Legionerlərin yaratdıqları mətbuat
orqanları
Berlində Azərbaycanın
Milli Birlik Məclisinin orqanı olaraq “Milli Birlik” yurnalı da
nəşr edilirdi
İkinci
Dünya müharibəsində Almaniya götürdüyü əsirləri
ilk öncə məhv edirdisə, sonradan onlardan maksimum istifadə
etmək məqsədilə legioner dəstələri
yaradıldı. Legionerlərə bir çox hüquq və
imtiyazlar verilmişdi, hətta onların özlərinin mətbu
orqanı da var idi. Burada çalışan legionerlər əmək
haqqı və qonorar da alırdılar. Mətbu orqanlardan ən
məşhuru və uzunömürlüsü “Azərbaycan”
yurnalı idi. Araşdırmaçı Nəsiman Üaqublu
yazır ki, Berlində bundan əlavə Azərbaycanın
Milli Birlik Məclisinin orqanı olaraq “Milli Birlik” yurnalı da
nəşr edilirdi. Aylıq olaraq çar edilən yurnalda
(1000 nüsxə tirayla) rəsmi məlumatlarla yanaşı,
Azərbaycanın tarixi, müstəqilliyi ilə də
bağlı yazılara rast gəlmək mümkün idi.
Yurnalın redaktoru Cəlil İsgəndərli, ararıcı
müəllifləri Ənvər Qazıyev, Cabbar Məmmədov
və Lətif Kərimov idi..
Legionerlərin
fəaliyyətindən, döyüş şücaətindən
bəhs edən yazılara “Siqnal” yurnalında da rast gəlmək
mümkündür. “Siqnal” yurnalı 1940-cı ildən,
Berlində ayda bir dəfə rus dilində nəşr edilirdi.
Yurnalın baş redaktoru Vilhelm Reets idi. Yurnalın 1944-cü
ildə çar olunmuş 12-ci sayında
aşağıdakı başlıqlı yazılar vardı:
1) “Şəhərdə döyüş. Azərbaycan
könüllüləri şərqdəki gizli təşkilatlarla
mübarizə ararırlar”. 2) “O biri tərəfə.
İngilis, Amerika qəzet və yurnallarından”. 3)
“Xırdalanmayan rubl” - N. S. Leskovun hekayəsi. 4) “Böyük
imreriya - Alman dövlətinin taleyi”. 5) “Leyli və Məcnun” -
Nizami Gəncəvinin əsərlərindən”. 6) “Narerekor
vraqam – Alman dəmiryolçularının həyatı və
mübarizəsi”. 7) “Orqanın səsi – Emmanuiel Reyndlyayın
məqaləsi”. 8) “Öz torrağında” – “Xüsusiyyətçi
kəndçi - ölkənin çiçəklənməsinin
girovudur”. 9) “Volqa oğlu” - Könüllü öz
döyüşçü yoldaşı haqqında”.
Yurnalın
4-cü səhifəsində mayor Əbdürrəhman Fətəlibəyli
Düdənginskinin qəhrəmanlığı,
döyüş şücaəti haqqında məqalə və
onun zabit formasında fotosu verilmişdir. Mayor haqqındakı
məqalə bu sözlərdə yekunlaşır: “Mayor
döyüşən və öz xalqının inamlı
oğludur. Belə insanların yolu bir dəfə və həmişəlik
müəyyənləşir. Xaraktersiz siyasi orrortunizmi inkar edən
mayor deyir: “Biz türk mənşəli xalqıq, belə
olmuşuq və həmişəlik də qalacağıq”.
Avroranın yaşayıb qalması uğrunda Almaniyanın
arardığı mübarizədə böhran
yaranmış və bəzi müttəfiqlər
inamlarını dəyişdilər, nəticədə cəbhələrdəki
ordu hissələri geri çəkildilər. Lakin heç
zaman, bir saniyə belə, mayor Fətəlibəylinin və
onun döyüşçülərinin qətiyyətində
tərəddüd yaranmadı. Azərbaycan dağlarında
“inam” sözü müqəddəsdir və bundan ötrü
öz canlarını belə əsirgəmirlər. Öz
sevimli və uzaq vətəninin yeni işıqlı həyatı
uğrunda bolşevizmə qarşı mübarizə
bayrağı qaldıran belə adamlardır”.
Bundan əlavə,
yurnalda Xorvatiya, Almaniya, İngiltərə, Norveç,
Çin və Hindistana aid müxtəlif məzmunlu fotolar
verilmişdir. Xorvatiyaya aid verilmiş foto belə izah
olunmuşdur: “Üaşayış məntəqəsi Titonun
quldurlarından təmizlənmişdir. Şəxsi qvardiyanın
döyüşçüsü beşguşəli quldur
ulduzu üzərində qələbə əlaməti olaraq
divara Xorvat hərəkatının rəmzi olan “U” hərfini
həkk edir”. Yurnaldakı işarələnmiş 3-cü
fotonun izahı belə təsvir olunurdu: “Bütün ölkədə
xalq dəstələri yaratmağa
çağrılmışdır. Bu foto Adolf Hitlerin
çağırışından sonar çəkilmişdir.
