“Korrupsiyaya
qarşı mübarizə: beynəlxalq standartlar
və milli təcrübələr”
Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir
Bakıda
"Korrupsiyaya qarşı
mübarizə: beynəlxalq
standartlar və milli təcrübələr"
mövzusunda yüksək
səviyyəli beynəlxalq
konfrans keçirilib.
APA-nın məlumatına görə, Azərbaycanın
Avropa Şurası Nazirlər Komitəsinə
sədrliyi ilə əlaqədar Azərbaycan
hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya
Qarşı Mübarizə
Aparan Dövlətlər
Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı
ilə keçirilən
tədbirdə Avropa Şurasına üzv ölkələrin hüquq-mühafizə
orqanlarının, müstəqil
antikorrupsiya qurumlarının
və mötəbər
beynəlxalq təşkilatların
130-dan artıq yüksək
vəzifəli nümayəndəsi,
Prezident Administrasiyası,
Milli Məclis, Nazirlər Kabineti, Korrupsiyaya qarşı Mübarizə üzrə
Komissiya, Mərkəzi
icra hakimiyyəti orqanları, Baş Prokurorluq, habelə ölkəmizin digər hüquq-mühafizə orqanları,
ali təhsil müəssisələri, qeyri-hökumət
təşkilatları və
beynəlxalq təşkilatların
Azərbaycandakı nümayəndəliklərinin
100-dən artıq əməkdaşı
iştirak edib.
Konfransda
Türkiyə, Albaniya,
Moldova, Xorvatiya, Gürcüstan
Respublikalarının, Monako
və Lixtenşteyn Knyazlıqlarının Baş
prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiya Respublikalarının Ədliyyə
nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış
antikorrupsiya qurumlarının
rəhbərləri, Avropa
Şurasının İnsan
Hüquqları və
Hüquqi Məsələlər
üzrə Baş İdarəsinin direktoru,
GRECO-nun Prezidenti, IACA-nın
İcraçı Katibi,
Beynəxalq Prokurorlar Assosiasiyasının (IAP) Prezidenti,
Beynəlxalq Antikorrupsiya
Orqanları Assosiasiyasının
(IAACA) Baş Katibi və digərləri təmsil olunur.
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət
göndərib. Müraciəti Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev oxuyub.
Müraciətdə deyilir: "Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda
demokratik və ədalətli dövlət
qurulmuş, şəffaf
ictimai münasibətlər
sistemi formalaşmışdır".
Prezident İlham Əliyev qeyd edib ki,
dövlət idarəçiliyində
səmərəliliyin təmin
edilməsi, açıq
hökumət institutlarının
tətbiqi, elektron xidmətlərin inkişafı,
korrupsiyaya qarşı
mübarizə dövlət
siyasətinin başlıca
istiqamətləridir.
Dövlət başçısının sözlərinə görə,
Azərbaycanda korrupsiyaya
qarşı mübarizəni
uğurla aparmaq üçün möhkəm
siyasi iradə mövcuddur: "Ölkəmizin
korrupsiyaya qarşı
mübarizə sahəsində
beynəlxalq təşəbbüslərə
qoşulması ilə
qanunvericilik bazası
tam müasirləşdirilmiş və institusional islahatlar həyata keçirilmişdir".
İlham
Əliyev təəssüflə
vurğulayıb ki, korrupsiya bütün dünyada, o cümlədən
Avropa ölkələrində
də aktual problemlərdən biri olaraq qalır: "Ona görə də bu sahədə
daim yeni təşəbbüslərin irəli
sürülməsi zəruridir.
Avropa Şurasına üzv ölkələrlə Azərbaycan
arasında əlaqələr
daim inkişaf edir, müxtəlif sahələrdə genişlənir.
Mayın
14-dən Azərbaycan Avropa
Şurası Nazirlər
Komitəsinə sədrlik
edir. Ölkəmiz sədr olduğu
dövrdə korrupsiyaya
qarşı mübarizəni
prioritet elan etmiş və üzv ölkələrin
qarşılaşdıqları problemlərlə ciddi şəkildə məşğul
olmaq niyyətindədir.
Əminəm ki, korrupsiyaya
qarşı mübarizədə
milli və beynəlxalq səylərin
gücləndirilməsinə xidmət edən bu konfrans fəaliyyətimizin
daim əlaqəli təşkilinə və əməkdaşlığımızın genişlənməsinə töhfə
verəcəkdir".
Açılış mərasimində çıxış
edən Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində
çox böyük təcrübə qazanıldığını,
Azərbaycan prezidentinin
sərəncamı ilə
mühüm qurumların
yaradıldığını deyib. Ramiz Mehdiyev bu qurumlar arasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə
Baş İdarəsinin,
"ASAN xidmət"in əhəmiyyətini
xüsusi vurğulayıb.
Ramiz Mehdiyevin sözlərinə
görə, Azərbaycanda
olan yüksək səviyyəli qonaqlar
"ASAN xidmət"in fəaliyyətini
böyük maraqla müşahidə edirlər,
bu qurumun ölkədə korrupsiyaya
qarşı mübarizədə
mühüm rol oynadığını bildirirlər.
Ramiz Mehdiyev "ASAN xidmət"in
yaradılmasını və
onun fəaliyyətini
Azərbaycan vətəndaşlarının
da böyük razılıqla qarşıladıqlarını
söyləyib.
