Mətbuat tarixmizdə Ünsizadə
qardaşlarının xidmətləri
Azərbaycan mətbuat tarixində Ünsizadə qardaşlarının
əvəzsiz xidmətləri
olub. Ünsizadələr üç qardaş
idilər. Şamaxı mədrəsəsində müəllim
işləyən, klassik
üslubda "Ünsi"
təxəllüsi ilə
şeirlər yazan və bu yazıları
ilə Şamaxı ədəbi mühitində
özünə layiqli
yer tutan Əbdürrəhman əfəndi
oğlanlarına yaxşı
adlar seçmişdi.
Böyüyün adı Səid
idi. Ata ortancıl
oğluna Cəlaləddin,
lap kiçiyinə isə
Kamal adı vermişdi. Səid əvvəl Şamaxıda,
sonra isə Şərq ölkələrində
oxumuş, ali
dini təhsil alandan sonra Şamaxıya
qayıtmış, məktəbdarlıqla
məşğul olmuş,
bir müddətdən
sonra igamətgahı Şamaxıda yerləşən
Bakı Quberniyası Əhli-Təsənni idarəsinə
üzv seçilir. Sonradan Bakı qubernatoru D.Staroselskinin əmri ilə Şamaxı qazısı və Ruhani İdarəsinin sədri vəzifəsinə
təyin olunur. Tadqiqatçı Nazim Nəsrəddinov
yazır ki, vəzifə Səid Ünsizadəyə maarif və mədəniyyət
məsələləri ilə
ciddi məşğul
olmağa geniş imkanlar açmışdı.
Bu istqamətdəki ən önəmli işi 1874-cü ildə D.Staroselskinin icazəsi ilə yaradılan Şamaxı "Məclis
məktəbi" idi.
Quberniyanın digər məktəblərindən
fərqli olaraq, burada şagirdlərin sağlamlığına da,
təhsil və tərbiyələrinə də
fərqli yanaşma var idi. Şagirdlər skamyada oturur,
Yazılar yazı lövhəsində yazılır,
ana dili ilə yanaşı, burada ənənəvi Şərq dilləri keçirilir, müəllimlər
dərslə yanaşı,
dərslik və müxtəlif risalə və kitabçaların yazılmasında yazılmasında
fəallıq göstərirdilər.
Təkcə bu faktı göstərmək gərəkli
görünür ki, bu məktəbdə işləyən müəllimlər
XIX əsrin 80-ci illərində
Azərbaycan dilində
uzun müddət məktəblilərin oxu və dərslik kitabları kimi tanınan bir neçə mükəmmməl
əsərin müəllifləridir.
Səid Ünsizadə həmin vaxt Qafqaz Canişini
olan D.Staroselski ilə dosluq münasibətlərindən istifadə
edərək, Tiflisdə
çap işləri
ilə məşğul
olmaq fikrinə düşür. Əvvəlc daş basmaxanası (litoqrafiya) açır, İstanbuldan müxtəlif
mətbəə avadanlıqları
alıb gətizdirir.
Azərbaycan dilində mətbəə
və mətbuat işlərini qüvvətləndirmək
üçün ortancıl
qardaşı Gəlaləddin
əfəndini də Tiflisə dəvət edir. Ünsizadələr nəslinin bir
neçə gənc üzvü də mətbəə işinə
- müəyyən mətbəə
peşəsi üzrə
fəhləliyə dəvət
edilir. S.Ünsizadə
1878-ci il dekabrın 12-də Tiflisdə
"Ziya" adlı həftəlik qəzetin nəşrinə icazə
alır. Hakim dairələrə tanışlıq
üçün gündərilən
proqramında "Ziya"
qəzetində dövlət
sərəncamları, xarici
və daxili xəbərlər, müxtəlif
növ həvadislərin
(əhvalatların), felyetonların
çap ediləcəyi
bildirilirdi. Qəzetin ilk nömrəsi 1879-cu ilin yanvar ayının əvvəllərində çap
edilir. Qəzetin
1879-cu il yanvar ayında çıxan ilk 2 nömrəsi
tədqiqatçılara məlum
deyil. "Ziya"nın 1879-cu il fevralın 8-də çıxan
3-cü nömrəsinin tarixinə
əsasən ilk nömrənin
1879-cu il yanvarın
18-də çıxdığını söyləmək olar.
"Ziya"nın birinci səhifəsində
iki sünbül çələngi arasında
adı və dərc olunduğu il göstərilir. Başlığın yerləşdirildiyi
çələngin sağında
oxuculara mətbu orqanın imtiyaz sahibi tanıdılır:
"Qəzetəni verən
Səid Ünsizadə.
Qəzetəmiz basılmaqdan ötrü
göndərilən kağızları
idarəmiz basmaqda muxtardır. "Ziya" qəzetəsinin idarəxanəsi Vorontsov küçəsində Ağa
Əli Əsgərovun
35 nömrəli xanəsindədir.
