Sabunçu rayonunun
sosial-iqtisadi inkişafı
Real
vəziyyət və perspektivlər
Azərbaycan
prezidentinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı
ilə "2014-2016-cı illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"nın təsdiqi
ölkənin sosial-iqtisadi siyasətində mühüm yer
tutur.
Bu sahədə
həyata keçirilən məqsədyönlü tədbirlərin,
o cümlədən "Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı"nın uğurlu icrası nəticəsində
Bakının bütün rayonlarında, həmçinin qəsəbələrində
infrastruktur təminatı daha da
yaxşılaşdırılıb, təhsil, səhiyyə,
mədəniyyət və idmanın inkişaf etdirilməsini
təmin edən tədbirlər həyata keçirilməyə
başlanıb, yeni məktəblər, xəstəxana,
poliklinika, ambulatoriya binaları tikilir, mövcud binalar əsaslı
təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə
verilib.
Dövlət başçısının
imzaladığı sərəncama uyğun olaraq Sabunçu
rayonunda da bütün sahələri əhatə edən tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulub. Onu da vurğulayaq ki, ötən
il Azərbaycan prezidenti İlham Əliyev
Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında sərəncam imzalayıb.
Qısa
xatırlama: Əsası 1920-ci ildə qoyulan Sabunçu rayonu
həm əhalisinin sayına, həm də iqtisadi
potensialına görə paytaxtın iri rayonlarından biridir.
Əsasən sənaye, xüsusən neft rayonu
kimi tanınan bu inzibati əraziyə 10 qəsəbə
daxildir. Təxminən 234 min nəfər əhalisi olan,
eyni zamanda 21 min məcburi köçkünün məskunlaşdığı
rayonda 45 idarə və müəssisə, 7 bank filialı və
digər müxtəlif təyinatlı çoxsaylı təşkilatlar
fəaliyyət göstərir.
Hələ keçmiş SSRİ dövründə
öz sənaye potensialına görə fərqlənmiş
bu rayon müstəqilliyin bərpasından sonrakı illərdə,
xüsusən son 10 ildə çox böyük inkişaf yolu
keçib. Bu illər ərzində dəyişən təkcə
rayonun adı (1958-ci ildən 1992-ci ilədək Leninin
adını daşıyıb) olmayıb. İndi
rayonun təkcə inzibati mərkəzi sayılan Bakıxanov
(keçmiş Razin) qəsəbəsinin yox, digər
yaşayış məntəqələrinin də siması büsbütün
dəyişib.
2013-cü
ildə rayon müəssisələri tərəfindən
istehsal edilən sənaye məhsullarının, yerinə
yetirilən işlərin ümumi həcmi 396,5
milyon manat təşkil edib ki, bu da əvvəlki ildəkindən
80,3 milyon manat və ya 25,4 faiz çoxdur. Ötən il əhaliyə
göstərilən pullu xidmətlərin həcmi 2,1 dəfə artaraq 475,6 milyon, əsas kapitala
yönəldilən investisiyaların həcmi 304,7 milyon, pərakəndə
əmtəə dövriyyəsinin həcmi 610,6 milyon manata
çatıb. 2013-cü ildə rayon üzrə bir
işçiyə düşən orta aylıq əməkhaqqı
əvvəlki illərlə müqayisədə 6,7 faiz artaraq 432, sənaye sahəsində
çalışanların əməkhaqqı isə 7,8 faiz
çoxalaraq 560,4 manat olub. Ötən il
rayonda 2400-ə yaxın yeni iş yeri açılıb.
Onu da
bildirək ki, prezidentin 4 may 2011-ci il tarixli sərəncamı
ilə təsdiqlənən "2011-2013-cü illərdə
Bakı şəhəri və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nın icrası çərçivəsində
Sabunçu rayonu ərazisində çox mühüm iqtisadi
və sosial əhəmiyyətə malik obyektlər tikilib,
yollar salınıb, əhalinin elektrik enerjisi, qaz, su və
istilik təchizatının
yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin
qurulması, ekoloji layihələrin həyata keçirilməsi,
mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin,
küçə və meydanların, istirahət guşələrinin
abadlaşdırılması üzrə böyük işlər
görülüb.
Rayonun köhnə neft-mədən ərazilərində
rekultivasiya işlərinin aparılıb, çirkli gölməçələrin
doldurulub. Yeni
Ramana və Sabunçu qəsəbələri arasında
köhnə yod zavodunun tikililəri sökülərək
oradakı zərərli tullantılar təmizlənib, 6,5 hektar sahədə Fövqəladə Hallar
Nazirliyi tərəfindən yeni park salınıb. Həmin istiqamətdə Yeni Ramanadan keçən
yolun hər iki tərəfində geniş abadlıq və təmir
işlərinin aparılıb.
Bir sözlə, Sabunçu bu gün paytaxtın
bütün sahələr üzrə dinamik inkişaf edən
rayonuna çevrilib.
Rayonun bütün qəsəbələri fasiləsiz
olaraq təbii qazla təmin edilir. Dövlət
Proqramı çərçivəsində rayon üzrə
938293 metr uzunluğunda qaz kəmərləri çəkilib.
