Vətənpərvərliyin KİV-də
təbliğatı problemi
Bizim gənclərimiz vətənpərvərlik
ruhunda böyüməlidir, tərbiyə almalıdır və
jurnalistikanın bu sahədə çox böyük rolu var
Son vaxtlar Azərbaycanda vətənpərvərliyin
yüksəldilməsi məsələsi diqqət mərkəzinə
gəlib.
Müzakirələr zamanı ortaya qoyulan əsas sual bundan
ibarətdir: Azərbaycanda vətənpərvərliklə
bağlı təbliğatı niyə
aşağıdır? Söz yox ki, indi
bütün bu müzakirələr zamanı hədəfə
kütləvi və elektron informasiya vasitələri
çıxarılır. Azərbaycanın
qarşısında duran bir çox problemlərin həlli gənclərin
milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən,
onlarda yüksək dövlətçilik şüurunun, mənsub
olduğu millətə və dövlətə qarşı məhəbbət
hisslərinin formalaşdırılmasından çox
asılıdır. Lakin, təəssüflər
olsun ki, torpaqlarının 20%-ə qədəri işğal
altında olan Azərbaycanda gənclərin vətənpərvərlik
və vətəndaşlıq ruhunda tərbiyə edilməsi,
onlarda vətəndaşlıq vəzifələrinin və
dövlətə sədaqət ruhunun aşılanması
istiqamətində həyata keçirilən tədbirlər
gözlənilən effekti vermir. Bunu ilk
növbədə analoji konsepsiyaların, layihələrin,
proqramların tələb olunan keyfiyyətdə olmaması ilə
izah etmək olar.
Milli vətənpərvərlik və dövlətçilik
hisslərinin təbliği milli-mənəvi dəyərlərin
qorunması və təbliği ilə müşayiət
olunmalıdır. Gənclərin Azərbaycan
üçün ənənəvi olmayan dini və dinə
zidd olan birliklərə qoşulması əsasən xarici
qüvvələr tərəfindən maliyyələşdirilən
təbliğatın, psixioloji təsirin nəticəsidir.
İslam dini insanlarda vətənə, dövlətə
məhəbbət hissi aşıladığı halda, bu
qrupların Azərbaycanı siyasi paraçalanmaya, gəncləri
öz xalqına, vətəninə və dövlətinə
qarşı yönəltməsi günümüzün
acı reallığıdır. Bu cür
qruplarla ən yaxşı mübarizə isə heç də
onlarla açıq mübarizə deyil, istifadə etdikləri
əsas silahı – dini və mənəvi dəyərləri
milliləşdirmək və dövlət siyasətində
ondan səmərəli şəkildə istifadə etməkdir.
Azərbaycan xalqının böyük Qarabağ dərdi
hamımız üçün ən aktual mövzudur. Ölkəmiz müharibə
şəraitində olduğundan gənclər arasında hərbi-vətənpərvərlik
təbliğatının bir an belə
dayandırılmaması vacib şərtdir. Bunun
üçün isə təlim-tərbiyə, təhsil
müəssisələrində, mətbuatda, cəmiyyətdə
hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği,
ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə
nifrətlə bağlı müxtəlif yönümlü
söhbətlər aparılmalı, yazılar
yazılmalı, verilişlər göstərilməli,
reklamlar yayımlanmalıdır.
Vətənpərvərlik
elə bir emosional hissdir ki, bütün şəxsi
maraqlarını vətən yolunda qurban verməyə, vətəninin
və xalqının marağını daha uca tutmağa hər
an hazır olmalısan.
Gənclərdə vətənpərvərlik hissinin
formalaşmasında xalq qəhrəmanlarının, eləcə
də müasir dövürdə örnək və fəxr
yerimiz olan Milli Qəhrəmanların təbliği də
mühüm rol oynayır. Buna görə də,
körpədən tutmuş yeniyetməyə, gəncə,
qocaya qədər hamımız Vətən, Millət, Torpaq
uğrunda savaş meydanına atılanları, şəhidləri
tanımağa borcluyuq.
Bəzən cəmiyyətdə vətənpərvərliklə
bağlı müzakirələr aparılan zaman zəif təbliğata
görə kütləvi informasiya vasitələri əsas hədəf
obyektinə çevrilir. Doğrudur, cəmiyyətdə vətənpərvərlik
hissinin formalaşdırılmasında mətbuatın üzərinə
böyük məsuliyyət düşür. Və biz bunu inkar etmirik. Amma, bunu
da qeyd etməliyik ki, vətənpərvərlik tərbiyəsində
ailənin rolu danılmazdır.