Yazı işləri və qəzetə mütəəlliq hər
bir növ kağızlar qəzetə
müdirinin adına
göndərilir". Qəzetin
başlığı yerləşdirilən
çələngin sol tərəfində
qəzetin çıxarılmasında
Cəlaləddin əfəndinin
səlahiyyəti və
qəzetin reklamla bağlı şərtləri
sadalanır: "Qəzetə
ümuratının müdir
və mühərriri
Cəlal Ünsizadə.
Qəzetəmizin bir sənəlik qiyməti: altı aylığı 4
manat, bir nüsxəsi-15
qəpik. Elamnamələrin hər bir sətrinə 10 qəpik.
Mənfəətlü və yaxşı
xəbərlər pulsuz
qəbul və təb olunur".
Tədqiqatçı Nazim Nəsrəddinov yazır ki, qısa bir müddətdə
"Ziya" türk dili başa düşülən bütün
türk torpqlarına qanad açır, yerlərdən qəzetin idarəxanəsinə məktublar
axışır. Rusiyanın mərkəzi yerlərinin
birində - Tambovda sürgündə olan
"Əkunçi"nin əkinçisi
Mirzə Həsən Əlqədari, İstanbuldan
şirvanlı Şahin
əfəndi, Münif
əfəndi, Bağçasaraydan
İsmayıl bəy Qaspralı, Şamaxıdan
S.Ə.Şirvani, Zərdabdan
Həsən bəy Məlikzadə Zərdabi,
Göyçaydan İsmayıl
Nazirzadə, İrəvandan
Abbas ağa Məhəmmədzadə, Tiflisdən
şeyxülislam Əhməd
Hüseynzadə, müfti
Əbdülhəmid Əfəndizadə,
anası alman, atası fransız olan məşhur rus şərqşünası
və qafqazşünası
A.P.Berje, vaxtilə Rusiyanın İstanbulda və sonralar Təbrizdə konsulu olan Valerian Vladimiroviç
Bezobrazov, Moskvadan Əlisəfa, R.Əliyev,
N.Vəzirov və başqaları "Ziya"ya
məktublar göndərir.
Müxtəlif məzmunlu bu
məktub və maqalələr türk dünyasının ziddiyətlərlə
dolu olan bir zaman kəsimini
öyrənmək baxımından
çox maraqlıdır.
Səid Ünsizadə türk dünyasını öz ətrafına toplaya bilmişdi. Həftədə bir dəfə
çıxan qəzet
çətinliklərlə qarşılaşsa da, Ünsizdə qardaşları
türkdilli mətbuatın
tərəqqisi yolunda
israrlı idilər.
Qəzetdə bəzən süni
qarşıdurma yaradılırdı.
Səid Ünsizadə qəzetin baş məqalələrinin
birində təklikdə
deyə biləcəyi
sözləri bərkdən
söyləyir, Cəlal
əfəndidən qəzetin
dilinə ciddi fikir verməyi ona irad tutur,
"hər kəsə
öz xörəyini verməyi ondan tələb edirdi".
Böyük qardaşının
yanında zəngin mühərrirlik məktəbi
keçən Cəlal
əfəndi 1882-ci il
may ayının 12-də hökumət
dairələrində 1882-ci ilin sentyabr ayından
ayda bir dəfə çıxarmaq
şərtilə Tiflisdə
"Kəşkül" adlı
məcmuə çıxarmağa
icazə istəyir və oktyabrın 20-də
ona "Kəşkül"
adında jurnal ("Kəşkül" səhifələrində
onu "məcmuə",
"cəridə" də
adlandırırlar) çıxarmağa
icazə verilir. Cəlal Ünsizadə əqidəsinə, ağıl
və fərasətinə
inandığı ziyalıları
ətrafına toplayaraq,
əvvəlcədən müəyyənləşdirdiyi
və dostları ilə məsləhətləşdiyi
proqram əsasında
1883-cü il yanvarın 31-də 28 səhifəlik
"Kəşkül" jurnalını
qardaşı Səid
Ünsizadənin "Ziya"
adı ilə tanınan mətbəəsində
çap etdirir. Qeyd edək ki, Kəşkül
- hind qozu qabığından
hazırlanan dərviş
çantasıdır. Bu söz klassik
Şərq ədəbiyyatında
"ədəbiyyat, şeir
toplusu" məzmununu
da verir. Cəlal Ünsizadə jurnalın müqəddəməsində
bu münasibətlə
özü belə yazırdı: "Bu cəridədə
nə növ mətləblər yazılacağın
bu günkü nüsxənin elanat səhifələrində zikr
edirik, amma burada bunu demək
istəyirik ki, məcmuəmizin əsl dili və ibarəsi
məmləkətimiz müsəlmanlarının
məfhumi olan Türki Azərbaycan dilindən ibarət olacaqdır. Amma bununla belə ərəbi və farsi dili
sevən müsəlman
qardaşlarımız dəxi
bu cəridə vasitəsilə faidə alıb, faidə verməklər üçün
aradabir məzkur dillərdə dəxi əhvalat və məqalət qəbul və dərc olunacaqdır. Nə fənuni-maddi və ülumi-dünyəvi təxmlərin
müstəhəqqinə (toxumların
layiq olanına.) əta etməgə qüdrəti olan (Əkinçilərdən) olduğumuzdan
və nə də zülməti-zəlalət
və cahi-cəlalətdə
qalmışlara ziyanəxş
olmaq qüvvəsinə
nail olan ürəfadan
hesab olunduğumuzdan, yəni ülumi-zahiri və batinidən ari (təmiz-N.N.) bir fəqir dərviş olduğumuz məlum ikən dər-öhdə aldığımız
ƏMƏK BƏ ƏMƏL ÇANTASI dəxi
kəşküldən ibarət
olacaq. Bu səbəbdən
təb və nəşrinə rüxsət
aldığımız cəridə
"KƏŞKÜL" namını alır".