Rayonda su təchizatının
yaxşılaşdırılması istiqamətində
müvafiq tədbirlər həyata keçirilir. Rayon ərazisində
37946 metrə yaxın yeni su xətti çəkilib, ümumi
tutumu 3500 kub.m olan 4 ədəd su anbarı tikilib. Bütün bu tədbirlər nəticəsində
rayon əhalisi hazırda icməli su ilə təmin olunur.
Təkcə
ötən il Azərbaycan prezidenti
İlham Əliyev aparılan tiktinti, abadlıq işləri ilə
tanış olmaq üçün bir neçə dəfə
rayonda olub. Dövlət başçısı
Sabunçu-Zabrat-Maştağa-Buzovna magistral avtomobil yolunun
Maştağa-Buzovna hissəsinin açılışında
iştirak edib, Maştağa qəsəbədaxili
yollarında aparılan əsaslı təmir və yenidənqurma
işləri ilə tanış olub. 252
saylı orta məktəbin əlavə korpusunun tikintisi və
80 saylı tam orta məktəbin əsaslı təmirindən
sonrakı vəziyyətlə tanış olub, Bilgəh qəsəbəsində
müharibə və əmək əlilləri
üçün ransionatın əsaslı təmir və yenidənqurması,
Yeni Ramana qəsəbəsində Sağlamlıq
İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya
Mərkəzinin, Zabrat-Kürdəxanı-Pirşağı
avtomobil yolunun yenidənqurmadan sonra
açılışlarını edib. Bu ilin fevralında isə
Sabunçu qəsəbəsi, Koroğlu metrostansiyası yaxınlığında
tikilməkdə olan Olimpiya futbol stadionunda aparılan tikintinin
gedişatı ilə tanış olub.
Rayonun qəsəbələrində olduğumuz müddətdə
də yuxarıda qeyd etdiyimiz inkişafın şahidi olduq.
Sabunçu
qəsəbəsi
Digər qəsəbələrdə olduğu kimi
Sabunçu ərazisində də geniş abadlıq və bərpa
işləri aparılır. 12 saylı poliklinika əsaslı
şəkildə yenidən qurulub camaatın ixtiyarına
verilib. 3 saylı şəhər klinik xəstəxanası
da əsaslı təmir olunub. Əksər
küçələrdə (Ə.Cavad, Ə.Məmmədəliyev)
yeni kanalizasiya xətti çəkilib. Eləcə
də su, qaz, işıq xətləri yenidən qurulub.
Ən başlıcası qəsəbədə nəinki
Sabunçu rayonunda, hətta Bakı şəhərində
tayı-bərabəri olmayan 6,5
hektarlıq ərazidə gözəl istirahət parkı
salınıb. Yeni və möhtəşəm
ticarət mərkəzləri, şadlıq sarayları əhalinin
ixtiyarına verilib.
Zabrat qəsəbəsi
Burada da abadlıq və tikinti-bərpa işlərinin
aparıldığının şahidi olduq. Asfaltlanmış
küçələrdə bordyurlar qurulub, səki tikilib,
küçə işıqlandırılması
aparılıb. Qəsəbənin mərkəzindən
keçən yol xeyli genişləndirilib, yolboyu binalar,
hasarlar təmir olunub, müasir işıqlandırma sistemi ilə
təmin edilib. Qəsəbənin
bütün küçələri asfaltlanıb və
abadlaşdırılıb. Qəsəbədə
Qarabağ müharibəsi və Böyük Vətən
savaşı veteranları üçün 81 mənzilli 2
yaşayış binası tikilib, istifadəyə verilib.
Qəsəbənin qaz, işıq, su problemləri
öz əsaslı həllini tapıb.
Bakıxanov
qəsəbəsi
Yaradılan sosial düzən, rifah halı və
tikinti-abadlıq işləri qəsəbəni
başdan-başa inşaat meydançasına döndərib. Əvvəlki
solğun, yöndəmsiz yaşayış binaları yeni
görkəm alır, müasir memarlıq üslubunda təmir-bərpa
istiqamətində yenilənir. Darısqal
küçələr, keçidlər genişləndirilir.
Yol kənarında olan dükanlar müasir üslubda təmir
edilib, sahiblərinə - iş adamlarına təhvil verilib. Bütün bu obyektlər istilik sistemi ilə təmin
olunub. Qəsəbənin su, işıq,
qaz, elektrik problemi, demək olar ki, öz həllini tapıb.
Orta məktəblər, bu qəsəbədə
yerləşən orta-ixtisas kollecləri, peşə təhsil
və məktəbəqədər müəssisələr
yenidən təmir edilib.
