Hüseyn Cavan Güney Azərbaycanda milli
demokratik hökumətin fəallarından olub
O, ayrılıq həsrətini
gah dağlara, gah zaman-zaman o taydan bu taya, bu taydan o taya uçub
gedən durnalara söyləyib
Poeziya tarixin bizə göstərə bilmədiyi
qaranlıq və dumanlı dövr¬lərdə doğulub,
zaman-zaman inkişaf etdib, müxtəlif şəkil¬lər¬də,
müxtəlif tərzlərdə inkişaf edə-edə
bizim dövrə gəlib çatıb. Millətlərin
ictimai həyatı, əhval-ruhiyyəsində iz buraxan
böyük tarixi hadisələr heç zaman poeziyaya təsirsiz
qalmayıb. İslahat, tənzimat və
inqilablar ictimayyətin həyatında bir sıra dəyişikliklər
etdiyi kimi, ədəbiyyatda da yeni ədəbi hərəkatlar,
yeni üsul və şəkillər yaradıb. Odur ki, hər millətin müxtəlif dövrlərdəki
həyatını, inkişafını, mədəniyyətini
ədəbiy¬yatdan öyrənmək ən sadə üsuldur.
Ədəbiyyat, o cümlədən poeziya hər kəsin
üzünə açıq, çiçəkli,
bağçalı möhtəşəm bir məktəbdir,
hər kəs orada hər çiçəkdən bir ətir,
hər güldən bir ziya, bir rəng almaqla çox şeylər
öyrənə bilər ki, bu da ədəbiyyatın bəşəriyyət
üçün nə qədər önəmli və vacib
olduğunu göstərir.
Ədəbiyyatın ürəyi sayılan poeziyanın ən
böyük əhəmiyyəti isə insanların qəlbində
humanist duyğular, nəcib hisslər doğurmasın¬dan ibarətdir. Əsrlərdən
bəri dühaların bədii fəhmin
işığında yaratdığı əsərlər
insanlarda yüksək mənəvi keyfiyyətlər yarada¬raq
onları yüksək ideala, ülvi bir həqiqətə
sövq edib. Azərbaycan xalqının mənəvi həyatında
böyük tərbiyəvi əhə¬miyyətə malik olan
bədii söz xəzinəsi, “el sözü”, “xalq
yara¬dıcılığı”, “el ədəbiyyatı”,
“ağız ədəbiyyatı”, “şifahi ədəbiyyat”
kimi müxtəlif adlarla yaşayıb. Bir
sıra xalqlarda olduğu kimi bizdə də bu, XX əsrin əvvəllərindən
folklor adını daşımaq¬dadır. Folklor
qədim dövrlərdən bəri xalqın qida mənbəyi,
“xalq kitabı” olub.
Azərbaycan xalq yaradıcılığı zəngin sənət
inciləri xəzinəsidir. Xalq
yaradıcılığı, xalqın əqli birliyinin tən¬tənəsi,
parlaq təzahürüdür. Xalqın
zehni inkişaf səviyyəsini, istedadını, estetik
duyumundakı zərifliyi biruzə verən əsl amildir.
Hər bir nümunə neçə-neçə
yüzilliklər arasından bugünümüzə uzanan incə
tellər kimi gərilib, ani titrəyişdən, xəfif bir təmasdan
mənsub olduğu xalqın taleyi, maddi-mənəvi güzəranı
barədə saysız-hesabsı hekayətlər söyləməyə
qadirdir. Şifahi xalq ədəbiyyatının
nümunələri xalqımızın tarixinin müxtəlif
dövrlərində işlənə-işlənə parlaq
bir inciyə dönüb, əsrlərin sərt
sınaqlarından çıxıb, öz dərin mənasını
saxlayıb, söz sərrafı, əql və kamal sahiblərinin
dilində əsrarəngiz nəğmələrə
çevrilib, nəsildən - nəslə keçərək,
öz təravətini itirmədən bizə gəlib
çatıb.
Bu tükənib-bitməyən baldan şirin suyu olan
bulaqdan qay¬naqlanan, bəhrələnən insanlar bir-birindən
dəyərli, qiymətli əsərlər yaradaraq bizim
üçün ərməğan etmiş, qiymətsiz bir
miras buraxıblar. Heç şübhə yoxdur ki,
soy-köksüz insan olmadığı kimi,
kökü-rişəsi olmayan ədəbiyyat da yoxdur. Aydın məsələdir ki, öz fitri
istedadları ilə bütün dünyaya səs salan klassiklərimiz
öz möhtə¬şəm əsərlərini folklordan,
şifahi xalq ədəbiyyatından qidalanaraq
yaratmışlar. Quzey Azərbaycanda
olduğu kimi, Güney Azərbaycanda da yazıb-yaradan şairlər,
söz sərrafları bu misilsiz xəzinənin ləllərinin
parıltısından enerji mənbəyi kimi olduqca məharətlə
qidalanaraq bir-birindən gözəl əsərlər meydana gətirmişlər.
