Arıçılığın
inkişafına dair proqram
hazırlanır
Ölkəmizdə bu sahənin
inkişaf səviyyəsi
dünya arçılığından
xeyli geri qalır
Azərbaycanda "Arıçılıqda məhsuldarlığın
artırılması vasitəsilə
ölkədə kənd
əhalisinin yaşayış
səviyyəsinin yüksəldilməsi"
adlı proqram icra olunacaq. Bu layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) köməyi ilə hazırlanıb və ölkədə arıçılığın
inkişafına yönəlib.
Bu barədə APA-ya FAO-nun Azərbaycandakı
nümayəndəliyinin təmsilçisi
Təranə Bəşirova
məlumat verib. Onun sözlərinə görə,
hazırda layihə ölkə hökuməti
ilə razılaşdırılma
mərhələsindədir. "Arıçılıqda məhsuldarlığın
artırılması vasitəsilə
ölkədə kənd
əhalisinin yaşayış
səviyyəsinin yüksəldilməsi"
proqramı çərçivəsində
ölkədə damazlıq
seleksiya işlərinin
təkmilləşdirilməsi, Qafqaz bal arılarının
populyasiyadan tənzimlənməsi
və onların arealının genişləndirilməsi
hədəfə alınıb.
Son illər Azərbaycanda
arıçılığa meyl artıb. Sovet dönəmində
kəndlərin ərazilərində
üzümçülük, pambıqçılıq plantasiyaları
salınmışdı. Bu, faktiki olaraq
arıçılığın inkişafına güclü
ziyan vururdu. Belə amillər indi azalsa da,
hər halda arıçılığın inkişafı sarıdan problemlər az
deyil. Bu gün
Azərbaycanda 125 fəsiləyə
mənsub 4100-dən çox
bitki növü var. Qafqaz florasının təxminən 60 faizi Azəraycanın payına
düşür. Respublika ərazisində
təxminən 600-dən çox
ballı bitki növü olduğu müəyyən edilib.
Mütəxəssislər hesab edirlər
ki, bitki örtüyünün bu cür zənginliyi bir arı ailəsindən
Azərbaycanda ildə
hətta bir neçə dəfə məhsul götürməyə
imkan verir. Görünür, bunu nəzərə alan
hökumət də konkret addımlar atmağa başlayıb. Belə ki, 2009-cu ildə Nazirlər Kabineti arıçılıqla bağlı
bir neçə normativ hüquqi aktı təsdiq edib. Bunlar "Xarici ölkələrdə
arıçılıqda istifadə
olunmuş inventar və avadanlıqların Azərbaycana ərazisinə
idxalının məhdudlaşdırılması
halları və qaydası", "Arı
ailələrinin zərərvericiləri
ilə mübarizə
tədbirlərinin həyata
keçirilməsi qaydası"
və "Arı ailələrinin balyığma
və yeni məskunlaşma yerlərinə
köçürülməsi qaydası"dır.
Bal insan üçün ən dəyərli qida məhsulu hesab olunur. Balın tərkibində
insan üçün
xeyirli olan 500-dən artıq maddə və zülallar var. Əlverişli təbii iqlim şəraiti, zəngin yem bazası ehtiyatları və qiymətli cinslərə malik arı genofondu Azərbaycanda arıçılığın
inkişaf etdirilməsinə
həmişə geniş
imkanlar yaradıb.
Hələ bir neçə
on illiklər əvvəl
qədimdən arıçılığın
vətəni kimi tanınmış Azərbaycanın
istehsal etdiyi yüksək keyfiyyətli
arı məhsulları
daxili tələbatı
ödəməklə yanaşı,
qonşu ölkələrə
də ixrac edilir və bu məhsullar alıcı dövlətlərdə
həmişə yüksək
qiymətləndirilirdi. Lakin zaman keçdikcə obyektiv və subyektiv səbəblər
üzündən keçmiş
ənənələr davam
etdrilməyib və qiymətli təsərrüfat
sahəsinə biganə
münasibət göstərilib.
Bu isə nəticə
etibarilə ona gətirib çıxarıb
ki, Azərbaycan arıçılığını inkişaf səviyyəsi dünya arçılığından
xeyli geri qalıb.
Azərbaycanın arı genofondu əsasən Qafqaz arı cinslərinin ölkəmizin təbii iqlim şəraitinə uyğun olaraq formalaşmış populyasiyalarından
ibarətdir. Böyük Qafqaz arı
cinsinin Azərbaycanda Qabaqtəpə və Şahdağ arı populyasiyası mövcudur ki, onlar əsəsən,
Kiçik Qafqaz və Böyük Qafqaz dağlarının Azərbaycana aid ərazilərində
yayılıb. Sarı Qafqaz
arı cinsindən olan Sarı İran və Lənkəran arı populyasiyaları isə Lənkəran-Astara bölgəsində,
həmçinin Yardımlı,
Lerik-Cəbrayıl, Zəngilan
və Naxçıvanda
yayılıb. Göstərilən arı populyasiyalarının
hər biri özünəməxsus xüsusiyyətləri
ilə seçilməklə
yanaşı, həm də damazlıq seleksiya işi üçün ən yaxşı materialdır.
