Mart soyqırımı həmin dövrün mətbuatında
1918-ci il mart ayının
30-da erməni kilsəsi
yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş
açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri
azərbaycanlılar yaşayan
"Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə
hücum etdilər.
Həmin
məhəllələri havadan
təyyarələr, dənizdən
isə hərbi gəmilər bombalamağa
başladılar. Ermənilər rusları inandırmışdılar
ki, İçərişəhərdə
azərbaycanlılar rusları
qırıblar. Matroslar bunun
yalan olduğunu biləndən sonra atəşi dayandırsalar
da artıq gec idi, alova
bürünmüş məhəllələrdə
ölənlərin sayı-hesabı
yox idi. Erməni millətçi faşistləri
heç kimə rəhm etmirdilər, qarşılarına çıxan
hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar
deyirdilər: "Biz heç
bir bolşevik tanımırıq, təkcə
müsəlman olmağın
kifayətdir". Onlar evləri
qarət edir, adamları yandırır,
hamilə qadınları
ağılasığmaz işgəncələrlə
qətlə yetirirdilər.
Ermənilər azərbaycanlılara məxsus məktəbləri,
kitabxanaları, mədəniyyət
ocaqlarının hamısını
yandırırdılar. İçəri şəhərə
hücum zamanı
A.Mikoyanın başçılığı ilə yaradılmış
"İnqilabı müdafiə"
adı ilə çıxış edən
bu quldur dəstələri Bakının
ən gözəl memarlıq abidələrindən
olan "İsmailiyyəni"
yandırmış, "Açıq
söz", "Kaspi",
"Baku", qəzetləri redaksiyalarını dağıtmış,
"Təzə pir"
məscidinin minarələrini
isə top atəşi
ilə dəlik-deşik
etmişdilər.
Təpədən dırnağa qədər
silahlanmış erməni
əsgərləri müsəlmanların
evlərinə basqınlar
edərək onları
vəhşicəsinə öldürür,
körpələrə və
qocalara aman vermirdilər. Qadınlar daha ağır
şəkildə öldürülürdü.
Arxiv materialları göstərir
ki, əsasən qulaqları, burunları kəsilən, orqanları
parça-parça edilən
37 qadının meyiti
tapılmışdı. Nəriman Nərimanov erməni vəhşilərinin
törətdikləri haqqında
belə bəhs edir: "Bolşevik olan bir müsəlmana
belə aman verilmədi. Müsəlmanlara hər cür
cinayəti etdilər.
Nəinki kişilər, hətta
hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər".
Bakıda qırğın törədilməsinə
hələ 1918-ci ilin
yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri
general Talışinskinin həbsi
şəhərin türk-müsəlman
əhalisində ciddi qəzəb doğurmuşdu.
Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər.
Lakin Məhəmməd Əmin
Rəsulzadə, Nəriman
Nərimanov və başqalarının səyi
nəticəsində onların
yanvar ayında qırğın törətmək
planı baş tutmadı. Məkrli niyyət mart ayında
həyata keçirildi.
Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş
müharibəsinin başlıca
istehkamına çevrilməlidir.
Toqquşmanın başlanması üçün
bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin
"Evelina" gəmisində
Lənkərandan Bakıya
gətirilməsini təşkil
edən 48 hərbçinin
gəlişi oldu.
Ermənilər şaiyə yaydılar
ki, bu zabitlər
Muğandakı malakan
kəndlərini dağıtmaq
barədə göstəriş
alıblar. Bunu bəhanə gətirən
Şaumyan gəmidəki
zabitlərin tərksilah
olunması üçün
göstəriş verdi. Buna etiraz
edən yerli əhali isə küçələrə çıxıb
zabitlərin tərksilah
olunmasına etirazını
bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırım
başladı. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə
yaradılmış istintaq
komissiyasının hesabatında
hadisələr zamanı
ölənlərin sayının
20 mindən çox olduğu bildirilir.
Erməni
quldurları Şamaxı
qəzasında 58 kəndi,
7 minədək adamı(
1653 qadını, 965 uşağı,
618 kişini), Quba qəzasında 122 kəndi
yandırmış, on minə
yaxın dinc əhalini vəhşicəsinə
qətlə yetirmişdilər.
