Demokratik və açıq cəmiyyətdə
plüralizm
Demokratik idarəetmə
forması fikrin azad ifadə olunimasını tələb edir
Demokratiya xalqa dövlət işlərində iştirak
etmək hüququ verir. Demokratiya əhval -ruhiyyəli cəmiyyətdə,
sosial mühitdə plüralizm yaranır. Demokratik
cəmiyyət əsas partiyalar və təşkilatların
qarşılıqlı əlaqələrinə əsaslanan
hakimiyyət sistemidir. Çünki
demokratik cəmiyyətdə dövlətin daxili və xarici
siyasətinə müəyyən mənada təsir edən təşkilatlar
fəaliyyət göstərir. Bunlar siyasi
partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır.
Bu təşkilatların içərisində
siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya
dövlətin siyasi həyatına təsir göstərən
ən mühüm vasitədir.
Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər
və baxış çoxluğu olub, sosial qrupların öz
maraqlarını ifadə etmək üçün təşkilat
yaratmaq imkanıdır. Siyasi plüralizm şəraitində vətəndaş
istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə
malik ola bilər. Lakin bununla
yanaşı, o, başqalarının da həmin
hüquqlarına hörmətlə yanaşmalı, istənilən
fikir müxtəlifliyinə dözümlü münasibət
bəsləməlidir. Siyasi plüralizm
demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən
biridir. Bu prinsipə əsasən siyasi həyat
özündə müxtəlif qarşılıqlı əlaqəli
və eyni zamanda müstəqil siyasi qrupların,
partiyaların və təşkilatların mövcud
olmasını zəruri edir.
Onların tərtib etdiyi proqramlar, irəli
sürdüyü ideyalar daim toqquşma və rəqabət
halında olur.
Beləliklə, cəmiyyətdə siyasi
baxışlar, əqidələr, dünyagörüşlər
daim toqquşur, bir-biri ilə ziddiyyətdə və
münaqişədə olur. Bu təbiidir,
əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların
qarşıdurmalara, düşmənçiliyə
çevrilməsinə yol vermir. Siyasi
münaqişələrin həllində siyasi plüralizmin rolu
çox böyükdür. Plüralizm
ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi
olmasını tanıyır və bu ziddiyyətlərin dinc
yolla həllini mümkün edir. Siyasi
plüarizm hakimiyyətdə istənilən inhisarı, hər
hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən
seçilməsi və hakimiyyətin bölünməsidir.
Demokratik idarəetmə forması fikrin azad ifadə
olunmasını tələb edir. Bunsuz vətəndaşların
ictimai və siyasi həyatda iştirakı üçün
vacib olan informasiyanı əldə etmək mümkün
deyildir. İnformasiya
daşıyıcısı və yayıcısı kimi mətbuat,
kütləvi informasiya vasitələri demokratik, vətəndaş
cəmiyyəti quruculuğunun başlıca şərtlərindən
biridir. Müasir qloballaşma
dövründə məhz mətbuatın uzunmüddətli gərgin
səyləri nəticəsində informasiya cəmiyyətdə
əsas strateji resursa çevrilib və informasiya məkanının
sahəsi genişlənməkdə, rolu isə getdikcə
artmaqdadır.
İnformasiya sahəsi informasiyanı, informasiyanın
infrastrukturunu, informasiyanın toplanılması? formalaşdırılması,
yayılması və istifadəsini, həmçinin bu zaman
ortaya çıxan ictimai münasibətlər sisteminin tənzimlənməsi
subyektlərini özündə cəmləyir.
Əsasən
azad, qərəzsiz və peşəkar mətbuatın məhsulu
olan dürüst informasiya cəmiyyətinin həyatında
önəmli bir amil olaraq ölkənin siyasəi, iqtisadi,
müdafiə və s. kimi əsas təhlükəsizliklərinin
vəziyyətinə fəal təsir göstərir.
Xüsusilə
iqtisadiyyatda informasiyanın yaranması, hazırlanması və
istehlakı istiqamətində mövcud proses və vasitələri
əhatə edən yeni ictimai istehsal sahəsi yaranıb və
getdikcə mətubatın da şəksiz köməyi ilə
bu sahə əhalinin daha geniş təbəqələrini əhatə
etməkdədir.
