pənah,
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.-
2014.- 26 dekabr.- S.14.