Erməni vəhşilikləri
Erməni
tarixçisi A.Lalayan: "Daşnak dəstələrinin
tutduqları türk kəndləri canlı insanlardan təmizlənib,
eybəcər hala salınmış qurbanları ilə birlikdə
xarabalığa çevrilib"
Daşnak
Vahram öz "qoçaqlığı" haqqında belə
danışır: "Mən Basarkeçərdə heç
nəyi nəzərə almadan türk əhalisini
qırdım. Ancaq bəzən gülləyə heyfim gəlirdi"
I yazı
Hər il 31 Mart - Dünya Azərbaycanlılarının
Soyqırımı gününün qeyd edilməsi
xalqımızın başına gələn faciələr
barədə dünya ictimaiyyətinin aydın təsəvvürünün
yaranmasına kömək edir. Xalqımıza
qarşı törədilən soyqırımlar XX yüzilin əvvəllərindən
başlayaraq daha da artmağa başladı.
Ermənilərin dəhşətli qətllər törətdikləri
tarixi türk məskənlərindən biri də hazırda
"Ermənistan" adlandırılan ərazidir. Bu ərazilərdə
ermənilər dəfələrlə soydaşlarımıza
qarşı soyqırım törədiblər. Ermənilər ötən yüzillər ərzində
yalançı arxivlər yaradaraq guya əzaba məruz
qalmış xalq obrazını formalaşdırmağa
çalışdılar. Hər halda XIX yüzil və
ondan əvvəlki dövrlərdə başımıza gələn
soyqırımlar barədə kifayət qədər dəqiq
faktlar bu gün əlimizdə olmasa da, XX yüzilin əvvəllərindən
başlayaraq, xüsusilə də Azərbaycan Demokratik
Cümhuriyyəti dövründə yaradılmış
Xüsusi Təhqiqat Komissiyasının
araşdırmalarına əsasən toplanılan faktlar əsasında
o dövrdə soydaşlarımızın başına gətirilən
faciələrlə bağlı kifayət qədər bilgi
almaq olur.
Ermənistanda
sovet hakimiyyəti qurulduqdan sonra ermənilər müxtəlif
mərhələlərdə Azərbaycan türklərinin
yaşadığı tarixi ərazilərin - kəndlərin,
qəsəbələrin, dağların, göllərin və
s. adını tamamilə erməniləşdirib, hətta
türkə aid olan bütün tarixi abidələrin ermənilərə
məxsus olmasını iddia ediblər. XIX
yüzilliyin axırı və XX yüzillik qərbi azərbaycanlıların
həyatında ən dəhşətli işgəncələr,
qırğınlar, qaçqınlıq, soyqırımı,
mənəvi genosid dövrü olub. İndiki
Ermənistanda XIX yüzilin axırlarında kifayət qədər
Azərbaycan türkünün yaşaması haqqında
faktlar mövcuddur.
Tanınmış tarixçi İsrafil Məmmədovun
araşdırmalarına əsasən 1889-cu ildə Zəngəzur
qəzasının azərbaycanlı (türk) əhalisi ermənilərdən
çox olub.
1897-ci ildə Zəngəzurun əhalisi 142 min nəfər
olub ki, onlardan 71,2 mini (50,1 faiz) Azərbaycan
türkü, 63,6 min nəfəri isə (44,4 faiz) erməni
idi. İrəvan quberniyasının 1920-ci ilə
qədər Azərbaycanın tərkibində olan qəzalarında,
xüsusilə İrəvan qəzasında azərbaycanlı
(türk) əhalinin sayı xeyli çox olub.
Tarixən başımıza gələnləri
kitablaşdırmamışıq, sabaha
saxlamamışıq. Millət başına gələn fəlakətlərdən
dərs almayanda, ayılmayanda yeni-yeni faciələr baş
verir, bizi sevməyənlər unutqanlığımızdan məharətlə
bəhrələnir. Ötən yüzilin
əvvəllərində millətimizin başına gətirilən
faciələr o dövrdə yaşayan, mübarizə aparan
aydınlarımızın yazılarında ifadəsini
tapıb. Bu, artıq millətimizin haradasa
ayılma dövrü idi. Ancaq sonrakı
dönəmlərdə gördüyümüz faciələr
hələ də bizi gözləyən fəlakətləri
yenmək gücündə olmadığımızı
göstərdi.
