“Azərbaycanda azad
internet mühiti var”
Osman
Gündüz: "Azərbaycanda insanlar internetdən kifayət
qədər sərbəst istifadə edə bilirlər”
Sevinc Fətəliyeva:
"Müasir dünyada internet demokratiyanın, söz və
ifadə azadlığının göstəricisidir”
Sahibə
Qafarova: "Müasir cəmiyyəti internetsiz,
informasiyasız təsəvvür etmək mümkün deyil”
İnternet azadlığı və təhlükəsizliyi
müasir dövr cəmiyyətləri üçün
mübahisə predmeti olaraq qalır. Hətta demokratiya ilə
bağlı xeyli irəli gedən Türkiyə Cumhuriyyətinin
baş naziri Rəcəb Tayyib Ərdoğan Fasebook və
"youtube"nin bağlanma
ehtimalınını oluğunu bildirdi və bunu əsaslandırmağa
çalışdı. Bununla da qardaş
ölkədə internet azadlığı ilə bağlı
mübahisələr başladı. Azərbaycanda da bu məsələ
zaman-zaman müzakirə obyekti olub və indi də proses davam
edir.
İKT
üzrə ekspert Cahid İsmayıloğlu informasiya təhlükəsizliyi
məsələsini həm dünya, həm də ölkəmiz
üçün həyati məsələ olduğunu
vurğulayıb: "Biz informasiya cəmiyyətində
yaşayırıq və informasiya təhlükəsizliyi bu cəhətdən
həm dünya, həm də ölkəmiz üçün həyati
bir məsələdir. Çünki təhlükə
dünyada da, ölkəmizdə də hər zaman
mövcuddur. Ümumiyyətlə informasiya təhlükəsizliyinin
iki mühüm istiqaməti var: zərərli informasiyalardan
qorunma və mühüm, əhəmiyyətli informasiyaların
qorunması. Biz bu gün informasiya müharibəsi
şəraitində yaşayırıq və ölkəmizə
qarşı internetdə istənilən qədər zərərli
informasiyalar yayılır. İkinci bir tərəfdən
isə Qarabağ probleminin, Xocalı
soyqırımının, mədəniyyətimizin təbliği
ilə bağlı internetdə çox böyük bir kontent
kütləmiz var. Biz bunun vasitəsi ilə mübarizə
aparırıq və bu informasiyaların qorunması bizim
üçün həyati məsələdir. Bunun üçün hazırda ölkəmizdə
güclü internet infrastrukturu yaradılır, çünki
bu məsələlər paralel şəkildə həyata
keçirilməlidir".
İnternetdə
təhqir hallarının baş vermə səbəbləri və
bunların araşdırılmasının
mümkünlüyü ilə bağlı danışan Cahid
İsmayıloğlu qeyd edib ki, sosial şəbəkələrdən
istifadənin geniş yayılması, azad internet mühitinin
mövcud olduğu şəraitdə bu cür halların
baş verməsi təbiidir: "Amma bu işləri məqsədli
şəkildə həyata keçirənlər var. Müəyyən
siyasi qüvvələr öz siyasi mübarizələrini
qara piar üzərində qurub aparırlar, siyasi fəaliyyətsizliklərini
bu üsullarla həyata keçirirlər. İnternetdə
təhqir halları əsasən bu aspektdə meydana gəlir.
Ümumiyyətlə isə əhali arasında
bu cür təhqir faktları yoxdur, çünki bizim
mintalitetimiz də buna imkan vermir. Bütün
bunlara baxmayaraq Azərbaycanda azad internet mühiti var.
İnternetdə aparılan hər bir əməliyyatlar mərhələ-mərhələ
texniki olaraq serverlərdə qeydiyyata alınır. Heç kəs etdiyi əmələ görə məsuliyyətdən
azad deyil".