Torpaqları işğal altında olan Azərbaycan ailəsində
ata da, ana da, övlad da vətənpərvər
olmalıdır. Biz ailədə dili yenicə söz tutan, ağlı
yenicə kəsən uşaqlarımıza düşmənimizin
kim olduğunu, şəhidlərimizin nə
üçün vuruşduğunu, onların niyə müqəddəs
sayıldığını, vətənimizin haradan başlayıb,
harada qurtardığını, milli kimliyimizi, torpağın
nə üçün ana qədər doğma
sayıldığını anlatmalıyıq. Həm
də elə anlatmalıyıq ki, bunları heç vaxt yaddan
çıxarmasınlar.
Jurnalistin vətənpərvərlik borcu cəmiyyətdə
nəyin pis, nəyin yaxşı olduğunu ictimaiyyətə
çatdırmaqdır. Həyatda, cəmiyyətdə və
yaxud, hər hansı sahəsdə baş verən
çatışmazlıqları, neqativ halları tənqid
etmək, araşdırmaq, bu barədə televiziya və radio
məkanından faktlar əsasında informasiyanı
yaymaqdır. Çünki bunları
"dördüncü hakimiyyət”dən başqa, heç kəs
edə bilməz. Bu, adi vətəndaşın görəcəyi
iş deyil. Əslində jurnalist mövcud olan
nöqsanları, çatışmazlıqları dəyişmək
iqtidarında deyil, amma "dördüncü hakimiyyət”
kimi ictimaiyyəti məlumatlandırmaq və cəmiyyətin,
vətəndaşların diqqətini buna cəlb etmək
iqtidarına malikdir. Bir sözlə,
jurnalist cəmiyyətin görən gözü, eşidən
qulağıdır. O, yerindən, zamanından
asılı olmayaraq ətrafda baş verən hadisələrə
münasibət bildirir və bu hadisələrin içində
olur.
Vətənpərvərlik ruhlu yazılara böyük tələbat
duyulur. Azərbaycan müstəqillik əldə etdikdən
sonra dövlət siyasətinin əsas məqsədlərindən
biri də Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin
davam etdirilməsi və müasir beynəlxalq təcrübə
ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin
yaxşılaşdırılmasıdır. Dövlətimiz ölkə mətbuatından, onun
imkanlarından respublikada dövlət quruculuğu, vətəndaş
cəmiyyətinin formalaşdırılması və
inkişafı, demokratik islahatların həyata keçirilməsində
səmərəli istifadə edilməsində
maraqlıdır. Demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu yolunu tutan və bu
istiqamətdə inamlı addımlar atan Azərbaycanda azad mətbuatın
inkişafı daim diqqətdə olan məsələlərdəndir.
Heç kimə sirr deyildir ki, demokratik cəmiyyətin
varlığını təsdiqləyən əsas amillərdən
biri də söz, mətbuat azadlığının yüksək
səviyyədə təmin olunmasıdır.
Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə
təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız
Azərbaycan xalqının maraqlarını daim müdafiə
edir, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin
nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini
verir. Milli mənəvi dəyərlərimizin
qorunmasında, azərbaycançılıq ideyasının təbliğində,
dlilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin
ölkə və beynəlxalq ictimaiyyətə
çatdırılmasında yazılı və elektron
kütəlvi informasiya vasitələrinin (KİV) üzərinə
böyük məsuliyyət düşür. Bu gün təbliğat xaraketrli, vətənpərvərlik
ruhunda yazılara böyük tələbat duyulur və bu,
günümüzün tələbidir.
Bizim gənclərimiz
vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə
almalıdır və jurnalistikanın bu sahədə çox
böyük rolu var. Çünki biz cəmi 22 ilə
yaxındır ki, müstəqil dövlətdə azad xalq
kimi yaşayırıq. Bu, bizim böyük
xoşbəxtliyimizdir, böyük dəyərimizdir. Bu vəziyyəti cəmiyyətimiz təqdir etməlidir
və qiymətləndirməlidir. Ona
görə də jurnalistlərin vətənpərvərliyi
çox böyük əhəmiyyətə malik olan bir məsələdir.
Ona görə biz çalışmalyıq ki, Azərbaycan
reallıqlarını dolğun şəkildə xarici mətbuata
çatdıraq. Bu gün bizim əlimizdə İnternet
kimi universal bir vasitə vardır. Bundan
daha geniş şəkildə istifadə etməliyik. Çünki Azərbaycanın reallıqları
dünya birliyinin diqqətinə
çatdırılmalıdır, istər icitmai sahədə,
istərsə də iqtisadi və xarici siyasət sahəsində.
