Şeypurkim idi?

 

Jurnalının səhifələrində tanınmış qələm sahiblərinin yazıları mühüm yer tuturdu

 

Molla Nəsrəddinjurnalı bir sıra başqa satirik jurnalların yaranmasına səbəb oldu Şeypurda onlardan biridir. Jurnalının cəmi 14 sayı çıxıb, onlardan 11-i 1918-ci ilə, 3-ü isə 1919-cu ilə aiddir. Jurnalın ilk sayı 5 oktyabr 1918-ci ildə, son sayı isə 18 yanvar 1919-cu ildə işıq üzü görüb. Həftədə bir dəfə çıxan bu jurnal BakıdaTuranmətbəəsində nəşr olunurdu. “Şeypurjurnalının səhifələrində Məmməd¬əli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı digər tanınmış qələm sahiblərinin ideya-bədii mükəmməlliyə malik yazıları mühüm yer tuturdu.

Jurnal haqqında geniş tədqiqat aparmış filalogiya elmləri doktoru Hüseyn Həşimli yazır ki, “Şeypur”a uzun illər birtərəfli, laqeyd münasibət bilavasitə onun mövzu-ideya mündəricəsi, izlədiyi qayə ilə bağlı idi: “İctimai-siyasi hadisə proseslərə aydın mövqedən münasibət bildirən jurnal Vətən xalq taleyi üçün xüsusi önəm daşıyan məsələlərə həssaslıqla yanaşır, milli mənafelərin ardıcıl müdafiəçisi kimi çıxış edir, bu yolda heç nədən çəkinmirdi. Xüsusən Azərbaycanın yenidən işğalına yönələn rus bolşevizminin əsl mahiyyəti, onlara digər havadarlarına arxalanan ermənilərin fitnəkar əməlləri, əsassız torpaq iddiaları, 1918-ci ilin martında soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlarŞeypur”un səhifələrində tutarlı faktlar əhatəli təhlillər vasitəsilə gah ciddi, gah da satirik tərzdə öz ifadəsini tapmışdır”.

Jurnalın aparıcı yazarlarından biri Məmmədəli Sidqi olub. O, 1910-11-ci illərdəMolla Nəsrəddinjurnalında redaktor köməkçisi kimi çalışıb. bu jurnalla yanaşı, “Tazə həyat”, “İqbal”, “Yeni iqbal”, “Bəsirət”, “Tuti”, “Zənbur”, “Azərbaycan digər mətbuat orqanlarında müxtəlif mövzularda çoxsaylı məqalələr felyetonlar dərc etdirib. Lakin onun bədii-publisistik irsi, o cümlədənŞeypurjurnalındakı fəaliyyəti indiyədək araşdırılmayıb.

Məmmədəli SidqininŞeypur”un ilk sayındakıAltı ay” adlı məqaləsi jurnalın əsas məramnaməsi, proqram sənədi sayıla bilər. Burada həftəlik jurnalın əsas hədəfləri, başlıca qayəsi öz ifadəsini tapmışdır. M.Sidqinin jurnalın müxtəlif saylarında verilmişƏsgərlik”, “Qrammofon”, “Tiflis duması”, “Barışırlar”, “ istəyirlər?”, “ var, yox?”, “Bu gün”, “Siyasət digər məqalə felyetonları onun yetkin qələmindən, aydın milli mövqeyindən soraq verir.

Şeypur”un səhifələrində müxtəlif gizli imzalar qoyulub. Jurnaldakı məşhurŞeypurimzasının şair-publisist, jurnalın naşiri Səməd Mənsura mənsubluğu barədə iddia edilsə , Hüseyn Həşimlinin fikrincə, bu, doğru deyil. Məşhur salnaməçi Qulam MəmmədliİmzalarkitabındaŞeypur”dakıŞeypurimzasını Məmməd¬əli Sidqiyə aid etmişdir tədqiqatçının yazdığına görə, bu daha əsaslıdır: “ Hər şeydən öncə, ona görə ki, Qulam Məmmədliİmzalar”ın əvvəlindəkiBir neçə söz”də M.Sidqi ilə uzun illər davam edən yaxınlığını, əməkdaşlığını, həmçinin kitabı hazırlayarkən müxtəlif imzaların toplanılması dəqiqləşdirilməsində bir sıra digər ziyalılarla yanaşı, Məmmədəli Sidqinin vaxtı ilə ona kömək etdiyini yazmışdır. Başqa imzaları dəqiqləşdirməyə kömək göstərən M.Sidqi, sözsüz ki, özünə aid imzalar barədə Q.Məmmədliyə dəqiq məlumat vermiş olmalı idi. Beləliklə, “ŞeypurjurnalındakıŞeypurimzasının məhz M.Sidqiyə məxsusluğunu təsdiqləməyə tam əsas var”.

