21 fevral
- Beynəlxalq Ana Dili günüdür
Azərbaycanda söz yaradıcılığı ilə
məşğul olmaq
ənənəsi yaranmalıdır
Hazırda dünyanın 25 müxtəlif
regionunda 300 milyondan çox insan türk dilinin 25 dialektində danışır. Tarixən türk
dilinin digər dillərə təsiri məsələsiylə bağlı
göstəricilər isə
belədir. Erməni
dilində 3159, yunan dilində 2643, bolqar dilində 2454, alban dilində 2422, ərəb
dilində 1801, rus dilində 1576, rumın dilində 1542, ingilis dilində 1500, macar dilində 1142, çin dilində 213, fars dilində isə 1369 türk mənşəli söz qeydə alınıb.
Dil - xalqın
ruhunu tam mənasıyla
ifadə etmək qüdrətinə malikdir. Dil hər
bir xalqın müəyyənliyi, özünəməxsusluğudur.
Zamanlar bir-birini əvəz edir, ancaq dil
ölmür, yaşayır.
Hər bir xalqın dili o xalqın təfəkkürünü, hər
mənada səviyyəsini
göstərir. Ən əski
dövrdən bəri,
yəni xalqın ilkin inancları formalaşdığı zamanlarda
dilin imkan verdiyi səviyyədə həmin xüsusiyyətlər
yaşayıb, sonradan
təkmilləşmə dövrü
keçib, nəsildən-nəsilə
ötürülüb, bugünümüzə
gəlib çıxıb.
Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır.
Qəhrəmandır dilimiz, ona görə
ki, biz bir xalq olaraq sarsıldığımız,
hətta özümüzdən
ayrıldığımız çağlarda belə ruhumuzun soraqlarını özündə kamil bir şəkildə qoruyub-saxlaya bilib. Azərbaycan türkcəsi
Azərbaycanda yaşayan
xalqların nümayəndələri
üçün doğma,
birləşdirici bir ünsiyyət dilidir.
Professor İsmayıl Məmmədov
bildirir ki, Azərbaycanda bütün
dillərə sayğı
var: "Heç kəs heç kəsə demir ki, sən lahıc,
eləcə də talış, ya da ləzgi dilində
danışma. Quba rayonunun
Xınalıq kəndi
qəribə bir məkandır. Bu kənddə yaşayan əhali xınalıq dilində danışır.
Azərbaycanda başqa dillərə
sayğının nəticəsidir
ki, xınalıq dilinin daşıyıcısı
olduğu yeganə kənd əsrlərdir bu bölgədə mövcudluğunu nəinki
qoruyub saxlaya, hətta artıra bilib. Bütövlükdə götürdükdə Azərbaycan dili burada yaşayanlar üçün ümumi,
birləşdirici, anlaşma
dilidir".
Bu gün Güney Azərbaycanda yaşayan 35
milyondan çox soydaşımız fars şovinizminin əsarəti altındadır,
onlara ana dilimizdə istənilən
səviyyədə danışmasına
belə imkan verilmir. Güney Azərbaycanda ana
dilimizə qarşı
olan bütün basqılara baxmayaraq ana dilimiz ölmür,
itmir, daim mövcudluğunu hünərvərliklə
qoruyub saxlayır.
Güney Azərbaycanda dövlət
səviyyəsində dilimiz
qəbul edilmədiyinə,
ana dilimizdə məktəblər olmadığına
görə daha çox şifahi ədəbiyyatımız inkişaf
edib. Habelə aşıq
sənəti Güneydə
çox intişar
tapıb. Güneydə yaşayan şairlərimiz
ana dilində yazıb-yaratmağa üstünlük
veriblər. Xalq öz
dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın
"Heydər babaya salam" poeması
ana dilimizin soraqlarını çatdıran
gözəl ədəbi
abidələrdən biridir.
Şəhriyar yaşlaşandan
sonra dərk etdi ki, o, yalnız
ana dili ilə bir olduqda
güclü ola
bilər. Adətən insan yaşlı
dövründə Vətənə,
yurda və dilinə daha çox bağlanır.
Şəhriyar dərk
edəndə ki, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir;
"Heydər babaya salam" poeması
milli ruhunun izharı oldu.
Dilçi-alim İsmayıl Kazımovun
fikrincə, hər bir xalqın milli dəyərlərinin
əsasını onun
ana dili təşkil edir: "Dilimiz türk dilləri arasında özünəməxsusluğu ilə seçilir. Ana dilimiz yaşam
qaydamızdır". Müstəqillikdən sonra
ana dilimiz tədricən beynəlxalq
aləmdə tanınmağa
başladı: "Əgər
sovet dövründə
alınma terminlər,
beynəlxalq sözlər
dilimizə rus dili vasitəsilə gəlirdisə, hazırda
Avropa dillərindən
birbaşa bəhrələnmə
üstünlük təşkil
edir. Habelə dilimizdə Avropa
terminlərinə meyl
artıb".