O günü Məmməd Əmin Rəsulzadə
"Unudulmaz faciə"
adlı məqaləsində
belə xatırlayırdı:
"...Günlər var
ki, sevincinin böyüklüyü ilə,
günlər də var ki, fəlakət
və qüssəsinin
əzəməti ilə
unudulmaz. 31 mart ikinci günlərdən idi. O gün, o qətl, o öldürüş
bizə, biz türklərə
bağlanmış idi.
O gün biz müsəlmanlara
elani-hərb eləmişlərdi".
1918-ci ilin 31 martına
qədər olan əhval-ruhiyyəni Əhməd
bəy Ağaoğlu
"Bakı hadisələri
haqqında həqiqət"
sərlövhəli məqaləsində
çox geniş və ətraflı təsvir edir: "Bakı qırğını
ətrafında təşkil
olunmuş təbliğat
bütün gözlənilən
hədləri aşıb
keçmişdir. Yalnız bizim
rus mətbuatı deyil, əcnəbi mətbuat da hər gün ən qərəzli, kobud və misli-bərabəri
görünməmiş məqalə
və xəbərlərlə,
"işıqlandırılan" və "aydınlaşdırılan"
yazılarla doldurulurdu.
Təbliğata rəhbərlik edən
"bacarıqlı əllər"
bütün vasitələrdən
istifadə edərək
nə yolla olursa olsun, müsəlmanları
başkəsənlər və
soyğunçular kimi
qələmə verməkdə
idi. Qırğından bir neçə
həftə əvvəl
şəhərdə həyəcan
və təşviş
doğuran şayiələr
dolaşmağa başladı.
Şayiələr isə günü-gündən
daha da geniş
yayılaraq artıq həqiqi təşviş
doğururdu. Camaat arasında
gəzən şayiələrdə
bunu iki erməninin - zənginlərdən
Balabəy Lazarevlə
Çaxmaqsazovun iblisanə
əməlləri ilə
əlaqələndirirdilər. Doğrudan da ermənilərlə müsəlmanlar arasında
qırğın başlandı.
Əvvəlcə bir erməni
bir müsəlmanı
öldürdü. Müsəlmanlar
həmin ermənini təqib etməyə başladılar.
O isə daha bir müsəlmanı öldürdü, bir
başqasını yaraladı və açıq şəkildə
bildirdi ki, bundan sonra yenə də müsəlman öldürmək
fikrindədir. Bundan sonra bir müsəlman qatil
ermənini güdərək başından böyük
sözlərinə görə onu qətlə yetirdi. Ermənilər bu öldürülən
üçün təntənəli dəfn mərasimi düzəldib
qəbiristanlıqda nitqlər söylədilər, ailəsi
üçün böyük məbləğdə pul
topladılar. Qətli törədən
müsəlman həbs olundu. O, istintaq kamerasından
qazamata aparıldığı zaman yolda konvoydakı erməni
əsgərlər tərəfindən
öldürüldü. Deyirdilər ki, Lalayev bu
əsgərləri pulla ələ alıbmış. Onlar məhbusu erməninin heyfini almaq
üçün öldürmüşdülər".
1918-ci ildə faciədən bir neçə gün əvvəl
çap olunmuş mətbu orqanlar həmin dövrü
çox dəqiq ifadə edir. Qəzet yazıları göstərir
ki, faciənin baş verməsini dövrün qələm əhli
əvvəlcədən görürmüş: "Dəhşətli
saət gəlir, birlik gərək", "Birlik tələb
olunur", "Birləşmək gərək",
"İttihad gərək" şüarları ilə
çap olunan məqalələr əqidəsindən
asılı olmayaraq hər kəsi milli birliyə
çağırırdı. 1905-1906-cı ildə erməni-müsəlman
hadisələri zamanı Üzeyir bəy "Molla Nəsrəddin"
jurnalında "Bizim xilasımız milli birlikdədir"
deyə müsəlmanları birliyə, düşmənə
qarşı mübarizədə birləşməyə var
qüvəsi ilə çağırırdı.