Ədəbiyyat
və İncəsənət Arxivinin direktoru Maarif Teymur arxivdə
ötən yüzilin əvvəllərində ulusumuza
qarşı törədilmiş soyqırımlarla
bağlı tanınmış qələm sahiblərinə
aid soraqların saxlanıldığını bildirir:
"Ötən yüzilin əvvəllərində
soydaşlarımıza qarşı törədilmiş
qırğınlar
tarixin
müxtəlif dönəmlərində özünü
göstərdi. Bu mənada
yaradıcılarımız soyqırım mövzusuna dəfələrlə
müraciət ediblər. Sovet dövründə
bu mövzuda danışmaq yasaq idi. Əziz
Şərifin şəxsi fondunda başımıza gətirilən
soyqırımlarla bağlı müəyyən məqamlar
var. Əziz Şərif sovet dövründə bu mövzuda
danışmağa təbii olaraq ehtiyatlanırdı, ancaq hərdən
qeyri-ixtiyari danışırdı. Sovet
dövrünün bütün qadağalarına baxmayaraq
soyqırım mövzusunu xalqa unutdurmaq olmadı. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan
Demokratik Cümhuriyyəti dövründə soyqırımlar
barədə həmin dövrdə isti-isti
danışılmışdı, rəsmi sənədlərdə
yazılmışdı. O dövrdə
çıxmış "Azərbaycan" qəzetinin səhifələrində
bu barədə xeyli sayda tükürpədici, ermənilərin
xalqımıza qarşı törətdiyi
soyqırımın təsvirləri detallarınadək var.
Bütün bunlar bizim əlimizdə tutarlı faktlardır,
bunlardan istifadə etməliyik. Bu faktlardan bir
daha tamamilə aydın görünür ki, soyqırımı
tarixin bütün çağlarında ermənilər
törədib, ancaq bu gün özlərini dünyaya
yazıq, məzlum, soyqırıma məruz qalmış xalq
kimi təqdim edirlər. Azərbaycan Xalq Cümhuriyyətinin
ideoloqou və qurucusu M.Ə.Rəsulzadə həmin dövrdə
mart soyqırımının canlı şahidi olan M.Kulqedən
sitat gətirir: "Kulqenin, digər əcnəbilərin o
günlərin xatirəsi olmaq üzrə almış
olduqları və bu gün əllərdə mövcud olan
fotolar çox faciəli mənzərələri əks
etdirir. Bir yığım qızlı-erkəkli cocuq
ölüləri üzərində qocaman çoban köpəkləri
bu məşum yavruları gəmirir... Çılpaq bir
qadın yerə sərilmiş, ölmüş... bu
ölü vücudun qurumuş məməsini canlı bir yavru
əmməkdədir..."
M.Ə.Rəsulzadənin
redaktorluğu ilə Münhen şəhərində nəşr
olunan "İstiqlal" qəzetinin 1933-cü il
1 aprel tarixli 31-ci sayı demək olar, bütünlüklə
1918-ci ilin martındakı Bakı
qırğınlarının 15 illiyinə həsr edilib. Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti həm 1919-cu, həm də
1920-ci il martın 31-ni Milli Matəm
günü kimi qeyd edib. Ermənilər hələ
1905-ci ildə Bakıda dəhşətli qırğınlar
törətmişdilər. 19-cu yüzilin sonlarında
yaradılan "Daşnaksütyun" partiyası
ermənilərin vəhşi istəklərinin gerçəkləşməsi
üçün bir rupor rolunu oynayırdı. Məhz
bu dövrdən başlayaraq erməni qatilliyi daha təkmil və
planlı şəkildə gerçəkləşməyə
başladı. Ermənilərin məqsədi
bütün türkləri, o cümlədən Tiflis,
Borçalı, Axalkalaki türklərini məhv edərək
ancaq ermənilərdən ibarət Ermənistan yaratmaq idi.
Erməni fitri qatil ruhlu millətdir. Əgər
belə olmasaydı, o zaman bu millətin qələm
adamları özlərinin törətdikləri vəhşiliklər
barədə döşlərinə döyərək
danışmazdılar. Bir neçə il
əvvəl Zori Balayanın Xocalı soyqırımı gecəsi
13 yaşlı Azərbaycan türkünü necə vəhşiliklə
öldürməsi barədə etirafları Azərbaycan mətbuatında
dərc olundu. Həyasızlığa bax ki,
Balayan bu barədə kitab yazıb, erməniləri bir daha
qisasçılığa səsləyir. Guya
bununla o, milli borcunu yerinə yetirib. Milliliyin
mayası insanilikdir. Burada iynənin ucu
boyda da olsun, insanlıq, bəşəri əhval yoxdur.
