KİV və uşaqlar
Media nümayəndələri
bu sahəyə çox həssas yanaşmalıdırlar
Jurnalistlər cəmiyyətin gözü, qulağı
və səsidirlər. Jurnalistlər, fotoqraflar və proqram tərtibatçıları
tez-tez uşaqların özlərindən asılı olmayan
hadisələr zamanı tutulmaları və ya onların
böyüklər tərəfindən təhqirə və ya
istismara məruz qalmaları halları ilə
rastlaşırlar. Lakin bu da vacibdir ki,
KİV mütəxəssisləri "uşaq amilini" məlumatlarda
həmişə şərti olaraq əks etdirsinlər.
Birincisi və ən başlıcası, asılı və
asanlıqla istismar və ya sui-istifadə oluna bilməsinə
baxmayaraq, uşaqlara hörmət edilməlidir. KİV-lər
uşaqları "günahsız məxluq" kimi təsvir
etməkdənsə, uşaqlara danışmaq imkanı verməklə
- onların özləri haqda, ümidləri, təhlükələri,
nailiyyətləri, böyüklərin onlara qarşı
münasibətləri, davranışları haqda
danışmaqları ilə, ictimaiyyətə uşaq
hüquqları barədə daha çox məqamları
çatdıra bilərlər. KİV-lər
uşaqların hüquqlarının pozulma hallarına və
cəmiyyətin onlara münasibətinə biganə
qalmamalıdırlar.
Birləşmiş Millətlər Təşkilatının
Uşaq Hüquqları Konvensiyası hökumət və əlaqədar
qurumların bütün uşaqların hüquqlarını
müdafiə etmək sahəsində görəcəyi tədbirləri
müəyyən edib.
Konvensiya
1989-cu il 20 noyabrda Baş Assambleya tərəfindən
yekdilliklə qəbul edilmiş və Somali və Amerika Birləşmiş
Ştatlarından başqa dünyanın bütün hökumətləri
tərəfindən ratifikasiya olunub. Ratifikasiyaya
əsasən, hökumətlər öhdəlik
götürürlər ki, uşaqlar təhlükəsiz və
təminatlı şəraitdə böyüyə və
inkişaf edə, yüksək keyfiyyətli təhsil və səhiyyə
xidməti ala və yaxşı həyat şəraitində
yaşaya bilər.
Bu o deməkdir ki, hökumətlər uşaqları
diskriminasiyadan, seksual və kommersiya istismarı və qanun
pozuntusundan qorumağa, yetim uşaqlara və gənc
qaçqınlara xüsusi qayğı göstərməyə
razılaşırlar. Bu, həm də uşaqların aşağıdakı
hüquqlarını təsbit edir:
- Fikrini
ifadə etmək, xüsusilə də onlara təsir edən qərarlar
haqqında öz fikirlərini bildirmək;
- Fikir
azadlığı, söz azadlığı, vicdan və din
azadlığı;
- Şəxsi
həyat və oynamaq hüququ;
- Öz
klub və təşkilatlarını yaratmaq hüququ;
- Məlumata
əlyetərlilik - xüsusilə də, dövlət və
KİV tərəfindən verilən məlumatlara;
- İdeya və məlumatların onlara məlum edilməsi.
Konvensiya hökumətlər tərəfindən
uşaqların həyat səviyyəsinin
yaxşılaşması istiqamətində görülən
tədbirləri ölçmək məqsədi ilə
meyarlar müəyyün edib. Beş ildən bir
hökumətlər BMT-nin Uşaq Hüquqları Komitəsinə
hesabat verməlidir. Komitə təkmilləşdirmək
üçün təklifləri verməzdən öncə, əldə
edilən nəticələri nəzərdən keçirir,
hökumət nümayəndələri ilə
görüşür və qeyri-hökumət təşkilatlarının
(QHT) rəyini öyrənir.
Uşaqlar
və KİV
Konvensiya ilə bağlı fəaliyyətləri,
nailiyyət və uğursuzluqları araşdırmaq
üçün KİV-lərə yaxşı mühit
yaradılıb. Jurnalistlər üçün:
- Məktəblərə
və gənclər klublarına gedin, onlara öz işiniz barəsində
danışın, onları dinləyin. Onlar jurnalistlər
üçün yaxşı material ola bilərlər,
maraqlı və yeni hekayətlər danışa bilərlər,
çünki onlar hər bir şeyi böyüklərdən
daha fərqli görürlər və ətrafda olan hadisələr
onlara müxtəlif formada təsir edir. Məsələn,
təhsil, oynamaq və sair. Cəmiyyəti
daha çox təmsil edən uşaq qrupları ilə
söhbət edin.
