Milli Dram Teatrında mövsümün son tamaşası

 

İyulun 9-da Akademik Milli Dram Teatrında mövsümün son tamaşası nümayiş olunub. APA-nın məlumatına görə, A.Saqarelinin eyniadlı əsəri əsasında hazırlanmış "Xanuma" tamaşası ilə teatr mövsüm başa çatıb. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərində xalq artistləri Bəsti Cəfərova (Xanuma), Cəfər Əhmədov (Knyaz), Səidə Quliyeva (Makarın anası), əməkdar artistlər Mətanət Atakişiyeva (Kobato), Elşən Cəbrayılov (Kote), Əsgər Məmmədoğlu (Timoti), Kazım Abdullayev (Makar Tkvilkotriaşvili), Firuz Xudaverdiyev (Qoca Knyaz), Elnar Qarayev, Elçin Əhmədov, Vüsal Mustafayev, Əlləz Əhmədov (Kintolar) çıxış ediblər.

Tamaşa başa çatandan sonra teatrın direktoru İsrafil İsrafilov Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət mövsümün başa çatdığını elan ediblər. Doğum günləri iyulun 9-da olan xalq artisti Bəsti Cəfərovaya əməkdar artist Firuz Xudaverdiyevə Teatr Xadimləri İttifaqının Akademik Milli Teatrının fəxri fərmanları təqdim olunub.

 

Xalq cəbhəsi.-2014.-11 iyul.-S.16.