Mediada insan hüquqlarının qorunması problemləri

 

KİV-lər bu sahədə əhalini maarifləndirməlidir

 

İnsanların hüquq azadlıqlarının qorunmasında mətbuatın müstəsna rolu var. Amma buna baxmayaraq bəzən paradoksal hallarla da rastlaşmalı oluruq. Məsələn: müəyyən dövrlərdə ayrı-ayrı qəzetlərdə insanların şəxsi toxunulmazlıq hüququnun pozulmasını özündə əks etdirən materiallar dərc edilir ki, bu məsələ ictimaiyyətdə narazılıq yaradır. Xatırladaq ki, 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə may ayının 3-ü “Beynəlxalq Mətbuat Söz Azadlığı Günüelan olunub. Müasir dövrdə mətbuat söz azadlığı cəmiyyətin dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələriqəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı sosial fəallığı formalaşdırmaqla yanaşı, həm onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya informasiya azadlığının mühüm vasitəsi hesab edilir.

Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya sazişlərə qoşulmuşdur. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün geniş imkanlar var. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilib. Qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılıb, mətbuat orqanlarının maddi-texniki təminatı iqtisadi müstəqilliyi gücləndirilib, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub. Ölkə Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişİnsan hüquqlarının müdafiəsinə dair Dövlət Pro¬qramı”, həmçinin 1998-ci il avqustun 6-da imzaladığıAzərbaycan Respublikasında söz, fikir mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqındaFərmanı ölkəmizdə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olunub. 2000-ci ildə Mətbuat İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. 1999-cu ildəKütləvi informasiya vasitələri haqqındaqanunun, sonrakı dövrlərdə isəVətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqındaqanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən güclü vasitəyə çevrilib. 2000-ci ildə təsdiq edilən “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramıisə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb.

Bu gün mətbuat söz azadlığı sahəsindəki mütərəqqi siyasət uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Söz mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti deyib: “Bütövlükdə söz informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük uğurlu yol keçmişdir”. Ötən 10 ildə dövlət başçısı tərəfindən kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman sərəncamlar imzalanmış, qanunvericilik aktları təsdiq edilib. Bütün bunlar azad medianın inkişaf etdirilməsinə, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olub.

Hazırda Azərbaycan Respublikasında qabaqcıl azad mətbuat formalaşıb. Ölkədə 4400-dən artıq mətbuat orqanı, onlarla jurnalist təşkilatı, ümumrespublika, peyk, regional kabel televiziyaları, informasiya agentlikləri fəaliyyət göstərir. Bəs görəsən, bu gün ümumilikdə Azərbaycan mətbuatında insanların hüquq azadlıqlarının qorunması istiqamətində aparılan maarifləndirmə qaneedicidirmi?

Həftə içiqəzetinin təsisçisi baş redaktoru Sevinc Seyidova:“İnsan hüquq azadlıqları demokratik cəmiyyətdə ən başlıca prinsiplərdən sayılır. Bu cəmiyyətin əsas aparıcı qüvvələrindən biri kimi mətbuat da sözügedən sahəyə xüsusi diqqət ayırmalıdır. Təsdüfi deyil ki, mətbuatın bu sahəyə xüsusi yer verməsi dövlətimizin diqqətindədir. Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu elan etdiyi layihə müsabiqələrində insan hüquq azadlıqları mövzusunu 1-ci istiqamət kimi təqdim edir.Həftə içiqəzeti olaraq biz layihələrə start veriləndən məhz bu istiqaməti seçmişik. Bununla da ölkəmizin demokratik inkişafına töhfəmizi verməyə çalışırıq. Ümumiyyətlə isə mətbuatımız sözügedən sahəyə diqqət ayırsa da, burada bir sıra çatışmazlıqlar var. Bu sahə ilə bağlı hazırlanan yazılarda şəxsi həyatın toxunulmazlığı, digər insanların hüquqlarının tapdalanmasına yol verilməməsi əsas tutulmalıdır. Həmçinin insan hüquq azadlıqları ilə bağlı məqalələr hazırlayan jurnalistlərin peşəkarlığı artırılmalıdır. Mətbuat cəmiyyətin güzgüsü sayıldığı üçün qərəzsizlik şəffaflıq ön plana keçməlidir. Qəzet olaraq bu sahə ilə bağlı həyata keçirdiyimiz layihələr zamanı apardığımız araşdırmalara əsasən söyləyə bilərəm ki, cəmiyyətimizdə insanlarımız hüquq azadlıqlarının müdafiəsi, onların təmini ilə əlaqədar maarifləndirmə işlərinə ciddi ehtiyac duyurlar. Bu baxımdan gündəlik dövri mətbuatın vətəndaşlarımızın maarifləndirilməsi işində çiyinlərinə böyük məsuliyyət düşür. Bu funksiyanın yerinə yetirilməsi üçünsə qəzetlər sözügedən sahəni daim diqqətdə saxlamalı, vətəndaşlarımızı maraqlandıran, cəmiyyətimizi narahat edən problemlərə həssaslıqla yanaşmalıdılar“.

Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu: “Əslində siz çox aktual bir məsələyə toxunmusunuz. Çünki bu gün ümumilikdə Azərbaycan cəmiyyətinin hüquqi baxımdan maariflənməsinə ciddi ehtiyac var. Bir vaxtlar KİV-lərin əksəriyyətində “hüquq guşəsi“ adlı rubrika hazırlanırdı. Düzdür, həmin rubrikada sualların çoxu redaksiyada tərtib olunsa da, vətəndaşların maariflənməsi baxımından önəm daşıyırdı. Lakin çox təəssüf ki, belə rubrikaların sayı olduqca azdır və bu baxımdan cəmiyyətin hüquqi maariflənməsi müəyyən dərəcədə axsayır. Digər tərəfdən qanunverici orqanımızda mütəmadi şəkildə yeni qanunlar qəbul olunur və mövcud qanunvericilik bazası təkmilləşdirilir. Amma gəlin görək bu sahədəki hüquqşünaslar həmin qanunları hərtərəfli mənimsəyə bilirlərmi? Əlbəttə ki yox. Əslində bu kimi məsələlər də vətəndaşlarımızın hüquqları barədə bilgilənməsini əngəlləyir. Təbii ki, müəyyən məqamlarda KİV nümayəndələri olaraq biz də məsuliyyət daşıyırıq. Məsələn, qarşıdan seçkilər gəlməsinə baxmayaraq vətəndaşların seçki hüquqlarına yer ayırmırıq. Axı seçki də insanların konstitusiyada təsbit olunmuş hüquqlarından biridir. Bəzi KİV-lər bu məsələdə ancaq “qara piar“a üstünlük verir və tanınmış insanların, hətta ictimai-siyasi xadimlərin şəxsi toxunulmazlıq hüququnu pozur. Bir məsələ kiminsə mənafeyinə uyğun siyasiləşdirilirsə, bu, birbaşa olaraq qarşı tərəfin şəxsi toxunulmazlıq hüququnun pozulmasına yönəlir. Ona görə də yerli KİV-lər belə məsələlərdə daha diqqətli olmalıdır“.

Oxucu.info portalının baş redaktoru Məhərrəm Ağalaroğlu: “Düzdür, bəzi qəzetlərimizdə bu məsələyə səthi yanaşırlar, onların da maraqları aydındır. Amma Prezidentimizin insan hüquqlarının qorunmasıyla bağlı imzaladığı qanunlara əksər qəzetlərimiz riayət edir. Qəzet əhalini maarifləndirməlidir ki, burada da ən başlıca yeri insan hüquq və azadlıqları tutur. Qəzetlərimiz bu sahəyə diqqəti artırmalıdır. Amma söz azadlığı, plüralizm, problemlərin mediada qaldırılması heç də kiməsə böhtan, şər atmaq demək deyil. Bəzi vətəndaşlarımız hüququnu tələb etmək pərdəsi altında böhtana, şantaja da əl atır. Bu isə mediada yolverilməzdir. Amma bütünlükdə mediamızda insan hüquqlarının qorunması məsələsinə geniş yer verilir. KİV-ə Dəstək Fondu mediada insah haqlarının qorunması ilə bağlı müsabiqələr elan edir, bu sahədə layihə verən qəzetlərə maliyyə yardımı göstərir və s.”.

 

Cavid

Xalq Cəbhəsi.- 2014.- 14 noyabr.- S.11.