Ermənilərin Şamaxıya hücumu
Ermənilər evlərə soxulur, onların sakinlərini qətl və qarət edir, sonra isə
yandırırdılar
Ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhəri
və Şamaxı qəzasının azərbaycan-türk
kəndlərində törətdikləri
cinayətləri ifşa
edən çoxlu arxiv sənədləri qorunub saxlanılır. 1918-ci ilin yazında ermənilərin törətdikləri
qaniçənlikdən ən
çox zərər çəkən şəhərlərdən
biri Şamaxı və onun kəndləri
olub. Bu mövzuda
arxiv materialları əsasında tədqiqatlar
aparmış Milli Arxiv İdarəsinin rəisi, tanınmış
tədqiqatçı Ataxan
Paşayev bildirir ki, uzun müddət
1918-1920-ci illərdə ermənilərin
azərbaycanlılara qarşı
vəhşiliklərindən bəhs edərkən nədənsə onların
Şamaxıda törətdikləri
vəhşiliklərlə bağlı
demək olar, danışılmayıb: "Ermənilərin
toplu halda yaşadıqları yerlərdən
tamamilə uzaqda, yüzlərlə azərbaycanlı
kəndinin əhatəsindəki
cəmi 6 erməni kəndi və Şamaxı şəhərindəki
azlıqda qalan bir ovuc erməni
əhalisinin bu ərazidə soydaşlarımızın
başına açdığı
müsibətlərlə tanış
olduqda adam dəhşətə gəlir.
Ancaq təkzibolunmaz faktdır ki, bu bir
ovuc erməni onlarla Azərbaycan kəndlərini tar-mar etmiş,
on minlərlə günahsız
əhalini qətlə
yetiriblər. Bu fakt bir də
onu sübut edir ki, erməni
olduqca təhlükəli
düşməndir. Onlar həmişə
zərbəni gözlənilməz
yerdən vurmağı
çox gözəl bacarırlar".
Bu sənədlər arasında
1918-ci il noyabrın
22-də Fövqəladə Təhqiqat Komissiyasının
sədri Ə.Xasməmmədovun
Azərbaycan Cümhuriyyəti
Ədliyyə Nazirliyinə
Şamaxı şəhəri
və Şamaxı qəzasının azərbaycanlı
kəndlərinin talan
edilməsi və əhaliyə qarşı
ermənilərin zorakılıqları
haqqında məruzəsi
diqqəti cəlb edir: "Şamaxı şəhəri və Şamaxı qəzası
üzrə ermənilərin
törətdikləri vəhşiliklər
arasında 7 cild, 925 vərəqdən ibarət
təhqiqat işlərində
toplanmış materiallar
ermənilərin burada
törətdikləri vəhşiliklər,
erməni rəzaləti
haqqında ətraflı
məlumat verir. Burada toplanan yüzlərlə zərərçəkmiş və
şahid ifadələri,
dindirmə protokolları
ermənilər tərəfindən
yandırılmış, dağıdılmış
tikili, mədəniyyət
abidələrinə baxış
protokolları, aktlar, siyahılar və digər sənədlər
ermənilərin Şamaxı
şəhəri və
Şamaxı qəzasının
azərbaycanlılar yaşayan
kəndlərində törətdikləri
vəhşilikləri əyani
şəkildə ifşa
edir".
O dövrdə Ə.Xasməmmədovun
ədliyyə nazirinə
təqdim etdiyi məruzəyə diqqəti
çəkən A.Paşayev
bildirir: "Komissiyanın
ilkin istintaq nəticəsində əldə
etdiyi məlumatlar həmin məruzədə
şərh olunurdu. Məruzədə deyilirdi
ki, Şamaxı şəhəri 2 hissədən
ibarətdir: yuxarı
və ya erməni hissəsi, aşağı və ya müsəlman hissəsi. Birincidə əsasən ermənilər
və malakanlar, müəyyən qədər
də müsəlmanlar
(Azərbaycan Türkləri-red.),
ikincidə isə yalnız müsəlmanlar
(Azərbaycan Türkləri-red.)
yaşayırdılar. Şamaxı
qəzasında əhalinin
əksəriyyəti müsəlmanlardır.
Erməni və malakanlar
hərəsi 6 kənddə
yaşayırlar. Həm şəhərdə
və həm də kəndlərdə olan müsəlmanlar ermənilər və malakanlarla keçmiş zamanlardan sülh şəraitində yaşamış,
onlara heç bir ziyan vurmamış,
incitməmiş, daim mehriban qonşuluq əlaqələri saxlamağa
çalışmışdılar.
