İlyas Əfəndiyevin qəhrəmanları

 

Onun yaradıcılığında maraqlı cəhətlərdən biri də xalqın suya, oda olan inamlarını əsərlərində yaşatmasıdır

 

II yazı

Dədə Qorqud dastanlarına diqqət yetirdikdə görürük ki, burada ağ-qara rənglərə həm ilkin, həm dual təşkilat qanunlarının pirizmasından baxılır. Xanlar xanı Bayandur ildə bir məclis düzəldib Oğuz qəhrəmanlarını başına yığardı. rəng kimi qara rəng də mifologiyamızda dual təfəkkürə malikdir. Qara rəngə münasibət əksiliklər anlayışı ilə, dual təşkilat qanunları ilə bağlıdır. Bəzi mifoloji baxımlarda “qaragüclülük, böyüklük mənasındadır. “Kitabi-Dədə Qorqud” boylarında da qara həm güclülük, böyüklük, həm də onun əksi mənasındadır. Qaraçuq Çoban, Qazanın qardaşı Qaragünə, Qaragünə oğlu Qarabudaq surətləri Dədə Qorqud dastanında qəhrəmanlara gücünə, qüdrətinə görə verilən addır. Deməli, qara rəng bir zamanlar güclülük, böyüklükerlikdir”. Qara başım qurban olsun Çoban sana”, “Qara poladüz qılıncını ver mana”, Qarabudaq, Qaragülə kimi adlardan bəlli olur ki, bir zamanlar ucalığın, kişiliyin rəmzi kimi - Erlik kimi qəbul edilən qara rəng Dədə Qorqud boylarında pislik, bədbəxtlik rəmzi kimi də qiymətləndirilib.

Ağqoyunlularda rəngin, Qaraqoyunlu tayfalarında qara rəngin ucalıq, müqəddəslik rəmzi olan ağ-qara rənglə bağlılığı bu günxalq arasında yaşayır. gün ağlığın, rahat həyatın, qara gün çətinliyin, ağır günlərin mənasında işləndiyini xalq ifadələrində də aydın görürük.

Yuxu fizioloji hadisə olsa da, mifologiyada ona qeyri-adi münasibət yaşayır. İlk insan təfəkkürünü pirimitiv inkişafı, şahidi olduqları hadisələrin köklərini aça bilməkdə aciz qalması avamçılıq, savadsızlıq, təbiətdə insan həyatında baş verən hadisələrin mənşəyinin törənmə səbəblərini dərk edilə bilməməsi, yuxuya bir möcüzə kimi baxış, gördükləri yuxunun “sehrinə” bənd ola, hətta onların möcüzələrindən də qorxa, bu yuxuları müxtəlif cür yoza bildiklərini köklü şəkildə tədqiq edir və tədqiqatçı göstərir ki, yuxuya inam ən qədim minilliklərdə təşəkkül tapmış türk epos təfəkkürünün müxtəlif mənbələrində zəmanəmizə qədər gəlib çatıb. Alp Ər Tonqada İranlıların zülmünə qarşı qalxmış turanlıların döyüşçülərinin başçısı Alp Ər Tonqa Keykavusa qarşı döyüşə hazırlaşsa da, gördüyü yuxunun təsiri nəticəsində döyüşdən əl çəkir, onun ordusuyla sülh danışığına girir. Çünki gördüyü yuxuya inam hissi mifik təfəkkürün güclü tərəfidir, yuxuya bütün iradəsiylə tapınmanın nəticəsidir. Burda maraqlı cəhətlərdən biriodur ki, yuxunun təsiri nəticəsində sülh bağlanması Alp Ər Tonqanın xeyrinə həll edilir. Keykavus sülh danışığına girdiyi üçün Rüstəmlə Səyavuşu acılayır və bundan inciyən Rüstəm öz ölkəsinə qayıdır, Səyavuş isə Alp Ər Tonqa ilə birləşir.

İ. Əfəndiyevin qəhrəmanlarının gördükləri yuxular epizodik xarakter daşımasına baxmayaraq hadisələrin gedişinə, qəhrəmanın daxili aləminə, əhval-ruhiyyəsinə, oxucunun diqqətini artırmaqla yanaşı, xalqın qədim mifik təfəkkürüylə bağlı yuxu, onun yozumlarının (folklorda olduğu kimi) yazılı ədəbiyyatımıza gətirməsi, klassik sənətkarlarımızın bu sahədə yaradıcı ənənələrin İ.Əfəndiyev kimi XX əsrin ən böyük sənətkarları tərəfindən davam etdirilməsi, müsbət hal olub, yazıçının folklorun bütün incəliklərinə dərindən bələd olduğuna dəlalət edir.

Yazıçının əsərlərində yararlandığı Xızır peyğəmbər türkdilli xalqlaro cümlədən Azərbaycan mifologiyasında və folklorunda mifik obrazdır. O, insanlara həyat bəxş edən, xeyir bərəkət gətirən qüdrət sahibi kimi səciyyələndirilir. Xalq içərsində Xızır Nəbi, Xızır əleyhisalam və Xızır peyğəmbər kimi tanınır.

