Mehmet Əfəndinin
“Yadigar-ı-Mühabbet” romanı haqqında
Harid Fədainin təqdim etdiyi "Sözlük" az qala elə
romanın həcmi boydadır
Ümumtürk ədəbiyyatında Kıbrıs
türklərinin yaratdıqları
ədəbiyyat nümunələrinin
də önəmli yeri var. Kıbrıs türklərinin yazılı
ədəbi nümunələrindən
biri 1894-cü ildə
Kıbrısda nəşr
olunmuş "Yadigar-ı-Mühabbet" romanıdır. Əsəri Kaytazzadə
Mehmet Əfəndi qələmə alıb.
Kıbrıs mədəniyyətinin və
ədəbiyyatının dəyərli
araşdırmaçısı Harid Fədainin araşdırmalarında və
digər mənbələrdə
bildirilir ki, "Kaytaz-zadənin bir romanı da var ki, "yine
onun da konusu
Kıbrısta degil, vaktiyle görev yaptığı Sakız
Adasında geçməktedir. Adı "Leyle-i
Visal"". Bundan başqa
Harid Fədai
""Leyle-i Visal"ın
tamamlanmış və
basılmışını görmədiyini və olduğunu da heç sanmadığını"
söyləyir. Nəzərdən keçirdiyimiz dövrdə
Kıbrısda o mənbənin
nəşri ilə bağlı bundan başqa heç nə olmadığı və yalnız yerli mətbuatda (8 ocak 1892-ci ildə "Zaman" qəzetində) Müzaffereddin Qalibin "Bir Bakış" yenə də (8 avqust 1897-ci ildə "Zaman"da) Kıbrıslı
M.Sadreddinin "Saika-i
Sevda" romanlarından
söhbət gedir.
Araşdırmaçı bununla
belə bəlkə başqalarının da ola biləcəyini
istisna etmir. Ancaq bunu da vurğulayır
ki, hər necə olmuş olsa da, "Yadigar-i Mühabbet" Kıbrısda basılan
ilk romanlardan biridir.
İndi də "Yadigar-i Mühabbet" romanının
müəllifi Kaytaz-zade
Mehmet Nazim Efendinin kimliyinə aydınlıq gətirək. O, 1857-ci ildə
Lefkoşada anadan olub. Təhsilini doğma şəhərdə
tamamladıqdan sonra Kıbrısdan ayrılaraq
Memalik-i Osmaniyədə
və bu arada Sakız adasında, Adanada Kamu görevlisi olaraq çalışdıqdan
sonra yenidən Kıbrısa dönüb.
Lefkoşa Şeriye məhkəməsində
vəzifəsini ömrünün
sonlarına - 1924-cü ilə
kimi davam etdirib. Kaytaz-zadəyə Müfti Həsən
Hilmi Əfəndidən
sonrakı padşah II
Mahmud tərəfindən "reisü-Şüara" rütbəsi
verilib. Kıbrısda ən görkəmli
şair kimi tanınıb, İstanbulun
ədəbiyyat adamları
ilə münasibətləri
olub.
Gənclik illəri Rəcaizadələrin,
Ziya paşaların, Namik Kamalların dövrüdür. Tanınmış şair Namik
Kamalla çox yaxın dostluq münasibətləri olub.
Kaytazzadə Kıbrısda yaşadığı
illərdə qəzetlərdə
ədəbi-bədii yazılar
və çoxsaylı
şeirlərlə çıxış
edib. Divan ədəbiyyatı
nümunələrinin təsiri
altında yetişdiyindən
o, gündəlik mövzulara
da müraciət edib. Onun türk-italyan müharibəsini
işıqlandıran "İtaliya"
adlı dram əsəri
də olub. Kaytaz-zadənin şeirləri toplanmış
hər hansı divanının olduğu da indiyə qədər müəyyənləşməyib.
Nazim Kaytazzadənin "Yadigar-ı-Mühabbet" əsəri
iki gəncin ürək çırpıntıları,
bir-birini böyük məhəbbətlə sevmələri
haqqında romandır.
1894-cü ildə Lefkoşadakı Kıbrıs
qəzetəsinin mətbəəsində
basılan 207 səhifəlik
bu roman 1890-1891-ci illərdə
İstanbulda olmuş bir eşq hekayəsi
padşah II Abdulhəmid
dönəmində yayımlanan
romanlarla bir paralelliyin olduğunu göstərir.
Əsərin baş qəhrəmanı
Mücib bəylə Nevbər xanımdır. Mücib olduqca
bacarıqlı gəncdir.
O, dostlarının ayağı
altı ildə dəymədiyi yerə altı aydan da az vaxt sərf edərmiş. İmkanları son dərəcə böyük imiş.
Bu imkanlarına görə dostları onu sevməz, nifrət edirlərmiş.