- Uşaq
məsələləri iə məşğul olan nazirliklərin
və ya Uşaq Ombudsmanının (əgər varsa) fəaliyyəti
ilə maraqlanın. Uşaqlar onların fəaliyyətindən
razıdırlarmı? Uşaqlarla məşğul
olan QHT-lərlə əlaqə saxlayın - onlar da sizin
uşaqlarla əlaqənizi yarada bilər və maraqlı əhvalatlar
əldə edə bilərsiniz. Amma bir məqamı
yadda saxlamaq lazımdır ki, hər bir təşkilatın öz
proqramı var.
Başqa
bir məqamı da yadda saxlamağa dəyər ki, uşaqlar
KİV vasitəsilə təmsil olunduqları formadan razı
deyillər:
- zarafat hədəfi kimi olmaq, sirk heyvanı kimi
təsvir edilmək və ya hər şeyə biganə kimi
göstərilmək.
- böyüklərin onları bir "əşya"
kimi əzizləmələri,
- uşaqlar hər hansı bir mövzu
haqqında bildikldəri halda, böyüklərin izahı və
ya onların sözlərini kəsmələri.
KİV əməkdaşları uşaq hüquqlarına
hörmət etməlidirlər və
araşdırmalıdırlar ki, bu hüquqlar necə fəaliyyət
göstərir. İşlərinizi bu istiqamətdə
qurursunuzmu?
-
Uşaqlara əvvəlcədən
hazırladığınız şablon metodla
yanaşırsınızmı və onlardan gözlədiyiniz
cavabı istəyirsinizmi? Uşaqların dediklərini
təhlil edirsinizmi? Sizin yazılarınızda onlar
özlərini tanıya bilirlərmi və ya onların dedikləri
böyüklərin dili ilə ifadə edilmişdir?
-
Uşaqlarla müsahibə aparan zaman
aşağıdakılara əməl etin:
- əminsinizmi ki, uşaqlar özlərini rahat
hiss edirlər və məcburiyyət qarşısında
deyillər,
- onlara kifayət qədər vaxt verirsinizmi?
- adlarını çəkmək
üçün onların razılığını
alırsınızmı, yoxsa onun imicini
yaradırsınız?
- əlaqə vasitələrinizi onlara verin ki,
sonra lazım olmayan əşyaları geri qaytarmaq
mümkün olsun.
- uşağın adının və ya imicinin
istifadə edilməsinin riski barəsində uşaqla, valideyni
və ya qəyyumu ilə müzakirə
aparıbsınızmı?
Təhsil işləri ilə məşğul olan
mütəxəssislər uşaqlar arasında jurnalistlik
bacarığının olmasına üstünlük verirlər,
bu vasitə ilə onlar hər gün özlərini tənqid
atəşinə tuta bilərlər. Bəzi ölkələrdə
gənc jurnalistlər üçün klublar mövcuddur və
onlar KİV-lərə yeni jurnalistlərin seçilməsi
üçün faydalı mənbədir. Uşaqlar yazmağa nə qədər erkən
başlayarlarsa, bir o qədər də peşəkar olarlar.
Uşaqların KİV-ə cəlb
olunmasında ehtiyatlı olmaq lazımdır, çünki hər
kəs gördüyü işi bilməlidir.
Əgər sizin müssisə ciddi şəkildə
uşaqları KİV-ə cəlb etmək fikrindədirsə,
bu halda yaxşı olar ki, bir nəfər mütəxəssis
məsləhətçi, müxbir və ya əlaqədar
şəxs təyin edilsin və uşaqlara əsas
qaydaları başa salsın. Bura təhlükəsiz iş təcrübəsi,
monitorinq sistemi, "gənc jurnalistlərin" işlə tanış edilməsi daxil edilməlidir.
- Əgər
uşaqlar iş yerlərinə gedəcəklərsə bunun
üçün mütləq valideynlərin və ya qəyyumlarının
razılığını almaq zəruridir. Bundan
əlavə, onlar üçün lazımi şərait, ilk
yardım, istirahət saatı, yüngül yemək, evə
gedib-gəlməsi üçün təhlükəsiz nəqliyyat
təşkil edilməlidir. Əsas jurnalistlik qaydaları
ilə tanış olandan sonra, uşaqlara
mövzu seçmək imkanı vermək lazımdır.
