Azərbaycan mədəniyyəti Almaniyada
Almaniyanın Düsseldorf şəhərində Heydər
Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin
dəstəyi ilə Azərbaycan mədəniyyəti
axşamı keçirilib. “Düsseldorf Teatr Evi”ndə toplaşmış 800-ə yaxın
qonaq Azərbaycan caz musiqini canlı
olaraq izləyib.
Tədbiri açan səfir Pərviz Şahbazov çıxışında deyib
ki, bu konsert
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə keçirilən
silsilə tədbirlərdən
biridir. Sonra səfir ölkəmizin
zəngin musiqi mədəniyyəti, müxtəlif
musiqi janrlarının
inkişafı barədə
məlumat verib, Azərbaycan xalqının
musiqi beşiyi olan Qarabağın Ermənistan tərəfindən
işğal olunduğunu
bildirib.
Azərbaycanın ümumi inkişafını
konkret faktlarla diqqətə çatdıran
diplomat, ölkəmizin coğrafi
vəziyyətinə görə
Avropa ilə Asiya arasında körpü, eləcə də Qərblə Şərq mədəniyyətlərini
birləşdirən məkan
olduğunu vurğulayıb.
Tədbirin aparıcısı Azərbaycan
ilə Almaniya arasındakı tarixi əlaqələr, Azərbaycanda
mövcud olan alman irsi, Mehriban
xanım Əliyevanın
və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublimalızda və xarici ölkələrdə mədəni
irsin qorunub-saxlanması,
mədəni münasibətlərin
təşviqi və gənclərin təhsil alması imkanlarının
yaxşılaşdırılması istiqamətində həyata
keçirdiyi layihələr
barədə məlumat
verib. Azərbaycanda caz musiqisinin hələ keçən əsrin 30-cu illərində
yarandığını bildirən
aparıcı hazırda
beynəlxalq aləmdə
ən güclü caz ustalarından bir neçəsinin məhz Azərbaycanda yetişdiyini, Bakı Caz Festivalının bu janr üzrə
aparıcı musiqi festivallarından biri olduğunu, caz-muğam sintezinin unikallığını
vurğulayıb.
Azərbaycan caz musiqisi ustası Elçin Şirinov və Böyük Britaniya caz ustaları Deyv Hamblet və
Sem Lasersonun
ifasında möhtəşəm
konsert proqramı tamaşaçılar tərəfindın
alqışlarla qarşılanıb.
Şirzad Fətəliyevin balabanda, Mircavad Qafarovun isə udda adları çəkilən caz ustaları ilə birgə milli mahnılarımızı sintez
etməsi konsertə rəng qatıb.
Tədbir
iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri – Berlin
Humboldt Universitetində “Azərbaycan
tarixi” kafedrasının
müdiri professor Eva-Maria Auxun
müəllifi olduğu
“Azərbaycanda alman irsi” kitabı paylanılıb. Eyni zamanda, “Azərbaycanda
alman izləri” fotosərgi və “Almaniya bir rəssamın
gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin
əsərlərindən ibarət
ekspozisiya nümayiş
etdirilib.
Tədbirdə Şimali Reyn-Vestfal federal torpağı parlamentinin deputatları, Almaniyanın
ictimai-siyasi və mədəniyyət dairələrinin,
bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
ediblər.
Xalq Cəbhəsi.- 2014.- 6 noyabr.- S.15.