Oxumaq istəyirəm!
Əlilliyi olanların əksəriyyəti
təhsildən kənarda qalır
Əzələ zəifliyindən əziyyət çəkən
24 yaşlı birinci qrup əlil Sevinc Zeynalova 2006-cı ildə
orta məktəbi bitirib. 8 ildir ki, ali təhsil arzusunu
gerçəkləşdirmək uğrunda
çalışır: "Əlilliyim olduğundan ali təhsil
ala bilmirəm. Orta məktəbi də evdə fərdi
formada təhsil almaqla bitirmişəm. Ali
təhsil almağımdan ötrü şərait
yaradılması üçün anam Tələbə Qəbulu
üzrə Komissiyasına müraciət etdi. Amma
"evdə ali təhsil almaq
mümükün deyil" - dedilər. Anama Təhsil
Hazirliyində dedilər ki, "gedin hara müraciət
edirsiniz, edin". Sonra yerli TV-lərin
birinin təhsillə bağlı verilişində problemimi səsləndirdim.
Canlı efirə qoşulan nazirliyin nümayəndəsi
bildirdi ki, məni universitetə aparıb gətirməyə nəzarətçi
təyin edilə bilər. Amma mənim
gündəlik taksi xidmətindən istifadə etməyə
maddi imkanım yoxdur. Sonra isə mənimlə ümumiyyətlə,
heç kim maraqlanmadı".
Sevinc
deyir ki, ali təhsil müəssisələrində
arabada rahat hərəkət etmək üçün
heç bir şərait yoxdur. Pillələkənlərdən
araba ilə qalxmaq olmaz. Burada əlil arabaları
üçün panduslar nəzərdə tutulmayıb:
"Ümumiyyətlə infrastruktur əlillərin rahat
davranmasına mane olur. Mənim üçün
isə təhsil çox vacibdir. Fiziki gücüm yox səviyyəsində
olduğundan yalnız zehni işlə məşğul ola bilərəm. Bunun yolu isə
yalnız təhsildən keçir". Sevinc xanım
deyir ki, onun təhsil alması üçün ali
təhsil müəssisələrində müvafiq
infrastrukturdan əlavə həm də distance (məsafədən
təhsil) təhsil proqramı da mövcud deyil.
Şəmkirin Bayramlı kəndində yaşayan 17
yaşlı birinci qrup əlil Mətanət Qüdsi də
eyni problemdən əziyyət çəkir. Dediyinə
görə, sənədlərini I qrupa təqdim etmək istəyir.
Lakin müvafiq infrastrukturu olmayan universitetdə
vəziyyətinin necə olcağı problemi onu rahat
buraxmır.
Birinci
qrup əlil Zaur Hacılı attestatı olmadığından
ali təhsil ala bilməyib. Lakin onun təhsil ala bilməməsinin ən
başlıca səbəbi müharibədir: "6-cı sinifə
kimi Ağdamın 3 nömrəli məktəbinin şagirdi
idim, müəllimələrim gəlib evdə dərs
keçirdilər. Amma təhsilim həyasız
hayların ucbatından yarımçıq qaldı. Daimi məskunlaşmağımız uzun çəkdi,
başqasının evində qala-qala evdə təhsil almaq
mümkün deyil və ya olduqca çətindir". Zaur Hacılının fikrincə, əlilliyi olan
şəxslərin cəmiyyətə inteqrasiyası, eləcə
də normal təhsil alması üçün ilk fərdi
müstəqilliyinin təmin edilməsi vacibdir. Əks təqdirdə yaxşılığa
doğru heç nə dəyişməyəcək. Bunun üçün isə əlilliyi olan insan zəruri
ehtiyac duyduğu vasitələrlə təmin edilməlidir.