Hətta
1905-ci ildə Zaqafqaziyanın
bir çox şəhər və kəndlərində ermənilərə
qarşı çıxış
ediləndə də Şamaxı şəhəri
və Şamaxı qəzasında müsəlmanlar
ermənilər üzərində
zorakılıq etməmiş,
onlara qarşı düşmənçilik hərəkətləri
törətməmişlər. Buna baxmayaraq, Şamaxı
şəhəri və
Şamaxı qəzasının
erməniləri həmin
vaxtdan zərər çəkmiş erməni
qardaşları ilə
həmrəylik xatirinə
müsəlmanlara (Azərbaycan
Türklərinə-red.) qarşı
gizlində düşmənçilik
hissi bəsləyir və 1905-ci ildə incidilmiş ermənilərin
hayfını çıxmaq
üçün əlverişli
məqam gözləyirmişlər.
1918-ci il martın 18-də qaliblər
kimi şəhərin
müsəlman hissəsinə
soxulan ermənilər
qışqırırmışlar:
"Biz bu günü
12 ildir ki, gözləmişik. Bu, Nikolayın
sizə kömək etdiyi 1905-ci il
deyil. İndi sizə heç kim kömək
edə bilməyəcək.
Köməyə siz özünüzün
müqəddəs Həzrət
Abbasınızı çağırın".
Həkim
Sazanov 1918-ci il
martın 19-u gecəsi
Şamaxıda erməniləri
müsəlmanlar (Azərbaycan
Türkləri-red.) üzərində
rəhmsiz zorakılıqlar
işlətməkdə günahlandırdıqda
o, ermənilərdən belə
bir cavab alır: "Müsəlmanlara
heç bir rəhm etmək yoxdur. Onların hamısı məhv
edilməlidir".
A.Paşayev daha sonra bildirir ki, Şamaxıda azərbaycanlılara
qarşı ermənilərin düşmənçilik hərəkəti
hələ I Dünya Müharibəsi başlandığı
vaxtlardan özünü büruzə verib. Ermənilər
azərbaycanlılara (Azərbaycan Türklərinə-red.)
qarşı özlərini çox təkəbbürlü
aparır, onların milli və dini heysiyyətlərini
açıqca təhqir edirdilər. 1917-ci il fevral çevrilişindən sonra ermənilər
daha cəsarətlə hərəkət etməyə
başlayırlar. Ermənilər çar
hakimiyyəti orqanlarının yerli komandası oradan getdikdə
gizli surətdə silah anbarını ələ keçirib
bu haqda nə qəza komissarına, nə də yerli müsəlman
Milli Şurasına heç bir məlumat verməmişdilər.
Onlar ermənilərdən və malakanlardan ibarət hərbi
qarnizon təşkil edib, ora müsəlmanları
buraxmamışdılar: "Azərbaycanlılar qarnizona girməyə
nail olduqda isə erməni əsgərləri onlara
qarşı düşmənçilik edir, təhqir edir və
incidirdilər. Elə bu vaxtlar ermənilər
öz kəndlərinə müxtəlif yollarla silah və
sursat gətirib sürətlə silahlanmağa
başlayırlar. Silahı əsasən cəbhədən
qayıdan əsgərlər gətirirdilər. Onların hərəsi özü ilə bəzən
3 tüfəng gətirmişdi. Ermənilərin
bu hərəkətləri azərbaycanlıları bərk
vahiməyə salır. Həm
Şamaxı şəhərində, həm də qəzanın
kəndlərində azərbaycanlılar görürdülər
ki, ermənilər onlara qarşı sürətlə
silahlanırlar. Müsəlmanlar
bütün qüvvələrini sərf edirdilər ki, ermənilərlə
dil tapsınlar və yaxınlaşmaqda olan
qırğının qarşısını alsınlar.
Altdan-altdan sürətlə silahlanan ermənilər
üzdə özlərini belə göstərirdilər ki,
guya müsəlmanlara qarşı heç bir düşmənçilik
hisləri bəsləmirlər. Şamaxı
şəhərindən 6 verst aralı Mədrəsə kəndində
gizli surətdə Zaqafqaziyanın digər qəzalarından
erməni əsgərləri sürətlə toplanmağa
başlayırlar. Martın birinci yarısında məlumat
alınır ki, Bakıdan Şamaxıya böyük miqdarda hərbi
sursat, top və pulemyotlarla silahlanmış 3 minədək
Bakıdakı bolşevik hakimiyyəti adından erməni
qoşun dəstəsi gəlir. Şamaxıdan
dəstənin qabağına müsəlman və ermənilərdən
ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin dəstə ilə
görüşü Malakan kəndi Qozlu-Çayda (Xilmili)
olur. Dəstəyə silahı
Şamaxı qarnizonuna təhvil vermək təklif olunur.
