Bioloji müxtəlifliyin qorunması problemləri

 

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, hər saatda Yer üzündən 3 növ silinir, dəniz heyvanlarının 35 faizi artıq tamamilə məhv olub

 

Azərbaycan yüz illər boyu dünyada yeraltı yerüstü təbii sərvətləri, o cümlədən zəngin fauna florası ilə tanınıb. Ekologiya Təbii Sərvətlər Hazirliyinin məlumatına görə, hazırda Azərbaycanda ümumi sahəsi 890 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət əraziləri, o cümlədən 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu 23 Dövlət Təbiət Yasaqlığı var. Onların sahəsi ölkə ərazisinin təqribən 10,3 faizini təşkil edir. Biomüxtəliflik baxımından Azərbaycan dünyada zəngin fauna floraya malik ölkələrdən biri hesab edilir. Bioloji müxtəliflik yaşayış mühitində - suda, quruda digər ekoloji komplekslərdə mövcud olan canlı orqanizmləri özündə birləşdirir. Yəni bioloji müxtəliflik yer üzərində bütün canlıların - mikroorqanizm, bitki heyvanların çoxçeşidliliyi deməkdir. Amma XX əsrin ortalarından başlayaraq, insanların təbiətə müdaxiləsi nəticəsində bir çox fauna flora növləri məhv olub ya onların sayı kəskin surətdə azalıb. Belə ki, son 400 ildə insanların canlı təbiətə zorakı münasibəti nəticəsində 150-dən çox vəhşi heyvan quşların nəsli tamamilə kəsilib.

Rəsmi məlumatlara görə, dünya üzrə 600-dən artıq heyvan növünün nəslinin tamamilə kəsilməsi təhlükəsi var. Yenə insanların təbiətə kobud müdaxiləsi nəticəsində çoxlu sayda qiymətli bitki növləri bərpa edilməsi mümkün olmayan şəkildə məhv edilib. Nəzərə alaq ki, bu bitki növlərinin arasında hətta bəşəriyyət üçün fəlakətə çevrilən bir sıra qorxulu xəstəliklərin, o cümlədən xərçəng, şəkər, astma, "Hepatit-B"nin təbii yolla müalicəsinə imkan verən dərman bitkiləri olub.

Ona görə , hazırda dünyada 20 minə yaxın bitki növünün yığılması qadağan edilib. Bu baxımdan Yer kürəsinin hər yerində biomüxtəlifliyin qorunub saxlanılması bəşəriyyətin gələcəyi üçün taleyüklü məsələlərdən birinə çevrilib. Təsadüfi deyil ki, biomüxtəlifliyin qorunub saxlanılmasının bütün canlılar, o cümlədən insanlar üçün həyati önəm daşıdığını söyləyən məşhur amerikalı ekoloq alim A.Leordun: "Allah tərəfindən yaradılmış bir canlının, floranın məhvi insanların da sonunun çatacağını bəşəriyyətin məhvə sürükləndiyini göstərir"- deyə xəbərdarlıq edib.

Bioloji müxtəlifliyin qorunub saxlanılması mühafizə edilməsi hazırda önəmli məsələlərdən biridir. Azərbaycan çox zəngin füsunkar təbiətə malikdir. Ölkədəki təbii coğrafi şəraitinin unikallığı, dünyadakı 11 iqlim tipindən 9-nun ölkəmizdə müşahidə edilməsi burada fauna flora növlərinin rəngarəngliyinə şərait yaradıb.

Hazırda zooloqların çoxillik gərgin əməyi sayəsində 1500 növdən artıq ibtidailər, 1200 növdən artıq heyvan paraziti qurdları (helminlər), 300 növdən artıq fitohelmintlər, 360 növdən artıq xərçəngkimilər, 311 növ molyusklar, 101 növ yarımnöv balıqlar, 10 növ suda-quruda yaşayanlar, 54 növ sürünənlər, 348 növ quşlar, 97 növ məməlilər (o cümlədən 13 növ cücüyeyən, 27 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşankimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ üzgəcanaqlı) aşkara çıxarılıb.