Heç şübhəsiz, istər XX əsrin əvvəllərində,
istərsə də ikinci ya¬rı¬sında yazıb-yaradan qələm
sahibləri öz sələflərinin ənənəsindən
geri qalmayaraq bunu ləyaqətlə davam etdiriblər. 1950-1980-ci illərdə
fəaliyyət göstərən cənublu şairlər də
bu daim əlaçı tələbələr
yetişdirmiş məktəbin olduqca çalışqan, fəal
şagirdlərinə çevrilərək, eyni zamanda
yaşadqları dövrün ictimai-siyasi hadislərini nəzərə
alaraq, bədii cəhətdən zəngin əsərlər
meydana gətirmişlər.
Ümumiyyətlə, Azərbaycan şeirinin tarixi milli zəmində
inkaşıfının bünövrəsi folklordan, folklorun
təkanı, minil¬liklərdən keçərək
günümüzə ötürülməsində şifahi
poeziyanın danışan dili olan aşıq poeziyası
önəmli yer tutub. Əgər Azərbaycan şeirinin bir qanadını
klassik poeziya təşkil edibsə, o biri qanadını bilavasitə
folklorumuzu saz və sözlə XXI əsrə kimi eşq, məhəbbət,
sevgi, halallıq, gözəllik, iman, vətən, torpaqsevərlik
səmalarında uçurdan aşıq poeziyası olub. O
taylı, bu taylı Azərbaycanda aşıq
poe¬ziyasının xalqın estetik tərbiyəsində nə
qədər böyük bir rol oynadığını və
ümumiyyətlə, siyasi-ictimai, əxlaqi və fəlsəfi
vəzifələri yerinə yetirdiyi bizə tarixdən
çox yaxşı məlumdur. Əgər
1950-1980-ci illərdə aşıq poeziyası ilə məşğul
olanlara nəzər yetirsək, buna misal olaraq
yaradıcılığında ictimai məna olduqca dərin təfəkkürə
və təxəyyülə mailk olan qüdrətli şair
Aşıq Hüseyn Cavanı göstərmək olar.
Aşıq Hüseyn Cavan (Hüseyn Mikayıl oğlu)
1917-ci ildə Güney Azərbaycanın Qaradağ
mahalının Gərmədiz bölgəsinin Ovtu kəndində
dünyaya göz açıb. Misilsiz bir aşıq, irfani bir
şair olan, mütərəqqi poeziyanın ən yüksək
prinsiplərini canında, qanında yaşadan Aşıq
Ələsgəri sənətdə özünə ideal
seçmiş Hüseyn Cavan Güney Azərbaycanda milli
demokratik hökumətin fəallarından olub, bir əlində
silah, bir əlində saz fədailər sırasın¬da
vuruşub. Güney Azərbaycan şah
qoşunları tərəfindən işğal olunduqdan sonra
vətənin bu tayına pənah gətirib. Burada sənətini, dəsti-xəttini daha da təkmilləşdirib
və 8 qədər kitabı çap edilib. 1986-cı ildə Quzey Azərbaycanın Goranboy
bölgəsində vəfat edən Aşıq Hüseyn
Cavanın yaradıcılı¬ğın¬da poetik təsvirlər,
fikirlər, obrazlar silsiləsi olduqca aydındır. Aşığın qoşma və gəraylılarında,
müxəmməslərində dil, bədii söz, obrazlı
ifadə xalqın danışıq dilinə yaxın, təbii
və gözəldir, insanın psixoloji vəziyyətinin bədii
lövhəsi kimi görünür. Azərbaycanın
səfalı və gözəl dağlarına,
yaylaqlarına, təbiət mənzərələrinə həsr
olunmuş şeirlərini təbii boyalarla qələmə
alıb.
Həyat, varlıq, dünya sənətkar
üçün daim müşahidə obyektidir, onun hisslərinə,
duyğularına, xəyallarına qol-qanad verir. Yaradıcılıqda
tematik və bədii forma rəngarəngliyinin bir sirri də
elə bundadır. Şübhəsiz ki, həyatla
bağlı olan, xalqın yaşayışından və
mübarizəsindən ilham alan sənətkar
bir mövzuda heç zaman ilişib qala bilməz. Aşıq Hüseyn Cavanın da poeziyası bu
gözəl xüsusiyyətə malikdir. O, ictimai-siyasi
mübarizələri, təbiət mənzərələrini,
mənəvi, əxlaqi problemləri, sevgi və məhəbbət
duyğularını əks etdirən şeirlərlə
yanaşı, millətin, xalqın, vətənin,
torpağın dərdini ifadə edən əsərlər də
yaratmış, ayrılıq həsrətini gah dağlara, gah
zaman-zaman o taydan bu taya, bu taydan o taya uçub gedən durnalara
söyləyib, gah telli sazının hayqırtısı ilə
haray çəkib, ən əsası isə klsassik ədəbiyyatımızın
qaynaqların¬dan bol-bol şirə almış, zəngin
aşıq sənətini dərindən mənimsəmiş
sənətkar folklor şeirinin bütün formalarında
olduqca mükəmməl əsərlər yaradaraq, eyni zamanda
böyük navator kimi aşıq poeziyasını yeni mərhələyə
qaldırıb:
Ana yurdum
Azərbaycan,
Geniş ümmanlar sənindir.
