Vətəndaş cəmiyyətində
öz mövqeyini açıq ifadə etmək imkanı
KİV-in müstəqilliyi,
fikir, söz, mətbuat azadlığı da vətəndaş
cəmiyyətinin əsas prinsiplərindəndir
Demokratik, azad cəmiyyətlərin mövcud olduğu
dövlətlərdə vətənrdaş cəmiyyəti
institutları daha çox inkişaf edir. Vətəndaş
cəmiyyəti anlayışı hər bir demokratik cəmiyyət
üçün xarakterik hesab olunur. Ümumiyyətlə
vətəndaş cəmiyyətinin mahiyyəti nədən
ibarətdir?
Azərbaycanda Vətəndaş Cəmiyyətinə
Yardım Assossiasiyasının (AVCİYA) araşdırmasında
vurğulanır ki, cəmiyyətin inkşafının müəyyən
pilləsində formalaşan insanların birliyi olub
özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni
sferalarında könüllü yaranan qeyri-dövlət
strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti
qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi,
dini-əxlaqi, ailəvi, milli və b. münasibətlərin məcmusu
olub azad vətəndaşların və könüllü
formalaşmış təşkilat və assosasiyaların
dövlət-hakimiyyət orqanları tərəfindən
onların fəaliyyətlərinə birbaşa müdaxilələri
və özbaşına reqlamentləşdirmələri
qanunla məhdudlaşdıran özünümüdafiə
sferasıdır.
Elmi ədəbiyyatda "vətəndaş cəmiyyəti"
anlayışı öz xüsusi məzmununu müəyyən
edib və müassir şərhində cəmiyyətin tipini
(vəziyyətini, xarakterini), onun sosial-iqtisadi, siyasi və
hüquqi təbiətini, inkşaf və yetkinlik səviyyəsini
ifadə edir.
Başqa sözlə bu anlayış altında
tarixi təcrübə ilə əldə edilmiş, müəyyən
meyarlara cavab verən cəmiyyət başa
düşülür. Bu, sosial cəmiyyətin
inkşafında daha yüksək pillədir. Bu fenomenin mahiyyəti çoxtərəfli, müxtəlif
mənalıdır və alimlər tərəfindən
müxtəlif cür şərh edilir. Lakin
bir şey aydındır ki, vətəndaşlardan ibarət hər
cəmiyyət vətəndaş cəmiyyəti deyil.
Vətəndaş cəmiyyəti haqqında təsəvvürlər
uzun tarixi təkamül yolu keçib. Onun əlamətləri
haqqında ilkin fikirləri Platonun, Aristotelin, Siseronun və digər
yunan-roma mütəfəkkirlərinin əsərlərində
görmək olar. Bu ideyaların
inkşafı intibah dövründə də davam etmiş və
H.Qrotsinin, T.Hobbun, C.Lokkun, Ş.Monteskyenin əsərlərində
öz əksini tapıb.
Lakin "vətəndaş cəmiyyəti" termini
yalnız 18-ci əsrdən indiki mənada istifadə edilməyə
başladı.
Buna baxmayaraq sonralar da cəmiyyətlə
dövlət arasında prinsipial fərqlər göstərilmirdi.
Onları ayırmaq elə də asan deyildi.
Çünki dövlət cəmiyyətin təşkilat
formasıdır. Amma bu o demək deyil ki, cəmiyyət
və dövlət strukturları və mexanizimləri
bütövlükdə və bütün hallarda
üst-üstə düşürdü. Yeni
dövr mütəfəkkirləri "şəxsiyyət"
anlayışını yaratmaqla yanaşı şəxsiyyətlə
cəmiyyət arasında bəzən ziddiyyət olduğunu
da dərk edirdilər. Antik və orta əsrlər
ideyası olan "şəxsi və ictimai"nin
eyniliyi fikri inkar edilir və dövlətə münasibətdə
cəmiyyətin birinciliyi qəbul edilirdi. Artıq V.Humbolt,
İ.Kant, G.Hegel, Karl Marks, M.Veber və b. mütəfəkkirlər
bu təzahürləri hüdudlaşdırırdılar,
lakin bu barədə dəqiq nəzəriyyələr yox idi. Filosoflara müəyyən qədər vaxt lazım
idi ki, dövlətlə cəmiyyət arasındakı fərqləri
görsünlər və anlasınlar ki, onlardan biri digərini
tamamlayır.
