Mirzə Şəfi Vazehə həsr edilmiş elmi sessiya keçirilib

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dahi Azərbaycan şairi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

   Əlyazmalar İnstitutunun Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə institutun direktoru Teymur Kərimli bildirib ki, qədim Gəncə torpağının dahi Nizamidən sonra ədəbiyyata bəxş etdiyi görkəmli şairlərdən biri Mirzə Şəfi Vazehdir. O, Şərqin orta əsr lirikasını Qərbdə səsləndirən şair sənətkar olub.

   Dilçilik İnstitutunun şöbə müdiri Fəxrəddin Veysəlli Almaniyada Fridrix Bodenştedtin şəxsi arxivi, əlyazmaları üzərində çalışması barədə məlumat verərək orada Vazehin şeirlər toplusunun aşkar edilmədiyini bildirib. O, Vazehin irsini tapmaq üçün Almaniyada digər ölkələrdə axtarışlar aparmağa ehtiyac olduğunu söyləyib.

   Sessiyanın sonunda tədbir iştirakçıları yekun bir təklif qəbul ediblər. AMEA Rəyasət Heyətindən xahiş edilib ki, Mirzə Şəfi şəxsiyyəti, onun itmiş ədəbi irsinin orijinalları haqqında dolğun məlumat əldə etmək üçün dilçi, ədəbiyyatşünas tarixçi mütəxəssislərdən ibarət xüsusi bir heyət yaradılsın, məsələnin dərindən araşdırılması məqsədilə heyət üzvlərinin Almaniya Polşaya uzunmüddətli ezamiyyətləri təşkil edilsin. Əldə olunacaq məlumatlar təhlil olunaraq elmi ictimaiyyətə çatdırılsın.

 

Tərlan

Xalq Cəbhəsi.- 2014.- 30 may.- S.15.