“Dədə Qorqud” boylarında da ("Dirsə xan oğlı Buğaj xan boyını bəyan edər xanım hey") Xızır çətin anda insanların köməyinə çatan müqəddəs bir obraz kimi təsvir edilir. Tədqiqatçı Xızır peyğəmbərlə bağlı əfsanələrin uzun minilliklərdən əvvəl yarandığını, xalqın düşüncəsinə hakim olanonun milli təfəkkürünün yaratdığı kult olduğunu açıqlayır. Əfsanə və rəvayətlərdən gətirilən nümunələr əsasında yazıçının bu obrazdan yararlanma imkanları tədqiq edilir.

İ.Əfəndiyev yaradıcılığında ən maraqlı cəhətlərdən biri də xalqın suya, oda olan inamlarını öz əsərlərində yaşatmasıdır. İnsan həyatı üçün əsas olan su, ona tapınma, inam “Dədə-Qorqud” dastanlarında, nağıllarımızda, əfsanələrimizdə əsas mövzulardan biridir. Mirəli Seyidov yazır ki, “Etil - İtil, Volqaboyuna səyahət etmiş X əsr ərəb alim-səyyahı İbn Fədlan da təsdiq edir ki, türklərdə su tanrısı varmış. Əski Çin mənbələrinə söykənən hunların 24 qəbiləsinin - boyunun başçılırı ilin beşinci ayında Lunq -Çenq şəhərinə toplaşıb Göy Tanrıya, yer, su, ruhlarına qurban vermişlər. Tuqyular ildə bir dəfə müqəddəs ruhların, onqonların, eləcə də suyun şərəfinə mərasim düzəldərmişlər. Qıpçaq qəbilə birləşmələri silsiləsinə daxil olan Kimeklərdən bəhs edərkən Qardizi qeyd edir ki, onlar suyun tanrısı olduğuna inanır, suya tapınırlar.

“Kitabi-Dədə Qorqud” dastanlarından “Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər, xanım heyboyunda Boyu uzun Burla Xatın oğlu Uruzun nəzir-niyazla, “quru-quru çaylara su salmaqla” Tanrının ona verdiyini söyləyir.

Su haqq didarını görmüşdür” kəlməsindən də biz görürük ki, suya tapınmanın kökləri çox qədimdir. Novruz bayramında səhər tezdən axar suda yuyunmaq, su götürmək həm yenilik, təzələşmək, həm də suya tanrı kimi tapınmadır. Hətta müqəddəs bir şəxsiyyət kimi tanıdığımız Dədə Qorqut da ölümdən yaxa qurtarmaq üçün çay üzərində məskən salır. Xızır Peyğəmbər bulaqdan su içərək ölməzliyə qovuşur və əbədi çətinliyə düşən insanların xilaskarına çevrilir.

Qədim atəşpərəstlikdə də M.Seyidov su tanrısının adının çəkildiyini göstərir: “Ey Atəş anamız, sən, doqquz irmağın qovuşduğu yerdə, doqquz bujaqlı pak evdə oturan və çayların, dənizlərin ilahəsi su tanrısı ilə danışırsan..!

İ.Əfəndiyev yaradıcılığında rəqəmlərə münasibət də mifizmlə bağlıdır. "Hökmdar yeddi qızıl dirəkli çadırında, yeddi tirmə döşək üzərində əyləşdi”. “Şahzadə Məliktaj qonşu çadırda, qızdırma içində yatırdı, hər tərəfində yeddi qara qul əlləri döşündə sükut içində dayanıb gözlərini ona zilləmişdi”. “Nə danışırsan, qarı? -dedi. -O, mənim yeganə varisimdir. Mən yeddi il dua edib, yeddi min qurban kəsəndən sonra, Böyük yaradan mənə əta etdi”. “Oğlan yeddi düşmən öldürüb on səkkiz yara alandan sonra yıxıldı” əsərlərinə daxil etməklə folklor ənənələrini yaşatmağa çalışıb. Yazıçının balaca qəhrəmanı da nağıl və əsatirlərimizdə yaşatdığımız mifologiyamıza üz tutur. Əgər Xanmurad kimi bir igid olarsa, yeddi gün yeddi gejə at sürərək gedib divi öldürər və onun oğurlayıb apardığı gözəl qızı xilas edib, anasının yanına qaytarar.