Dövlət
Statistika Komitəsinin məlumatına görə, hazırda
ölkədə əlilliyi olan 57 mindən çox uşaq
var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində,
2664-ü xüsusi internat məktəblərində təhsil
alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir),
7750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə
cəlb edilib. Təhsilin inkişafı üzrə
Dövlət Strategiyasının 7-ci bəndində distant təhsil,
istedadlı və xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün təhsil və inkişaf,
yaşlıların təhsili, peşə-ixtisas və təhsil
məsələləri üzrə məsləhət xidmətləri
göstərən regional universal mərkəzlərin
yaradılması nəzərdə tutulub. Belə
ki, strategiyanın qəbul ediləcəyi təqdirdə
ölkədə əlilliyi olan uşaqların təhsilinin təşkili
ilə bağlı bütün problemlər aradan qalxacaq.
Sənəddə məktəblərin əlilliyi
olan uşaqlar üçün əlçatan olmasını
nəzərdə tutan bütün infrastuktur dəyişiklikləri
də nəzərdə tutulur. Bununla yanaşı,
hazırkı mövcud kurikulumlara sağlamlıq imkanları
məhdud uşaqların dərk edə və yararlana biləcəyi
şəkildə dəyişiklik edilməsi, həmin
uşaqlar üçün yeni nəsil dərsliklərin
hazırlanması, onların adi ümumtəhsil məktəblərinə
qəbul olunması üçün qiymətləndirmə
meyarlarının hazırlanması, qiymətləndirmənin
əsasında onlar üçün fərdi təlim
planının hazırlanması nəzərə
alınır.
Bir çoxlarından fərqli olaraq birinci qrup əlil
Sevda Səfərəliyeva daha çox şanslıdır. İqtisad Universitetinin
"Maliyyə-kredit" fakültəsini bitirən xanım
buna valideynlərinin fədakarlığı və həmin
dövrdə dekan müavini vəzifəsində
çalışan Saleh Məmmədovun köməyi ilə
nail olduğunu bildirir: "Valideynim məni hər gün
müşaiyət etmək məcburiyyətində idi. Saleh müəllim isə mənə görə
bizim qrupa birinci mərtəbədə otaq
ayırmışdı. Ali təhsilimi
onların sayəsində ala bildim. Lakin əlil
insanların çoxu bu imkandan məhrumdur. Təhsil, elm açılmaz qapıların
açarıdır. Bu səbəbdən
də əlilliyi olan uşaqların təhsilinə xüsusi
diqqət yetirilməlidir. Lakin baxaq görək
bu diqqət hansı dərəcədədir. Statistik məlumatlar müxtəlif olsa da onların
hamısını eyni meyar birləşdirir. Əlilliyi olan uşaqların əksəriyyəti təhsildən
kənar qalır. Əlbəttə ki, əlilliklə
doğulmuş və ya uşaq yaşlarında sonradan əlil
olmuş uşaqlar sağlamlıqları ilə bağlı
çox böyük çətinliklər yaşayırlar.
Yəni, sağlamlıq problemlərinin fonunda təhsilə
də diqqət ayrılması həddən artıq
müşkül bir vəziyyətə çevrilir. Xüsusilə də sağlamlıq imkanları məhdud
uşaqların çox vaxt aztəminatlı ailələrdə
böyüməsini nəzərə alsaq, izahata ehtiyac
qalmır. Çünki ən yaxşı
hallarda valideynlər uşağın səhhətini
mümkün olduğu qədər bərpa edilməsinə
çalışır. Bu isə aylar və illər tələb
edən və uzunmüddətli proses olduğundan valideynlərin
mənəvi, fiziki və əksər hallarda da maddi
gücü tükənir".
Sevda
xanım bildirir ki, əlil uşağın təhsili ilə
qeydiyyatda olduğu yerin təhsil şöbəsinin məsul
işçiləri mütləq maraqlanmalıdılar: "Təbii
ki, valideynlərin də borcu bu barədə müvafiq
qurumları vaxtında məlumatlandırmaqdır. Lakin müraciətlərinə soyuq münasibət
görən, laqeydliklə qarşılaşan valideyn tez bir
zamanda ruhdan düşə də bilər. Bu zaman zərər çəkən tərəf
sözsüz ki, təhsildən kənar qalan uşaq olacaq.