İnformasiya təhlükəsizliyinin pedaqoji aspektlərindən
danışan ekspert bu məsələnin bütün valideynləri
narahat etdiyini söyləyib. İnternetdə uşaqlar
üçün çoxsaylı zərərli
informasiyaların olduğunu vurğulayan Cahid
İsmayıloğlu bundan çıxış yolunun
olduğunu və internet provayderlərə etdiyi təklifi dilə
gətirib: "Dünyada olan bir təcrübəni mən
yerli provayderlərə təklif etmək istəyirəm. Hər bir provayder istifadəçilərinə
"uşaq paketi" adlı bir xidmət təklif etməlidir.
O paketdən istifadə edən internet ünvanında zərərli
saytlar birdəfəlik qadağan edilməlidir".
Ekspertin
fikrincə, hər bir Azərbaycan vətəndaşı, əsasən
də gənclər bu inforamasiya müharibəsində bir əsgər
rolunu oynayır: "Biz çalışmalıyıq ki,
bütün ağrılı məsələlərimizdə
- Xocalı soyqırımı, Qarabağ problemi ilə
bağlı internetin imkanlarından maksimum istifadə edərək
təbliğat mexanizmində iştirak edək. Əminəm
ki, bu halda biz dövlət olaraq daha da güclənəcəyik,
vətəndaş olaraq dövlətimizin işində daha
çox iştirak edəcəyik, kömək göstərəcəyik.
Bu istiqamətdə internetin müsbət cəhətlərini
yaddan çıxarmamalıyıq".
Millət vəkili Sevinc Fətəliyeva isə qeyd edib
ki, dövlət orqanları və vətəndaşlar
arasında real vaxtda sabit ictimai-siyasi fikir mübadiləsi davam
edir. Onun
sözlərinə görə, elektron hökumətin
yaradılması təqdir olunur, insanlar və hökumət
arasında daha güclü, daha şəffaf və daha asan əlaqələrin
qurulmasında internet böyük bir töhfədir:
"İnternet vasitəsi ilə gənclər siyasi liderlər,
siyasi partiya və bloklar, onların platforması haqqında məlumat
əldə edir və bu onların əsas informasiya mənbələrindən
birinə çevrilir". Sevinc Fətəliyeva Azərbaycanda
internetin azad olduğunu da diqqətə çatdıraraq deyib
ki, müasir dünyada internet demokratiyanın, söz və
ifadə azadlığının göstəricisidir: "Azərbaycanda
internet azaddır. Ölkəmizdə internet
azadlığı bizim əsas nailiyyətlərimizdən
biridir. Bu gün əhalinin təxminən
65 faizi internet istifadəçisidir. İstər
bloqqerlər, istər media nümayəndələri internet
vasitəsilə də öz fikirlərini azad ifadə edirlər,
hər hansı daxili və ya xarici informasiya
resurslarının istifadəsinə məhdudiyyət qoyulmur.
Hər bir ölkədə olduğu kimi sosial
şəbəkə həyatımızın ayrılmaz hissəsinə
çevrilib. İfadə
azadlığı, plüralizm və cəmiyyətin
inkişafı üçün vacib olan digər şərtlər
obyektiv məlumatın əldə edilməsində, tam
demokratik idarəçiliyə nail olmaqda mühüm amillərdir.
Vətəndaş cəmiyyətinin
inkişafında və demokratik sistemlərin tərəqqisində
internetdən və sosial şəbəkələrdən
lazımınca istifadə vacibdir".
Millət
vəkili Sahibə Qafarova isə vurğulayıb ki, informasiya
kommunikasiya texnologiyalarının inkişafı, internetə
azad çıxışın təmin olunması müasir
demokratik cəmiyyətin əsas məqsədlərindən
biridir: "Müasir cəmiyyəti internetsiz, informasiyasız
təsəvvür etmək belə mümkün deyil. Azərbaycan da demokratik bir dövlət kimi,
informasiya kommunikasiya texnologiyalarının
inkişafını iqtisadi siyasətinin prioritet istiqamətlərindən
biri elan edib. Son 10 ildə respublikamızda
dövlət səviyyəsində informasiya-kommunikasiya
texnologiyalarının inkişafı və informasiya cəmiyyətinin
qurulması istiqamətində mühüm tədbirlər həyata
keçirilib. Belə ki, Azərbaycan Prezidenti tərəfindən
2003-2012-ci illər üçün informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya müəyyənləşdirilib
və bu Strategiyanın davamı olaraq 2004-cü ildə Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb,
2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı,
2005-2008-ci illər üçün rabitə və informasiya
texnologiyalarının ("Elektron Azərbaycan")
inkişafı və 2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə dövlət proqramları
təsdiq edilib. Görülən işlərin uğurlu
davamı kimi, ötən il Azərbaycanın
ilk süni peyki orbitə buraxılıb və 2013-cü il
İKT ili elan edilib. Eyni zamanda, son 10 ildə Azərbaycanda
internet resusları sürətli inkişaf yolu keçib və
ölkəmizdə internetə çıxışa və
ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur.
