Nəvvabın “1905-1906-cı illərdə
erməni-müsəlman davası” kitabı bu gün də
aktualdır
XIX əsr Azərbaycan ədəbi-mədəni
mühitində özünəməxsus yeri və çəkisi
olan sənətkarlardan biri də Mir Möhsün Nəvvabdır
(1833-1918). O,
həm istedadlı qələm sahibi – şair, qüdrətli ədəbiyyatşünas,
həm də mahir fırça ustası kimi tanınır. Nəvvabın
nücum və tibbə, musiqişünaslıq və şəriətin
müxtəlif sahələrinə, ilahiyyata dair əsərləri
də var. Müəllifin fars və
türk dillərində yazdığı və ümumi
sayı 20-dən çox olan əsərlərinin
böyük bir hissəsi hələ də əlyazma şəklindədir
və öyrənilməyib. Nəvvabın son
dövrdə aşkarlanaraq ilk dəfə 1993-cü ildə nəşr
edilmiş “1905-1906 illərdə erməni-müsəlman
davası” kitabı isə müəllifin eyni zamanda
yaşadığı dövrün mürəkkəb və kəşməkeşli
hadisələrə fəal vətəndaş mövqeyini
bildirməsi, alovlu publisist və qızğın bir vətənpərvər
olduğunu sübut edir. Müəllifin “Təvarixi-rəzm
və şurişi-taifeyi-əraməniyyeyi-Qafqaz ba
firqeyi-müsəlmanan” (“Qafqaz erməniləri
tayfasının müsəlmanlarla savaş və
iğtişaş tarixləri”) adlandırdığı bu
kitabı real faktlar əsasında qələmə
alınıb və ermənilərin 1905-1906-cı illərdə
xalqımıza qarşı törətdiyi vəhşilik və
cinayət əməllərini, mənfur niyyətlərini tam
gercəkliyi ilə əks etdirir, bir sıra aktual mətləblərə
aydınlıq gətirir.
Nəvvab
türkcə qələmə aldığı bu əsərində
öncə Şuşa qalasının Pənah
xan tərəfindən inşa edilməsi və onun varisi
İbrahim Xəlil xanın başına gətirilən
müsibətlər haqqında qısa bilgilər verir, sonra isə
birbaşa əsl mətləbə keçərək erməni-müsəlman
davasının tarixçəsinə nəzər salır.
Müəllifin epizodik səciyyə daşıyan kiçikhəcmli
bu qeydlərindən iki mühüm məsələ aydın
olur:
Birincisi, ermənilər hələ XIX əsrin ikinci
yarısından başlayaraq təşkilatlanıb və
müsəlmanlara (Azərbaycanlılara – türklərə-red.)
qarşı döyüş və təxribatlar
üçün hazırlıqlar görüblər. İkincisi isə
erməni tayfası çox satqındır, “zahirləri batinləri
ilə bir deyil. Zahirən özlərini dost kimi göstərsələr
də, batinləri ədavətlidir. Özləri
də görürlər ki, təbiətlərinin bu cür ədavətli
olmasından həmişə zərər çəkirlər”.
Nəvvab müsəlmanların (Azərbaycanlıların –
türklərin-red.) sadəlövh və ürəyiaçıq,
ermənilərin isə əksinə, çoxbilmiş və
kinli olmalarının sübutu kimi belə bir əhvalatı qələmə
alır: 1903-cü ildə Məhəmməd və Salman
adlı iki qardaş kəndlərindən qaçaraq meşəyə
gəlir və burada Aleksan adlı bir erməni ilə
dostlaşır. Qardaşlar hər gün erməniyə
cürbəcür yeməklər gətirib onları qardaş
malı kimi tən yarıya bölüb,
ermənini də qonaq edirlər. Erməni isə
bir neçə gündən sonra özü kimi iki erməni
məlununu da gizlicə ora gətirir və qardaşları
yatdıqları yerdə qətlə yetirirlər.
Kitabda təsvir olunan hadisələr daha çox
Qarabağ torpağında, xüsusilə də onun başkəndi-tacı
sayılan Şuşada baş verir. Bununla belə, müəllif
yeri gəldikcə erməni millətçilərinin Bakı
və İrəvanda, Naxçıvan və Təbrizdə,
Tiflis və Xorasanda törətdikləri təxribatları da
nəzərdən qaçırmır və onların bir mərkəzdən
idarə olunmalarını vurğulayır. Əsərin səciyyəvi müsbət cəhətlərindən
biri onun konkret hadisələrin təsvirinə yönəlməsi
və müəllifin bu hadisələrdə ya bilavasitə
iştirakı, ya da onları başqalarından eşitməsi
əsasında qələmə alınmasıdır. Bu isə aydındır ki, kitabın mötəbərliyinin
bir əlaməti kimi dəyərləndirilə bilər.