Baş prokuror Zakir Qaralov isə
çıxışında bildirib ki, bu
konfrans Azərbaycanın
Avropa Şurası Nazirlər Komitəsinə
sədrliyi dövründə
həyata keçirəcəyi
18 tədbirdən birincisidir. Onun sözlərinə
görə, Azərbaycanda
korrupsiyaya qarşı
mübarizədə güclü
siyasi iradəyə əsaslanmaqla, beynəlxalq
təcrübə nəzər
alınaraq sistemli şəkildə mütərəqqi
antikorrupsiya qanunvercilik
bazası formalaşdırılıb,
mühüm institusional
tədbirlər həyata
keçirilib və bu islahatlar bu
gün də davam etdirilir.
Baş prokuror qeyd edib ki,
konfrans həm regional,
həm də qlobal səviyyədə əməkdaşlığın bundan sonra dərinləşməsinə
zəmin yaradacaq, dünyada korrupsiyaya qarşı mübarizə
sahəsində proseslərə
öz töhfəsini
verməklə mühüm
görüş yeri olduğunu sübuta yetirə biləcək".
Prezident
Administrasiyasının Hüquq
mühafizə orqanları
ilə iş şöbəsinin müdiri
Fuad Ələsgərov
çıxışında deyib ki, Azərbaycanda
korrupsiya ilə səmərəli mübarizə
üçün bütün
imkanlar mövcuddur. O bildirib ki, korrupsiyaya
qarşı mübarizə
Azərbaycanda dövlət
siyasətinin proritet istiqamətidir.
PA rəsmisi qeyd
edib ki, müstəqil Azərbaycanın
korupsiyaya qarşı
mübarizə tarixi çox qədim olmasa da, bir
sıra çətinlik
və mərhələlərdən
keçib. Onun sözlərinə görə,
1991-ci ildə Sovet İttifaqı dağıldıqdan
sonra Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası olmayıb: "Lakin bu gün
Azərbaycanda daha yüksək hədəflərə
nail olmaq üçün
tədbirlər görülür,
korrupsiyaya qarşı
mübarizə tədbirləri
gücləndirilir".
F.Ələsgərov bildirib ki, Azərbaycanda
"ASAN xidmət"in fəaliyyət
göstərməsi korrupsiyaya
hallarını tam istisna
edir və vətəndaşların dövlət
qurumlarına etimadını
artırır. Korrupsiyaya qarşı mübarizə
sahəsində beynəlxalq
təşkilatlarla əməkdaşlıq
qurulub və bu əməkdaşlıq
davam etdirilir.
Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiyasının
katibi, Avropa Şurasının Korrupsiyaya
Qarşı Mübarizə
Aparan Dövlətlər
Qrupu (GRECO) təşkilatındakı
Azərbaycan nümayəndə
heyətinin rəhbəri
V.Hüseynov bildirib ki, korrupsiyaya qarşı mübarizədə
qabaqlayıcı tədbirlər
mühüm rol oynayır. Bu baxımdan
etik davranışın
həvəsləndirmə tədbirlərinin
həyata keçirilməsi
çox vacibdir.
Onun sözlərinə,
Azərbaycan korrupsiya ilə mübarizə sahəsində beynəlxalq
konvensiyalara qoşulub
və bu, Azərbaycanın antokorrupsiya
sisteminin beynəlxalq standartlara uyğun inkişafını təmin
edir.
V.Hüseynov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə
siyasəti qısa vaxtda nəticə vermir: "Bunun üçün dövlətlər
səbirli olmalı, bir az gözləməlidirlər.
Azərbaycanda da bu işlər mərhələlərlə
həyata keçirilib".
Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərinin
indiyədək 3 mərhələdə
həyata keçirildiyini
deyən Komissiyanın
katibi həm bu mərhələlər
çərçivəsində, həm də rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər
barədə geniş
məlumat verib.
Onun fikrincə,
korrupsiya ilə mübarizədə əhalinin
etimadını qazanmaq
üçün həm
dövlət qurumları,
həm də kütləvi informasiya vasitələri korrupsiyaya
qarşı lazımi
mühit yaratmalıdırlar. Azərbaycanda artıq belə bir mühit yaradılıb.
Açılış mərasimindən
sonra plenar iclaslarda iştirakçılar
tərəfindən anti-korrupsiya
qanunvericiliyinin tətbiqi,
onun məhkəmə-hüquq
sisteminin səmərəliliyinin
artırılmasında və
iqtisadi inkişafda rolu, hüquqi şəxslərin cinayət
məsuliyyəti, korrupsiyaya
qarşı mübarizədə
səmərəli qabaqlayıcı
və maarifləndirmə
tədbirləri, bu istiqamətdə vətəndaş
cəmiyyəti institutlarının
iştirakı, qarşılıqlı
səmərəli əməkdaşlıq
vasitələri, korrupsiya
cinayətləri üzrə
effektiv cinayət təqibi üsulları, ixtisaslaşdırılmış anti-korrupsiya qurumları və onların təcrübəsi məsələləri
müzakirəyə çıxarılıb.
Beynəlxalq konfrans öz
işini bu gün də davam etdirəcək.
CƏMİL
Xalq cəbhəsi.-2014.-1 iyul.-S.6.