Maştağa
qəsəbəsi
Rayonun böyük qəsəbələrinindən biri
olan Maştağa getdikcə gözəlləşir. Yeni istirahət
parkları, əkilən dekorativ ağaclar, əyləncə
yerləri əhalinin səmərəli istirahətinə
hesablanıb. Valideyn himayəsindən məhrum
olan uşaqlar üçün 1 saylı internat məktəbi
yenidən təmir olunub. Qəsəbədə
yerləşən mədəniyyət ocaq və evləri əhalinin
səmərəli istirahətinin təminində böyük
rol oynayır. Olimpiya İdman Kompleksi, İsmət
Qayıbov adına İdman Təlim Mərkəzi,
Mini futbol meydançası isə gənclərimizin sağlam
ruhda böyüməsinə xidmət edir.
Hardaran qəsəbəsi
Qəsəbə və qəsəbə daxili
bütün yollar asfaltlanıb. Qəsəbəyə
qaz çəkilib. Yığılıb
qalan problemlər son bir neçə ildə öz həllini
tapıb. Nardaran Muğam Musiqi Evinin
tikintisi də əhali tərəfindən seçinclə
qarşılanıb. Hardaran İdman
zalı, Mini futbol meydançası gənclərin
ixtiyarındadır.
Ramana qəsəbəsi
İnkişaf tempi Ramana qəsəbəsində də
tam sürətlə gedir. Orada da abadlıq və
bərpa işləri aparılır. Qəsəbədə
1941-1945-ci illərdə və Qarabağ uğrunda gedən
döyüşlərdə həlak olanların - Şəhidlərin
xatirəsinə ucaldılan abidə əsaslı şəkildə
təmir olunub. V.Vəliyev küçəsi
asfaltlaşdırılıb və işıqlandırma
sistemi yenilənib. 21 saylı şəhər
xəstəxanası və 78 saylı orta məktəb əsaslı
təmir edilərək istifadəyə verilib. 137 saylı orta məktəb üçün yeni bir
bina inşa edilib. Qəsəbədə
sakinlərin heyvandarlıqla məşğul olmalarını
nəzərə alaraq, baytarlıq məntəqəsi də
açılıb.
Balaxanı
qəsəbəsi
Qəsəbədə kommunal şərait
yaxşılaşdırılıb. Qaz, su, işıq
problemləri tamamilə həll edilib. Eyni
zamanda 259 və 69 saylı məktəblərin əsaslı təmiri
başa çatdırılıb. Əlavə
sinif otaqları, idman və akt zalı tikilib. 22 saylı poliklinika da müasir standartlara uyğun təmir
edilib. 320 saylı uşaq
bağçasında təmir işləri aparılıb.
Kürdəxanı
qəsəbəsi
Qəsəbədə bələdiyyə, icra nümayəndəliyi
üçün yeni inzibati bina tikilib, istifadəyə verilib. Orta məktəb
əsaslı təmir edilib. Təcili
yardım stansiyası tikilib. Yeni uşaq
bağçası istifadəyə verilib. Kommunikasiya xətlərini yeniləşdirilib.
Bilgəh
qəsəbəsi
Qəsəbənin baş yolunda ötürücü
körpü salınıb. 142 saylı orta məktəb
təmir olunub. 128 saylı xəstəxana əsaslı
təmir edilərək sakinlərin ixtiyarına verilib. Qəsəbə daxilində küçələrin
əksəriyyətinə asfalt döşənib, digərlərində
də bu işlər davam etdirilir. Qəsəbə
icra nümayəndəliyinin inzibati binası da əsaslı təmir
olunub.
Bilgəh müharibə və əmək əlilləri
üçün pansionatın əsaslı təmiri başa
çatdırılıb. Hazırda yetkinlik
yaşına çatmayanlar üçün 50 yerlik
ixtisaslaşdırılmış reabilitasiya mərkəzinin,
uşaq bağçasının, Muğam və Gənclər
evlərinin tikintisi başa çatdırılmaq üzrədir.
Pirşağı
qəsəbəsi
Küçələr asfaltlaşdırılıb. Məişət
tullantıları üçün küçələrə
zibil qutuları qoyulub. 112 saylı orta məktəb
təmir olunub. Burada məskunlaşan
Xocalı qaçqınlarının problemlərini
vaxtında həll edilir.
Gələcəkdə
görüləcək infrastruktur layihələr
Gələcəkdə
rayonda bir sıra infrastruktur layihələrin həyata
keçirilməsi nəzərdə tutulur:
- Rayonun
bütün qəsəbələrinin içməli su, təbii
qaz və elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidənqurulması
üzrə geniş miqyaslı işlər davam etdirilir.
- Rayonda
yeni məktəb, səhiyyə ocaqlarının
inşası, 18 mövcud məktəbin həyətində
490 sinifdən ibarət yeni korpusların tikintisi, 13 məktəb
və 9 uşaq bağçasında əsaslı təmir
işlərinin aparılması.
- Rayonun
bütün mərkəzi və məhəllədaxili
yollarının asfaltlanması.
- Rayonun mərkəzi
küçələrinin yenidənqurulması, abadlıq
işlərinin intensivləşdirilməsi, yeni istirahət
parklarının salınması, əhalinin sosial problemlərinin
həlli istiqamətində təxirəsalınmaz tədbirlərin
həyata keçirilməsi.
Cavid
Şahverdiyev
Xalq Cəbhəsi.-
2014.- 29 mart.- S.10.