Azərbaycanda mətbuata
geniş azadlıq verilib
"Freedom House” kimi təşkilatların
böhtanları bu azadlığa xələl gətirə
bilməz
"Freedom
House" beynəlxalq insan haqları təşkilatı
2013-cü il üzrə mətbuat
azadlığı hesabatını yayıb. Bu dəfə də
bu təşkilat Azərbaycanı azad olmayan ölkələr
cərgəsində (100 mümkün baldan 84 bal)
göstərib. Adıçəkilən təşkilatın
bu hesabatı heç də Azərbaycanda söz və mətbuat
azadlığının olmaması demək deyil. Bu gün ölkədə yetərincə qəzet sə
internet portalları fəaliyyət göstərir, əhali
sosial şəbəkələrdən geniş istifadə etməkdədir.
Onu da bildirək ki, hökumət internetin əhali
arasında daha geniş yayılmasında maraqlıdır və
vətəndaşların internetdən daha rahat istifadəsi
üçün konseptual dövlət siyasəti həyata
keçirir. Hətta ucqar kəndlərin genişzolaqlı
internetlə təmin edilməsi məqsədi ilə
ardıcıl tədbirlər görülür. Buna
görədir ki, Azərbaycanda internet istifadəçilərinin
sayı 65%-i ötüb, ölkə post-sovet məkanında
3G, 4G tətbiq edən ilk dövlətlər sırasındadır.
Əhali arasında həmçinin mobil
telefonlarla internetə qoşulmaq da böyük populyarlıq
qazanıb. 2013-cü il ölkədə
İKT ili elan olunmuşdu. Artıq Azərbaycanda
elektron demokratiya formalaşıb. Ölkədə
"Elektron hökumət"in qurulması, ASAN xidmətin
yaradılması və sürətlə genişləndirilməsi,
dövlət qurumlarının və məmurların sosial
şəbəkələrdə fəallığının
artırılması, onların vaxtaşırı vətəndaşların
suallarını cavablandırması və aparılan digər
işlər bu iradənin bariz göstəriciləridir.
Dövlət ünsiyyətin yeni forması kimi sosial
şəbəkələrdə məmur-vətəndaş
arasında virtual əlaqənin davamlı olması, möhkəmləndirilməsi
üçün dəstəyini davam etdirəcək.
Mətbuat azadlığının boğulmasında kimsə
ittiham olunursa, onda Azərbaycanda əhalinin 65 faizindən
çoxunun istifadə etdiyi azad və senzurasız internetdən
nə üçün danışılmır?! Yəni,
informasiyalar və xəbərlər tamamilə əlyetərli
olmasaydı, onda informasiyanın yayılmasına qadağa
qoyulması və mətbuat azadlığının
boğulması barədə mühakimə yürütmək
olardı. Hökumət azad medianı təkidlə
və qərəzlə boğmaq istəsəydi, Azərbaycan
vətəndaşlarının internetdən sərbəst
istifadə etmək imkanlarını genişləndirməzdi.
Əksinə son illər telekommunikasiya
texnologiyaları sahəsində mühüm layihələr həyata
keçirilir. Azərbaycan ötən ilin
fevralında "Azerspace/Africasat-1a" birinci telekommunikasiya
peykini orbitə çıxarmış və yaxın illərdə
daha iki peyki orbitə çıxarmağa
hazırlaşır. Bu, Azərbaycana gələcəkdə
telekommunikasiya layihələrinin mərkəzi olmaq, ölkənin
nüfuzunu qaldırmaq, daxili bazarda internetin və digər
kommunikasiyaların qiymətlərini ucuzlaşdırmaq, Azərbaycan
vətəndaşının imkanlarını, o cümlədən
istər respublikada, istərsə də onun hüdudlarından
kənarda müxtəlif informasiyalardan istifadə
imkanlarını genişləndirmək fürsəti verəcəkdir.