Bu populyasiylar içərisində isə
yerli arı genofondumuzun "qızıl
arısı" sayılan
Qabaqtəpə arısı
xüsusilə seçilir.
"Qızıl arı" məşhur Bozdağ Qafqaz arısının bütün
müsbət xüsusiyyətlərini
özündə cəmləşdirməklə
yanaşı, ondan üstün olaraq yüksək sürətlə
inkişaf etmək, soyuq qışı keçirmək, küləkli
iqlim şəraitinə
uyğunlaşmaq, böyük
floramiqrasiya göstəricisi
ilə seçilmək
kimi müsbət xüsusiyyətlərə malikdir.
Başqa
arılardan fərqli olaraq, bu qiymətli
seleksiya materialı sancmaya həsir deyil, beçəvermədən
asan qayıdır, gün ərzində nektar ardınca uçuşa tez başlayıb, gec qurtarır. Hektar bolluğu rayonlarda belə digər arı cinslərindən çox bal toplayır
ki, bu xüsusiyyətlər
də onun yüksək məhsuldarlığını
şərtləndirən əsas
cəhətlərdəndir. Lakin çox təssüf ki, qeyri-məqbul aqrar siyasəti nəticəsində
"qızıl arı"nın gələcək
mövcudluğu təhlükə
altında salınıb.
Son zamanlar qabaqcıl
arıçılar və
xarici dövlətlərin
arıçı mütəxəssisləri
Qabaqtəpə arısına
ciddi maraq göstərirlər.
1975-ci ilin məlumatına görə, Azərbaycanda
119,1 min arı ailəsi olub. Hazırda isə bu rəqəm
200 minə yaxındır.
Bir arı ailəsinin orta məhsuldarlığı
isə 10 kiloqrama yaxındır. Azərbaycanda
ildə 1200 ton bal istehsal olunur. Bu da adambaşına 150 qram bal istehsalı
deməkdir. Dünyada
isə bal istehsalına görə Çin birinci yerdədir. Rusiya və Avstraliyadan
sonra Türkiyə dördüncü, Ukrayna beşinci yeri tutur. Bu ölkələrdə
arıçılıq sahəsinin
inkişafına böyük
önəm verilir, dövlət büdcəsindən
bu sahəyə vəsait və subsidiyalar ayrılır.
Rusiya, Ukrayna, Bolqarıstan və Türkiyədə "Arıçılıq
haqqında" qanunlar
qəbul olunub. Azərbaycanda arıçılığın
inkişaf etdirilməsi
üçün əlverişli
çoğrafi şərait
və zəngin təbiəti var. Təqribi
hesablamalar göstərir
ki, müasir arıçığılığın son nailiyyətlərindən istifadə
edilərsə və mütərəqqi arıçılığa
keçid tətbiq edilərsə ölkəmizdə
olan arı ailələrinin sayını
4 dəfə, bir arı ailəsinin orta illik məhsuldarlığını
2 dəfə artırmaq
olar.
Qeyd edək
ki, son illər xarici ölkələrdə
arı məhsullarının
istehsal səviyyəsi
getdikcə yüksəldiyi
və onların qida və dərman
vasitələri kimi tətbiqinə ciddi fikir verildiyi halda, Azərbaycanda bu sahənin məhsullarının istehsalı
olduqca aşağı
səviyyədədir. Hər il ölkə
ərazisində, heç
bir xərc çəkilmədən, təbiət
tərəfindən yaradılan
min tonlarla qiymətli qida maddəsi bal - (nektar halında) tədarük edilir. Lakin arıçılığın zəif inkişafı nəticəsində onlar istifadəsiz qalaraq məhv olub gedir. İnkişaf etmiş ölkələrin
kənd təsərrüfatlarında
arıçılıqdan əldə
olunan çiçək
tozundan bitkilərin tozlanması məqsədi
ilə istifadə edilir. Bu zaman
əldə olunan gəlir isə arı məhsullarından
əldə olunan gəlirdən qat-qat çoxdur. Məsələn,
ABŞ-da bu nisbət 6 milyard dollar: 45 milyon dollar şəklindədir,
yəni 13,3 dəfə çoxdur. Təəssüf ki, ölkəmizdə
arıçılığın bu faydalı xüsusiyyətindən də
yetərincə istifadə
olunmur. Olduqca gəlirli sahə
olan arıçılığın
ən yaxşı xüsusiyyətlərindən biri
də onun məhsullarının müalicəvi
əhəmiyyətli olmasıdır.
Tərlan
Xalq Cəbhəsi.- 2014.- 28 fevral.- S.12.