Azərbaycan Xalq Cümhuriyyəti günümüz

 

Vaqif Abışov: "Bundan sonra min il keçsə də gələcək nəsil bir daha şahidi olacaq ki, görkəmli şəxsiyyətlərimiz 1918-ci il mayın 28-də heçboşdan öz varlıqlarını elan etməyiblər”

Hüseynağa Qəniyev: "Baxmayaraq ki, AXC 23 ay mövcud oldu, amma bu günki ərazilərdən daha böyük ərazidə ölkənin ərazi bütövlüyünü təmin etmişdi"

 

Bu gün Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 96 il keçir. 1918-ci ilin mayın 28-də yaranan bu Cümhuriyyət Azərbaycan xalqının həyatında böyük izlər buraxıb. Cəmi 23 ay yaşayan həmin Cümhuriyyət xalqımıza azadlığın nə olduğunu dadızdıra bildi. Cümhuriyyəti quranlar ölkəmizə demokratiya, insan haqlarının ali olması kimi bəşəri keyfiyyətləri də gətirdilər. Təsadüfi deyil ki, Azərbaycan qadınları ilk dəfə məhz Cümhuriyyət dönəmində seçib-seçilmək hüququ əldə etdi. Halbuki, həmin dövrdə Avropanın bir çox qabaqcıl ölkələri belə qadınları seçki hüququndan kənarda saxlamışdı. Digər tərəfdən, Xalq Cümhuriyyəti qurucuları özlərinin peşəkarlığı, yüksək savadintellektual bacarığı, ən əsası xalqın və dövlətin keşiyində durmağı özlərinə müqəddəs borc bilmək prinsiplərilə seçilirdilər. Təəssüf ki, belə bir Cümhuriyyət cəmi 23 ay yaşadı. Həriman Hərimanov kimi rus bolşeviklərinə satılan xainlərin də iştirakı ilə 1920-ci ilin aprelin 28-də Azərbaycan işğala məruz qaldı. Həticədə ölkəmiz 70 ilə yaxın sovet bolşevik müstəmləkəsinin zülmü altında qaldı. Həhayət, 1991-ci ilin oktyabrın 18-də Müstəqillik Aktının qəbulu ilə Azərbaycan yenidən öz müstəqilliyinə, azadlığına qovuşdu. Hansı ki, müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Artıq 20 ildən çoxdur ki, Azərbaycan ərazisində Xalq Cümhuriyyəti dövründə əsası qoyulan üç rəngli bayrağımız dalğalanır.

AXC dövrünün tarixi əhəmiyyəti heç şübhəsiz böyükdür. Bu böyüklüyün nədən ibarət olduğunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının elm və təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada dəyərləndirdi.