Bu da maraqlıdır ki, müəllif təsvir etdiyi hadisələri
sadəcə bir seyrçi kimi qələmə almır, əksinə,
hər dəfə öz vətəndaşlıq mövqeyini
də ortaya qoyur, təhlillər edir, nəticələr
çıxarır, ümumiləşdirmələr aparır
və bir el ağsaqqalı kimi baş verənlərə
öz müəllif mövqeyini bildirməkdən çəkinmir.
Əsərdə diqqəti çəkən məqamlardan
biri də baş verən hadisələr zamanı türklər
və müsəlmanlar arasında sarsılmaz birlik
olmasının xüsusi olaraq vurğulanmasıdır. Kitabın bir yerində
1906-cı ildə Əsgəran yolu ermənilər tərəfindən
bağlananda və Şuşa qalası blokadada qalanda bir
sıra möhtərəm şəxslərin yerli kasıblara
əl tutmalarından söhbət açılır və
burada Bakıdan Məşhəd və Aşqabaddan, Ərdəbil
və Rəştdən, hətta uzaq Kazandan da yerli müsəlman
əhalisinə edilən ianə və köməklər
göstərilir.
Kitabda Nəvvab həm də qızğın bir vətənpərvər
kimi çıxış edərək ermənilərə
qarşı vuruşan adi insanların igidliyini böyük vəcdlə
qarşılayır, onların şücaət və mərdliyini
alqışlayır. Müəllif 1905-ci ilin avqust ayında Şuşada
baş verən qanlı olayları təsvir edərkən Azərbaycan
türklərinin görünməmiş igidlik və
şücaətini böyük coşqu ilə təsvir edərkən
onların necə vuruşmalarına heyran qalan qubernatorun dilindən
deyir: “Bu hünər heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin (Azərbaycan
türklərinin – M.N.) belə bir hünər göstərərək
səngərlər tutması çox qəribədir”.
Mir Möhsün Nəvvab Azərbaycan türklərinin
humanistliyindən də ürəkdolusu danışır. Məsələn, yenə
1905-ci il Şuşa hadisələrindən
söz açarkən bazar darğası (polisi) İsmayıl
bəyin müsəlman bazarındakı dükanlarda gizlənmiş
erməniləri öz evinə apararaq orada tam əminlikdə
saxladığına bəraət qazandırır. Eləcə də əsərin bir yerində kilsəni
tutan müsəlmanlara kilsənin divarlarına
toxunmamağı, Allah evinə ehtiramla yanaşmağı
tövsiyə edir. Ermənilər isə əksinə, ələ
keçirdikləri məscidlərə od
vurur və Allahın evinə qarşı nalayiq hərəkətlər
edirdilər. Kitabda ermənilərin müsəlmanlara
qarşı vəhşiliklərinin təsviri də
qırmızı xətlə keçir. Belə
ki, ermənilər qocalara, uşaqlı analara belə rəhm
etmir, onları əzabla öldürür, bədən
üzvlərini kəsir, meyidləri tanınmaz vəziyyətə
salırmışlar. Məlum olduğu kimi, ermənilər
keçən əsrin sonlarında da istər azərbaycanlıların
əzəli torpaqları olan Qərbi Azərbaycanda, istərsə
də Dağlıq Qarabağda, xüsusilə də
Xocalıda yerli əhaliyə qarşı qəddarlıq və
vəhşilik hərəkətlərinə əl atıblar.
Bu, onların əbədi və əzəli xislətidir.
Ermənilərlə təmasda olanlar, onları
az-çox tanıyanlar bu tayfanın nə qədər iyrənc
əməl sahibləri olduqlarını yaxşı bilirlər.
Nəvvabın bu kitabını bədii-publisistik bir əsər
kimi dəyərləndirmək məqsədəuyğundur. Belə ki,
müəllif hadisələrin bir çoxunun bədii şəkildə
təsvirinə üstünlük verir, yeri gəldikcə
uyğun şeir parçalarını da nəsr arasında
işlədir ki, bu da əsərin bədii keyfiyyətlərini,
estetik dəyərini daha da artırır.
