31 mart
soyqırımı
1918-ci il 31 mart. Məhz bu tarixdə azərbaycanlılar
kütləvi şəkildə qırılıb, repressiyalara
məruz qalıblar. 31 mart XX yüzilliyin
dünya tarixinin faciəvi səhifələrindən biridir.
1998-ci ildən etibarən Azərbaycan
Respublikası martın 31-ni dövlət səviyyəsində
azərbaycanlıların soyqırımı günü kimi
qeyd edir. Bu faciələrin günahkarı
"böyük Ermənistan" yaradılması kimi sərsəm
bir ideyanı həyata keçirmək üçün iyrənc
vasitələrdən çəkinməyən erməni
şovinizmidir. Həmin ideya indinin
özündə də həyata keçirilir.
I Pyotrun
planı
İsveçlə Rusiya arasında 1721-ci ildə
sülh müqaviləsinin imzalanmasından sonra Rusiya
çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı
ərazilərə yönəltdi. Bu cəhdlərin sonu
1723-cü ildə Bakının işğalı ilə nəticələndi.
Əsasən müsəlmanlardan ibarət olan
yerli camaatın narazılığını və müqavimətini
görən I Pyotr öz planlarını həyata keçirmək
məqsədilə, necə olur-olsun, Gilanda, Mazandaranda,
Bakı və Dərbənddə ermənilərin və
xristianların yerləşdirilməsini vacib sayırdı.
Əsası I Pyotr tərəfindən qoyulan bu
siyasəti sonralar Rusiyanın digər çarları davam
etdirdi. 1768-ci ildə Yekaterina ermənilərin
himayə olunması barədə əmr imzalayır.
1802-ci ildə çar Aleksandr I H.D.Sisianova yolladığı
məktubunda yazırdı: "Hə olur-olsun ermənilər
Azərbaycanın ... bu və ya digər xanlıqlarında
istifadə olunmalıdır". IV-XIX əsrlər
ərzində öz dövlətlərinə malik olmayan ermənilər
dövlətlərini yaratmaq məqsədinə çatmaq
üçün Rusiyanın imperiya siyasətiniin həyata
keçirilməsində alət rolunu oynadılar.
"Erməni əyaləti" necə yarandı?
Rusiya ilə
İran arasında gedən iki müharibənin (
1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan
(12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral
1828-ci il) müqavilələri Azərbaycan xalqının
tarixində faciəvi rol oynadı və Azərbaycanın
parçalanmasına gətirib çıxardı. Azərbaycanın şimalı Rusiyanın, cənubu
isə İranın idarəçiliyinə keçdi.
Türkmənçay müqaviləsindən dərhal sonra
imperator I Hikolay 21 mart 1828-ci ildə İrəvan və
Haxçıvan xanlıqlarının ərazisində
"Erməni əyaləti"nin yaradılması
haqqında əmr imzalayır. Bu əmrə əsasən o
zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin
yaşadığı İrəvan şəhəri də
"Erməni əyaləti"nin tərkibinə daxil edilir.
Bunun ardınca Türkmənçay müqaviləsinin
XV bəndinə əsasən İrandan ermənilərin
İrəvan, Qarabağ və Haxçıvana kütləvi
şəkildə köçürülməsinə
başlanılır. Bunun da nəticəsində həmin ərazilərdə
məskunlaşmış azərbaycanlılar öz
yurd-yuvalarından məhrum olunur. Anoloji proses Türkiyə
ilə aparılan müharibələrin (1828-1829, 1877-1878)
sonunda da reallaşdırılıb. Belə ki, tarixi mənbələrə
əsasən 1829-1830-cu illərdə Qafqazda (Haxçıvan,
Qarabağ, İrəvan) 40 min İran, 84 min 600 Türkiyə
ermənisi yerləşdirilib.
XIX əsrin ikinci yarısında "Böyük Ermənistan"
kimi millətçi, şovinist ideyasını həyata
keçirmək istəyində olan ermənilər təşkilati
strukturlar yaratmağa başlayırlar. Belə ki, əsasən
xaricdə "Qnçaq" (1887, Cenevrə),
"Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Erməni
vətənpərvərlər ittifaqı" (1895, Hyu-York) təşkilatı
yaradılır. Butün bu cəhdlərə
baxmayaraq XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların
sayına görə, Bakı və Yelizavetopol (Gəncə)
quberniyalarından sonra Qafqazda üçüncü yeri
tuturdu. Rusiya imperiyasında ilk dəfə
olaraq əhalinin siyahıya alınmasında əldə olunan
göstəricilərə görə, 1897-ci ildə İrəvan
quberniyasında 313 min 178 azərbaycanlı yaşayıb.