Belə olan halda bəs nə üçün bəzi
beynəlxalq təşkilatlar vəziyyəti elə təqdim
etməyə çalışırlar ki, guya Azərbaycan
hökuməti informasiyadan istifadəni və onun
yayılmasını məhdudlaşdırır?! Respublikada minlərlə
bloqqer, vikipediyaçı, forumçu və sosial şəbəkələrin
milyonlarla, o cümlədən "Facebook"un 1,2 milyondan çox istifadəçisi
vardır. Təkcə "Facebook"da yüz
minlərlə azərbaycanlı Dağlıq Qarabağ
münaqişəsindən tutmuş xırda məişət
məsələlərinədək müxtəlif növ
problemləri müzakirə edir. Bloqqerlər
ictimai diskussiyalar və fikir mübadiləsi aparmaq
üçün özlərinin "informasiya
kanallarını" yaradırlar. Bəli,
televiziya və radionun mövcud olması əhəmiyyətlidir,
qloballaşma qarşılıqlı informasiya mübadiləsinin
ənənəvi növlərini yavaş-yavaş arxa plana
keçirir, internet isə əksinə, irəli
çıxır. Çünki ənənəvi
mətbuatın populyarlığı itir, qəzet abunəçilərinin
sayı isə durmadan azalır. Biz elə
bir dünyada yaşayırıq ki, burada hələ 2005-ci ildə
işə salınmış siyasiyönümlü "The
Huffington Post" elektron bloqu dövriyyəsi 100 milyon dollar
olan informasiya portalına və multimilyonluq biznesə
çevrilib. İnternetin imkanları
hüdudsuzdur və əlçatan, azad internetdə söz
azadlığı məhdudlaşdırıla bilməz.
Yəni, Azərbaycanda əhalinin 65 faizi (bu isə
6 milyondan artıq vətəndaş deməkdir) internetdən
istifadə edirsə, ölkədə söz
azadlığının boğulmasından danışmaq
olarmı?! Hökumət vətəndaşların,
xüsusən, gənclərin informasiyadan sərbəst istifadə
etməsinin əleyhinədirsə, onda peyklər buraxmaq və
kommunikasiyaların imkanlarını genişləndirmək Azərbaycanın
nəyinə gərəkdir? İnternet
azadlığı, heç şübhəsiz, imkanları
genişləndirir, istər müxalifətə, istərsə
də müxalifət qəzetlərinə platforma verir.
Prezident
Administrasiyasının (PA) ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov "Freedom
House" və "Human Rights Watch" kimi təşkilatların
bu günlərdə Azərbaycanla bağlı
yaydığı hesabatı şərh edərkən deyib:
"Son 6-7 ildir ki, "Freedom House" və "Human Rights
Watch" təşkilatları subyektiv mülahizələrini
Azərbaycanın daxili inkişafı, vətəndaş cəmiyyəti
quruculuğu və ictimai-siyasi münasibətləri ilə
bağlı real həqiqət kimi təqdim etməyə
çalışırlar. Dəfələrlə
bu təşkilatların rəhbərlərinə Azərbaycanın
rəsmi dairələri, qeyri-hökumət təşkilatları,
siyasi partiya və mətbuat nümayəndələri öz
etirazlarını bildiriblər və onları bu qərəzli
yanaşmadan əl çəkməyə
çağırıblar. Ancaq çox təəssüf
edirik ki, həmin təşkilatlar bu siyasətlərini yenə
də davam etdirirlər. Bu siyasət təkcə
Azərbaycanın imicinə deyil, eyni zamanda, həmin təşkilatların
öz imiclərinə də ciddi xələl gətirir.
Çünki insanlar real Azərbaycanla həmin
təşkilatların təqdim etmək istədiyi "Azərbaycan"
arasındakı uyğunsuzluğu görəndən sonra
onlara olmayan inam daha da itir. Odur ki, biz hər
iki təşkilatın sözügedən subyektiv mülahizələrini
qərəzli yanaşma və müxtəlif məqsədlər
üçün Azərbaycan hakimiyyətinə və dövlətinə
olan təzyiq kimi dəyərləndiririk. Biz
indiyədək həmin təşkilatlara rəsmi müraciət
ünvanladığımız kimi, yenə də müraciət
edib, onları doğru yola dəvət edəcəyik".
Oxucu.info
portalının baş redaktoru Məhərrəm
Ağalaroğlu da adıçəkilən təşkilatı
rəsmi Bakının ünvanına böhtan
yağdırmaqda ittihamlayıb: "Azərbaycanda mətbuat
azadlığı yetərincə təmin edilir. Hesabatda göstərilənlər qətiyyən
reallığı əks etdirmir. Azərbaycanda
kimliyindən asılı olmayaraq istənilən vətəndaşın
mətbuatda öz sözünü sərbəst demək
imkanı var. Ölkədə bu sahədə kifayət qədər
uğurlu addımlar atılıb. Bu halda "Freedom
House"un hesabatında əks olunanlar qərəzli,
subyektiv və kimlərinsə sifarişi ilə ifadə olunan
fikirlərdir. 1998-ci ildə senzuranın aradan
qaldırılması Azərbaycan milli mətbuat tarixində
önəmli hadisə idi. 1999-cu ildə
KİV haqqında çox mütərəqqi qanunun qəbul
olunması, 2001-ci ildə bu qanuna əlavə və dəyişikliklərin
edilməsi mətbuat sisteminin inkişafı üçün
çox uğurlu addım olub. KİV-ə
Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması
Azərbaycan mətbuat tarixində çox önəmli hadisədir.
