22 il
Şuşasız
Əli Həsənov: "Şuşalılara
"məcburi köçkün"
ifadəsi yaraşmır”
Şuşa şəhərinin Ermənistan
silahlı qüvvələri
tərəfindən işğalının
22-ci ildönümü ilə
əlaqədar anım
tədbiri keçirilib.
Əvvəlcə "Dağlıq Qarabağın
Azərbaycanlı İcması"
İctimai Birliyinin üzvləri, millət vəkilləri, Şuşa
və Xankəndi ictimaiyyətinin nümayəndələri
Şəhidlər Xiyabanını
ziyarət ediblər.
APA-nın məlumatına
görə, ziyarətçilər
"Əbədi məşəl"
kompleksi önünə
əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyub.
"Dağlıq Qarabağın
Azərbaycanlı İcması"
İctimai Birliyinin sədri, Şuşa
Rayon İcra Hakimiyyətinin
başçısı Bayram
Səfərov jurnalistlərə
açıqlamasında işğal
olunmuş torpaqlarımızın
tezliklər azad olacağına ümid etdiyini vurğulayıb. O qeyd edib ki,
Azərbaycan öz ərazi bütövlüyünü
bərpa edəcək,
Şuşada, Xankəndində
və digər işğal olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq:
"Azərbaycan ordusu
istər sülh, istərsə də hərb yolu ilə işğal olunmuş torpaqlarımızı
azad edəcək. Cənab prezidentimizin siyasəti və ordumuzun gücü ilə işğal olunmuş torpaqlarımıza qayıdacağıq".
B.Səfərov qeyd edib ki, Şuşa
şəhərinin əhalisi
1989-cu ildə təxminən
20 min olub. Amma indi 31 500 nəfərdir:
"O vaxt Şuşada
3000 erməni yaşayıb.
Hamı bilir ki, bu
gün Azərbaycan əhalisi 10 milyona çatıb. Bu ordu, inşallah, torpaqlarımızı azad
edəcək. Bu gün Azərbaycan Ordusuna ayrılan vəsait Ermənistanın
büdcəsindən artıqdır.
Ordumuz müasir silahlarla təmin olunub. Buna görə də
biz torpaqlarımızın azad olunacağına inanırıq".
Bayram Səfərov bildirib ki, 1988-ci ildən başlayaraq ermənilərin
təcavüzü nəticəsində
Azərbaycanın 20%-i
işğal olunub, Ermənistan Azərbaycan əhalisinə qarşı
etnik təmizləmə
siyasəti aparıb:
"BMT-nin qətnamələrinə
və tələblərinə
baxmayaraq, Ermənistan
bu gün də işğalçılıq
siyasətini davam etdirir. Bu işğalçılıq
xalqımıza böyük
maddi-mənəvi ziyan
vurub, 1 milyon 200 min soydaşımız öz
yurd-yuvasından didərgin
düşüb. Şuşanın
işğalı nəticəsində
şəhərdə 195 nəfər
Azərbaycan vətəndaşı
xüsusi amansızlıqla
qətlə yetirilib,
165 nəfər yaralanıb,
onlardan 150 nəfəri
əlil olub, 552 körpə valideynlərini
itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə
düşüb. Əsir və
girov götürülmüş
58 azərbaycanlının taleyi
barədə bu günə qədər məlumat yoxdur".
B.Səfərov qeyd edib ki, Şuşa
Azərbaycan tarixinə
dahi insanlar bəxş edib. Onun sözlərinə görə,
respublikada ilk teatr, nəşriyyat, kitabxana Şuşada açılıb.
Sənətkarlığın və əhalisinin çoxluğuna görə
respublikada ilk yeri tutan Şuşada ermənilər 8 mədəniyyət
evi, 25 tibb mərkəzi, 7 uşaq bağçası, 2 mehmanxana,
Şuşa televiziyası
və bir sıra tarixi mədəniyyət abidələri
talan edib, yandırıb və dağıdıblar.
B.Səfərov deyib ki, bu gün qaçqın
və məcburi köçkünlərin problemlərinin
həlli istiqamətində
lazımi addımlar atılır: "Dövlət
tərəfindən məcburi
köçkünlərə diqqət və qayğının nəticəsi
olaraq bütün qaçqın şəhərcikləri
ləğv olunub. Məcburi köçkünlərin sosial
problemlərinin həlli
istiqamətində də
mühüm addımlar
atılıb".
Baş nazirin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədri Əli Həsənov isə çıxışında Dağlıq
Qarabağ, o cümlədən
Şuşanın işğalının
müvəqqəti olduğunu
və torpaqlarımızın
işğaldan azad olunacağını vurğulayıb:
"Şuşanın işğalı
müvəqqətidir. Şuşa yerindədir
və Azərbaycan ərazisidir. Ermənilər Şuşaya müvəqqəti
olaraq erməniləri
yerləşdirərək, orada doğulan uşağın xanəndə
və ya hansısa məşhur olacağını düşünürlərsə,
səhv edirlər.
Orada o havanı udmaq, orada böyümək hələ şuşalı
olmaq deyil. Şuşalıların üzündə bir nur var. Ermənilər
orda yaşamaqla nurlu olacaqlar? Bunlar hamısı genetik proses və genetik məsələdir. Başqasının evində, yerində yaşamaq necə mümkündür? Şuşanın böyük tarixi var. Şuşa nəinki Azərbaycan, bütün türk dünyası və bəzi müsəlman dövlətlərini
çıxmaq şərtilə,
bütün müsəlman
dünyası üçün
müqəddəs şəhərdir".
Komitə
sədri vurğulayıb
ki, şuşalılara
"məcburi köçkün"
ifadəsi yaraşmır:
"Çünki bu işğal müvəqqətidir.
Bu gün Şuşanın
yaddan çıxarılması
qeyri-mümkündür. Şuşa 170 il
Qarabağın mərkəzi
olub. Şuşanın başı bəlalıdır,
ona görə ki, dünyanın gözü ordadır.
Məndəki məlumata görə,
bu gün artıq xarı bülbül də Şuşada yetişmir.
Bunun səbəbini bilmirəm.
Bəlkə də işğala
görə xarı bülbül də yetişmir".
Əli Həsənov daha sonra deyib: "Ermənilər Şuşanı
işğal altında
saxlamaqla nə qazanır? Heç bir şey.
Biz hesab etmirik
ki, Rusiya Ermənistana bizdən daha yaxşı münasibət bəsləyir.
Təbii
sərvəti yox, beynəlxalq nüfuzu yox".
Baş nazirin müavini bildirib ki, Azərbaycan
Rusiya üçün
daha əhəmiyyətlidir:
"Azərbaycan Rusiyanın
tərkibində müəyyən
müddət olub. Biz bu gün
xalq olaraq, Rusiya üçün daha əhəmiyyətli və daha faydalıyıq.
Hesab edirəm ki, artıq Ermənistan Rusiya üçün heç bir əhəmiyyət kəsb
etmir. Bütün hallarda dünya
ermənilərin ikiüzlülüyündən
yaltaqlığından istifadə
edir. Ancaq müasir dünyada
bunların artıq əhəmiyyəti qalmayıb.
Bu baxımdan hesab edirəm ki, bugünkü Ermənistan Rusiya üçün tam faydasızdır".
Xalq cəbhəsi.-2014.- 9 may.- S.8.