Günahlar ölmür
Suriyada güllə yarası almış
üç yaşlı uşağın son sözü: "Hamsını
Allaha deyəcəyəm"...
Ya düşmən əlində, ya dost əlində
Güllə hardan bilsin kimə
açılır?
Üç yaşlı uşağın
son mənzilində
Allaha şikayət
andı içilir.
Gülüşü donduran səsə oyandı,
Bilməzdi gələcək qəfil
gülləyə.
Qəlbində son ümid işığı
yandı,
"Allaha şikayət
edərəm"- deyə.
Qəlpələr quş kimi diddi ətini,
Qatil əmilərə
acığı tutdu.
Qardaş
Liviyanın müsibətini
Görəsən Suriya nə tez unutdu?
Bayraqlar
başını aşağı
əyib,
Döyüşlər səngimir bu günə kimi.
"Allaha şikayət edərəm" - deyib
Uşaq dərs öyrədir nümunə kimi.
İki qoçun başı bir məmləkətdə
Qan gölündə
üzür, qaynamaq nədir?
Ölkə viran qalır - şəhərdə, kənddə
Hər kəsin əynində ölüm köynəyi...
Lənət bu dünyanın
siyasətinə,
Yağış, qar yerinə od ələnirsə!
Cəllad
fərman verir ana qətlinə,
Övlad göz önundə güllələnirsə.
Suriya danışır ana dilində,
Amma bir-birinin
dilini bilmir.
Güllələr nə qədər,
kimin əlində
Açılır, açılsın, günahlar
ölmür.
Özün gəl
Gəlməyimi istəyirsən,
Yanıma,
gəl,
Gəlişinlə bayram elə gəlişimi.
Azad burax, qəfəsdəki gülüşümü,
Dinimə, gəl.
Yerin gizli, qapım açıq,
Aramızda yaşanacaq yarımçıq
Fəsillər, illər qalır.
Ayrılıqdan hördüyümüz qalacıq
Gün-gün, an-an ucalır.
Ümidim
ulduz dərir
qədərin baxçasında,
Paylaş,
heç nə qalmasın,
Həsrətin boxçasında,
Yağışlar yavaşısın.
Əllərim saçına şeir
oxusun,
Baxışım üzərlik toxusun
gözlərinə,
Qəlbim
sevgi qoxusun,
Çiçəklərin yerinə.
Bizim həyatda
ortaq sevincimiz olmadı,
O qədər gec qaldıq ki,
təmənnamız qalmadı.
Səni
göylər çağırır,
məni yuvasız quşlar,
Göylərin yalnızlığı,
yuvanın soyuğu
var.
Həmişə gileylisən,
Deyirsən,
əlim olub ətəyimdən uzun, gəl.
Qürura
meyillisən,
Gəlməyimi istəyirsən,
Özün gəl...
Mənə bir az
yalan danış
Mənə bir az
yalan danış,
əzizim,
Yalan danış,
de ki səni sevirəm.
Səsin
tanış,
sözün tanış,
əzizim,
Amma qəlbin nə söyləyir,
bilmirəm.
Hər sözünə inanardım
bir zaman,
Keçdi daha,
o sən görən deyiləm
Çətin bir də belə yanam,
odlanam,
Çətin bir də
sınam belə,
əyiləm.
Mənə bir az
yalan danış,
əzizim,
Mən ki,
təkcə səndən
sevgi umandım.
De ki, sənsən
sevgi adlı dənizim,
De ki, sənsən ilk sevincim,
son andım.
Mənə bir az
yalan danış,
əzizim,
Aldat məni,
bəlkə bir də inandım..
Göyərçin
Xalq Cəbhəsi.- 2014.-
13 iyun.- S.15.