- Sizin və
ya təşkilatınızın, sizinlə işləyən
uşaqları onlara ziyan gətirə biləcək təhlükəli
hallardan qorumaq üçün təlimatlar və ya monitorinq
sistemi mövcuddurmu? Siz buna hər iki aspektdən
- həm fiziki, həm də psixoloji cəhətdən
baxırsınızmı?
- Əminsinizmi ki, təşkilatınız
uşağı kommersiya məqsədi ilə istismar etmir?
-
Uşağa nəyi etmək və ya etməmək məsələləri
üzrə kifayət qədər təlim keçilirmi? Onlar
KİV qaydaları ilə tanış
ediliblərmi? Onlar üçün məsləhətçi
təyin edilibmi?
-
Uşaqlar redaktor nəzarəti haqqında bilirlərmi? Anlaşılmazlıqları aradan götürmək
və ya onların qarşısını almaq məqsədilə
qaydalar və təlimatlar hazırlanıbmı?
- Nəzarətçilər
uşaqların nəyə qadir olduqlarını dəqiq
bilirlərmi və növbəti addım kimi nə etməlidirlər?
Bunlar ona görə vacibdir ki, gələcəkdə
onların gümanları yanlış çıxmasın.
Uşaqların çatışan və
çatışmayan cəhətlərini müəyyən
etmək məqsədilə hər hansı bir qiymətləndirmə
sistemi mövcuddurmu? Onların nə
düşündükləri haqda onlardan nə isə
soruşulurmu? Nəhayət oxucuların
onlar haqqında fikirləri ilə tanışdırlarmı?
Təlimat
və rəhbər prinsiplər
Bütün jurnalistlər və KİV-lər ən
yüksək etik və peşəkar standarta əməl etməlidirlər
və ictimaiyyət arasinda, uşaq hüquqlari konvensiyasi
haqqında məlumatı və onun müstəqil jurnalistlər
üçün mənasını geniş şəkildə
yaymalıdırlar.
KİV təşkilatları uşaq hüquqları
pozuntusunu və uşaqların təhlükəsizliyi, məxfiliyi,
onlarin təhsili, sağlamliğı və sosial təminat və
başqa formada istismari məsələsini ən zəruri sual
kimi nəzərdə saxlamalıdırlar.
Jurnalistlik fəaliyyəti həmişə
uşaqların həyati və sosial təminati məsələlərinə,
uşaqların əziyyətli vəziyyətlərinə
toxunmalıdırlar.
Jurnalistlər
və KİV təşkilatları uşaq məsələlərinə
aid yazılarında yüksək etik standartlara əməl etməli,
xüsusilə aşağıdakılara fikir verməlidirlər:
- uşaqlara aid məqalələrdə,
yazılarda məlumatların yüksək səviyyədə
səliqəli və düzgünlüyünə əməl
etmək;
-
KİV-də uşaqlara aid veriliş və ya proqramlarda,
yazılarda, uşaqlara ziyan gətirən imic və ya məlumatların
verilməsinin qarşısını almaq;
- uşaqlara aid proqramlarda stereotip və
sensasiyalı materialların qarşısını almaq;
- uşaqlar haqqında hər hansı
materialı hazırlayarkən onun nəticəsinin uşaqlara
edəcəyi mənfi təsiri minimuma endirmək;
- mümkün olan hallarda öz fikirlərini
bildirmək üçün uşaqlara KİV-də yer
ayırmaq;
- uşaq tərəfindən verilən məlumatın,
uşağı heç bir təhlükə
qarşısında qoymamaq şərtilə, müstəqil
yoxlanışını təmin etmək;
- şəkillərin əldə edilməsində
ədalətli metoddan istifadə etmək və bu şəkillərdən
uşağın özünün, valideyninin, qəyyumunun və
ya qayğısına qalan şəxsin razılığı
ilə istifadə etmək;
- uşaqların maraqlarını təmsil edən
təşkilatın uşaqlar haqqında danışmaq
mandatı olmasını yoxlamaq;
- uşağın birbaşa maraqlarına aid
olmayan hallarda, uşağın özünə, valideynlərinə
və ya qəyyumlarına ödənişlər etməmək.
Jurnalistlər öz ölkələrində BMT-nin
uşaq hüquqları Konvensiyasi haqqında hökumətin
hesabat və tələblərini diqqət mərkəzində
saxlamalıdırlar. KİV-lər yalnız uşaqların həyat
şəraiti haqqında deyil, onların həyatının
yaxşılaşmasına həsr edilən davamlı tədbirlərdən
yazmalıdırlar.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 3 iyun.- S.11.