Onu qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti
burjua dövrünun məhsulu olub insanların təhkimçilikdən
azad edilməsi, onların dövlətin təəbəsindən
şəxsi ləyaqət hisslərinə malik olan təsərrüfat
və siyasi məsuliyyət götürməyə hazır vətəndaş-mülkiyyətçilərə
çevrilməsinin nəticəsi kimi başlıca olaraq aşağıdan
formalaşır. Vətəndaş cəmiyyəti adı
altında münasibətlərin - başlıca olaraq əmlak,
bazar, ailə, əxlaqi münasibətlərin xüsusi
sferasını anlamağa başladılar ki, bunlar məlum dərəcədə
dövlətdən ayrı, müstəqil olsunlar. Burada söhbət hakimiyyətin şəxsiyyətin
"vətəndaş işinə", insanların şəxsi
həyatına qarışmamasından gedirdi.
Vətəndaş cəmiyyəti dedikdə azad
sahibkarlıq, təşəbbüskarlıq mühiti başa
düşülür. Vətəndaş cəmiyyətində
dövlət strukturlarından fərqli olaraq vertikal
(tabeçilik) əlaqələr yox, horizontal əlaqələr
üstünlük təşkil edir. Horizontal
əlqələr - hüquqca azad və bərabərhüquqlu
fərdlərin rəqabət və əməkdaşlıq
münasibətləridir. Vətəndaş
cəmiyyəti sırf bazar münasibətlərinin və rəsmi
hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət
formalarının sinonimi kimi dərk olunur. Vətəndaş cəmiyyəti o, insanların
demokratik cəmiyyətidir ki, orada insanlar nəyəsə
malik olsunlar. Məsələn, istehsal vasitələrinə,
pul kapitalına, aksiyalara, insanlara gərəkli olan
informasiyaya, intellektə və nəhayət işçi
qüvvəsinə.
Beləliklə, vətəndaş cəmiyyəti məsələsi
insan cəmiyyətinin daha şüurlu və məqsədəuyğun
quruluşu kimi qaldırılıb. Burada söhbət
sivilizasiyanın inkşafının yeni mərhələsindən
gedirdi. Bu məsələ barədə təklif
edilən bütün model və konsepsiyalarda başlıca və
ümumi müddəa - mülkiyyətin mövcudluğu və
dövlətin yeganə "təşkilatcı və
koordinator" rolundan imtina etməsidir.
Vətəndaş
cəmiyyətinin struktur elementləri
aşağıdakılardır:
1. Şəxsiyyət;
2 Ailə; 3. Məktəb; 4. Dini mərkəzlər; 5. Sahibkarlıq
və təşəbbüskarlıq; 6. Sosial qruplar,
siniflər;
7. Vətəndaşların
şəxsi həyatları və onların təminatı; 8.
Demokratik institutlar; 9. İctimai
birliklər, siyasi partiyalar və hərəkatlar; 10.
Müstəqil məhkəmələr;
11. Təhsil
sistemi; 12. Müstəqil KİV-lər; 13.
Qeyri-dövlət sosial-iqtisadi əlaqələr.
Vətəndaş cəmiyyətinin ən başlıca
elementi olan mülkiyyət şəxsiyyətin və
bütün cəmiyyətin azadlığının ilkin
şərti kimi çıxış edir. Mülkiyyətə
hörmət olmayan yerdə şxsiyyətə də hörmət
yoxdur.
Bazar -
öz özündə təşkilatlanan sistemdir, lakin bu o demək
deyil ki, dövlət bu mexanizmin təkmilləşdirilməsində
iştirak edə bilməz. O, rəqabət aparan subyektlər
arasında maraqlar balansını yaratmalı və bərabərləşdirməlidir.
Dövlət bazar münasibətələrinin
formalaşdırılması və qorunmasında mühüm
faktordur.
Vətəndaş
cəmiyyətinin struktur elementlərini cəmiyyətin
sferalarına görə aşağıdakı kimi təsnif
etmək olar:
İqtisadi sferada vətəndaş cəmiyyətinin
struktur elementlərini vətəndaşların öz şəxsi
təşəbbüskarlıqları ilə
yaratdıqları qeyri-dövlət müəssisələri,
kooperativlər, icarə kolllektivləri, birliklər, aksioner təşkilatları,
korporasiyalar və vətəndaşların digər
könüllü birlikləri təşkil edir.