XX əsrin başlanğıcında baş verən
sonrakı hadisələr göstərdi ki, belə bir vəziyyət
Azərbacan xalqının tarixində faciələrin
davamına səbəb olub.
"Türksüz
Ermənistan"
1905-1907 illər. Rusiyada gedən inqilabi proseslərdən istifadə edən
ermənilər 1905-1907-ci illərdə məqsədyönlü
milli qırğın aktlarını, Bakı, Şuşa,
Zəngəzur, İrəvan, Ordubad, Haxçıvan,
Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıların
yurd-yuvalarından çıxarılmasını həyata
keçiriblər.
1905-1906 illər. İrəvan və Gəncə quberniyalarının
200, Şuşa, Cəbrayıl və Zəngəzurun
isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər.
Təəssüf ki, tarixi mənbələrdə o illərin
hadisələrini özündə əks etdirən çox az sayda sənəd qorunub saxlanıb.
1918-1920-ci illər. Statistik məlumatlara əsasən demək
olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən
sonra azərbaycanlılara qarşı kütləvi
repressiyalar gizli şəkildə aparılıb.
1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə
müqayisədə həmin il İrəvan quberniyasının
5 əyalətində əhalinin sayı 40 dəfə artaraq
14 min 300-dən 570 min nəfərədək yüksəlib.
Ancaq həmin zaman kəsiyində azərbaycanlıların
sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər
təşkil edib. Yaxud başqa bir nümunə,
əgər 1886-1897-ci illərdə əhalinin mütləq
artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə
bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə
müqayisədə əhalinin sayı 61 min nəfər
çox olub. Bu rəqəmlər çar
Rusiyasının idarəçiliyi dövründə erməni
millətçilərinin şovinist siyasətinin həyata
keçirməsindən, "Türksüz Ermənistan"
planının reallaşdırılması istiqamətində
azərbaycanlıların qovulmasından xəbər verir.
Birinci dünya müharibəsindən sonra Rusiyada
yaranmış vəziyyətdən bəhrələnən
ermənilər 1917-ci ildə baş vermiş fevral və
oktyabr inqialablarından sonra öz istəklərinə
bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı
komunnası əksinqilabi elementlərlə mübarizə
şüarı altında 1918-ci ilin martından başlayaraq
bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların
çıxarılması məqsədlərini güdən
cinayətkar planın reallaşdırılmasına
başlayır.
O günlərdə
ermənilər tərəfindən edilən cinayətlər
azərbaycan xalqının yaddaşında silinməz iz qoyub.
Təkcə milli mənsubiyyətinə görə
minlərlə dinc azərbaycanlı məhv edilir. Ermənilər evləri yandırır, insanları
diri-diri oda atırlar. Eyni zamanda milli
arxitektur xəzinələr, məktəblər, xəstəxanalar,
məscidlər və digər tikililəri
dağıdırlar. Azərbaycanlıların
soyqırımı xüsusi qəddarlıqla Bakı,
Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Haxçıvan,
Lənkəran və Azərbaycanın digər ərazilərində
həyata keçirilir. Bu torpaqlarda kütləvi
qaydada dinc əhali qırılır, kəndlərdə milli
mədəniyyət abidələri məhv edilir.
Bakıda
30 minə yaxın azərbaycanlı öldürülüb
1918-ci
ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və
Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə
yetirir, 10 minlərlə insanı öz torpaqlarından
qovurlar. Təkcə Bakıda 30 minə yaxın
azərbaycanlı xüsusi qəddarlıqla
öldürülüb. Şamaxıda 58 kənd
dağıdılıb, 7 min nəfər (1653 qadın, 965
uşaq) məhv edilib. Quba ərazisində 122,
Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda
115, İrəvan quberniyasında 211, Qars əyalətində
92 kənd yerlə yeksan olunub, əhali üzərində
yaş və cinsə məhəl qoymadan qətliam həyata
keçirilib. İrəvan azərbaycanlılarının
çoxsaylı müraciətlərinin birində göstərilib
ki, azərbaycanlıların bu tarixi şəhərində və
onun ətrafında qısa zaman ərzində 88 kənd
dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər
isə öldürülüb.
1918-ci mayın 28-də Azərbaycan Demokratik
Respublikasının yaradılması da qurbansız
ötüşməyib. ADR-in Hazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər
naziri M.Q.Gəncinskiyə yazdığı məktubda deyilir:
"Ermənilərlə biz bütün mübahisələrə
son qoymuşuq. Onlar ultimatumu qəbul edib
müharibə ilə qurtaracaqlar. Biz ermənilərə
İrəvanı güzəştə getdik".
