“Xocalı soyqırımı xalqımızın ümümmilli faicəsidir”

 

Hiyaməddin Orduxanlı: "Kimsənin bundan şou düzəltməsi, sadəcə ayıbdır

Aydın Hüseynov: "Radikal müxalifət xalqın faciəsindən öz cılız mənafeləri üçün istifadə etmək istəyir

Milli Şuranın "Xocalı" abidəsinin yürüşündə qarşıdurma yaşanıb. Tədbirin keçirilmə qaydalarına əsasən vətəndaşlar ziyarətdən sonra "Xətai" metrosuna qədər gəlməli idi. Milli Şura üzvləri yürüşə başlayarkən öncə "Şəhidlər ölməz, vətən bölünməz!", "Xocalıya ədalət!" şüarları səsləndirsələr , sonradan liderlərinin adını çığırmağa başlayıblar. Ziyarətdən sonra da polisin nəzarəti ilə metro stansiyaya kimi şüarlar səsləndirərək yürüşə davam ediblər.

"Xətai" metro stansiyasından sonra polis yürüş təşkilatçılarına hərəkəti saxlamağı şüar səsləndirməməyi bildirib. Bir neçə dəfə xəbərdarlıq olsa da, Milli Şura rəhbərliyi yürüşün maşınlarının dayandığı Xətai prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinə kimi davam etdiriləcəyini bildirib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları növbəti dəfə şüar səsləndirməmək yürüşü başa çatdırmaq haqda xəbərdarlıq ediblər. Rəhbərlik arasında gərgin dialoq zamanı ziyarətçilər məsələyə müdaxilə edincə qarşıdurma yaranıb. Bundan sonra Milli Şura rəhbərlərinin maşınları olduqları yerə kimi gətirilib yürüş oradaca başa çadıb.

Milli Şura üzvləri ilə polislər arasında insident baş verməsi ilə bağlı yayılan məlumatlara Daxili İşlər Hazirliyindən (DİN) reaksiya verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, ziyarət zamanı heç bir xoşagəlməz hadisə baş verməyib: "Heç bir qarşıdurmdan artıq davranışdan söhbət gedə bilməz. Vətəndaşlarımız dərin ehtiram hissi ilə abidəni ziyarət edir bu zaman kimlərəsə zor göstərmək, abidəni ziyarət etməsinin qarşısını almaq barədə məlumat absurd əsassızdır. Hazırda da polis abidəyə ziyarətə gələn insanların gediş-gəlişini təmin edir onların təhlükəsizliyinə nəzarət edir. Ola bilər ki, abidəni ziyarət etmək istəyənlərlə hansısa anlaşılmazlıq olsun. Amma bunu ciddiləşdirməyə heç bir əsas yoxdur".

Amma Milli Şuranın bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir sıra şəxslər hesab edirlər ki, Milli Şura rəhbərliyi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsi önündə təxribata əl atıb. Vətəndaşlar Xocalı şəhidlərinin anımını sükutla yad edərkən, əraziyə daxil olan Milli Şura rəhbərliyi başda AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli olmaqla məqsədli şəkildə diqqəti öz tərəflərinə çəkməyə cəhd edib şüarlar səsləndirməyə başlayıblar.

Qeyd edək ki, Xocalı faciəsinin 22-ci ildönümünü anma tədbirinə qatılanlar "Ana fəryadı" abidəsini sükutla yad edirlər, bu sükutu şəhidlərə sayğı məqsədi ilə saxlayırlar. Milli Şura üzvlərinin isə bu kimi təxribata əl atmaları həm anlaşılmaz, həm Xocalı şəhidlərinə qarşı sayğısızlıq kimi qiymətləndirilir. Ətrafdakı vətəndaşlar da Milli Şura rəhbərliyinin bu kimi hərəkətlərini qınayıblar.