Vətəndaş
cəmiyyətinin sosial-siyasi sferasını
aşağıdakı elementlər təşkil edir: ailə,
ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar,
yaşayış yeri və ya əmək və başqa
kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə
orqanları. İctimai fikrin formalaşması və
ifadə edilməsi mexanizmlərinin üzə
çıxarılması və həmçinin sosial konfliktlərin
həlli. Qeyri-dövlət, müstəqil
KİV. Bu sferada cəmiyyətdə
formalaşan maraqların konstitusiya və dövlət
qanunları çərçivəsində institusional formaya
salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi
təcrübəsi formalaşır. Vətəndaş cəmiyyətinin
mənəvi sferasına aşağdakı elementlər
daxildir: söz, fikir azadlığı, öz mövqeyini
açıq ifadə etmək imkanı, yaradıcı, elmi və
digər öz fəaliyyət birliklərinin dövlət və
siyasi strukturlardan asılı olmaması və müstəqilliyi.
Vətəndaş
cəmiyyətinin prinsiplərini yuxarıda deyilmiş fikirləri
nəzərə almaqla belə ifadə etmək olar:
1.
İqtisadi azadlıq, müxtəlif mülkiyyət
formaları, bazar münasibətləri. 2. İnsan və vətəndaşların
təbii hüquqlarının qeyd-şərtsiz
tanınması və qorunması, 3. Qanun və ədalət
qarşısında hamının bərabərliyi və
şəxsiyyətin etibarlı hüquqi müdafiəsi.
4. Hakimiyyətin legitimliyi və demokratik xarakteri. 5. Hakimiyyətin
bölünməsi və qarşılıqlı fəaliyyətinə
əsaslanan hüquqi dövlət. 6. Siyasi və ideoloji
pluralizm, leqal müxalifətin mövcudluğu. 7. KİV-in
müstəqilliyi, fikir, söz, mətbuat azadlığı,
8. Dövlətin vətəndaşların
şəxsi həyatlarına qarışmaması, onların
qarşılıqlı vəzifələri və öhdəlikləri.
9. Sinfi sülh, əməkdaşlıq və milli
barışıq. 10. İnsanların laiqli həyat şəraitini
təmin edən effektli sosial siyasət.
Vətəndaş cəmiyyəti açıq,
demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir
ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət
tutur. Vətəndaş cəmiyyəti insanların siyasi
yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti
sferasıdır. Burada əxlaq və
humanizim prinsiplrinə, qanunlara, və əxlaqa hörmət
edilir. Bu cəmiyyət demokratik rejimdə
dövlətlə sıx qarşılıqlı əlaqədə
olur.
Vətəndaş cəmiyyətinin formalaşması
onun həyatının və fəaliyyətinin bir çox tərəflərini
dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu o demək
deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər
öz yerini tapmalı və tutmalı, bütün problemlərin
həllində totalitar nəzarətdən və cavabdehlikdən
əl çəkməli və yalnız o istiqamətə
yönəlməlidir ki, orada onun iştrakı
qaçılmaz olsun. Xüsusən
müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə,
rabitə, nəqliyyat, vətəndaşların
hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətçisi,
onun inamlı nümayəndəsi kimi çıxış
edir. Qısa desək, cəmiyyət
dövlət üçün yox, dövlət cəmiyyət
üçündür.
İnkşaf etmiş vətəndaş cəmiyyətində
dövlətin funksiyaları ümumi inkşaf strategiyasının
işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin
sosial və iqtisadi inkişafının prioritetlərinin
müəyyən edilməsi və əsaslandırılması;
vətəndaşların ictimai faydalı fəaliyyətlərinin
stimullaşdırılması və onların
hüquqlarının, əmlaklarının və şəxsi
ləyaqətlərinin qorunması; cəmiyyətin
bütün sferalarının demokratikləşdirilməsi; sərhədlərin
qorunması və daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında
deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin
mahiyyəti odur ki, o, hakim elitanın, hakimiyyətin, dövlətin
iradəsinin ifadəçisi yox, hər şeydən əvvəl
vətəndaşların maraqlarını, tələbatlarını,
azadlığını, istəklərini birləşdirir və
ifadə edir.
Əli
Xalq Cəbhəsi.-
2014.- 18 mart.- S.11.