Jurnalın ilk sayındakıAltı ay” məqaləsində Məmmədəli Sidqinin əsas diqqəti 1918-ci ilin qanlı mart qırğınından ötən altı aya yönəldərək azərbaycanlılara xitabən yazırdı: “Altı aydır ki, gülməmisən. Mart hadisatından, bolşeviklərin təbirincə, vətəndaş müharibəsindən sonra suya batmış toyuq kimi suyu süzülə-süzülə bir tərəfdə qalmışdın. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin. Küçədən keçəndə küçə dibi ilə yeriyib, öz ana dilində danışmağa ehtiyat edirdin...” Göründüyü kimi, M. Sidqi mart hadisələrini vətəndaş müharibəsi sayan bolşeviklərin üzünü qısa ştrixlə açır. Həmin saydaYaftımimzalıZəbani-haladlı şeirdə isə bolşeviklərin, Şaumyan kimi maskalı daşnakların Bakıdakı qanlı cinayətləri pislənilir:

Jurnalın naşiri Səməd Mənsurun ilk saydaPompuşalıimzasıyla verilmişQaçmaq günüdürşeirində Azərbaycan türk silahlı qüvvələrinin Bakını azad etmək üçün birgə hərbi əməliyyatları alqışlanır, torpaqlarımızdan çəkilməyə məcbur qalan ingilis erməni bölüklərinə ironiya ilə xitab olunur. Bu saydaŞeypur”un lüğətibaşlıqlı satirik şərhlərdə ermənilərin üzü açılır.

Şeypur”un 3-cü sayındakıTeleqraf xəbərləri”ndə milli qüvvələrin Bakını yadellilərdən azad etməsi xəbərindən əndişələnən ermənilərin məkrli siması satirik tərzdə ifşa edilir: “...Andranik Bakının alınması xəbərini eşitcək canını bədənindən çıxarıb, tezliklə özünü Bakıya yetirmək üçün propusk alıb havaya qalxdı. Andranikin keçəcəyi yollara xəbər verildi ki, hər yerdə onu müşayiət etsinlər...

Dünən Andranikin ruhu qara paltarda Şuşa şəhəri üzərindən Bakıya tərəf keçdi. İrəvan- Andranikin ruhunun Bakıya tərəf getməsi xəbəri alınan kimi ermənilər tərəfindən Hamazaspa təbrik teleqrafları göndərildi. Andranikin ruhu Bakıdan qayıdana qədər onun cəmdəyini saxlamaq lazım gəldiyindən İrəvandan Zəngəzura bir dəstə nümayəndə göndərildi ki, Andranikin cəmdəyini İrəvana gətirsinlər

Şeypur”un 4-cü sayında Məmmədəli Sidqinin dərc etdirdiyi “Tiflis dumasıadlı məqalədəsosialist dərisi örtmüş daşnakların” 1918-ci ilin martında törətdikləri qanlı qırğınları pərdə¬ləməsi, uydurmalar yayması, bolşeviklərin erməniləri dəstəkləməsi, azərbaycanlılara münasibətdə ayrı-seçkilik etməsi, azərbaycanlıların əks-inqilabçı adıyla qırdırılması diqqət mərkəzinə çəkilir. Müəllif istehza qəzəblə yazır: “Qafqaz islam əhalisi hamısıkontrevolyusioner”, yəni əksinqilabçı olduqlarına görə onların qətli vacibdir. Lakin kirvələr əsl həqiqi sosialist, yəni cibgir olduqlarından onlar lazımlı adamlardırlar. Özləri azdırlar. ...Onlara əl gəzdirib azaltmaq yaxşı deyildir”. M.Sidqi əsl vətəndaş yanğısı ilə belə bir haqlı sual verirdi: “Amma bircə burası var ki, bilmirəm, burəhmli ağalarbir neçə ildə bütün Qafqaziyada müsəlman qanı çay kimi axanda harada idilər?”

Jurnalın 5-ci sayındakıRəsmi-güşadadlı yazıda azərbaycanlılarda düşmənə qarşı birliyin, səfərbərlik ruhunun güclü olmasının vacibliyi önə çəkilmiş, eyni zamanda mart hadisələrindən danışılarkən erməni namərdliyinin üzü konkret şəkildə açılmış, onlarınmüsəlmanları qırması, evləri çapıb talaması, bazarları yandırmasınəzərə çatdırılmışdır. Bu saydakıTaziyanəadlı şeir parçasında daBakı yandı, millət qırıldıharayı eşidilir.

