Qədim türk
dastanlarını ozanlar yaradıb
Qədim bolqarların ilkin yaranışı və türksoylu olmasından söhbət açan
"Şan qızı"
əsatir dastanı da zamanında geniş yayılmışdı. Əsrlər boyu ağızlarda dolaşan bu mənzum eposu IX əsrdə (882-ci ildə)
Mikayıl Baştu qələmə alıb.
Mikayıl Baştu tanınmış
bolqar soyundan olmuş, ulu babası Abdulla Təbir, onun oğlu Şəms Baştu (Kiyevin qədim adı) qəsəbəsinə
köçüb orada
yaşamış və
müsəlmanlığı yaymaqla məşğul olmuşdu. Şəmsin oğlu Mikayıl
Baştu 882-ci ildə
"Şan qızı"
dastanını bitirmiş,
onu bulqar taxtına çıxan
Bat-Uqora ithaf etmişdir.
Mikayıl Baştu şair, alim, mütərəqqi maarifçi olmuş,
"Türk ədəbi
dili" dərsliyini yazmış, ərəb əlifbası əsasında
bolqar əlifbasını
hazırlamış, onlarca
müsəlman məktəbləri
və bolqar təhsil ocaqları açmışdı. Onun oğlu
Abdulla ibn Baştu da böyük şair olmuş, 931-ci ildə türk dilində "Kisek baş kitabı"
("Kəsik baş kitabı") adlı dastan yazıb bulqar hökmdarı Mikayıl Yalqaya (931-943) ithaf etmişdi. Bu dastan dövrümüzə
türk dilində gəlib çatıb.
M.Baştunun "Şan
qızı" dastanı
rus dilində də nəşr olunub, əvvəlcə onda bütpərəstlik motivləri görən islam xadimləri
dastanı oxumağı
qadağan etmişlər.
Sovet dövründə isə ərəb əlifbasında
buraxıldığına görə
məhv edilmişdi.
Dastanın məzmunu Mahmud Kaşqarlının
"Divan"ında da
qorunub.
"Şan qızı" dastanının xronoloji mifik məzmununda iki əsas təbəqə
dayanır: əski inanclar; xeyir dini motivlərinə bağlı olan, zaman-zaman islam
kultuna əsaslanan inanışlar.
Deməli, "Şan qızı" dastanı mifik baxımdan islamın incə duvağı ilə örtülmüş
əski bolqar dastanıdır. Dastanın ilk oxunuşundan bolqar
mədəniyyətinin slavyanların
üzərində güclü
təsiri aydın görünməkdədir. Bunu hər iki xalqın
dastanlarında ("Şan
qızı" və
"İqor polku haqqında dastan") olan mifik personajlar
və süjetlər təsdiq edir. "Şan qızı"
dastanındakı bəzi
motivlərdən, mifik
personaj və süjetlərdən "İqor
polku haqqında dastan"da istifadə olunub.
Hətta hər iki dastanın
bir sıra qəhrəmanlarının adları
da eynidir və ya çox
oxşardır. Həmçinin bəzi slavyan
rəvayətləri və
tarixi hadisələrdə
dastanın ayrı-ayrı
epizodları yaşamaqdadır.
Dastanın süjetindən və
bəzi personajlarından
gürcü şairi Şota Rustaveli "Pələng dərisi geymiş pəhləvan"
poemasında geniş istifadə edib. "Şan qızı"
dastanı böyük
Nizamiyə də bəlli olub, o, "İsgəndərnamə" poemasında
dastandakı Alamir-İsgəndər
surətindən bəhrələnib.
Adlarını çəkdiyimiz bu sənət abidələri
türk dastançılığının
qədim köklərə
bağlı olduğunu
göstərir.
Qədim türk dastanlarını yaradanlar isə ozanlardır. Onlar bu dastanları
yaradarkən əski hərb sənətimizi göstərmək istəmiş,
özləri də ya döyüşçü,
ya da xaqanları
müşayiət etmişlər.
Bu dastanlar eyni
zamanda türkün qəhrəmanlıq salnamələridir.
Bu salnamələrə əsasən biz ozan sənətinin tarixi yaşını da müəyyən rəqəmlər
əsasında təyin
edə bilərik.
Bir sözlə, qədim türk tarixi ozan yaradıcılığındadır,
- desək səhv etmərik.
Şumer kitabələrindəki şeirlər,
nəğmələr, ağılar,
zərb-məsəllər, himn və ağlaşma,
lətifələr, əfsanələr,
təmsillər, dastanlar,
məktəb və təhsil və sair nümunələr ulu və əzəmətli
bir xalqın mədəniyyətindən xəbər
verir. Bu qədim
mədəniyyət beşiyi
istər coğrafi, tarixi-etnoqrafik baxımdan, istərsə də dil və soykök
baxımından türk
mədəniyyətinin ilkin
izlərini özündə
yaşadır. Bu mədəniyyət güney
Azərbaycan bölgələrində
və onun cənubunda İkiçayarası
- Dəclə və Fərat çayları arasında yaranıb.