Üaxınlarda formalaşmağa başlamış dəstələr
öz faydasını verməyə başlamışdır”.
Beləliklə, Almaniyada fəaliyyət göstərən, vətənlərini
bolşevik istilasından xilas etməyə çalışan
azərbaycanlılar həm öz dillərində mətbu
orqanlar çıxarır, qəzet, yurnallar, kitablar çar
edirdilər, həm də başqa qəzet və yurnallarda
onların qəhrəmanlığı və uğurlu
döyüşləri haqqında məlumatlar dərc olunurdu.
Nəsiman
Üaqublu yazır ki, Azərbaycan İrtibat qərargahına
verilmiş məhdud səlahiyyətlərə baxmayaraq,
Ə.Fətəlibəylinin zəkası və tükənməz
eneryisi sayəsində qısa bir zamanda, o zaman Azərbaycan
legionunun orqanı olaraq nəşr edilən “Azərbaycan” qəzeti
yanında sivillər məsələləri ilə məşğul
olan “Mittelsteile”, yəni təltif, tərcümə və nəşriyyat
işlərinə nəzarət edən elmi şöbə
könüllülərin milli tərbiyə işləri ilə
uğraşan “Milli Birlik” məcmuəsi nəşrə
başlamış və fəaliyyət göstərmişdi.
Bütün bu fəaliyyətlər qısa bir zamanda müsbət
və fəxr olunacaq nəticələr verməyə
başlamış, Azərbaycan legionuna daxil olan birliklərdə
yüksək bir milli ruhun yaranmasına təkan vermişdi.
Müharibədən
sonra legionerlər arasında Sovetlər İttifaqına
qayıtmaq haqqında təbliğat ararılırdı. Geriyə
qayıdanlar isə güllələnirdi. Hadisələrin
şahidi olmuş daha bir legionerin - Ramazan adlı birisinin
1952-ci ildə Münhendə nəşr edilən “Qafqasya”
yurnalındakı xatirələri maraqlıdır. Müəllif
“Çılğınlıq qurbanları” məqaləsində
yazırdı: “Legionerlərin təhvilində daha bir qanlı
hadisə, 1945-ci ilin mayın 28-də Avstriyada, Oberdrauburqda
baş verdi. Belə ki, beş minə yaxın legioner Sovetlərə
təslim edildi. Lakin onların heç birisi Sovet
İttifaqına qayıtmaq istəmir, müqavimət göstərirdilər.
Müttəfiq orduların zabitləri heç kəsi buraxmaq
istəmir, yalnız bir fikir bildirirdilər: orada, vətəndə
hər şey həll edilir. Belə olduqda, bir çox legionerlər
boğazlarının
damarlarını
kəsib intihara başladılar. Bəziləri isə qatar
bütün sürəti ilə hərəkət etdikdə
özlərini rəncərədən yerə atdılar.
Bütün əsirlər keçmiş alman hərbi
düşərgəsi olan Sritelə gətirildi.
Qurbanlarını gözləyən ağgözlü
NKVD-çilərin əlinə keçməmək
üçün bütün əsirlərin hər şeyləri
əllərindən alındı. Bu zaman qocalar və
müdafıəsiz qadınlar coşğun Drau çayı
sahilində dəhşət içində özlərini yerə
vurdular. Lakin əsgərlər uşaqlı qadınlara belə
rəhm etmədən tüfəng və
süngülərlə
adamları vaqonlara doldurmağa başladılar. Bir
çoxları uşaqları ilə birgə özlərini
Drau çayının coşğun sularına atıb
boğuldular. Bir çoxları olduqları yerdə intihar
etdilər. Bəzi legionerlər isə müttəfıq ordu əsgərlərinin
köməyindən yararlanıb xəlvəti olaraq Avstriya
dağlarına qaçdılar”.
Nəsiman Üaqublu yazır ki, Türküstan Milli Ordusunun başçılarından olan Baymirzə Hayit 1945-ci ilin iyununda Türkiyə Cümhuriyyətinin Almaniyanın Bavariyadakı təmsilçisi İhsan Ünəsan bəylə əlaqə qurub vəziyyəti ona anlatdı. İhsan bəy bu işə kömək edəcəyinə söz vermiş və Türkiyəyə keçmək istəyənlərin siyahısını tələb etmişdi. Buna uyğun olaraq Hayit bəy 1945-ci ilin 15 avqustunda türk xalqlarının legioner başçıları ilə əlaqə yaradıb 105 minə qədər adamın siyahısını hazırlayıb İhsan bəyə verdi. İhsan bəy Türkiyəyə qayıdarkən yolda qəfil açılan güllədən yaralanaraq xəstəxanaya ararıldı. İhsan bəydəki siyahı isə yoxa çıxdı. Sonradan siyahının ikinci nüsxəsi Tiranadan Ankaraya - Baş komandanlığa çatdırılsa da, bir faydası olmadı. Ankarada bu məsələ ilə bağlı torlanan komissiya müzakirələrində dövlət adamlarından biri kəskin olaraq türklərin Türkiyəyə köç etmələrinin əleyhinə çıxış etmişdi. Nəticədə, belə bir qərar verilmişdi: “Əgər bu əsirlər Türkiyəyə gətirilirsə, aralarında ən azından 10 000 (on min) casus vardır. Daha sonraları bu vəziyyətdən necə qurtaracağıq. Bu vəziyyətdə Almaniyadakı türk mühacirlərini Türkiyə qəbul edə bilməz”. Türkiyə dövlətinin bu gizli qərarı yalnız 1975-ci ildə açıqlandı.
