AMEA üç yeni institut yaratdı

 

Akif Əlizadə: "AMEA-nın 70 illik tarixinə müraciət edəndə, akademiya rəhbərliyi böyük çətinliklə üzləşir"

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 3 yeni institut yaradılıb. APA-nın xəbərinə görə, bu barədə AMEA üzvlüyünə seçkilər üzrə keçirilən Ümumi Yığıncaqda qərar qəbul olunub. Belə ki, yeni yaradılan institutlar AMEA-nın Molekulyar Biologiya Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu Dünya Siyasəti İnstitutudur.

Yığıncaqda çıxış edən AMEA Biologiya Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, son illər biologiyanın sürətli inkişafı molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi kimi bir çox yeni elm istiqamətləri sahələrinin yaranmasına zəmin yaradıb.

Onun sözlərinə görə, yeni elm sahələrinin inkişafı başqa elm sahələrinə təkan verib: "Bu, xüsusilə təbabət, kənd təsərrüfatı, aqrar sahə, informasiyanın inkişafına təkan verib. Bu gün bu sahədə aparılan elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, pərakəndə elmi tədqiqat işlərinin bir yerdə koordinasiya etmək kadr hazırlığının səviyyəsini daha da yüksəltmək üçün AMEA-nın Botanika İnstitutunun nəzdində Molekulyar Biologiya Biotexnologiyalar İnstitutu yaradılması məqsədəuyğundur. Yeni institutun yaradılması bu sahədə elmi tədqiqatların daha effektiv, yüksək səviyyədə aparılmasına kömək edəcək".

Akademiyada yeni yaradılan digər iki institut - Elm Tarixi Dünya Siyasəti institutları barədə isə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Ümumi Yığıncaqda aparılan müzakirələrdən sonra AMEA-da hər 3 institutun yaradılması təsdiq olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik keçmişinə, tarixinə müraciət edəndə, akademiya rəhbərliyi, institutlar böyük çətinliklə üzləşirlər. APA-nın xəbərinə görə, AMEA üzvlüyünə seçkilər üzrə keçirilən ümumi yığıncaqda çıxışı zamanı qurumun prezidenti Akif Əlizadənin sözlərinə görə, bu çətinlik ondan ibarətdir ki, tarixi materiallar pərakəndə qalır, tapılmır: "Bu gün akademiyada olan arxiv, struktur modellərinin əsasında yeni institutun - Elm Tarixi İnstitutunun yaradılması vacibdir. Bu institutun yaradılması göstərəcək ki, biz keçmişimizi bir daha araşdırıb, onu 70 ilini yekunlaşdıraraq irəliyə doğru uğurla apara bilərik".

AMEA prezidenti Dünya Siyasəti İnstitutunun yaradılmasını da vacib hesab edib. Onun sözlərinə görə, indiyədək akademiyada Şərqşünaslıq İnstitutu fəaliyyət göstərib, inkişaf edib onların tədqiqatları bütün dünyada məlumdur: "Lakin artıq təkcə Şərq ölkələri ilə kifayətlənməməli, tədqiqatlar aparılacaq ölkələri daha da genişləndirməliyik. Bizə Yaponiya, Koreya digər uzaq ölkələrin elmi inkişafını öyrənmək əhəmiyyətlidir. Azərbaycan bu gün Avropa ilə əlaqələrini gücləndirir. Qərbşünaslıq baxımından da həmin ölkələrin tarixi, elmi inkişafını öyrənmək üçün Dünya Siyasəti İnstitutunun yaradılması vacibdir".