Erməni
tarixçisi A.Lalayan isə ötən yüzilin əvvəllərində
ermənilərin vəhşiliklərini belə etiraf edir:
"Daşnak dəstələri türk
qadınlarının və uşaqlarının, qocaların
və xəstələrin qarşısında maksimum cəsarət
nümayiş etdirirdilər. Daşnak dəstələrinin
tutduqları türk kəndləri canlı insanlardan təmizlənib,
eybəcər hala salınmış qurbanları ilə birlikdə
xarabalığa çevrilib".
Daşnak
Vahram öz "qoçaqlığı" haqqında belə
danışır: "Mən Basarkeçərdə heç
nəyi nəzərə almadan türk əhalisini
qırdım. Ancaq bəzən gülləyə
heyfim gəlirdi. Bu itlərə
qarşı ən yaxşı üsul odur ki,
döyüşdən sonra salamat qalanların
hamısını su quyusuna doldurub üstünə
ağır daşlar tökəsən. Belə də
etdim: bütün kişiləri, qadınları,
uşaqları quyuya doldurub üstünə ağır
daşlar tökdüm". A.Lalayan etiraf edir ki, Ermənistanda
daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti
dövründə (may 1918 - noyabr 1920) azərbaycanlı əhalinin
60 faizini qırıb. 1917-ci ilin dekabrından
1918-ci ilin avqustuna kimi təkcə Sisyan rayonunun 15 kəndində
625 nəfər qətlə yetirilib. Bayazid, Eçmiədzin,
İrəvan qəzalarında qarət olunmuş, doğma
yurdunu tərk etmiş soydaşlarımızın sayı 200
min nəfərə yaxın idi. Zəngəzur qəzasında
115 müsəlman kəndi dağıdılmış, həmin
kəndlərdə yaşayan 3257 kişi, 2276 qadın, 2196
uşaq öldürülmüşdü. İrəvan
quberniyasında 1918-ci ilin martınadək 199 kənd
dağıdılmış, 135 min nəfərlik əhalinin
bir qismi qılıncdan keçirilmiş, bir qismi isə
çətinliklə qaçaraq canını qurtara
bilmişdi. 1919-cu ilin 9 ayı ərzində
Eçmiədzin və Sürməli qəzalarında 96 kənd,
İrəvan qəzasında isə bütün kəndlər
yerlə yeksan edilmişdi.
Tariximizin bu faciəli səhifələrinin daim
oxunması, gərəkli ibrət dərslərinin
götürülməsi vacibdir. Ermənilər Azərbaycanın
Güneyində də - Urmiyada, Xoyda, Təbrizdə, Səlmasda
və başqa şəhərlərdə
soydaşlarımıza qarşı soyqırımı törətdilər.
150 min əhalisi olan Urmiyada bir gecədə 1500
türk öldürüldü.
Osmanlı ordusu gələnə kimi artıq öldürülənlərin sayı 10 min nəfəri ötdü. Urmiyadakı hadisələr digər Azərbaycan şəhərlərinin ermənilərə qarşı ayıq-sayıq tərpənməsinə səbəb oldu. Bu səbəbdən də ermənilər digər şəhərlərdə bu miqyasda qətliamlar törədə bilmədilər. Başımıza gələn, gətirilən faciələrdən günlərlə danışsaq, qurtarmaz. Bu yandan da bizi hər mənada gözləyən təhlükələr artmaqdadır; əgər erməni əvvəllər daha çox həm də arxadan vurduğu qılınca əl atırdısa, indi o, elmi-texniki tərəqqinin bütün imkanlarından daha səylə bəhrələnir. Erməni iyrənc, antiinsani məqsədləri üçün hər şeyə getməyə hazırdır, necə ki, bu vaxtacan gedib. Gec-tez dünya erməni əhvalından əl çəkəcək, çünki dünya bicliyin meydan sulamasına hər halda nə vaxtsa dözməyəcək. Bu gün dünyada informasiya müharibəsi gedir. İndi hər bir dövlət bu müharibədə heç olmasa, mövcudluğunu qoruyub saxlamağa çalışır, əsas diqqəti sözügedən sahəyə verir. Hazırda ermənilərlə informasiya savaşında az qala üstünlük əldə etməyimizlə bağlı da danışırlar. Ancaq gerçəklik budur ki, erməni bu gün daha səylə, inadla ümumən türkləri ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edir. Dünya nəinki buna qarşı dirəniş göstərmir, əksinə, Avropanın timsalında erməni hədyanını dəstəkləyir, türkün doğrudan da "qaniçən", "vəhşi", "soyqırımı törədən bir millət" olması obrazını davamlı şəkildə yaradır...
Uğur
Xalq Cəbhəsi.-
2014.- 29 mart.- S.13.