Gil lövhələrə köçürülən
beş dastandan
biri "Bilqamıs haqqında dastan" adlanır. Şumer dilində yazıya alınan bu dastan qədim dövrlərdə akkad, hurri və het dillərinə tərcümə edilib, geniş yayılıb. Dastanın qəhrəmanı şumercə
Bilqamıs adlanır.
Dastanda Bilqamıs belə səciyyələndirilir:
"Dünyanın axırına
kimi hər şeyi görmüş haqqında, dənizləri
görmüş, bütün
dağları aşmış
haqqında, öz dostu ilə birlikdə düşmənləri
fəth etmiş haqqında, müdrikliyə
çatmış haqqında,
hər şeyi bilən haqqında gizli nə varsa
gördü, sirli nə varsa bildi,
bizə daşqından
əvvəlki günlər
barədə xəbər
gətirdi, uzaq yola çıxmışdı.
Lakin yorulub qayıtmışdı".
Dastanda gerçək
tarixi hadisələrlə
əfsanələr qovuşur. Tarixçilərin qeyd etdiyi kimi,
Bilqamıs tarixi şəxsiyyətdir. Bilqamıs Uruk
ölkəsinin, eləcə
də Uruk şəhərinin hakimidir.
O, mürəkkəb təbiətli
insandır, dastanda həm qəddar, həm xeyirxah, həm qəhrəman, həm dost, həm də insan taleyini,
onun aqibətini düşünən adam kimi təsvir olunub. Dastan bir neçə
hissədən ibarətdir:
Bilqamıs Uruk şəhərinə hakimlik
edir. Bilqamısın Enkidu ilə
dostluğu. Bilqamısla Enkidunun
Humbabanı və buğanı öldürmələri.
Bilqamısın dünya daşqınından
gəmi qayırıb
xilas olan Utnapiştimlə görüşməsi.
Bilqamısın ümidsiz vətənə
dönməsi və
s.
Bilqamıs Uruk şəhərinin qala divarlarını tikdirdikdən sonra özünü sərbəst
aparır, şəhər
əhalisinə zülm
edir, qız və qadınlara sataşır. Uruk sakinləri allahlara
müraciət edirlər.
Şikayət sədası
allah Anuya
çatır. O, ana ilahəsi Arurunu yer üzərinə göndərir və deyir: "Sən onu yaratmısan, indi də ona
bənzər qəhrəman
yarat. Arurugildən vəhşi görkəmli
və təbiətli Enkidunu yaradır. Tezliklə Uruka xəbər yayılır ki, yaxınlıqda vahiməli
bir əcaib insan peyda olub.
Onu ancaq Bilqamıs məğlub edə bilər. Lakin Bilqamıs belə
ondan çəkinir.
Çünki İnkidu vəhşi
təbiətə malik
idi. Onun təbiətini dəyişdirmək
lazım idi. Məbəd qadınlarından birini - Şamxatı onun yanına göndərirlər.
Qadın
ona nəvaziş göstərir. Tədricən Enkidunun vəhşi təbiəti dəyişilir,
başına ağıl
gəlir, gücdən
düşür. Qadın məhəbbəti
ona şüur gətirir. İnsana çevrilmiş Enkidu Bilqamısla döyüşə girişir.
Ağıllı Bilqamıs onunla
barışıb əhdi-peyman
bağlayır, qardaş
olurlar. Bundan sonra onlar birlikdə sidr meşəsinə gedib şər qüvvə olan Humbaba ilə
döyüşürlər. Çox çətin döyüşdən
sonra Humbabanı öldürürlər.
İlahə İştar Bilqamısın
qəhrəmanlığını görüb ona vurulur, qəlbini ona açır. Lakin Bilqamıs
İştarın məhəbbətini
rədd edir. Bilqamıs yaxşı bilir ki, İştar heç bir sevgilisinə sonacan sədaqətli olmayıb.
İştar bu təhqirə
dözmür. Səma allahı
Anudan xahiş edir ki, Bilqamısa
qarşı səma öküzünü göndərsin.
Vəhşi öküz Uruk
da qabağına çıxanı dağıdır,
məhv edir. Bilqamıs və Enkidu çətinliklə öküzü
öldürürlər. Uruk camaatı qəhrəmanların
şərəfinə ziyafət
verir, mahnılar qoşur. Lakin allahlar Enkidunu
Bilqamısa qarşı
yönəltmişdilər. O isə Bilqamısla dostluq edir. Humbabanın və
səma öküzünün
öldürülməsində iştirak edir. Allahlar Enkiduya ölüm hökmü çıxarırlar.
Enkidu xəstələnir və
ölür. Bilqamıs hədsiz
pərişan olur, həyatın, qəhrəmanlığın,
şöhrətin sonunu
gözü qabağında
canlandırır. Bilqamıs
əbədi həyat axtarmağa gedir...
Qara Namazov,
Professor
Xalq cəbhəsi.-2014.-2 iyul.-S.13.