“Dünyanın yaranması” haqqında əsatirdə deyilir ki, yergöy əkiz olub, dəhşətli alovun püskürməsilə dünya iki yerə bölünüb. Sonra qaranlıq dünya odun-günəşin köməyi ilə işıqlanır. Ay-ulduz yaranır. Günəşin suyu qızdırması nətijəsində su buxarlanır. Yerində dağlar, dərələr yaranır. AyUlduz suyun törətdiyi fəlakətlərdən bezib zil qara örtük toxuyub günəşin qabağını kəsirlər, günəş ayı görüb ona vurulur. Onların DaşDün adlı bir oğlubir qızı olur. Əkizlərdən də dörd nəvə, on iki nəticə, iyirmi dörd kötücə, otuz itikcə, üç yüz altmış dörd ötdükcə doğulur. Ötükcələrin biri Yeri özü üçün yurd seçirora yeddi çöp basdırır, yatır. Ayılanda yeddi çöpün göyərib yeddi ağac olduğunu görür. Əlbəttə, sonralar bu ağac da, müqəddəs ağaclar kimi (bu gün də mifologiyamızdan bizə yadigardır) Dağdağan, Əncir, Alma, Nar, Tut, Zoğal, Saqqız ağacı hesab olunur.Avesta” əsərində də dörd rəqəmi müqəddəs hesab olunurona görə dünya ilahiləşdirilmiş dörd ünsürdən - su, od, yerhavadan ibarətdir.

Üç rəqəmi də xalq mifologiyasında müqəddəs bir rəqəm kimi qəbul edilib. Ölü yerdən qaldırılarkən onun üç dəfə qoyulub götürülməsi, nağıllarımızda ( “Məlikməmməd” nağılında padşahın üç oğlu olması, onun bağında bitən almaya üç gün keşik çəkilməsi, quyunun ağzındakı daşı götürmək və quyuya düşmək üçün üç dəfə cəhd edilməsi), üç dəfədən sonra işin öz həllini tapması üç rəqəminə olan inamın təzahürüdür. Üç rəqəmi ilə bağlı “Atalar üçdən deyib”, ilin fəsillərini üç ay götürməklə dörd yerə bölünməsi, nağılların sonunun “Göydən üç alma düşdü”, kəlamıyla bitməsi, toyların üç gün, üç gecə çalınması, qəhrəmanların üç gün üç gecə yol gedib mənzilə çatması və s. üçdörd rəqəmlərinə olan müsbət rəyin təzahürü kimi götürülməlidir. Yeddi və qırx rəqəmləri də üçdörd rəqəmi kimi uğurlu sayılır ki, bütün nağıllarımızda, xalqımızın məişətində, həyatında bu rəqəmlərə münasibət özünü göstərir. Ən qədim dini abidəmiz olanAvestada Yer kürəsinin yeddi hissəyə bölünməsi söylənilir. Quranda da Allahın dünyanı və insanları yeddi gün ərzində yaratdıqları qeyd olunur. Ölü dəfn edildikdən sonra onun üç, yeddi və qırxıncı günlər xatırlanması, qırx gün ona yas saxlanması, qırxına qədər yeddi gündən bir onun adına ehsan verilməsi və s. kimi etiqadlar adət-ənənələrimizdə bu gün də yaşayır. Yeddi qardaş, bir bacı” nağılında qardaşların sayının yeddi göstərilməsi Nizaminin yaratdığı şah əsərlərindən birinin adının “Yeddi gözəl” (bu da əfsanələrdən gələn priyomdur) adlandırılması, Göyün yeddi qatdan ibarət olması, yeddi qapıdan nəzir yığmaqla quran kəsmək “əhdi” və buna bənzər digər adət-ənənələrimizdə yaşayan yeddi rəqəminə müqəddəs baxım mifik təfəkkürümüzün yaşartılarıdır.

Üç rəqəmi də yazıçının yaradıcılığında folklorumuzda olduğu kimi öz əksini tapır, “Səkinə ilə Gülməmmədə üç gün, üç gecə bir toy elədilər, gəl görəsən", “İş belə olanda gədənin cibində tapança varmış. Fərəc bəyə üç güllə vurub özünü pəncərədən atır küçəyə”.

Qırx rəqəminə ən çox nağıllarımızda, əfsanələrimizdə, dastanlarımızda və digər folklor nümunələrimizdə rast gəlirik. “Kitabi-Dədə Qorqud” dastanlarında da yeddi, qırx, üç rəqəmləri öz əksini tapıb. Yazıçının “YusifEsfir” əsərində də “Qırx il idi ki, Yusif Allaha ibadət edirdi. Daşa girən Kahin İbrahim demişdi ki, kim qırx il hər gün, hər gecə Allaha ibadət eləsə, Allah onun üç xahişini yerinə yetirər”.

Abidin yuxusu” hekayəsində də Abid “qırx il idi ki, gecə-gündüz Allaha ibadət edirdi, gündə beş dəfə namaz qılıb, alnını möhürə sürtməkdən alnında fır əmələ gəlmişdi. Qırx il idi ki, o, özünü o gözə görünməyən böyük Allahın hüzurunda hiss edirdi. Qırx il idi ki, qəlbini, ruhunu dünyanın hər cür fəallıqlarından, hər cür günahkar ehtiraslarından azad, rahat hiss edirdi. Və qırx il idi ki, bir quş cənnət bağından ona misilsiz ləzzətə malik ətirli bir nar gətirirdi”.

 

Gülxani Pənah

filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2014.- 27 dekabr.- S.14.