Onlar bundan qəti imtina edir və bildirirlər
ki, başlıca məqsəd Şamaxı qəzasını
quldur dəstələrindən təmizləmək, qəzada
anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərləri Şamaxı
şəhərindən yan keçərək Mədrəsə
kəndinə gedəcəklərinə söz verirlər.
Martın 15-də dəstə
Şamaxının yanından keçərkən şəhərin
kənarında öz evlərini qoruyan müsəlmanlar (Azərbaycan
Türkləri-red.) dəstənin şəhərə
hücum etdiyini güman edib atəş açırlar. Dəstə də cavab atəşi açır.
Tezliklə bütün şəhəri
atışma bürüyür. Bu
atışma nəticəsində hər iki tərəfdən
tələfat olur. Lakin axşama yaxın
şəhərdə tam sakitlik yaradılır. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü
ilə Şamaxıdakı bütün millətlərin və
onların ruhanilərinin nümayəndələri bir yerə
yığışaraq and içirlər ki, sülh şəraitində
yaşayacaq və qayda-qanunu pozmayacaqlar".
Lakin ermənilər
vədələrinə çox az sonra
xilaf çıxırlar: "1918-ci il martın 18-də
Şamaxının azərbaycanlı sakinləri top atəşlərinin
sədaları altında oyanırlar. Görürlər
ki, şəhər cənub tərəfdən ermənilər,
şimal-şərqdən isə malakanlar tərəfindən
mühasirə olunub. Şəhərin tamamilə azərbaycanlılardan
ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə
tutulur, şəhərin yuxarı hissəsində yaşayan
ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri
tüfənglərdən atəşə tuturlar. Bu hücum soydaşlarımız üçün
tam gözlənilməz idi".
Ermənilər
azərbaycanlıların evlərini talan edir, yandırır,
mülki əhalini qəddarlıqla öldürür:
"Şəhərin ən abad və tanınmış
müsəlmanlarına məxsus evlərinə od vuruldu. Ermənilər
və malakanlar yandırılmış evlərdən
çıxıb qaçan kişi,
qadın və uşaqları güllələyirdilər. Ermənilər evlərə soxulur, onların sakinlərini
qətl və qarət edir, sonra isə yandırırdılar.
Gecə müsəlmanlar təslim olmaq barədə
ermənilərin yanına nümayəndələr göndərir
və sülh xahiş edirlər. Lakin atəş
dayandırılmır, yanğınlar bütün bölgəyə
yayılır və o biri günün səhərinə qədər
şəhərin ən zəngin məhəlləsindəki
evlərdən yalnız xarabalıqlar qalır.
Ermənilər insanları evlərdə, həyətlərdə,
küçələrdə qətlə yetirirlər. Şəhərin
küçələrində meyidlərdən qalaqlar
yaranır. Qaniçən ermənilər
azərbaycanlı əhalinin qətlini eşidilməmiş və
ağlasığmaz qəddarlıq və işgəncə ilə
həyata keçirirlər. Öldürmək
və evlərini yandırmaq hədəsi ilə ermənilər
soydaşlarımızın pul və qiymətli şeylərini
alır, lakin çox vaxt pul və qiymətli şeylərini
vermələri belə onların ölümdən və evlərini
yandırmaqdan xilas edə bilmirdi. Küçələrdə
əzab verilərək öldürülmüş
qadınların meyidləri atılmışdı. Onların döşləri kəsilmiş və ən
çirkin üsullarla təhqir olunmuşlelar. Küçlərdə pazlarla diri-diri yerə
mıxlanmış uşaq meyidləri də atılıb
qalmışdı. Azərbaycanlıların
evlərindən qarətlə talan olunmuş əmlak araba və
furqonlarla erməni və malakan kəndlərinə
daşınırdı. Ermənilərin
Şamaxı şəhərindəki vəhşilikləri
bir neçə gün davam edir. Ermənilərin
Şamaxı şəhərinə birinci və ikinci
hücumları zamanı bir neçə min azərbaycanlı
qətlə yetirilib".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 28 mart.- S.13.