6-cı saydaŞeypurimzalı müəllifin istəyirlər?” adlı məqaləsində erməni xislətinin böhtankeş mahiyyəti önə çəkilmişdir. Bu saydakıBir diplomat ilə müsahibə”də erməni quldurların günahsız azərbaycanlıları qətlə yetirməsi nəzərə çatdırılır: ”Erməni cümhuriyyətinin müsəlləh qüvvəsi Andranik başda olmaqla xırda uşaq-muşaqları qırmaqla rəşadətini göstərir” .

7-ci saydaMərqubimzasıyla verilmişTəqsirkar gücsüzdüradlı məqalədə 1918-ci ilin mart hadisələrində daşnakların təkcə Bakıda 13 min azərbaycanlını əsir götürməsi, onların ev-eşiyini talan etməsi barədə danışılır: ”Bu on üç min nəfərin evi, məlum olduğu kimi, Caparidze Məşədi bəyin söylədiyinə görə talanlanmışdır. Aparılan aparılıb, yerdə qalan stəkan, nimçə kimi şeylər sındırılmışdı”. Məqalədə o da vurğulanır ki, ermənilərin törətdiyi vəhşilik talanın miqyası daha böyük olmuş, bolşeviklər isəcamaatı həyəcana gətirməmək üçün birə üç dəfə az demişlər” .

8-ci saydakı “Bu günməqaləsində isə AndranikinQarabağda müsəlmanları qırmağa başlaması”, Ermənistan hökumətinin ona dəstək verməsi, ermənilərin əsassız iddiaları nəzərə çatdırılır: “Həyasız adamdan hər desən, baş verər. Bu həyasızlardan biri Ermənistan hökumətinin baş komandanı Andranik kirvədir ki, yenə Qarabağda baş qaldırıb müsəlmanları qırmağa başlamışdır. Ermənistan hökuməti gözlərini yumub, əli ilə işarə eləyir. Ermənistan hökumətinin tövr siyasət yeritdiyini fikirdə olduğunu təfsir etmək artıqdır. Bu hökumət deyir ki, Qafqazda Gürcüstan Azərbaycan ola bilməz. Burda ancaq bir Ermənistan ola bilər. Qafqazın hamısı ya gərək Ermənistan olsun, ya da Ermənistana tabe kimi bir şey olsun” . Məqalə müəllifi “Şeypur” (M. Sidqi) onu da vurğulayır ki, Tiflisdə çıxan “Qruziya” qəzeti Upuçnin adlı rus yazıçısının “Keçmiş xülyalar” adlı məqaləsini öz səhifələrində dərc etməklə ermənilərə cavab vermək istəmişdir. “Azərbaycan” qəzeti də həmin məqalənin tərcüməsini dərc etmişdir. Bu məqalədə Upuçnin aşkar şəkildə yazır ki, Qafqazda Ermənistan adlı bir şey olmayıbdır. Ruslar Qafqazı tutanda burada bir Gürcüstan olub, bir də Azərbaycan xanlıqları...Həmin saydakı “Teleqraf xəbərləri”ndə, eləcə də “Özciyəzim” imzasıyla verilmiş “Azərbaycan” adlı məqalədə Andranikin və Biçeraxovun Zəngəzur və Cəbrayıl qəzalarında soydaşlarımıza qarşı qırğınlar təşkil etməsi, Ermənistanın Kaçaznuni hökumətinin buna dəstək verməsi faktları önə çəkilmişdir.

Bu sayda “Kənarçı Pompuşalı”nın (Səməd Mənsurun) “Ziyalılarımız” felyetonunda bolşevik-daşnak qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan danışılmış, həmçinin tarixi saxtalaşdıran, hətta Nuh peyğəmbərin, Adəm ilə Həvvanın erməni olduğunu iddia edən ermənilərin cəfəng uydurmaları satirik tənqid hədəfinə çevrilmişdir.

Jurnalın 9-cu sayındakı “Siyasət” adlı məqalədə də (müəllifi “Şeypur”- M. Sidqi) bədnam Andranikin törətdiyi qırğınlardan danışılır. Həmin sayın “Teleqraf xəbərləri”ndəki tarixi faktlar isə “Bakı-Şamaxı mahalında mart hadisələrində 50 min müsəlmanın qanını axıdan Styopa Lalayevin”, həmçinin Qarabağda məskunlaşmış ermənilərin iç üzünü açır. O da vurğulanır ki, daşnaklar mart hadisələrində bolşevik cildinə girərək azərbaycanlıları əksinqilabçı kimi qələmə verməklə onları qırmalarına haqq qazandırmaq istəmişlər. Jurnalın 10-cu sayındakı “Teleqraf xəbərləri”ndə də Andranikin vəhşilikləri faktlarla ifşa olunmuşdur .

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2014.- 12 noyabr.- S.11.