Sənətulla Eynullayevin "S.İbrahim" imzası
ilə yazdığı "Dəhşətli saət gəlir,
birlik gərək!" sərlövhəli məqaləsi bu
faciədən (15 mart 1918-ci) cəmi üç gün qabaq
"Açıq söz" qəzetində çap olunub. Müəllif
kimliyindən hansı partiyanın, cəmiyyətin
üzvü olmasından asılı olmayarqa hamını milli
birliyə çağırır. Xüsusən
də o zaman hakimiyyətdə olan bolşevik
partiyasının üzvü olan azərbaycanlı ziyalıları.
Çünki onlar arasında bu məsələyə
münasibət də müxtəlif idi. Onlar
bu işə rus və erməni bolşeviklərinin
nöqteyi-nəzərindən yanaşırdılar.
Əhməd
bəy Ağaoğlu məqaləsində bu haqda
yazırdı: "Cəmiyyətin ziyalı təbəqəsi
əvvəlcə şayiələrə heç bir əhəmiyyət
vermirdi, sadəcə gülür və elə
düşünürdülər ki, bu yalnız ictimai diqqəti
fevralın 19-na təyin olunmuş fəhlə nümayişlərindən
yayındırmaq məqsədi ilə işə
salınmış vasitədir. Lakin cəmiyyətin
aşağı təbəqələri bərk narahatlıq
keçirir və əsəbləşirdi".
Üzeyir
bəy Hacıbəyli "Andranikin məsələsi"
adlı məqaləsində belə acıqlanır: "Quran
oxumaqla donuz darıdan çıxmaz. Biz hər
halda özümüzü qorumalıyıq və hüdudumuzu
öylə möhkəm bir vəziyyətə
salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini,
istədiyini yapa bilməsin. Ümumi əhalimizin
baxüsus hüdud və yaxınlığında olanların
müdafiə və mühafizəsi üçün əlimizdə
vasitələr lazımdır ki, hərəkətcə
sürətə və fəaliyyətcə də qüvvətə
malik olmaqla xalqımızı mütməinülqəlb
etsin".
18 mart
1918-ci il. Bakıda
bütün mətbuatın nəşr edildiyi son gün.
Həmin günü çap olunan mətbu
orqanlarında çap edilmiş məqalələrdən bəlli
olur ki, artıq Bakıda psixoloji gərginlik son həddə
çatmışdır, ermənilər anbarları silahla
doldurmuş və Türkiyədəki erməni quldur dəstəsinin
məşhur başçısı Androniki Bakıya
çağırmışlar.
Beləliklə, fürsəti əldən verməyən
Rus Milli Şurası və Şaumyanın rəhbərliyi ilə
təpədən-dırnağa silahlanmış ermənilər
və rus bolşevikləri mart ayının 30-da saat 16:40 radələrində
müsəlmanlara qarşı soyqırıma
başlamışlar. Üç gün ərzində, yəni
martın 30-u, 31-i və aprelin 1-də erməni və
bolşevik-rus qoşun hissələri Bakıda sözün əsl
mənasında milli qırğın həyata keçirdilər.
Dövrü mətbuat bu haqda yazırdı: "1918-ci il
martın 30-31-i və aprelin 1-də gecəli-gündüzlü
qırğında 10.000-dən artıq azərbaycanlı
öldürüldü. Azərbaycanlılara məxsus
olan dükanlar, mağazalar qarət edildi, evlərə atəş
açıldı. Türk qadınları
vəhşətcəsinə saç-saça bağlanaraq,
çılpaq gəzdirildikdən sonra caniyana şəkildə
təcavüzlər, öldürülmələr və daha
başqa cinayətlərə... məruz qaldılar. Təcavüzlər bununla da bitmədi. Sonrakı günlərdə bu qırğın
Şamaxıda, Qubada, Lənkəranda, Muğanda davam etdirildi.
50 mindən artıq azərbaycanlını qətlə
yetirmiş, evlərini talan etmiş, yüz minlərlə
günahsız əhalini didərgin salmışlar. Uşaqları, qocaları və qadınları daha
amansız işgəncələrlə qətlə yetirirdilər.