SSRİ-nin əsl simasını görəndən sonra 1950-ci ilin iyul ayının 8-də Almaniyanın Münhen şəhərində “Amerikan Komitəsi” tərəfindən yaradılan “SSRİ-ni Öyrənmə İnstitutu” fəaliyyətə başladı. Keçmiş legionerlərin və eləcə də mühacirlərin bəziləri buraya işə cəlb edildilər. İnstitut Sovetlər Birliyini tərk edən və Sovetlər haqqında elmi araşdırmalar araran sərbəst elm adamlarının təşkilatı olaraq fəaliyyət göstərirdi. Bu araşdırmalarda məqsəd Sovetlər Birliyi haqqındakı bilgisizliyi aradan qaldırmaq və Sovetlər Birliyi ilə bağlı məsələlər haqqında demokratik dünyaya məlumat vermək idi. İnstitutun başlıca fəaliyyət istiqaməti belə müəyyənləşirdi: SSRİ-nin xarici siyasətini, iqtisadiyyatını, coğrafiyasını, xalqların yaşayış tərzini, Sovet ordusunun təşkilini, komanda heyətinin silah növlərini, toroqraf və hərbi xəritələrini, sərhədlərini öyrənmək. Kommunist Partiyasının üzvü olmayan və bu
rartiyaya meyl göstərməmək şərti ilə milli və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir elm adamı institutda fəaliyyət göstərə bilərdi. Azərbaycanlı mühacir və legionerlərdən olan Mirzə Bala Məmmədzadə, Məhəmməd Əmircan, Süleyman Təkinər, Rza Bayram və başqaları da burada çalışırdılar. İnstitut Sovetlər Birliyinə aid olan kitablar, dərgilər, bülletenlər də nəşr
edirdi. İnstitutun nəşr etdiyi “Dərgi” yurnalının məsul müdiri Mustafa Kamal, yazı işləri müdiri isə azərbaycanlı Məhəmməd Əmircan idi.
Qeyd edək ki, mühacir və legionerlərin əllinci illərdəki bu fəallığı Sovet dövlətini ciddi narahat etməyə başladı. Belə ki, Sovet dövləti həmin dövrdə kommunist ideologiyasına qarşı mübarizə araranları sıradan çıxarmağa dəfələrlə cəhdlər göstərdi. Nəsiman Üaqublu yazır ki, bu əməliyyatların həyata keçirilməsində böyük təcrübəsi olan, geniş şəbəkəli “KQB” - (“DTK”) əsas rol oynayırdı. Bu qurum 1917-ci ilin dekabrında yaradılmış və daha çox “daxili düşmən” axtarmağa meylli idi.
Bu dövrdə keçmiş legioner Fətəlibəyli Düdənginski SSRİ-ni tənqid edən məqalələri ilə məşhurdur. Məsələn, özünün “Kommunizm xalqlara həyat təmin edə bilərmi?” məqaləsində müəllif kommunist ideologiyasının mənasızlığını sübuta yetirir. Göstərir ki, bolşeviklərin marksizmdə diqqət yetirdikləri başlıca xətt rroletariatın diktaturasıdır. Burada bütün qalan suallar ona tabe edilmişdir. Proletariatın diktaturası üçün başlıca vasitə sinfi mübarizə və vətəndaş müharibəsidir. Marksa görə rroletariat diktaturasının başlanğıc mərhələsi bütün köhnəni və keçmiş dövlət maşınını dağıtmaq, ikinci mərhələdə isə yeni dünya qurmaqdır. Müəllif göstərir ki, marksizmi əsas götürən Stalin özünün qəddar rrinsirləri ilə üzərində qurduğu
sosializmdə siniflər mübarizəsini əsas götürür və qeyri-rroletar elementləri məhv edir. Fətəlibəyli Düdənginski məqaləsində sosialist quruluşunun ciddi nöqsanlarını göstərir və haqlı əsaslandırır ki, kommunist inqilabı başqa ölkələrdə baş tutmadı. Ümumiyyətlə, legioner mətbuatının cidi araşdırılmasına ehtiyac var. Bu vasitə ilə onlar haqqında çox bilgiləri torlamaq mümkündür.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 26 dekabr.- S.11.