Heyvanlar aləmi ilə ən zəngin ərazilər meşələrdir. Burada maral, qonur ayı, dağ keçisi, qarapaça, bəbir, dələ, vaşaq, meşə pişiyi, köpgər, porsuq, sincab, oxlu kirpi, çöl donuzu var. Meşələrdə ağacdələn, kəklik, turac, qaraleylək, qartal, bülbül, Qafqaz tetrası, Qafqaz qırqovulu kimi quşlara s. heyvanlara rast gəlinir.

Son onillikdə insanların fəaliyyəti ilə əlaqədar olaraq bütün təbii komplekslərin çirkləndirilməsi ənənələri ekoloji tarazlığın pozulması bir sıra amillərlə yanaşı, təbii landşaftların gündən-günə azalması dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da heyvanlar aləminin tərkibinin say növlərinin azalmasına səbəb olub.

Hazırda kənd təsərrüfatı tikinti işləri ilə əlaqədar tutulan torpaq sahələrinin genişləndirilməsi nəticəsində 14 növ məməli heyvan yox olmaq təhlükəsi qarşısındadır. Ceyranlar yalnız qorunan ərazilərdə qalıb.

Torpaqların meliorasiyası, su hövzələrinin hidrogeoloji, hidrokimyəvi bioloji dəyişikliklərə məruz qalması, onların su səthinin kiçilməsi 23 növü "Qırmızı kitab"a düşən 35 quş növünün yox olması təhlükəsini yaradıb. Eyni zamanda 40 növ həşərat, 7 növü "Qırmızı kitab"a düşən 10 sürünən heyvan növü tamamilə yox olmaq təhlükəsi ərəfəsindədir.

Azərbaycanın erməni işğalı altında olan ərazilərində adları "Qırmızı Kitab"a düşən (ağquyruq dəniz qartalının, böyük qartalın, məzar qartalının, qara kərkəsin, Qafqaz tetrası digərlərinin) düşməyən 100-dən artıq quş növünün nəslinin tamamilə kəsilməsi təhlükəsi yaranıb. Yeri gəlmişkən son illər ölkə ərazisində geniş yayılan ovçuluq turizmi daha çox heyvanın ovlanması daha çox heyvan növünün məhv olması deməkdir.

Azərbaycan Ovçular Balıqtutanlar Cəmiyyətinin sədri Füzuli Əşrəfov isə əks fikirdədir. Onun dediyinə görə, ölkədə ovçuların sayının çoxalması nəsli kəsilməkdə olan heyvanlar üçün heç bir təhlükə yaratmır: "Çünki ovçular ancaq ovlanmasına icazə verilən heyvanları ovlayırlar. O heyvanların da əksəriyyəti quş növüdür ki, bunlara qaz, ördək, qaşqaldaq digər quşlar aiddir. Lakin 2006-cı ildən bu yana ölkəmizdə quş ovuna qadağa qoyulub. Bununla belə ovçular lisenziya əsasında ancaq ovuna icazə verilən heyvan növlərini ovlayırlar. Çünki ovu qadağan edilən heyvanları nəinki ovlamaq, hətta onlara güllə atmaq belə cinayətdir".

Lakin Füzuli Əşrəfov qanunsuz ovçuluqla məşğul olan brakonyerlərin olduğunu da etiraf edir: "Yəni, ovçu dilində desək, belələrinə ovçu demək olmaz. Biz ovçu olan vətəndaşları təlimatlandırırıq ki, onlar ov barədə məlumatlansınlar. Ovçu olan şəxs ovlanması qadağan olunmuş heyvana güllə atmaz".

Ekologiya Təbii Sərvətlər Nazirliyi bildirir ki, nəzərdə tutulmuş qaydalara əməl etməyənlərə qarşı müvafiq inzibati tədbirlər görülməklə yanaşı, adları nazirliyin "Qara siyahı"sına salınır. Bununla da həmin şəxslərin xüsusi mühafizə altında olan ərazilərə giriş-çıxışı müvəqqəti məhdudlaşdırılır.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, qanunvericilikdə heyvandan asılı olaraq brakonyerlərə qarşı tətbiq olunan cərimələr şərti maliyyə vahidinin misli ilə müəyyən edilib.