Mücibə nə etmələri
haqda çox düşünərmiş. Qərara alırlar ki, Mücibi içki, mey olan yerə
aparıb məsləkindən
döndərsinlər. Bir gecə dostlarından birinin evində içkili bir "aləm" düzənləyir,
buraya qadınları da gətirirlər. Hə qədər çalışsalar
da, Mücibi aldada bilmirlər. Mücib bəy bir gün
kağız-qələm götürüb
bacısı Medihanın
otağına girdikdə
rəfiqəsi Nevbərin
ona "Yadigar-i-Mühabbet"
deyə imzalayıb verdiyi fotosunu görürkən bu qıza vurulur. Bacısının köməkliyilə gerçəkləşən macərada
qız da Mücibə aşiq olur. Onların görüşü nəzərdə tutularkən
qızın atasının
rahatsızlığı, xəstəliyə
tutulması, ailələrinin
bir müddət Bursada qalıb yaşaması, Mücib bəyin vərəm xəstəliyinə tutulub
sevgilisini sayıqlaya-sayıqlaya
xatırlaması təsvir
edilir. Kaytazzadənin
təsvirində Mücib
"mələk kimi məsum" olsa da, həm də
iç dünyasında
dönükdür. Bu mənada
Mücib və Nevbərin N.Karamzinin "Bədbəxt Liza" povestindəki
Erost və Liza ilə və İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" əsərində
Rəşid bəylə
və Səadət xanım obrazlarının
yaxınlığını görmək mümkündür.
Bir gün Nevbər xanım anası ilə Mücib bəygilə qonaq gəlir. Mediha plan quraraq qızı
Mücibə göstərə bilir. Onlar ölənədək
bir-birindən ayrılmayacaqlarına söz verirlər. Gənclərin sevgi hissi günü-gündən dərinləşir.
Mücib bəy Nevbərin dərdindən
yanıb-yaxılır. Atası Manisaya
getdiyindən Mücib Nevbər barədə fikrini ona
açıqlaya bilmir. Öz atası geri
qayıtdıqda isə bu dəfə Nevbərin atası xəstələnir.
Yaşadıqları yerin havası düşmədiyindən
onun Kadıköyə getməsi məsləhət bilinir.
Arada Nevbər anası ilə Medihagilə
vidalaşmağa gəldikdə isə Mücib bəyi evdə
görmürlər. Nevbər ona göz
yaşları içində bir məktub yazıb qoyur. Məsələnin nə yerdə olduğunu bildikdə
Mücib elə düşünür ki, sanki həyatı sona
yetib. Bundan sonra yalnız iki sevgili
arasında gedib-gələn məktublar onu ovundura bilərdi.
Mücibin gənc yaşlarından içinə
düşən üzüntüyə dözməsi də
asan olmur. Kadıköydən gəldikdə
Mediha fürsət taparaq Nevbəri yenə də Mücib bəylə
görüşdürür. Bu anda
Mücibin bədəni tir-tir əsir. Mücibin
bir günü bir aya bərabər olur. İstanbula
dönəcəkləri günü gözləyərkən
Nevbərin atasının vəziyyəti kəskinləşdiyindən
bu dəfə onun Bursaya getməsinə qərar verilir. Mediha onun üzgünlüyünü görüncə
bu məsələni anasına bildirir və atasına da deyilməsini
məsləhət bilir. Bursada olan Nevbərin
atasından xəbər gəlməməsi Mücibi çox
narahat edir. Günlər keçdikcə
Medihanın da təsəlliləri bir nəticə vermir.
Bununla belə məsələni Mücibin
anası atasına da bildirir, o, da bu işə qarşı
çıxmır. Hətta iş o yerə gəlib
çıxır ki, Mücib Bursaya getmək haqda da
düşünür. Mediha Nevbərin ona verdiyi
şəklini saxlaya bilməyib Mücibin əlinə
keçməsinə, Nevbərlə bağlı məsələləri
ana-anasına vaxtında söyləmədiyindən
özünü suçlayır. Artıq
Mücibin günləri xəstə yatağında
sayıqlamaqla keçir. Bir gün
Hüsrev bəylər Nevbərin İstanbula gələcəyindən
xəbər tutur. Anası və
bacısı isə zavallı Mücibin başı üstə
ağlayır. Mücib ölərkən
bacısının köməyi ilə Nevbərə vida deməyi
də unutmur. Nevbərgil Bursadan dönəndə isə
artıq iş işdən keçmiş olur.
Kuzey Qıbrısın tanınmış
araşdırmaçısı Harid Fədai
"Yadigar-ı-Mühabbet"in dilinin zamanına görə
anlaşıla bilən bir Osmanlıca (Türkiyə türkcəsi-red.)
olduğunu söyləməklə onun müasir türkcəyə
uyğunlaşdırılması zamanı əsasən o
yazını təməl kimi saxlamağa
çalışdığını bildirir. Bununla
araşdırmaçı işini bitmiş hesab etməyib.
"Yadigar-ı-Mühabbet" üzrə Harid Fədainin təqdim etdiyi "Sözlük" az qala elə romanın həcmi boydadır. "Yadigar-ı-Mühabbet"i Fuad Mehdun orijinaldan ingiliscəyə çevirib.
Nizami Tağısoy
professor
Xalq Cəbhəsi.- 2014.-
26 iyun.- S.15.