Məsələyə münasibəit bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı diqqətə çatdırıb ki, Xocalı soyqırımı Azərbaycan xalqının ümümmilli faicəsidir. Onun sözlərinə görə, bu tədbir siyasi aksiya deyil: "Kimsənin bundan şou düzəltməsi, sadəcə ayıbdır. Əli Kərimli onsuz da bütün məqamlarda siyasi şou yaratmağa özünü mətbuatın gündəminə gətirməyə öyrəşib. Dünənki məqamda buna söykənir. Özünü ucuz reklam edir...".

Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov diqqətə çatdırdı ki, hər bir Azərbaycan vətəndaşının ümdə məqsədi odur ki, bu hadisə beynəlxalq miqyasda daha geniş səpkidə tanıdılsın, Xocalının haqq səsi dünyaya çatdırılsın, bu soyqırımı həyata keçirən cinayətkar Ermənistan rəhbərliyi beynəlxalq məhkəmə qarşısaında cavab versinlər: "Eyni zamanda hadisəyə beynəlxalq hüquqi qiymət verilsin, bu soyqırım daha çox dünya dövlətləri trəfindən soyqırım aktı olaraq tanınsın. Azərbaycan prezidenti İlham Əliyevin bu sahədəki mövqeyi hücum dimplomatiyasıdır öz müsbət nəticələrini verir". Aydın Hüseynovun sözlərinə görə, radikal müxalifət isə həmişə olduğu kimi xalqın faciəsindən öz cılız mənafeləri üçün istifadə etmək istəyir bundan ucuz şou yaratmağa cəhd edirlər: "Bir xalqın eləcə bəşəriyyətin faciəsindən istifadə etmək istəyirlər. Onları Azərbaycan xalqının maraqları yox, sadəcə öz ucuz mənafaeləri düşündürür. Bu tipli hərəkətlər isə cəmiyyət tərəfindən mövqeyindən asılı olmayaraq hər bir insan üçün utanverici hal kimi dəyərləndirilir. Ona görə bu addımı atmağı öz şəxsiyyətlərinə sığışdıranlardan, buna görə utanc hissi keçirməyənlərdən xalqa xeyir gəlməz. Azərbaycan dövlətinin, başda prezident İlham Əliyev olmaqla Azərbaycanın ümummilli maraqları ilə bağlı, o cümlədən Xocalı faciəsi ilə əlaqədar atdığı addımlar artıq öz nəticəsini verməkdədir. Artıq müəyyən dövlətlər bu soyqırımı soyqırım atı kimi tanıyıb, Amerika Birləşmiş Ştatlırının bir sıra ştatları da Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul ediblər, bu faciəni soyqırım kimi tanıyıblar. "Xocalaya Ədalət" kampaniyası öz nəticəsini verir. Bu istiqamətdə davam edir Azərbaycan dövlətinin səyi nəticəsində Xocalı soyqırım beynəlxalq miqyasda daha geniş miqayasda ədalətli qiymətini alacaq, cinayətkarlar cavab verəcəklər. Bu, Azərbaycan dövlətinin mövqeyidir. Radikal müxalifətin mövqeyi isə faciədən, Azərbaycanın bəşəriyyət tarixinin dəhşətli, insanlıq üçün utanc verici hadisədən öz şəxsi mənfeləri üçün yararlanmaq cəhdidir buna özünüz qiymət verin".

Jurnalist Eynulla Fətullayev isə "təəssüf edirəm ki, xalqımızın ən kədərli, ümummilli məsələdə həmrəlik nümayiş etdirməli olduğu bir gündə bu cür hərəkətlər baş verir. Bu, qəbuledilməzdir, -deyə vurğulayıb. Onun sözlərinə görə, bu insanlar təxribata əl ataraq açıq-aşkar hüquq-mühafizə orqanları ilə qarşıdurma vəziyyəti yaratmaları onların hələ islah olunmadığını göstərir.

Eynulla Fətullayev onu da vurğulayıb ki, onların bu cür hərəkətləri çox əxlaqsız qəsd xarakterlidir: "Onlar ucuz, populist addımlarını lokal miqyasda həyata keçirirlər".

 

Əli

Xalq Cəbhəsi.- 2014.- 28 fevral.- S.3.