Əlbəttə ki, ölkədə həllini
gözləyən problemlər, çatışmayan məsələlər
var. Biz bunu bilirik və jurnalistlər də bu problemlərin
aşkarlanmasında hökumətə dəstək olurlar.
Ancaq bununla bərabər, nailiyyətlər də
kifayət qədər çoxdur.
Azərbaycan hazırda müharibə şəraitində
yaşyır.
Bunu nəzərə alaraq, mətbuatın ictimi
fikrə təsir imkanları baxımından gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə olunması
işində medianın xidmətləri əvəzolunmazdır.
Dövlətin maraqlarını üstün
tutan hər bir jurnalist vətənpərvərlik hissini, məsuliyyət
hissini unutmamalıdır. Bu gün
müasir Azərbaycan mediasının konsepsiyası abad və
firavan Vətən, dövlətin və onun hər bir vətəndaşının
maraqlarının qorunması prisipləri üzərində
qurulmalıdır.
Hərbi jurnalist, araşdırmaçı Şəmistan
Nəzirli bildirib ki, müharibədə tək silahla deyil, həm
də ideya və qələmlə döyüşmək
lazımdır. Vətəndaş, hərbiçi öz
xalqının savaş tarixini bilmirsə, qəhrəmanlarını
tanımırsa, onun üçün savaşmaq çətin
olacaq. SSRİ zamanında bizə elə təlqin
edirdilər ki, guya hərb tariximiz yoxdur. O zaman cəmi
iki generalımızı - Səməd bəy Mehmandarov və
Əliağa Şıxlınskini tanıyırdıq. Halbuki çar Rusiyası və müstəqillik
dövründə 69 generalımız olub. Onlar barədə də ziddiyyətli məlumatlara
sahib idik. Biz hərb tariximizin bu məqamlarını
öyrənməli, tədqiq edib KİV vasitəsi ilə cəmiyyətə
çatdırmalıyıq. İndiki gənclərdə
hərb sahəsinə maraq var. Mətbuatda da müəyyən
dərəcədə bu mövzu işıqlanır. Amma problemlərimiz də çoxdur.
«Azərbaycan Ordusu» qəzetinin baş redaktoru,
polkovnik-leytenant İsa İsmayılov isə bildirib ki, hərbi
vətənpərvərlik mövzusu ilə bağlı
işlər görmək kütləvi informasiya vasitəsi
olaraq bizim birbaşa vəzifəmizdir. Təəssüflər
olsun ki, hərb tarixi ilə bağlı yazılar yazılarkən,
həmin illərdə olan hərbi proseslər təhrif olunur,
yaxşıların üstündən keçilir. Məsələn, biz 100 ildir, sübut etməyə
çalışırıq ki, Qafqazda erməni dövləti
olmayıb. Amma “Pompeyin Azərbaycana
yürüşü” əsərində yazılır ki,
eramızdan əvvəl Pompey Ermənistandan keçərək
Azərbaycanı işğal etdi. Mənə
görə həmin məqam əsərdə olan müsbət
ideyaların üstündən xətt çəkir. KİV-də gedən yazılarda da belə məqamlar
var. Çox vaxt hərbçilər barədə mənfi məqamlar
önə çəkilir. Digər tərəfdən,
bu gün Müdafiə Nazirliyi səviyyəsində müxtəlif
tədbirlər keçirilir. Mükafatlandırılan
hərbiçilərimiz var. Bizim qəzetdə və ölkədə
nəşr edilən qəzetlərə də bu mövzuda
yazılar verilir. Digər tərəfdən,
Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar
haqqında mətbuatımızda heç nə
yazılmır. Bəzi mətbuat
orqanlarını heç bir formada yola gətirə bilmirik ki,
ayda bir dəfə xidmətində fərqlənmiş əsgərlər
barədə yazılar yazılsın, əsgər obrazı
yaradılsın. Hərbi xidməti təbliğ edən
yazılara çox az rast gəlinir. Düzdür, orduda da cəmiyyətdə olduğu
kimi fərqli düşüncəli insanlar var. Amma orduda
gözəl ideyalara xidmət edən,
mükafatlandırılan hərbiçilərimiz çoxdur.
Lakin qəzetlərimiz belələri haqqında
yazı vermir. Məsələn, ordunun
yaradılmasının 91-ci ildönümü ilə
bağlı böyük təlim keçirildi. Qəzetləri izlədik, amma həmin təlimdə
mükafatlandırılan hərbiçilərdən birinin
şəklinə rast gəlmədik. Fikrimcə,
əsgər obrazını qəzetlərində
işıqlandırmaq üçün qəzetlərə
stimul vermək lazımdır.
Cavid
Xalq Cəbhəsi.-
2014.- 1 noyabr.- S.11.