İnformasiya cəmiyyətinini formalaşması prosesi
ilə müşayət olunur. Bu proses zamanı insan fəaliyyətinin
bütün sahələrində yeni texnologiya və vasitələr
fəal şəkildə tətbiq edilir və bütün
bunlar deməyə əsas verir ki, informasiyalaşdırma bəşəriyyətin
inkişafında həqiqətən də həlledici rol
oynamaqdadır və informasiya cəmiyyətindən -mətbuatdan,
daha dəqiq deyilsə, internet jurnalistikasından praktiki olaraq
"yaxa qurtarmaq" mümkün deyildir. Müasir informasiya
münasibətlərinin və proseslərinin
durmadan
inkişafı informasiya sahəsində yeni münasibətlər
sisteminin - mətbuatda, bütövlükdə ictimai həyatın
bütün sahələrində informasiya təhlükəsizliyinin
təminatı sistemini, informasiya hüququnun yaranmasını
təmin edir.
Müstəqilliyini bərpa etmiş Azərbaycan
Respublikasında demokratik cəmiyyətin, hüquqi dövlətin
əsaslarının yaradıldığı bir şəraitdə
bu sahədə müəyyən addımlar atılıb,
qanunvericilik aktları və digər hüquqi aktlar qəbul
edilib. Mətbuatda informasiya münasibətləri hüquqi
tənzimlənmənin predmeti kimi, informasiya - hüquqi
münasibətlərin subyektləri, informasiyanın
alınması, verilməsi, saxlanılması və istifadəsinin
hüquqi mexanizmləri, müxtəlif məzmunlu informasiyanın,
məlumatlardan istifadənin hüquqi aspektləri, informasiya
sahəsində hüquqi pozuntular? məsuliyyət
və s. məsələlər fəal müzakirə
obyektidir.
Açıq
cəmiyyət elə bir ictimai mühitdir və belə bir
fakta əsaslanır ki, heç kim həqiqət
üzərində mütləq monopoliyaya malik deyildir, müxtəlif
adamların müxtəlif nəzər-nöqtələri ola
bilər, ayrı-ayrı qurumlar insan hüquqlarını
mütləq müdafiə etməlidirlər, bütün
insanlara sərbəst və əmin-amanlıq şəraitində
yaşamaq imkanı verilməlidir. Ümumilikdə,
açıq cəmiyyət qanunun aliliyini, demokratik yolla
seçilmiş hökumətin varlığını,
müxtəlif təbəqələrin olmasını qəbul
edən, ictimai azlıqlara və onların hüquqlarına
hörmətlə yanaşan bir cəmiyyət kimi xarakterizə
olunur. KİV-in bu dövrdə konstruktiv
rolu, əsasən, açıq cəmiyyət
azadlıqlarının əldə edilməsindən və
saxlanılmasından ibarətdir. İnformasiya
plüralizmi, informasiya məkanının tam prinsipial
açıqlığı, KİV-in dövlət təsirinin
hüdüdlarından kənarda da geniş yayılması
açıq cəmiyyətin formalaşmasının əsas
və aparıcı şərtidir. Bu cəmiyyətin
prinsiplərinə görə, demokratik hökumət onu tənqid
edənləri, müəyyən əks mülahizə
yürüdənləri nəzarətdə saxlamamalı və
məzəmmət etməməlidir. Demokratiya
yeni ideya, məlumat, fikir və düşüncələri
hesabına çiçəklənir. Neçə
onilliklər öncə açıq cəmiyyət ideyası
mücərrəd fikir, fantastik mülahizə təsiri
bağışlaya bilərdi. Lakin
qloballaşma dövrünün coşqun proseslərini, son
40-50 ildə dünyada baş verən əhəmiyyətli dəyişiklikləri
nəzərə alsaq, açıq cəmiyyətin
qanunlarının çox qısa zaman kəsiyində ictimai-siyasi
münasibətlərdə və bütövlükdə cəmiyyətdə
aparıcı vasitəyə çevriləcəyi
şübhə doğurmamalıdır. İnformasiya-kommunikasiya
texnologiyalarının günbəgün deyil, saatbasaat
inkişaf etməsi, dünyada demokratik proseslərin dönməz
xarakter alması, sivilizasiyanın modernləşməyə
meyli bütün bəşəriyyətin üzünün tərəqqiyə
və açıq cəmiyyətə çevrilməsindən
xəbər verir. Məhz bu səbəbdən
də Azərbaycanda açıq cəmiyyətin
formalaşmasında mətbuatın rolu mövzusu hər zaman
aktuallıq kəsb edir. Araşdırmaların
məqsədi Azərbaycan müstəqillik qazandıqdan sonra
ölkədə baş verən mütərəqqi meylləri,
demokratik prosesləri, vətəndaş və açıq cəmiyyət
quruculuğu səylərinin tarixini, mətbuatın bu
inkişafa pozitiv təsiri və ideoloji təminatı məsələlərini
öyrənmək olmalıdır. Dünyada açıq
cəmiyyət quruculuğunun əsas prinsiplərinin bərqərar
olduğu ölkələrin keçdiyi inkişaf tarixinin Azərbaycan
reallıqları ilə müqayisəli
araşdırılması, ölkəmizin Qərb dəyərlərinə
inteqrasiyası problemləri, mənəvi inkişaf, insan
hüquq və azadlıqlarının cəmiyyətimizdə
bərqərar olması prioritet məsələlərdir. Hər bir vətəndaş başqalarının da
hüquqlarına hörmət etməli, hər hansı bir
fikir müçtəlifliyinə dözümlə
yanaşmalıdır. Belə
dünyagörüşü qəbul edən şəxsi
tolerant insan adlandırırlar.