Kitabda da qeyd olunduğu kimi, ermənilər özlərinin
mənfur niyyətlərini həyata keçirmək
üçün müxtəlif hiylələrə əl
atır, gah özlərini yazıq məzlum millət kimi
göstərir, gah da yalquzaq kimi dişlərini qıcadaraq
görünməmiş, ağlasığmaz vəhşiliklər
törədir.
Əsərin ayrıca bir fəslində ermənilərin
kazaklarla əlbir olmaları və onların köməyilə
Azərbaycan türklərinə qarşı talan və qarətlər
törətdikləri qələmə alınır.
Tarix təkrar
olunur deyirlər: 1988-ci ilin fevralında da həmin ermənilərin
xələfləri rus zabitləri ilə əlbir olub
Xocalı qətliamını törətdilər. Məhz bütün bu olayları göz önünə
gətirdikdə Nəvvabın bu kitabının bu gün də
olduqca aktual olduğunu, oradakı bir çox mətləblərin
yaşadığımız günlərlə səsləşdiyinin
şahidi oluruq.
Nəvvab bu kitabı qələmə alarkən artıq
ömrünün ixtiyar çağlarını
yaşayırdı, yaşı 70-i haqlamışdı. Kitabda onun bir
el ağsaqqalı rolunda çıxış etməsi, ermənilərə
ağıllarını başlarına
yığmalarını məsləhət görməsi də
diqqəti çəkir. Belə ki, əsərin
ayrıca bir fəsli “Erməni tayfasına nəsihətlər”
adlanır və müəllif burada ermənilərə
Allahı düşünməyi, Allahdan qorxmağı,
zülmdən, vəhşilikdən əl çəkməyi
tövsiyə edir: “Mən bilmirəm fitnə-fəsad törədib
xalqı qırğına verən bu erməni quldurları o
dünyada sorğu-sual zamanı adil Allaha nə cavab verəcəklər?
Bu qədər zülm, sitəmkarlıq,
insafsızlıq və özbaşınalıqla bu əyalətdə
bayrağınızı qaldırmaq istəyirsiniz. Lakin ona nail
olmayacaqsınız... Bunu yəqin bilin ki, bu
zülmlərin əvəzi çox tezliklə onu törədənlərdən
çıxılacaq”.
Nəvvabın bu sözləri onun uzaqgörən
olduğunu, ermənilərin hələ çox fitnələr
törədəcəyini, lakin sonda məğlub
olacaqlarına əminlik yaradır. Məhz bu keyfiyyətlərinə
görə dövrünün qabaqcıl ziyalısı,
ensiklopedik zəka sahibi Mir Möhsün Nəvvabın
“1905-1906-cı illərdə erməni-müsəlman
davası” kitabı yaxın keçmişimizi özündə
yaşadan mötəbər bir qaynaq kimi dəyərləndirilir
və xalqımızı haqq işi uğrunda mübarizəyə
səsləyir.
Mir Möhsün Nəvvab məşhur “Təzkireyi-Nəvvab”
əsərində özü haqqında məlumat verərkən
çoxsaylı kitabları haqqında da qısa bilgi təqdim
edir və onları qələmə almaqda əsl məqsəd
və məramının öz həmdəmlərinə və
millətə xidmət olduğunu dilə gətirir.
Vətənpərvər ziyalının bu sözlərini
eynilə müəllifin bu kitabına da aid etmək olar. Nəvvabın
1905-1906-cı illərdə ermənilərin xalqımıza
qarşı törətdiyi qətl və
qırğınları, vəhşilik və
amansızlıqları qələmə almaqda iki
başlıca məqsədi, məramı olub:
Birincisi:
Ermənilərin iç üzlərini, xəbis niyyətlərini,
təbiətlərindəki satqınlığı və
ikiüzlüyü açıb göstərmək;
İkincisi:
həmvətənlərini erməni fitnələri
qarşısında ayıq-sayıq olmağa
çağırmaq və lazım gəldikdə onlara layiqli
cavab verməyə ruhlandırmaq.
Məhz bu keyfiyyətlərinə görə Nəvvabın
sözügedən kitabı yazıldığı 1906-cı
ildə nə dərəcədə aktual və əhəmiyyətli
idisə, yaşadığımız günlərdə də
eyni dərəcədə aktualdır və əhəmiyyətlidir.
Möhsün Nağısoylu
Professor
Xalq Cəbhəsi.-
2014.- 7 noyabr.- S.14.