Misal üçün, adı "Qırmızı kitab"a düşmüş bir bəbirin ovlanmasına görə şərti maliyyə vahidinin 3 min misli (təxminən 3 min manat), ceyran ovuna görə 500 misli, vaşaqın ovlanmasına görə 2 min misli, zolaqlı kaftarın ovlanmasına görə min misli, quşlardan qızıl qazın (flaminqo), eləcə bir sıra qartal növlərinin ovlanmasına görə 500 misli, turac ovuna görə isə şərti maliyyə vahidinin 300 misli məbləğində cərimə tətbiq olunur: "Lakin əgər qanunsuz ov qoruq ərazisində aparılarsa, cərimələr 2-3 qat artıq məbləğlə hesablanır. Bundan əlavə qanunsuz ovla məşğul olan şəxsə qarşı İnzibati Xətalar Məcəlləsinə görə müvafiq sanksiyalar, o cümlədən müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər".

Hikmət Əlizadə nazirlik tərəfindən vəhşi təbiətin bərpası istiqamətində görülən işlərdən də danışıb. Onun sözlərinə görə, hazırda nazirliyin nəzdində vəhşi təbiətin bərpası mərkəzi və reabilitasiya klinikası fəaliyyət göstərir. 2006-cı ildə Cənubi Qafqazda ilk dəfə Azərbaycanda yaradılan bu mərkəz vəhşi təbiətdə rast gəlinən halsız və yaxud da xəstə heyvanlara lazımi yardımın göstərilməsi ilə məşğuldur: "Təəssüflə qeyd etməliyik ki, vəhşi heyvanların bəziləri insanlar tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilərək restoranların və kafelərin həyətlərində saxlanır. Sözügedən mərkəz bu heyvanların da reabilitasiyası aparıldıqdan sonra vəhşi təbiətə buraxılması ilə məşğuldur".

Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev ixtisaslı kadrların hazırlanması üçün Bakıda baytarlıq institutunun fəaliyyətə başlamasına ehtiyac olduğunu bildirir: "Hazırda Azərbaycanda cəmi bir baytarlıq məktəbi var ki, o da Şəkidə yerləşir. Bu fakültənin Bakıda olmaması məhz bu sahə üçün böyük bir problem yaradır. Biz Bakıda yalnız 7-8 baytara rast gələ bilərik. Burada bir tək Dövlət Baytar Klinikası fəaliyyət göstərir. Yəni, maddi-texniki vəziyyət çox acınacaqlıdır. Buna görə də Bakıda baytarlıq fakültəsi həm institut səviyyəsində, həm də texniki peşə təhsili səviyyəsində fəaliyyət göstərməlidir. Yalnız bundan sonra problemin həllinə ümid bəsləmək olar".

Millət vəkili Fazil Mustafanın fikrincə isə, qanunların qəbulu ilə problem heç də həll olunmur. Burada əsas məsələ həmin qanunların işləməsidir: "Azərbaycanda bu sahədə olan qanunlar beynəlxalq konvensiyalara uyğunlaşdırılıb. Lakin onun icrası məsələsində problemlər var. Bu icra da kimsəni qane edə bilmir, çünki bu sahədə təkcə dövlətin duyarlılığı önəmli deyil".

Millət vəkilinin fikrincə, Azərbaycanda cəmiyyətin bu məsələyə münasibətində bir natamamlıq var: "Çünki dövlət qoruq yarada bilər və o qoruqda heyvanların qorunması istiqamətində nələrisə edə bilər. Ancaq həm də vətəndaş bu işdə dövlətə ciddi kömək göstərməlidir. Bu müşahidə olunmursa, onda bunun nəticəsindən çox şey ummaq doğru olmaz. Həm də bu məsələdə QHT-lər daha aktiv rol almalıdırlar".

Bir sıra inkişaf etmiş ölkələrdə heyvanların mühafizəsinə xüsusi diqqət yetirilir. Məsələn, ABŞ-ın Los-Anceles şəhərində hətta heyvanların mühafizəsi ilə məşğul olan xüsusi polis bölməsi fəaliyyət göstərir. Həmin şöbənin əməkdaşları sahibləri və başqa insanlar tərəfindən pis rəftara məruz qalan, çox pis şəraitdə saxlanılan heyvanları aşkar edərək onları reabilitasiya mərkəzlərində yerləşdirirlər. Onlara qarşı pis rəftar edən şəxslərə qarşı isə hətta cinayət işi belə açılır. Ölkəmizdə də bu təcrübədən istifadə heyvanların qorunması sahəsində atılmış müsbət addım olardı.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2014.- 4 mart.- S.13.