Zaqafqaziyada 3 suveren respublikanın yaranması və müttəfiqlərin
köməyilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər
əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min
digər xalqlar) 17 min 500 kvadrat metr həcmində olur. Bununla
kifayətlənməyən ermənilər heç bir şeyə
məhəl qoymadan "böyük Ermənistan"
ideyası ətrafında Gürcüstanın tərkibində
olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ,
Haxçıvan, Gəncə quberniyasının cənub hissəsinə
iddia irəli sürürlər. Güc
hesabına bu əraziləri özlərinə birləşdirmək
cəhdi Gürcüstanla müharibəyə (dekabr 1918), Azərbaycanla
isə uzun müddətli qanlı mübarizəyə gətirib
çıxarır. Hansı ki, nəticədə
mübahisəli ərazilərdə əhalisinin sayı 10-30
faiz aşağı düşür.
Bəhrəsini
verən öhdəliklər
1918-1920-ci illər. Kütləvi repressiyalar nəticəsində
indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan
567 mini öldürülüb və yurd-yuvalarından
qovulublar. 1920-ci il aprelin əvvəlində Tiflisdə
Zaqafqaziya respublikalarının nümayəndələrinin
iştirakı ilə "sovetləşmə təhlükəsindən
birgə müdafiə" mövzusunda keçirilən
konfransda ermənilər bəyan edirlər ki, onlar heç
zaman mövcud ərazi ilə kifayətlənməyəcəklər
və əməkdaşlıqdan imtina edirlər.
Buradan belə
nəticə çıxır ki, 1920-ci ilin yazında ermənilərin
Qarabağda, Zəngəzurda, Qazaxda, martın 22-də Hovruz
bayramı günü Şuşada, sonradan isə Əsgəran,
Xankəndi aktiv çıxışları onların Moskva ilə
əlaqəyə girərək Azərbaycanın milli
hökumətini devirmək və burada sovet hkimiyyətini
qurmaq istəyindən irəli gəlirmiş. Ermənilərin
bolşeviklər qarşısında etdikləri xidmətlər
çox keçmir ki, öz qiymətini alır. Sovet Azərbaycanının
o zamankı rəhbəri Həriman Hərimanov
Mokvanının təziqlərinə tab gətirməyərək
1920-ci il dekabrın 1-də "Zəngəzur
və Haxçıvanın ümumi sahəsi 9 min kvadrat metr
olan bir sıra ərzilərinin Sovet Ermənistanının tərkibinə
verilməsi haqqında" deklorasiyaya imza atır. Bu faktlardan göründüyü kimi, ermənilər
öz şovinist məqsədlərinə çatmaq
üçün beynəlxalq hüquq normalarına məhəl
qoymadan bütün mümkün vasitə və metordlardan
istifadə ediblər.
Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal
sonra 1918-ci ilin mart hadisələrinə, azərbaycanlıların
ermənilər trəfindən məhv edilməsi məsələsinə
diqqət yetirildi. 1918-ci il iyul ayının 15-də
Hazirlər Soveti mart faciəsinin, İrəvan quberniyasında
baş vermiş ağır cinayətlərin tədqiqi və
öyrənilməsi üzrə komissiya yaradılması
haqqında qərar qəbul etdi. Mart faciəsi və
digər erməni cinayətlərilə bağlı beynəlxalq
ictimaiyyəti məlumatlandırmaq məqsədilə ADR
Xarici İşlər Hazirliyində xüsusi struktur
yaradıldı. ADR 1919-1920-ci illərin 31
mart gününü ümumxalq hüzn günü kimi qeyd
etdi. Lakin ADR torpaqlarımızın
işğal edilməsi və azərbaycanlıların
soyqırımına məruz qalması məsələsinə
hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan
süquta uğradı. Bu məsələyə
bir də Azərbaycan öz müstəqilliyinə
qovuşduqdan sonra qayıtmaq mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci
ildönümündə Azərbaycanın mərhum prezidenti
Heydər Əliyevin imzaladığı sərəncam erməni
millətçilərinin hərəkətlərinə verilən
ilk siyasi qiymət oldu. 1998-ci il 26 mart
tarixli bu sərəncam Azərbaycanın indiki və gələcək
nəsillərinin milli yaddaşının
formalaşdırılması üçün bir növ
proqram sənədidir.
Almaz
Xalq Cəbhəsi.-
2014.- 29 mart.- S.8.