"Kəşkül"ün üz qabığında məcmuənin adı, adın altında ilk nömrənin tarixi hicri və miladi təqvimlə göstərilir: hicri-1200, miladi-1883. Sonrakı sətrdə jurnalın ədəbiyyat və siyasiyyatdan bəhs edəcəyi yazılıb. Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc edir. Sonra aylıq məcmuə olduğu göstərilir. Jurnalın birinci nömrəsi mənzumə şəklində yazılmış dua ilə başlayır. "Kəşkülün müqəddiməsi" başlıqlı yazının müəllifi Cəlaləddindir. Yazıda Azərbaycan mətbuat tarixinə ekskurs edilir, "Əkinçi", "Ziya" qəzetlərinə düzgün qiymət verilir. "Kəşkül"ün birinci nömrəsindəki "Mətbəə və mətbuat" başlıqlı yazıənın müəllifi göstərilmir. Yazının bu nömrədəki hissəsinin sonunda müəllif göstərilməyib. Oxucu onun davamını məcmuənin ikinci nömrədə axtarmalı olur. Bu yazıdakı fikirlərin çoxu "Ziya" qəzetində dəfələrlə səslənmişdir. Görünür, "Ziya" da imzasız çap olunan məqalələrin müəyyən hissəsi Cəlal Ünsizadənindir. O da təzə mətbu orqanda "Ziya"dakı fikirlərini "Kəşkül"ün oxucuları ilə bölüşmək fikrinə düşür. Cəlal Ünsizadə "Kəşkül" də yazır: "Bizlərdən çoxu var ki, mətbəə və mətbuat nə olduğunu bilməz və bilmək dəxi istəməz". Müəllif öyrənməkdən üz çevirənlərə onları məşğul olduqları boş və bihudə xəyal aləmindən ayırmalarını vacib sayır. Oxucu ilə belə fikir mübadiləsinə başlayan müəllif cəmiyyətin inkişafında mətbəə və mətbuatın rolunu düzgün qiymətləndirərək, mətbəə və mətbuatın millət və qövmin düşüncə tərzində öz əksini tapdığı qənaətinə gəlir. "Kəşkül"dəki felyetonlar da oxucular narahat edən məsələlərə həsr olunmub. XIX əsrin 70-80-ci illərində felyeton qəzetin, jurnalın indikindən fərqli məna bildirirdi. Felyeton əvvəllər ciddi janr sayılırdı. Felyetonun qəzet və jurnallarda daimi yeri olardı. Sonralar felyetonlarda qaldırılan məsələlərdə özünü göstərən bir sıra nöqsanlar oxucuda gülüş döğurduğundan əvvəlki müsbət çalarlarını itirir. Jurnaldakı felyetonların birinin müəllifi S.Atamalıbəyovdur. Bu yazı "Aldığımız bir vərəqədir" adlanır. Jurnalın ilk nömrəsində A.Bakıxanovun "Təhzibül-əxlaq" əsəri haqqında yazı müəlifinin düşüncələri də özünə yer tapır. Jurnalda 1877-ci il Dağıstan hadisələri də işıqlandırılıb. Jurnaldakı ədəbiyyat bölümünün yazılarrı da diqqəti cəlb edir. "Əmsali-Loğman"dan seçilən yazı "Bir arslan ilə iki Öküz" adlanır. Tərcümənin müəllifi Cəlaldır. Jurnalın 24-cü səhifəsində dərc olunan "Qurani-Əzim Alişan" şerinin müəllifi (Seyyid) kimi göstərilib. Mövzusu itirilmiş rejimin ideologiyasına uyğun gəlmədiyinə görə bu şeir C.Ə.Şirvaninin heç bir kitabına daxil edilməyib. "Kəşkül"ün ilk 11 nömrəsi jurnal həçmində (formasında) çıxıb. Bəzi nömrələrinin tədqiqatçılar üçün əlçatmaz olması türk mətbuat tarixinin sistemli şəkildə öyrənilməsini ləngidib. 1884-cü il martın 22-dən "Kəşkül" jurnalı qəzet kimi fəaliyyətini davam etdirmişdir. 1891-ci ilin oktyabr ayında "Kəşkül" öz nəşrini dayandırıb.
Ülviyyə
Tahirqızı
Bu xəbər oxundu
Xalqcəbhəsi.-2014.-5 iyul.-S.11.