Tolerant insan olmaq - əks baxışlara dözmək,
onlara səbirlə yanaşmaq və digər insanları
öz baxışlarını dəyişməyə
inandırmaq cəhdi zamanı onlara hörmətlə
yanaşmaq deməkdir. Tolerant insan mövcud fikir
ayrılıqlarını dialoq prosesində
aydınlaşdırır, istənilən mübahisəni
müzakirə və inandırma yolu ilə həll edir. Tolerant insan olaraq öz opponentlərinizi
bağışlamağa gücünüz çatırsa, deməli,
lazım gəldikdə sizi də kimlərsə
bağışlayacaqlar. Tolerantlıq insan
hüquqlarının həyata keçirilməsinin, sülhə
nail olmağın ayrılmaz və mühüm
ünsürüdür. Tolerantlıq
güclü əlaqələr yaradır, daha sıx əməkdaşlığa
yol açır və insanların həmrəyliyini möhkəmləndirir.
Tolerantlıq ədavəti və fikir
ayrılığını aradan qaldırmağa kömək
edir, zorakılığa, hədə- qorxuya qalib gəlir, cəmiyyətdə
təhlükəsizlik hissi yaradır.
Tolerant
insan, tolerant cəmiyyət ədalət və bərabərlik
kimi dəyərləri həyata keçirməyə və
münaqişələri bu dəyərlərdən
çıxış etməklə həll etməyə can
atır.
Bəs tolerantlığa necə tərif vermək olar? Bu tərif YUNESKO-nun Parisdə
185 üzv-dövlət tərəfindən imzalannmış
"Tolerantlıq Prinsiplərinin Bəyannaməsi"ndə
belə ifadə olunur: Tolerantlıq - dünyamızda mədəniyyətlərin
zəngin müxtəlifliyinə mövcud özünüifadə
formalarına hörmətlə yanaşmaq və düzgün
anlamaq deməkdir.
Bəşəriyyət tarixində
dözümsüzlük həmişə mövcud olmuş,
siyasi, iqtisadi, sosial, mədəni, milli, irqi, dini və ideoloji
dözümsüzlük formalarında təzahür edib. Demokratik cəmiyyət
irqindən cinsindən, milli mənsubiyyətindən və
hansı dinə etiqad etməyindən asılı olmayaraq,
bütün insanların hüquq və azadlıqlarının
həyata keçirilməsini təmin edir. Belə cəmiyyətdə insanlar bir-birlərinin
fikirlərinə hörmətlə yanaşır, əks
baxışları və fikirləri faktlar, dəlillər, sənədlər
vaistəsi ilə, qarşılıqlı anlaşma şəraitində
aradan qaldırırlar.
Demokratik cəmiyyətdə yad münasibət, sosial ədalətsizlik,
milli və dini ayrı-seçkilik, siyasi və iqtisadi zülm
yoxdur. İnsan hüquqlarına hörməti nəzərdə
tutan dözümlülük sosial ədalətsizliyə
dözümlə yanaşmaq, öz əqidəsini özgə
əqidələrə güzəştə getmək demək
deyildir. Dözümlülük hər bir
insanın öz əqidəsini müdafiə etməkdə
azad olduğunu və başqalarının da həmin
hüquqa malik olduqlarını etiraf etməkdir. Bu həmçinin o deməkdir ki, bir insanın
baxışları digərlərinə zorla qəbul etdirilə
bilməz.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 12 mart.- S.11.