Göy
çəmənlər, yaşıl düzlər,
Qalın ormanlar sənindir.
Nə
gözəlsən doğma Vətən,
İlham
alıb hər gün səndən,
Təbiəti
təslim edən
Bütün loğmanlar sənindir.
Gün
kimi hər yana düşən,
Könülləri
eyləyən şən,
Gör nə
qədər dəyişmisən
Bu xoş zamanlar sənindir.
O
taylı bu taylı Azərbaycanda XII əsrdə Xəqani,
Nizami, XIII-XVII əsrlərdə Nəsir Bakuvi, Həsənoğlu,
Qazi Bürhanəddin, Qazi Zərir, Nəsimi, Şeyx Qasım
Ənvar, Şeyx Əlvan Şirazi, Həqiqi, Həbibi,
Şah İsmayıl Xətai, Xəlili, Haşimi, Kişvəri,
Matəmi, Süruri, Hamidi, Bəsiri, Füzuli, Sadiqi
Əfşar, Saib Təbrizi, Məhəmməd Əmani,
Şah Abbas Sani, Mövci, Tərzi Əfşar, Dəruni, Təsir,
Məlik bəy Ovəci, Vahidi Təbrizi, Murtuzqulu xan Zəfər,
XVIII əsrdə Nizaməddin Tufarqanlı, Seyyid Fəttah
Marağayi, Hacı Xudaverdi, Topçi, Nəşət Təbrizi,
Lütfəli bəy Azər, Elçin Nami, xalq şeirlərinin
inkişafında Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd
Hüseyn xan Müştaqi, Ağa Məsih Şirvani, Şakir
Şirvani, Fətəli xan Müştəri, Ağa Hüseyn
Arif, Əbdülrəhman Dilbazoğlu, Arif Mustafa ağa,
Kazım ağa Salik, Mirzə Məhəmməd Fədai, XIX əsrdə
Dəxli Marağayi, Raci, Dilsuz, Qumri, Sərraf, Nəbati, Tuti,
Mirzə Əli Ləli, Heyran xanım, Bağır Xalxali,
Əsrar Təbrizi, Şukuhi Marağayi, Abbas¬qulu ağa
Bakıxanov Qüdsi, İsmayıl bəy
Qutqaşınlı, Mirzə Şəfi Vazeh, satirik şeirdə
Mirzə Baxış Nadim, Məhəmməd Cəfər
Miskin, Qasım bəy Zakir, aşiqanə xalq şeirində
Əndəbil Qaraca¬daği, Baba Zikri, Aşıq Valeh,
Aşıq Pəri, Mirzəcan Mədədov, Canıoğlu
Abdulla, Məhəmməd bəy Cavanşir Aşiq, XIX əsrin
ikinci yarısında Mirzə əfəndi Seyid Nəvari,
Sağəri, Molla Qasım Zakir, Mustafa ağa Nasir, Asi, Nakam,
Hacı Seyyid Əzim Şir¬vani, Xurşudbanu Natəvan və
başqa digər sənətkarlar Azərbaycan
poeziyasının yükünü ləyaqətlə və
şərəflə çiyinlərində daşıyaraq
bizlərə miras qoydular. Lakin bu sənətkarlar
təkcə Azərbaycan ədəbiyyatı xəzinəsinə
töhfələr bəxş etmirdilər. Bunlardan bəziləri mütərəqqi
baxışları ilə dünya ədəbiyyatına daxil
oldu, bəzilərinin yaradıcılığı
bütün müsəlman Şərqini əhatə elədi,
bəziləri isə oklean sularına qədər
tanındı. Ən çox isə Azərbaycan
poeziyası həm ümumtürk poeziyası xəzinəsinə
misilsiz töhfələr verdi, həm də
olduqca qədim tarixə və mədəniyyətə malik
olan İranın ədəbi hərəkatında müstəsna
rol oynadı.
Lakin Azərbaycanda
ədəbi hərəkatın istiqamətini şərtləndirən
geniş ictimai fon, obyektiv tarixi kontekst
bütünlüklə Yaxın Şərq idi və
şübhəsiz ki, ədəbi inkişafın tarixi
funksiyası qarşılıqlı mədəniyyətin təşəkkülü
ilə şərtlənirdi...
Vüqar Əhməd,
professor
Xalq Cəbhəsi.-
2014.- 14 noyabr.- S.14.