Çünki bu uşaqların sağlamlıq
imkanları məhdud olsa da onlar böyüyürlər,
yaşlarının üstünə yaş gəlir. Müəyyən yaşa çatdıqda isə təhsilsiz
uşağın, gəncin gələcək taleyi də
acınacaqlı olur. Özünə məşğuliyyət,
ona güzəran qazandıra biləcək iş tapmaq
müşkül məsələyə çevrilir. Bir sözlə, qeyri-iradi olaraq ailəsinə və
cəmiyyətə yük olmağa başlayır".
Mövcud problemi məsələnin yalnız bir tərəfi
adlandıran Sevda xanım əlil uşaqların
yaşıdları ilə ünsiyyət problemini də
qabartdı: "İnsan sosial varlıqdır. Yəni
onun bir insan kimi mövcud olması üçün
başqaları ilə ünsiyyətə böyük
ehtiyacı var. Hələ söhbət əlil uşaqlardan
gedirsə, sosial mühitin bu uşaqların hərtərəfli
inkişafında rolu əvəzsizdir. Lakin
böyük təəssüf hissi ilə qeyd etməliyik ki, cəmiyyətdə
həm fiziki (xüsusilə əlil arabasında hərəkət
edən uşaqlar), həm də mənəvi baryerlərlə
qarşılaşan uşaqların ünsiyyəti yalnız
ailə üzvləri ilə ünsiyyətlə kəskin surətdə
məhdudlaşır. Bu isə yaşı
artdıqca sosial vərdişlərə yiyələnməsi
üçün əlverişli şəraiti olmayan
uşaqların sonrakı inkişafında ciddi problemlərə
yol açır. Bu uşaqlarda sosial
adaptasiya baş vermədiyindən sonrakı yetkinlik həyatlarında
digər insanlarla normal münasibət qura bilmirlər. Bəzən onların münasibətlərinin birtərəfli
inkişaf etməsinə də təsir göstərir. Məsələn, ailədə yalnız
qayğı görən bu uşaqlar başqa insanlardan da ancaq
qayğı görmələrinə ümid edəcəklər.
Özləri başqalarının
qayğısına qala bilmələri ehtimalını isə
heç ağıllarına da gətirməyəcəklər.
Bir sözlə, təhsil ala bilmək imkanı
sağlamlıq imkanları məhdud uşalqarın yalnız
savad alması demək deyil. Eyni zamanda bu həmin
savaddan gələcəkdə maddi qazanc əldə edə
bilmək, ailə üzvlərinə bu yolla dəstək
olmaq, müstəqil yaşamaq, ailə qura bilmək və
övlad sahibi olmaq üçün imkan əldə etmək
deməkdir. Təbii ki, bu siyahını
uzatmaq olar. Təhsilin, xüsusilə də
keyfiyyətli təhsilin yatadığı imkanlar
sonsuzdur".
Müasir
Təhsil və Tədrisə Yardım İctimai Birliyinin
eksperti Lamiyə Şərəfxanova problemə bir qədər
geniş formada yanaşdı: "Prezidentin sərəncamı
ilə ötən ilin oktyabrında təsdiq olunan Təhsil
Strategiyasında ikinci istiqamət əlilliyi olan şəxslərin
və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili
məsələlərini əhatə edir. Onların
təhsilinin təşkili ilə bağlı xüsusi
metodikaları, yeni yanaşmaları əhatə edir. Əlil insanların təhsil müəssisələrində
müstəqil təhsil alması üçün vacib olan
infrastrukturdan danışmıram. Bu
problemin texniki cəhətidir və daha tez həll oluna bilən
hissəsidir. Bilirsini ki, davranış -
insanların təfəkkürü, düşüncəsi
daha çətin dəyişir. Buna nail
olmaq üçün birinci növbədə problemə
pedaqoji yanaşma vacibdir. Problem nədədir?