Vaqif Abışov qeyd etdi ki, AXC-nin Azərbaycan tarixində danılmaz böyük tarixi əhəmiyyəti vardır: "Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin tarixində oynadığı rol danılmazdır, bu güno öz əhəmiyyətini daşıyır. Düz 96 il bundan əvvəl Cümhuriyyətin gördüyü işlər bu gün onun davamıdır. Təsadüfi deyil ki, 1991-ci il 18 oktyabr Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilərkən də burada Azərbaycan Respublikasının AXC-nin varisi olduğu qeyd olunmuşdu. Yəni bütün parametrlər, istər atributlar, istər o vaxtlar qəbul edilən sənədlər baxımından bu gün həmin prinsiplər davam etdirilir. Hazırda dövlət atributu olaraq dalğalanan bayrağımız da AXC-nin qəbul etdiyi üç rəngli bayraqdır. Eyni zamanda, AXC-nin ərazi bütövlüyü uğrunda apardığı mübarizəni də bu gün davam etdiririk. AXC dövründə Milli Ordunun yaradılması günü bu günqeyd olunur. Erməni təcavüzü ilə bağlı o dövrdə Azərbaycan Cümhuriyyətinin parlamenti, Hazirlər Kabineti, Xarici İşlər, Daxili İşlər və digər orqanların qəbul etdiyi qərarlar bu gün işğalçını ifşa etmək üçün əlimizdə tuturlı bir sənəddir. Yəni Cümhuriyyətin sözün həqiqi mənasında Azərbaycan tarixində danılmaz rolu var. Bundan sonra min illər keçsə də gələcək nəsillər bir daha şahidi olacaqlar ki, görkəmli şəxsiyyətlərimiz 1918-ci ilin mayın 28-də heçboşdan öz varlıqlarını elan etməyiblər. Onlar öz fəaliyyətlərilə Şərqdə sivil, demokratik qaydalara söykənən Cümhuriyyətin mövcudluğunuonun özünü müdafiə etmək və yaşatmaq qabiliyyətində olduğunu sübut etdilər. Məhəmməd Əmin Rəsulzadənin sözlərilə desək "Bir daha yüksələn bayraq, bir daha enməz" şüarı xalqımızın yaddaşına birdəfəlik həkk olub və həmin şüarı bu gün də yaşayırıq. İndi Azərbaycan bayrağı təkcə ölkə daxilində deyil, o cümlədən beynəlxalq təşkilatların iqamətgahları, səfirliklərimiz qarşısında belə dalğalanır. Azərbaycan Cümhuriyyətinin buya digər sahələri üzrə bundan sonra da çoxsaylı monoqrafiyakitablar yazılacaq. Bu dövr xalqımızın tarixində tükənməyən bir xəzinədir. Bizim də vəzifəmiz bu xəzinəni qoruyub saxlamaqdır. Hazırda təəssüf ki, Xalq Cümhuriyyətinin yubileyini layiqincə qeyd edə bilmirik. Belə bayram təkcə dövlət səviyyəsidə deyil, bütöv ictimaiyyət səviyyəsində, uşaq bağçaları, orta, ali məktəb, müəssisələrdə keçirilməlidir. Belə bir böyük tarixi hadisəni bundan sonra daha yüksək şəkildə qiymətləndirməliyik".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev də bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının taleyi və tarixində çox önəmli bir hadisədir: "XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları öz istiqlaliyyətini itirməklə demək olar ki, dövlətçilik ənənələrinə son qoyuldu. Birinci Dünya Müharibəsinin sonunda Rusiya imperiyasının dağılması ilə onun xarabalıqları üzərində yeni müstəqil dövlətlər yarandı ki, onlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti idi. Məhz bu dövrdən etibarən Azərbaycan kəlməsi coğrafi, linqvistik kəlmə olmaqdan çıxıb siyasi məzmun kəsb etdi. Dünyanın siyasi xəritəsində yeni bir dövlət yer aldı. Azərbaycan Xalq Cümhuriyyəti fərd və vətəndaşın azadlığına dayanan parlamentli respublika idi. Parlament səs versəydi, hökumət görəvində qalırdı, vermədikdə isə istefa verirdi. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan hüdudlarında öz suverenliyini təmin etdi. Baxmayaraq ki, o 23 ay mövcud oldu, amma bu günki ərazilərdən daha böyük ərazidə ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin etmişdi. Cümhuriyyət türk dilinin dövlət dili olması barədə qanun qəbul etdi. Bakının azad olması uğrunda dramatik tarixi proses yaşandı. 1918-ci ilin iyunundan sentyabrın ortalarına qədər Bakıya böyük tarixi yürüş oldu ki, sözün tam mənasında İslam ordusu öz adını hərb tarixinə əbədi olaraq yazdı. Bakı Dövlət Universitetinin açılması, "Azərbaycan vətəndaşlığı haqqında" qanunun qəbul edilməsi, ölkəmizin dünya birliyi tərəfindən 1920-ci ilin yanvarında tanınması baxımınlan da AXC şərəfli və ləyaqətli yol keçib. Bu gün də Azərbaycan xalqı həmin üçrəngli bayrağın kölgəsinə sığınıb. Cümhuriyyət dövrünün layiqincə təbliği istiqamətində son dövrlər bir çox işlər görülüb. AXC-nin tarixi, onun qurucularının həyat və fəaliyyətinin geniş ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görülüb. Kiçikolsa cümhuriyyət dövrünə aid bir abidə qoyulub. Amma AXC-ni bir dövlət olaraq quran şəxslər millətin taleyində böyük işlər gördüyündən onların xatirəsini əbədiləşdirmək üçün daha böyük işlərin görülməsinə ehtiyac var. Məsələn, AXC qurucularından heç kəsin Bakıda abidəsi yoxdur. Halbuki, bu günki cümhuriyyətin mövcudluğuna görə də biz onlara borcluyuq".

 

Xalq Cəbhəsi.- 2014.- 28 may.- S.8.