“Ailə dəyərlərinin inkişaf etdirilməsində yeni
medianın rolu”
Jurnalistlərin Həmkarlar İttifaqı Mingəçevirdə
tədbir keçirib
Jurnalistlərin Həmkarlar İttifaqı
(JuHİ) Mingəçevir
şəhərində "Ailə dəyərlərinin
inkişaf etdirilməsində
yeni medianın rolu" mövzusunda dəyirmi masa keçirib.
Media Resurs Mərkəzində keçirilən tədbirə
Mingəçevir şəhərində
mövcud olan yerli KİV-lərin təmsilçiləri, paytaxtda
fəaliyyət göstərən
KİV-lərin bölgə
üzrə akreditasiya
olunmuş nümayəndələri,
həmçinin, yerli
QHT-lərin və ictimaiyyətin nümayəndələri
qatılıblar.
JuHİ
sədri Müşfiq
Ələsgərli bildirib
ki, tədbirin keçirilməsində məqsəd
internet media resurslarının, "yeni media"nın ailə dəyərlərinə
ciddi təsirini təcrübi və nəzəri faktlarla təsvir etmək, ailə-məişət mövzusunda
informasiya yayan internet istifadəçilərinin etik
və hüquqi məsuliyyətləri barədə
maarifləndirmə işi
aparmaq, internet media resurslarının
imkanlarının ailə
dəyərlərinin inkişaf
etdirilməsinə yönəldilməsinə
yardım göstərməkdən
ibarət olub: "İnternet üzərindən
informasiya yayan vətəndaşlarda və
qurumlarda yaydıqları
informasiyalara görə
daşıdıqları etik
və hüquqi məsuliyyət barədə
təsəvvür formalaşdırmaq
günün vacib problemləri sırasındadır.
Mingəçevirdə keçirdiyimiz tədbirdə
internet üzərindən ailə-məişət
məsələləri, qadın
-uşaq hüququları,
şəxsi həyat sirri və sair
kimi mövzularda informasiya yayan vətəndaşların və
qurumların diqqət
yetirməli olduqları
nüanslar barədə
müzakirələr keçirdik".
Məlumat üçün qeyd
edək ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyə
yardımı ilə həyata keçirilən
tədbirə Şuranın
koordinatoru Nigar Ağakişiyeva və Jurnalist Araşdırmaları
Mərkəzinin sədri
Seymur Verdizadə də qatılaraq tədbir iştirakçılarını
maraqlandıran sualları
cavablandırıblar.
Tədbir Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyə
yardımı ilə gerçəkləşdirilən "Ailə dəyərlərinin
inkişaf etdirilməsində
"yeni media"nın
rolunun artırılmasına
yardım" layihəsi
çərçivəsində baş tutub. Dəyirmi masa
iştirakçılarına layihə çərçivəsində
hazırlanmış "İnternet
media resurslarında yayılan
informasiyalara görə
yaranan etik və hüquqi məsuliyyət" adlı
vəsait paylanıb.
CƏMİL
Xalq Cəbhəsi.- 2014.- 18 iyun.- S.10.