“Milli rəqəmsal yaddaş” yaradılıb
Kitabxana-informasiya sistemində elektron
kataloq
Tərlan
AMEA Mərkəzi Kitabxana - İnformasiya Resursları Mərkəzində (MK-İRM) "Azərbaycan Kitabxana İnformasiya Sistemində elektron kataloq və MARC 21" mövzusunda
dəyirmi masa keçirilib. AMEA-nın məlumatına görə, məqsəd Azərbaycanın kitabxana-informasiya
sisteminin dünya informasiya məkanına qoşulması və tanınması üçün
zəruri faktorlardan biri olan elektron
kataloqlaşdırmanın MARC 21 formatında aparılması
imkanlarını müzakirə
etmək olub. Bu məqsədlə Prezident
Kitabxanası, ali məktəb kitabxanaları
və aparıcı kitabxanaların, konsorsium və assosiasiyaların rəhbərləri və
təcrübəli mütəxəssislərinin
iştirakı ilə
MARC 21 formatının digər
MARC standartlarından üstün
cəhətləri, mövcud
elektron kataloqun MARC 21-ə
konvertasiya imkanları,
beynəlxalq assosiasiya
və konsorsiumların
müdaxilə imkanları,
formalaşdırılan biblioqrafik
məlumatların dünyanın
digər kitabxanaları
üçün əlçatanlığı,
MARC 21 standartı əsasında
milli informasiya resurslarının biblioqrafik
təsvirinin tətbiq
dairəsi və s. məsələlər müzakirə
olunub.
Tədbiri İRM direktoru, tibb
üzrə fəlsəfə
doktoru Leyla İmanova açaraq iştirakçıları gündəlikdəki
məsələlərlə tanış edib və ilk olaraq İRM-in gələcək
fəaliyyətində vahid
elektron kataloqlaşdırmanın
əhəmiyyətindən söz açıb.
Müəssisənin yaradılmasının hüquqi
və starteji əsaslarından danışan
L.İmanaova dövlət
başçısının "Azərbaycan Respublikasında
informasiya cəmiyyətinin
inkişafına dair
2014-2020-ci illər üçün
Milli Strategiya" haqqında Sərəncamını
xatırladıb. Qeyd edib ki, müəssisənin
strateji məqsədləri
sırasında Azərbaycan
dilinin milli elektron informasiya məkanında istifadəsi,
milli-mədəni irsin
qorunub saxlanılması
və informasiya təhlükəsizliyi sisteminin
inkişaf etdirilməsi,
o cümlədən elmi
araşdırmalar üçün
informasiya bazasının
zənginləşdirilməsi Sərəncamda nəzərdə
tutulan vəzifələrdən
irəli gəlir.
"Milli rəqəmsal
yaddaş" layihəsinə
toxunan İRM direktoru vurğulayıb ki, Azərbaycan geosiyasi maraqlar kəsiyində dayanan bir ölkədir. Dünya informasiya
məkanında haqqımızdakı
məlumatların təhrif
olunması, bir çox hallarda isə pozulması halları baş verir, milli-mənəvi dəyərlərimizə qarşı
informasiya təcavüzü
siyasəti həyata keçirilir. Bununla pərakəndə
mübarizə aparmaq mümkün deyil. Bu
məqsədlə Azərbaycan
haqqında sistemləşdirilmiş
və mərkəzləşdirilmiş
məlumat bazası olan "Milli rəqəmsal yaddaş"
yaradılıb, dövlətin
rəsmi qrumlarına məxsus sənədlər,
şəxsi arxivlər,
tarixi, mədəni irsimizi əks etdirən sənədlər
və faktlar bu bazaya daxil
edilərək Azərbaycan
və dünya internet
istifadəçilərinin ixtiyarına veriləcək.
Rəqəmsal yaddaşın bir
nüsxəsi istifadəyə
veriləcək, digər
ehtiyat nüsxə isə təhlükəsiz
serverdə saxlanılacaqdır.