Bu il 9-cu sinifdə ölkə üzrə
300-ə yaxın əlil uşaq təhsil alırdı. Onların yarısı mərkəzləşmiş
buraxılış imimtahanından keçə bilmədi.
Halbuki faktiki olaraq 9-cu sinifdə oxuyan əlil
uşaqlar bu imtahandan azad olunurlar. Bu
uşaqların yalnız yarısı imtahandan azad olma
hüququ qazandı. Hesab edirəm ki, bu
ciddi problemdir. Çünki orta məktəbi bitirməni
təsdiqləyən şəhadətnamə olmadan heç
bir ali təhsildən söhbət gedə
bilməz. Distant təhsil isə fiziki cəhətdən
harasa çıxması çətin olan insanlar
üçün keçərlidir. Bu təhsil
növündə sosiallaşma sıfır səviyyəsindədir.
Bu təhsildə tələbə yalnız
texniki avadanlıqlar vasitəsilə auditoriyaya bağlanır.
Bu təhsil növünün olması
üçün bütün təhsil ocaqlarında informasiya
kommunikasiya vasitələri yüksək səviyyədə
qurulmalıdır. Yəni uşaqlar
auditoriyanı keyfiyyətli formada dinləməlidirlər.
Texnika da o uşaqların hər birinin
ehtiyacına uyğun quraşdırılmalıdır".
Lamiyə
xanımın fikrincə hazırda bu o qədər də real
səslənmir: "Təhsil Hazirliyinin bu haqda bir neçə
pilot layihəsi var. Bu da Microsoft şirkətinin köməyi
ilə mümkün olub. Hə dərəcə
uğurlu olduğu barədə heç bir hesabat
paylaşılmayıb. Bundan əlavə
xüsusi qayğıya ehtiyacı olan uşaqların
yaşadıqları ərazidə birinci sinifə qəbulla
bağlı qiymətləndirmə mexanizmi yoxdur. Əlil insanın məktəbi bitirməsi ilə
bağlı şəhadətnamə alması
üçün bu kriteriyaların müəyyənləşməsi
vacibdir. Əlil insanların ali təhsil
alma probleminin kökü bundan qaynaqlanır. Həm də ali məktəblərdə əlil
insanların müstəqil rəftarı üçün
uyğun infrastrukturun olmaması da problemə rəvac verir.
Burada bircə səbəb var ki, siz əlil arabasında
oturduğunuza görə ali təhsil ala
bilməzsiniz. Amma istisna hallar da var. Məsələn,
Müəllimlər İnstitutunda müvafiq şərait
yaradılıb. Təəssüf ki, bu
şərait digər təhsil ocaqlarında mövcud deyil.
Hesab edirəm ki, yeni tikiləcək universitet və
kampuslar həm də əlil insanlara üçün şərait
nəzərdə tutulmalıdır".
Bir çox ölkələrdə fiziki problemi
yaranmış insanlar təhsildən kənarda qalmırlar və
ya hər gün dərsdə iştirak edə bilməyən
tələbə və şagirdlər distant təhsildən
yararlanırlar. Məsələn, ABŞ-ın Kolorada
ştatında yaşayan Alex Fraser qəza zamanı iflic
keçirdiyinə görə, təhsilini distant formada
alıb. Hospitalda reabilitasiya müalicəsi
aldığı vaxt məktəbdən məzun
olmasının sevincini Skyre vasitəsilə məktəb
yoldaşları ilə birlikdə yaşayıb. Beləliklə, məsafə, fiziki və
sağlamlıq problemi təhsil almaq üçün maneə
deyil.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 12 iyun.- S.13.