Bu fond 2009-cu ildən fəaliyyət göstərir
və bir çox uğurlu layihələr
reallaşdırır. Bu layihələr həm
redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasına,
həm də əməkdaşların peşəkarlığının
artırılmasına xidmət göstərir. Fondun yaradılması jurnalistlərin sosial-məişət
şəraitinin yaxşılaşdırılması ilə
bağlı da çox uğurlu addım idi".
M.Ağalaroğlu
onu da qeyd edib ki, bulə təşkilatlar ermənilər tərəfindən
himayə olunurlar və onların
tapşırıqlarını yerinə yetirirlər: "Azərbaycanda
hansısa jurnalistin həbsinin şişirdilməsi və rəsmi
Bakıda azad mətbuatın boğulması kimi qələmə
verilməsi düzgün deyil. Azərbacyanda mətbuat
azad olmasaydı bu qədər qəzet, internet portalları fəaliyyət
göstərməzdi. Bilirsiniz, söz,
fikir azadlıqlarının, müstəqil mətbuatın
inkişaf etdirilməsinə dövlət səviyyəsində
göstərilən qayğı, yeni media siyasəti ölkəmizin
MDB-nin ən demokratik dövlətlərindən birinə
çevrilməsinə yol açdı. Bununla
belə hadisələrin gedişi göstərdi ki, mətbuat,
söz azadlığı, fikir plüralizminin inkişaf
etdirilməsinə baxmayaraq, müəyyən neqativ halları
tam şəkildə aradan qaldırmaq olmur. Bu da öz növbəsində mətbuatın
özünü tənzimləmə mexanizminin formalaşdırılmasını
və elektron KİV sahəsində dövlətin tənzimləyici
funksiyasının həyata keçirilməsini zərurət
kimi ortaya çıxardı. 2003-cü ildə
mətbuatda özünütənzimləmə mexanizmini həyata
keçirən Mətbuat Şurası yaradıldı. Bununla da müstəqil KİV-lərin fəaliyyətinin
genişləndirilməsi təmin edildi".
Ekspert Elçin Bayramlının fikrincə, "bu
gün örnək göstərilən ölkələrdə
də media tam azad deyil. Qərb mediası bütün dünyaya
obyektivlik dərsi keçsə də, özləri öz
dövlətlərinin və nəhəng transmilli şirkətlərinin
maraqları naminə çox hallarda qeyri-obyektiv olmağı
da bacarırlar. Bəzən deyirlər ki,
ölkədə mətbuat azadlığı yoxdur. Necə yəni yoxdur? Kim istəsə
icazəsiz qəzet-jurnal, portal açır, istədiyini orda
yazır və sosial şəbəkələr vasitəsilə
böyük oxucu kütləsinə çatdıra bilir.
Azad söz və mətbuat azadlığı ölkəmizdə
olmasaydı, məsələn, dövlət məmurlarını
tənqid etmək mümkün olmazdı, 5 min KİV, on minlərlə
internet resursu yarana bilməzdi. Belə olmasaydı, həbs
olunan, cərimə edilən jurnalistlərin sayı-hesabı
olmazdı, çünki ölkə mətbuatını izləyəndə
hər gün yüzlərlə qanun pozuntusuna rast gəlmək
olur.
İnkişaf etmiş dövlətlərdə məmurlara bir məsələ aşılanır - aldığınız maaşın yarısı tənqid və təhqirlər dözməyiniz müqabilində verilir. Bizdə də məmurların jurnalistləri məhkəməyə vermə hallarına çox az rast gəlinir. Əslində ictimai fiqurlara və ya yüksək rütbəli hökumət məmurlarına qarşı tənqidin hədləri demokratik jurnalistika kriteriyalarına görə o qədər genişdir ki, bəzi hallarda təhqirlər və ya özəl yaşama müdaxilə belə əsaslandırıla bilər. Avropa məhkəməsinin presedentləri bunu göstərir".
Cavid
Xalq Cəbhəsi.-
2014.- 6 may.- S.11.