Sığorta-pensiya sistemində elektron xidmətlər
Özəl pensiya fondlarının
yaradılması üçün
qanunvericilik bazası hazırlanır
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Şirvan şəhərində "Sığorta-pensiya
sistemində elektron xidmətlər" mövzusunda
regional təqdimat keçirib. APA-nın
Mil-Muğan bürosunun
verdiyi xəbərə
görə, Şirvan
şəhərində keçirilən
təqdimatda 1 şəhər,
11 rayonu təmsil edən sığortaedənlər,
sığorta olunanlar
və pensiyaçılar
iştirak ediblər. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi electron xidmətlərin sayı
19-a çatdırılıb. "Elektron hökumət"
portalının statistikasına
görə, fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında qərarlaşıb.
O da qeyd olunub ki, Fondun
mərkəzi məlumat
bazasında 1 milyon 277
min nəfər pensiyaçı
və 2 milyon 691 min nəfər sığortaolunan
barədə müvafiq
məlumatlar toplanılıb.
Ötən il
ərzində DSMF-nin həm öz saytı, həm də "elektron hökumət portalı"
vasitəsilə əhaliyə
təqdim etdiyi elektron xidmətlərindən
ümumilikdə 700 minə
yaxın vətəndaş
yararlanıb. Kiçik
ödəniş edən,
mühasibatlığı avtomatlaşdırılmamış
torpaq pay mülkiyyətçiləri,
fərdi sahibkarlıq
fəaliyyəti ilə
məşğul olan şəxslər DSMF-nin yerli şöbələrində
yaradılmış "Yardım
maşınları"nın
xidmətindən yararlanmaqla
öz hesablarını
elekytron formatda təqdim etmək imkanı qazanırlar. Təqdimat mərasimində DSMF-nin elektron xidmətləri barədə slaydlar nümayiş olunub, həmçinin sığorta
edənlərin, sığorta
olunanların və pensiyaçıların elektron
xidmətlərlə bağlı
çoxsaylı sualları
cavablandırılıb, təklifləri
dinlənilərək müzakirə
olunub.
DSMF bu ilin əvvəlində "Sığortaolunanın
onlayn uçota alınması" adlı
elektron xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi
prosesini elektron qaydada həyata keçirmək mümkündür.
Belə ki, indiyə qədər ilk dəfə
əmək fəaliyyətinə
başlayan vətəndaşın
sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi
üçün sığorta
edən (işəgötürən)
işçi ilə əmək müqaviləsi
bağladığı gündən
sonra, sığorta olunanın ərizəsinin
tərtibini təşkil
etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər
toplusunu siyahı ilə birlikdə, DSMF orqanına şəxsən
təqdim etməli idi. Bundan sonra isə
hər bir sığortaedən öz
ofisindən kənara çıxmadan birbaşa
elektron qaydada müraciət etməklə,
sığortaolunanlar üçün
sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi
imkanına malik olacaq.
Tədbirdə DSMF-nin yeni elektron
xidmətdən istifadə
qaydaları nümayiş
etdirilib. Elektron xidmətdən istifadə
üçün sığortaedən
www.e-gov.az internet ünvanına daxil olur, "Sığortaolunanın onlayn
uçota alınması"
elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş
ərizə DSMF orqanı
tərəfindən qəbul
edilir və bu barədə sığortaedənə elektron
təsdiqetmə bildirişi
göndərilir. Sığortaedən tərəfindən elektron
formada göndərilmiş
elektron ərizə formalarına DSMF tərəfindən
baxılır. Təqdim
edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün
fərdi şəxsi hesab açılır və onun soyadı,
adı, atasının
adı, doğulduğu
tarix, doğulduğu yer, cinsi və
sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində
rəsmiləşdirilir.
Azərbaycanın dövlət pensiya sistemində yığım
komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması Azərbaycanda
sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramının
əsas vəzifələrindən
biridir. DSMF sədri
Elman Mehdiyev bildirib ki, "hazırda məsələ ilə bağlı qanunvericiliyin hazırlanması mərhələsindəyik.
Bunun üçün beynəlxalq
təcrübəni nəzərə
almaq və mühüm təcrübəyə
malik beynəlxalq ekspertləri dəvət etmək üçün Avropa Birliyi ilə əməkdaşlıq
çərçivəsində "Tvinninq" layihəsi hazırlanıb. Layihə artıq
təsdiq edilib, icraçı təşkilatlar
seçilib". Onun sözlərinə
görə, həmin ölkələrdən biri
Latviya, ikinci tərəfdaş isə Almaniyadır. Bu ölkələrin ekspertləri
ilə aparılan ilkin müzakirələr tamamlanıb. Layihənin həyata
keçirilməsi dövlət
pensiya sistemində yığım komponentinin
tətbiqi və qeyri-dövlət pensiya fondlarının yaradılmasının
qanunvericilik əsaslarını
formalaşdıracaq.