İfadə azadlığı, plüralizm və
cəmiyyətin inkişafı üçün vacib olan digər
şərtlər obyektiv məlumatın əldə edilməsində,
tam demokratik idarəçiliyə nail olmaqda mühüm amillərdir.
Vətəndaş cəmiyyətinin inkişafında
və demokratik sistemlərin tərəqqisində internetdən
və sosial şəbəkələrdən lazımınca
istifadə vacibdir. Bu gün Azərbaycanda
internet azadlığı təmin olunub, insanlar internetdən
azad şəkildə istifadə edirlər, sosial şəbəkələrə
heç bir məhdudiyyət yoxdur".
Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki,
azad internet dedikdə müxtəlif məsələlər
başa düşülə bilər: "Bura insanların
internetdə sərbəst fikirlərini ifadə etməsi, istənilən
yerdə internetə rahat girişin təşkili, paylaşılan
və yazılan xəbərlərə görə istifadəçilərin
təzyiq və təqiblərə məruz qalmaması və
digər məsələlər daxildir. Azərbaycanda
insanlar internetdən kifayət qədər sərbəst
istifadə edə bilirlər. Əvvəlki
illərlə müqayisədə Azərbaycanda internetə
çıxış kifayət qədər
asanlaşdırılıb. Eyni halda son illərdə
ölkədə mobil internet kifayət qədər inkişaf
elədi. Lakin əsas problem qiymətlərə
adekvat olmayan sürətin təklifidir. Belə ki, Azərbaycanda
10 manata 2 MB internet sürəti almaq olduğu halda, Ukrayna və
Rusiyada həmin qiymətə 50 MB sürət əldə etmək
mümkündür. Onu da nəzərə almaq lazımdır
ki, 5 il bundan qabaq Azərbaycanda 2 MB sürətli
internetin qiyməti 1500 dollar idi. İndi isə
bu göstərici 10 dollardır. Bu konteksdən
məsələyə yaxınlaşanda deyə bilərik ki,
internet sahəsində kifayət qədər irəliləyişlər
əldə etmişik".
Artıq 1 milyondan çox azərbaycanlının
fasebook istifadəçisinə çevrildiyini bildirən
ekspert, "bunun özü kifayət qədər böyük
bir göstəricidir. Eyni halda fasebookdan istifadənin mahiyyəti
də tamamilə dəyişib. Belə ki,
əvvəlki illərdə insanlar facebookdan əyləncə
və tanışlıq kimi işlər üçün
istifadə edirdilərsə, hazırda sosial şəbəkələr
ictimai-siyasi məsələlərin müzakirə
meydanına çevrilib.
Deyilənlərlə yanaşı Azərbaycanda internetlə
bağlı kifayət qədər problemlər mövcuddur. Rayonlardan
internetə girişin rahat olduğu halda, kəndlərdə
bununla bağlı kifayət qədər ciddi problemlər
mövcuddur və insanlar keyfiyyətli internetdən istifadə
edə bilmirlər. Eyni halda hökumət
qurumlarının məlumatlarının internetdə yerləşdirilməsi
ilə bağlı da problemlər var. Halbuki qanunvericiliyin tələbinə
uyğun olaraq bütün rəsmi qurumlar və orqanlar özlərinin
məlumatlarını internetə yerləşdirməlidirlər".
Əli
Xalq Cəbhəsi.-
2014.- 14 mart.- S.13.