Şübhəsiz, heç bir dil özünə qapanıb qalmır, onun başqa dillərlə əlaqəsi,
təbii ünsiyyəti
olur. Həticədə bir
dildən bu və ya digər
dillərə çoxlu
sözlər keçir
və ya əksinə: əksər
hallarda bu, qarşılıqlıdır. Ancaq faktdır
ki, tarixin çox dönəmlərində
işğalçılıq motivləri bu və ya digər
dilin başqa dili üstələməsinə,
nəticədə "dilin
dili işğal etməsinə" səbəb
olub. Fars dilində Azərbaycan Türkcəsinə məxsus
min söz belə yoxdur. Tarixən türk qılıncının
zəhmini dadmış
çinlilərin dilində
belə bu gün türk sözlərinin sayı azdır. Türklər fitri yaradıcılıq,
bənzərsizlik keyfiyyətlərinə
malik olduqları dərəcədə həm
də təəssüf
ki, arxayınlaşıblar.
Dilimizi təəssübkeşliklə qorumamışıq. Bu arxayınçılıq indi
də xarakterimizdə
mövcuddur. Dili qorumaq
milləti qorumaq deməkdir. Eləcə də dövləti,
dövlətçiliyi təsdiq
etməkdir. Bu, hər şeydən əvvəl aydınlarımızdan
mümkün qədər
ana dilimizin tələbinə uyğun
səviyyədə köklənməyi
tələb edir.
Əks halda bundan sonra
dilimizə daxil olacaq çoxsaylı yeni terminlərin qarşısında yenə
də "ağ bayraq" qaldıracağıq,
nəticədə dilimiz
demək olar, əlimizdən gedəcək.
Hə qədər bədbin səslənsə də, gerçəklik budur.
Ona görə
də Azərbaycan dialektlərində olan, bu və ya
digər bölgədə
işlədilən sözlərin
çalarlı, ümumişlək
xarakterli olmağa layiqlilərini seçərək
onların əcnəbi
sözlərin qarşılığında
işlədilməsinə çalışmalıyıq. Bu gün qloballaşma həşiri artıq ucqar yaşayış bölgələrimizə də
gedib çıxıb.
Azərbaycanda söz yaradıcılığı
ilə məşğul
olmaq ənənəsi
yaranmır. Təəssüf ki, sovet vaxtında
da barmaqla sayılası qədər
söz yaranıb.
Bu gün Azərbaycan
dilçiləri söz
yaratmaq məsələsini
yenə də səyli şəkildə
şair və yazıçıların üzərinə
atırlar. XX yüzildə
şair-yazıçılarımız tərəfindən çox
az söz
yaradılıb. Bu, onu deməyə əsas verir ki, söz yaratmaq
xüsusi bir hadisə səviyyəsində
mütəxəssislər tərəfindən
olmalıdır. "Dədə Qorqud dastanları"nda söz
yaradıcılığı ilahi bir səviyyədə
ənənələşib. Bu mənada Azərbaycana indi ifrat səviyyədə
dalğası çatan
elmi-texniki inkişaf dövründə yeni gələn termin və sözlərə qarşı mümkün qədər "sipər çəkilməli", yəni
onların qarşılığının
tapılmasına səy
etməliyik. Başqa bir fəlakətli
hadisə isə Azərbaycanın şəxs
adlarının əksəriyyətinin
özgə adlardan ibarət olmasıdır.
1828-ci ildə Azərbaycanın
Güney torpaqlarının
İran tərəfindən
qəsb edilməsindən
sonra bu bölgələrdə tədricən
ana dilimizin farslaşması mərhələsi
başlandı. Bu gün
Azərbaycan Türkcəsinin
ardıcıl şəkildə
farslaşdırılması üçün İran əlindən gələni
edir. Şəhriyar
yazır:
"...Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil
əsil olmaz...".
Bəxtiyar Vahabzadə isə
ana dilimizi belə öyür:
Bu dil tanıtmış bizə bu dünyada
hər şeyi,
Bu dil əcdadımızın
bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də
hədiyyə verək!
Ey öz doğma dilində danışmağı
ar bilən
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!
Yazar xalqını
təmənnasız sevdiyi,
ona ruhən qovuşduğu dərəcədə
gözəl əsərlər
yarada bilər. Yazar ruhlu,
inamlıdırsa, əsəri
də gözəl olacaq. Yazarlarımız bacardıqca ana
dilimizdə yeni sözlər yaratmalıdırlar.
Öz dilinin təəssübünü
çəkməyən yazıçı
mahiyyətcə antimillidir.
Özünü Azərbaycan yazıçısı,
şairi sayanlar türkcəmizi incəliklərinə
kimi bilməlidirlər.
Azərbaycan dili genealoji bölgüyə əsasən türk dillərinə mənsubdur. Bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Azərbaycan dili türk, türkmən və qaqauz dilləri ilə yanaşı türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna daxildir.
Mütəxəssislərin araşdırmalarına əsasən Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan türkcəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanıb. Səlcuq və osmanlı türkləri X əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuş və bu əlifba ilə çoxlu dəyərli əsərlər yaratmışlar. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub və bu əlifbayla Azərbaycan tarixinin, ədəbiyyatının qiymətli əsərləri qələmə alınıb.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.
1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da Azərbaycan Respublikası ərazisində 1929-1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939-1991-ci illərdə isə kiril əlifbasından istifadə olunub. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilib. Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından istifadə edirlər.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 21 fevral.- S.14.