Əvvəl əllərini, qulaqlarını kəsir,
gözlərini çıxarır, sonda isə
başlarını kəsirdilər. Təkcə
Bakıda 30 minə yaxın soydaşımız qanına qəltan
edilmişdir. 7 minədək adam, o cümlədən
1653 qadın, 965 uşaq öldürülmüş, Quba qəzasında
122 müsəlman kəndi yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən
çox Zəngəzur qəzasında 115 müsəlman kəndi
vəhşicəsinə dağıdılmış, əhalinin
xeyli hissəsi qılıncdan keçirilmişdir.
İrəvan quberniyasında 211, Qars vilayətində 82
müsəlman kəndi yandırılmışdır və
s.".
Bəlkə də çoxları bilmir ki, mart faciəsi
zamanı Hüseyn Cavid Tanrının bir möcüzəsi
sayəsində sağ qalıb. Bu haqda Abdulla Şaiqin xatirələri
var: "O zaman Cavid Bakıda köhnə Nikolayevski
küçədə yerləşən "Təbriz"
otelində yaşayırdı. 1918-ci ilin mart
hadisəsindən sonra yazıçı və münəqqid
Hüseyn Sadiq ilə bərabər bizə gəlmişdi.
Cavidin bət-bənizi ağarmışdı.
O, son dərəcə mütəəssir
görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir
düşdüyünü və ölümdən
qurtulduğunu söylədi. Sonra şair özü
başına gələn qəzanı müfəssəl
şəkildə belə danışdı: "Mart hadisəsinin
ikinci günü bir dəstə daşnak əsgəri otelin
qapısını qırıb içəri girdilər və
altmış nəfərdən ziyadə müsafiri əsir
aldılar. Mən vəziyyətin nə yerdə olduğunu
hiss edərək getmək istəmirdim. "Hə
edəcəksiniz burada edin!" - dedim. Lakin
hamımızı məcburən çıxarıb
apardılar. Yolda hər tinbaşı
üzərimizə yaylım atəşi açıldıqca
hamımız qorxudan yerə səpilir, bir-birimizə
qısılırdıq. Sonra
"Qalxın!" əmri verilincə
yoldaşlarımızdan bir çoxunun qurşunlara fəda
olduğunu görürdük. Xülasə
altmış nəfərdən yalnız iki nəfər
qaldıq. Bizi gətirib Mayılov
teatrına buraxdılar. Aralıq sakitləşənə
qədər orada qaldıq və sonra çox çətinliklə
oradan qurtulduq".
O, zaman
Bakıda yaşayan və hadisələrin şahidi olan Mir Cəfər
Pişəvəri sonralar o dəhşətli günləri
belə xatırlayırdı: "Mən saysız
günahsız insanların vəhşiliklə
öldürülüb karvansaralarda meyitlərinin
yandırılmasını öz gözümlə
görmüşəm. Bu çox faciəli və
nifrətləndirici bir hərəkət olmuşdur".
Bir il sonra 31 mart qırğını haqqında
M.Ə.Rəsulzadə "Azərbaycan" qəzetinin 31 mart
1919-cu il tarixli sayında yalnız və yalnız milli
qırğın niyyəti ilə törədildiyinə
işarə edərək yazırdı: "Bu nöqteyi-nəzərdən
şaumyanların Bakıda çıxartdıqları hadisə
leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə
qətiyyən bənzəməzdi. Orada sinfi bir
hərb, burada isə sinfi hərb nami altında milli bir qəttal,
bir qətliam icra olunurdu".
"XX əsrdə dinclik və rahatlıq barədə
düşünmək olmayacaq. Bir qovğa qurtarmamış,
ayrı bir inqilab başlayır, siyasət aləmi günbəgün
dəyişir". "İrani-nov" qəzetinin 26
avqust 1909-cu il tarixli, sayında yazılan
bu fikrin müəllifinin nə qədər müdrikcəsinə
bir fikir söyləməsini elə XX əsr özü təsdiqlədi.
Professor Şirməmməd Hüseynov demiş: "Tarix təkrar olur. Nəticə çıxarmamışıq. Tədbir görməmişik və bu alçaq siyasətin ağrısını indi də çəkirik. Amma nə vaxta qədər?".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 29 mart.- S.12.