“İMEX 2014” beynəlxalq turizm sərgisi
Ölkəyə gələn
turistlərin sayı artsa da, qiymətlər
yüksək, xidmət
səviyyəsi isə
aşağıdır
Bu il ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Konqreslər Bürosu, yerli turizm şirkətləri və mehmanxanalar "İMEX 2014" beynəlxalq turizm sərgisində iştirak edəcək. Nazirlikdən APA-ya verilən məlumata görə, mayın 20-dən 22-dək Frankfurtda keçiriləcək "İMEX 2014" beynəlxalq işgüzar turizm sərgisində təşkil olunacaq Siyasətçilərin Forumunda Azərbaycan nümayəndə heyətinə nazir müavini Nazim Səmədov başçılıq edəcək. Nazirlikdən bildiriblər ki, sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 40 kv.m sahədə lövhə quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və alman dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. Rəsmi məlumatlara əsasən, ötən il sözügedən tədbirdə 157 ölkədən 3500-ə yaxın iştirakçı təmsil olunub.
Ötən il Azərbaycana
2,5 milyon turist gəlib. Həmin şəxslərin
arasında Azərbaycanda
təhsil alan və işləyən xarici ölkə vətəndaşlarının da olması nəzərə alınarsa,
ölkəyə gələn
turistlərin sayı
2,4 milyon nəfər təşkil edib. Ölkəmizə gələn turistlər
əsasən İpək
Yolu boyunca olan rayonlara üstünlük verirlər.
Əcnəbilər Şəki,
Zaqatala, Balakən, Quba, Qusar, Qəbələ
və s. rayonları daha çox ziyarət edirlər. Bundan başqa, Lənkəran, Lerik kimi cənub
şəhərləri də
onların maraq dairəsinə daxildir.
Azərbaycanda bir həftəlik
istirahətin qiymətləri
700-800 dollar təşkil edir.
Mədəniyyət və Turizm
Nazirliyi ölkəyə
gələn turistlərin
yerləşməsi üçün
apartamentlərin yaradılmasını
daha məqsədəuyğun
hesab edir və məsələ ilə bağlı müzakirələr aparmağı
planlaşdırır.
Azərbaycanda ənənəvi yay turizm mövsümünə
hazırlıq səviyyəsini
araşdırmaq məqsədilə
monitorinqlərə başlanılıb.
Müvafiq işlər Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
icra olunur. Monitorinqlərə paytaxtdan başlanılıb.
Yoxlamalar
təxminən 1-2 həftə
Bakıdakı hotellərdə
davam etdiriləcək.
Mayın
sonundan isə regionlardakı mehmanxanaların
monitorinqinə başlanılacaq.
Hazırda regionlarda turizm
xidməti istənilən
səviyyədə deyil.
Problemləri aradan qaldırmaq
məqsədilə kadrlar
üçün təlimlər
keçirilir. Turizmlə bağlı
peşə məktəbi
də kadrlar hazırlayır.
Əslində turizm şirkətlərinin
arzu olunan səviyyədə fəaliyyət
göstərməsi üçün
onların maddi imkanları olmalıdır. Son illər Azərbaycanda infrastrukturun yenidən qurulması, müasirləşdirilməsi
turizmin inkişafına
təkan verir. Lakin başlıca problem turizm xidmətlərinin rəngarəngliyinin,
səviyyəsinin yüksək
olmaması və qiymətlərin bahalığıdır.
Rayonlarımızda bir günlük
orta səviyyəli istirahət 80-100 manata başa gəlir. Müasir oteldə yalnız səhər yeməyi daxil iki nəfərlik
bir otağın sutkalıq qiyməti 70 manat, üç nəfərlik 80 manatdır.
Elə Azərbaycana gələn turistlər də burada qiymətlərin və xərclərin yüksək olmasından gileylənirlər. Hətta onların
sözlərinə görə,
Azərbaycana gəlmək
üçün xərclədikləri
təkcə təyyarə
biletinin puluna başqa ölkələrə
səyahət etmək
mümkündür.
Ötən ilin yay mövsümündə
ölkədə 516 oteldə
monitorinq keçirilib. Monitorinq zamanı
Xaçmaz, Quba, Mingəçevir və Astaranın hər birində bir otelin lisenziyası ləğv edilib, ölkə üzrə 40 otelə isə rəsmi xəbərdarlıq
olunub. Azərbaycan vətəndaşları üçün ölkə
daxilində istirahətdən
çox xarici turlar daha əlverişlidir.
Əslində Azərbaycanda turizm
xidmətləri hədsiz
dərəcədə baha
olduğundan azərbaycanlılar
qonşu ölkələrə
- Türkiyə, Rusiya
və Gürcüstana
getməyə üstünlük
verirlər. Təsadüfü deyil ki, Azərbaycan
özü müalicəvi
turizm məkanları
(mineral sularla bol) ilə zəngin olsa da, insanlar
Rusiya kurortlarına üz tuturlar. 1000 dollara yol
pulu da daxil
Rusiyada və ya Gürcüstanda iki-üç həftə
həm istirahət etmək, həm də müalicə almaq mümkündür.