Bu sahədə hələlik
bir çox suallar da var. İlk növbədə istər dövlət pensiya sistemində yığım komponentinin
tətbiqi, istərsə
də qeyri-dövlət
pensiya fondlarının
yaradılmasının kənar
amillərdən asılılığı
mövcuddur. Burada əsas məsələ
vətəndaşın fərdi
hesabında real toplanan
pul vəsaitinin gələcəkdə, uzun
müddətdən sonra,
onun pensiyaya çıxacağı vaxta
qədər bazar təsirləri, inflyasiya risklərindən, maliyyə
bazarının mənfi
tendensiyalarından qorunmasıdır.
Ona görə də qeyd edilən komponentlərin tətbiqi ölkədə maliyyə
bazarının inkişafını
qabaqlamadan reallaşdırmaq
lazımdır.
Məsələ ilə bağlı ikinci mühüm amilin yığım hesabları vasitələrinin
hansı mənbə hesabına formalaşmasıdır
ki, bir çox
ölkələrdə bu,
məcburi, digərlərində
könüllü yığım
komponentləri şəklində
tətbiq olunur. Qlobal maliyyə
böhranı və Fondun təcrübəsi göstərib ki, bir çox ölkələr məcburi
yığım komponentindən
imtina edib. Çünki məcburi yığılan
vəsaitlər dövlət
tərəfindən yerləşdirildikdən
sonra, onlar konkret divident gətirilməli olduğu
halda, bu, baş verməyib, əksində, sistemdə çökmə baş verib.
İkincisi, Azərbaycan kimi sosial sığorta normativləri aşağı
olan dövlətlərdə
məcburi hissənin hansı tərkibinin dövriyyədən kənarlaşdırılaraq
yığım komponentinə
yönləndirilməsi məsələsi
həll edilməlidir. Belə ki,
sosial sığorta normativlərinin artırılması
ilə nə işəgötürən, nə
də işçi razılaşır. Bir sözlə,
bu sahədə araşdırmalar aparılıb
və konkret nəticələr irəli
sürülüb. Yekun
təkliflər DSMF, Maliyyə
Nazirliyi və s. qurumlarla yeni Pensiya İslahatı Konsepsiyasının yeni müddəalarını təşkili
edir. Sənəd təsdiq olunandan
sonra, ölkədə
yığım komponentinin
tətbiqi, həm də qeyri-dövlət pensiya fondlarının hansı əsaslarla fəaliyyət göstərəcəyinin
aydın elementləri
məlum olacaq. Məhz bu əsaslarla da normalara uyğun
olaraq "Tvinninq"
layihəsi ilə qanunvericilik formalaşdırılacaq.
Əslində Azərbaycanda üç pilləli pensiya təminatı sistemi qurulur. Birincisi, həmrəylik prinsipinə,
nominal yığıma əsaslanan
və bu gün qüvvədə olan sistemə əsaslanan sistemdir. İkinci sistem real yığıma
əsaslanır, üçüncüsü
isə özəl pensiya fondlarıdır.
Bir ara
DSMF-da hesab edirdilər ki, I və II sistemin normal fəaliyyət göstərməsi
üçün sosial
sığorta haqları
35%-ə çatdırılmalıdır.
Artırılan 10%-in böyük hissəsinin işçilərin
hesabına ödənilməsi
məqsədəuyğun sayılırdı.
Məsələn, Almaniyada sosial
sığorta haqlarının
yarısını işəgötürən
təşkilat, yarısını
işçi ödəyir.
Doğrudur, hazırkı Azərbaycan
reallığında sosial
sığorta haqlarını
bu həddə çatdırmaq mümkün
deyil. Amma "2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı"nda
sosial sığorta haqlarının tədricən
artırılması nəzərdə
tutulub.
Hazırda Azərbaycanda sosial sığorta haqlarının
dərəcəsi 25%-dir. Bunun
22%-ni işəgötürən
təşkilat, 3%-ni isə işçi ödəyir. Əslində indiki məqamda
DSMF-nin sosial sığorta dərəcəsini
artırmaq niyyəti düzgün strategiya sayıla bilməz və effekt verməyəcək.
Tərlan
Xalq Cəbhəsi.- 2014.- 19 mart.- S.12.