Dünən AMEA üzvlüyünə seçkilər üzrə keçirilən Ümumi Yığıncaqda "AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası" da müzakirə olunub. Yeni konsepsiya barədə məlumat verən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, prezidentin fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkə üçün bütün prioritet istiqamətlərdə, o cümlədən elm sahəsində əsas inkişaf hədəfləri müəyyənləşdirilib. Onun sözlərinə görə, konsepsiyada elmi potensialın inkişafı ondan ölkənin tərəqqisi üçün istifadə olunması mühüm məqsəd kimi qarşıya qoyulub: "Bu vəzifələrin öhdəsindən gəlmək üçün AMEA-da elmin təşkili idarə edilməsi, elmi fəaliyyətin strukturu tərkibi müasir səviyyədə qurulmalıdır. Bu səbəbdən AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlanmasına zərurət yaradıb. Konsepsiyada elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi strukturun müasirləşdirilməsi elmin inkişafına xidmət edən digər tədbirlər əks olunub".

AMEA üzvlüyünə seçkilər üzrə keçirilən ümumi yığıncaqda müzakirə olunan "AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası" müzakirələrdən sonra qəbul olunub.

AMEA-nın yeni nizamnaməsi qəbul olunub. AMEA üzvlüyünə seçkilər üzrə keçirilən Ümumi Yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Nizamnamə layihəsi barədə ətraflı məlumat verib. O bildirib ki, bu sənəd AMEA-nın müstəqillik dövründə hazırlanmış əsas Nizamnamə layihəsidir. AMEA-nın hazırda 16 bölmədən 176 maddədən ibarət olan yeni Nizamnaməsi isə yeni mərhələdə ölkədə elmi daha da inkişaf etdirməyə, geniş islahatlar keçirməyə təminat verməlidir. İ.Həbibbəyli qeyd edib ki, AMEA-da müstəqillik illərində yaradılmış regional elmi bölmələr mərkəzlərin fəaliyyətinin, həmçinin son illərdə genişlənməkdə davam edən beynəlxalq əlaqələrin, innovasiya sahibkarlıq fəaliyyətinin, əmlak maliyyə məsələlərinin nizamnamə ilə tənzimlənməsi ilə əlaqədar müddəalar haqqında ilk dəfə olaraq nizamnamədə yeni bölmələr əsasında kompleks müddəalar müəyyən olunub. Yeni Nizamnamə layihəsi AMEA-nın Ümumi Yığıncağında müzakirə edilərək qəbul olunub.

"Son 7 ildə Azərbaycan Milli Elmlər Akademiyasında seçkilər keçirilməyib. Bu da bəzi çatışmazlıqlara səbəb olur, çətinliklər yaradır". APA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə AMEA üzvlüyünə seçkilər üzrə keçirilən ümumi yığıncaqda çıxışı zamanı deyib. Onun sözlərinə görə, çətinliklərdən birincisi odur ki, bəzi prioritet istiqamətlər akademiyanın elmi fəaliyyətində zəifləyir. A.Əlizadə qeyd edib ki, kadr hazırlığında çətinlik çəkilir: "Bəzi elmi məktəblər bir qədər daralır, hətta itmək üzrədir. Bu baxımdan AMEA-da seçkilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Son zamanlar akademiyanın Rəyasət Heyəti çox mühüm problemləri, məsələləri öz iclaslarında müzakirəyə çıxarır. Həmin məsələlərin nəticələri qərar kimi qəbul olunur. 10 ildən artıqdır ki, dövlətimiz uğurlu yolla inkişaf edir. Ondan əvvəl qoyulan möhkəm özül iqtisadiyyat, mədəniyyət, elmin inkişafı bu gün çox sürətlə davam etdirilir".

AMEA prezidenti qeyd edib ki, son 4-5 ildə akademiyada maddi-texniki bazanın təkmilləşdirilməsi, möhkəmlənməsi üçün dövlət tərəfindən təxminən 15 milyon manata qədər pul xərclənib: "Bu gün akademiyanın bütün bölmələri gözəl maddi-texniki bazaya malikdir. İndi akademiya qarşısında məsələ qoyulur ki, onlardan səmərəli və prioritet istiqamətlərə xidmət etmək üçün istifadə olunsun".

 

Xalq cəbhəsi.-2014.-1 iyul.-S.15.