Bütün bunları nəzərə
alsaq, hətta hökumət yerli turistləri əlverişli
qiymətlər və
yüksək xidmət
hesabına ölkə
daxilində saxlaya bilmir. Bütün dünyada turizm
mübadiləsinin böyük
hissəsi qonşu ölkələrin payına
düşür. Belə ki,
Azərbaycana gələn
turistlərin 50-55%-i ətraf xarici ölkələrdən - Rusiya,
Türkiyə, İran
Gürcüstan və
s.-dən gəlir.
Bu baxımdan regional turizmin inkişaf etdirilməsi Azərbaycan üçün çox vacibdir.
Mənfi cəhət ondan ibarətdir ki, ölkəmizdə turizm qiymətləri yüksəkdir. Ancaq rəqəbət
qabiliyyətinə görə
Gürcüstandan geri
olmağımız inandırıcıdır.
Çünki qonşu ölkədə
qiymətlər ucuzdur.
Ötən il
Azərbaycana gələnlərin
sayı 2 milyon nəfərə yaxın göstərilir. Bu isə qonşu ölkədəkindən ən
azı iki dəfə azdır.
Şübhəsiz ki, Gürcüstanın
turistlər üçün
cəlbediciliyi bu ölkədə qiymətlərin
qonşu ölkələrlə
müqayisədə çox
ucuz olması ilə bağlıdır.
Hətta
Türkiyə və Azərbaycan vətəndaşları
istirahət üçün
öz ölkələrindən
daha çox Gürcüstanı seçirlər.
Çünki həm ucuzluqdur,
həm də xidmətlərin keyfiyyəti
qənaətbəxşdir.
Azərbaycana xarici turistlərin cəlb edilməsi ölkənin iqtisadi inkişafına və xaricdə ölkəmizin turizm məkanı kimi daha çox
tanınmasına böyük
təsir edə bilər. Dünya İqtisadi
Forumunun 2013-2014-cü il
üzrə "Dünya
Rəqabətlilik Hesabatı"nda
qlobal turizm rəqabət qabiliyyətlilik
indeksinə görə
Azərbaycan 7 pillə
irəliləyib və
148 dövlət arasında
39-cu yerdə qərarlaşıb.
2012-2013 hesabatında ölkəmiz 144 ölkə
arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə arasında
55-ci yeri tutmuşdu.
Hesabata görə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə
8-ci, əmək bazarının
səmərəliliyi göstəricilərinə
görə 30-cu, texnoloji
hazırlıq səviyyəsinə
görə 50-ci, innovasiyalara
görə isə
51-ci yerdə qərar
tutub. Azərbaycan bu göstəricilərlə,
hətta bir çox Avropa Birliyi ölkələrini
də geridə qoymağa nail olub.
Azərbaycan hökuməti Bakı şəhəri ətrafında,
Abşeron yarımadasında
bir sıra turizm-kurort zonaları yaratmaq niyyətindədir. Belə ki,
Türkan, Şüvəlan,
Buzovna, Bilgəh, Pirşağı, Pirallahı,
Hövsan qəsəbələri,
eləcə də Böyük Zirə və Qum adalarında kurort zonaları yaradılacaq. Böyük Bakının
Regional İnkişaf Planına
əsasən, Dənizkənarı
Milli Park Bibiheybət qəsəbəsindən Zığ
qəsəbəsinədək uzadılacaq, ərazidə
idman-sağlamlıq və
əyləncə obyektləri
tikiləcək. Ümumilikdə isə, bu layihə
çərçivəsində yeni parkların salınması üçün
500 hektar ərazinin ayrılması nəzərdə
tutulub.
Hər halda turizm
sahəsində müəyyən artım müşahidə olunur. 2003-2013-cü illər ərzində
ölkədə əsas turizm göstəriciləri
ən azı 3-5 dəfə artıb. Turizm
şirkətlərinin sayı 74-dən 170-ə,
mehmanxanaların sayı 96-dan 516-ya, yerləşdirmə yerlərinin
sayı 9.569-dan 32.834-ə yüksəlib. Turizm
sahəsində çalışan işçilərin
sayı 2678-dən 9051-ə, ölkəyə gələn
turistlərin sayı 767 mindən 2 milyona
çatıb. Analoji olaraq
2003-cü ildə turizm gəlirləri isə
müvafiq olaraq 57,7 milyon dollardan 2013-cü ildə
1479,0 milyon ABŞ dollarınadək
yüksəlib.
Xalq cəbhəsi.-2014.- 16 may.- S.12.