Sonra Bakı Dövlət Universitetinin (BDU) kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının
müdiri, professor Xəlil
İsmayılov Kitabxana
sahəsində beynəlxalq
assosasiyalar haqqında
danışıb, Azərbaycan
Kitabxana İşinin İnkişafı Assosiasiyasının
(AKİİA) yaradılması tarixindən və xidmətlərindən bəhs
edib. O, BDU-nun və ölkədə kitabxana işinin elmi əsaslarla inkişaf etdirilməsi, kitabxana proseslərində yeni texnika və texnologiyaların tətbiqi,
kitabxana peşəsinin
sosial statusu və nüfuzunun yüksəldilməsi kimi
vacib məsələləri
qarşısına qoyan
assosiasiyanın kitabxana
sahəsində təcrübəsini
MK-İRM-lə bölüşməyə
hazır olduğunu bildirib.
Daha sonra
"MARC 21 formatının tətbiqi" layihəsinin
əlaqələndiricisi Aygün
Səfərova bu formatın tətbiqinə
dair aparılmış
sorğunun nəticələri
haqqında təqdimatla
çıxış edib. BDU-nun kitabxana resursları və informasiya axtarış sistemləri
kafedrasının baş
müəllimi Rəşad
Qardaşov elektron kataloq fəaliyyətində
tətbiq edilən
MARC 21 formatı və
onu dəstəkləyən
avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri
(AKİS) haqqında danışıb.
Bildirib ki, MARC formatının tətbiqi kitabxana əməliyyatlarının idarə
olunması zamanı kitabxanaçılara mövcud
avtomatlaşdırılmış kitabxana sistemlərindən
istifadə etmək imkanı verir. Hazırda müxtəlif səviyyəli
kitabxanalarda istifadə
olunan əksər sistemlər məhz MARC formatı ilə işləyir. Bu format müxtəlif AKİS-lərdən
istifadə edən kitabxanalara öz biblioqrafik məlumatlarını
bir sistemdən digərinə etibarlı köçürmək imkanı
verir. Sonra BDU-nun tələbələri
"MARC 21 formatını dəstəkləyən
AKİS-lər" mövzusunda
çıxış ediblər.
Mövzu ətrafında müzakirə
və sual-cavabdan sonra İRM Milli rəqəmsal yaddaş və müasir texnologiyaların tətbiqi
şöbəsinin rəhbəri
Ruzi Məmmədov
"Universal əlaqələndirilmiş elektron kataloq gələcəyin kitabxana-informasiya
mərkəzləri üçün
təməl şərtdir"
mövzusunda təqdimatla
çıxış edib. Bildirib ki, elektron kataloqlar
dünya kitabxanalarının
internet vasitəsilə yayılan
əsas informasiya mənbəyidir: "Müasir
dövrün tələblərinə
cavab verə bilən kitabxana avtomatlaşdırılmalı, kağız resurslardan rəqəmsal resurslara keçməli, qlobal dünya kitabxanaları sisteminə inteqrasiya imkanına malik olmalı, fəaliyyətində
unversal elektron kataloq sistemini tətbiq etməlidir. MK-İRM olaraq biz də bu sistemə
qoşuluruq və bu sahədə rəqabət aparmağa iddialıyıq".
Sonda L.İmanova müzakirələr zamanı səsləndirilmiş firkirləri ümumiləşdirərək bildirib ki, Azərbaycanın informasiya resurslarının dünya informasiya məkanına inteqrasiyası qəbul edilmiş dövlət proqramlarının qoyduqları vəzifələr çərçivəsində ölkə maraqlarına cavab verən addımdır. Bu addımın atılması üçün MARC 21 formatına keçid zəruridir. Keçid kitabxana-informasiya, yüksək kommunikasiya texnologiyaları, akademik qurumlar və təhsil müəssisələri, maliyyə, qanunvericlik, icra və başqa strukturları təmsil edən mütəxəssislərdən formalaşdırılmış multidissiplinar işçi qrup tərəfindən həyata keçirilməli və vahid mərkəzdən əlaqələndirilməlidir. Keçidin icraçıları universal əlaqələndirilmiş elektron kataloq əsasında çalışan kitabxana- informasiya mərkəzləri olmalıdır.
Xalq cəbhəsi.-2014.-16 iyul.-S.15.