Dilimiz xalqımızın sayəsində
yaşayacaq
Azərbaycan dili keşmə-keçidli
dünyada öz yerini qorumalıdır. Dünyada
ulularımız M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə,
Üzeyir Hacıbəyli, Şəhriyar və neçə-neçə
söz xiridarlarımızın yazıb-yaratdıqları
doğma, şirin Azərbaycan türkcəsi bu gün iki yerə
bölünsə də, onun qüdrəti, qüvvəti hələ
də xalqın iradəsi sayəsində yaşamaqdadır. Ancaq qloballaşma təhlükəsi
bütün dünya
dillərində olduğu kimi,
bizim dilimizin də
başının üstünü kəsib.
Bu bəladan az itki ilə çıxmaq üçün
xalqımız durmadan mübarizə
aparmalı, dilimizi qorumalıdır.
Onu da qeyd edək ki, dünya dilləri qohumluq dərəcəsinə görə kifayət qədər dolğun şərh olunaraq bölüşdürülüb. Deyək ki, ispan və portugəz dilləri nə qədər müstəqil olsalar da, o dillərin daşıyıcıları ispanlar və portugəzlər bir-birilərinin qəzet və jurnallarını oxuyub başa düşürlər. Ancaq danışanda anlam çətinlikləri olur. Eləcə də finlər və estonlar bir-birilərini başa düşə bilirlər. Danimarklar, isveçlilər və norveçlilər deyirlər ki, onların dilləri fərqlidir. Ancaq M. Pey yazır ki, italyan dialektləri Siciliya və Pidmontese arasındakı fərqlər 3 skandinav dili arasındakı fərqlərdən çoxdur. Rumın və moldavan dilləri eyni olsalar da, onların adları müxtəlifdir. Bu gün Azərbaycan və Türkiyə türkcəsindən danışılsa da, onların eyni dil olmaları heç bir şübhə doğurmur. Serb və xorvat dilləri arasındakı fərq ondan ibarətdir ki, birincinin yazısı kirildə, ikincininki isə latın qrafikasındadır.
Azərbaycan dilinin sabahı qloballaşmanın vüsətindən asılıdır. Biz nə qədər çalışsaq da dünyada gedən iqtisadi, mədəni, geosiyasi təmərküzləşmə dilə də öz təsirini göstərir. Bu gün dünyada qeyri azərbaycanlılar dilimizi öyrənməyə, ondan hər yerdə istifadə etməyə o qədər də maraq göstərmirlər.
Neft sənayesinin özündə belə bizim dilimizdə yaranan və sonra başqalarının işlətdiyi sözə və ya cümlə tipinə rast gəlmək olmur. Biz bu gün “Pipeline” sözünü ingilisdən götürüb dilimizə “boru kəməri” kimi ifadə ilə tərcümə edirik. Halbuki kəmər və boru sözləri dilimizdə işlənən sinonimlərdir.
Ölkə daxilində xalqımızın köməyilə dilimizi qoruyub saxlaya bilərik. Bu işdə ziylılarımızın, yazarlarımızın, siyasi xadimərimizin, əsasən də gənclərizin üzərinə böyük yük düşür. Əsrlərdən bəri bütün yadeli hücumlara sinə gərmiş dilimiz bu gün də böyük Azərbaycan xalqının sayəsində yaşayacaq. Bunun ən qısa yolu iqtisadiyyatımızın qüdrətli olmasından keçir.Özümüz istehsal edib ad verə bilsək, həmin ad bizim məhsulumuzla birgə dünyaya yayıla bilər. Necə ki, türkün dönəri, toyuğu, yokhurdu və s. bütün dünyada bu adlarla məşhurdur.
Bəzi ölkələrdə müəyyən sahədə bir, başqa sahədə isə tamam başqa dil işlənir. Məsələn, Lüksemurqda məktəbdə fransız, qəzet oxuyanda alman, evdə isə alman dilinin yerli Lüksemburq dialektində danışırlar. Paraqvayda insanlar biznes işlərində ispan, qalan hallarda isə yerli hindilərin dili olan quarani dilindən istifadə edirlər. Yunanıstanda da uzun illər məktəbdə katherovusa, ictimai yerlərdə isə dhimotiki dilindən istifadə edilirdi.
İki və artıq dilli ölkələrdə həmişə dil konfliktləri müşahidə olunur. Keçmiş Sovetlər birliyində bu, müttəfiq respublikalarda adi hal idi. Belçikada bir şəhərin 3 adı var. Fransızların Liege adlandıdığı şəhəri danimarkalılar Luik, almanlar isə Lütix kimi işlədirlər. Flamandriyanın paytaxtı fransızca Bruges (broozsh), daç dilində Brugge, almanca Brüke adlanır. Flamandların çoxluq təşkil etdiyi Belçikada valonların ağalığı vaxtı parlamentdə və məktəbdə flamandca və ya daçca danışmaq qadağan idi.
Bəzən naşı adamlar
dillərin çətinliyinə və asanlığına
görə fərqli olmasını xüsusi
qeyd edirlər. Ancaq bu çətinlik və asanlığı əsaslandırmaq
o qədər də asan
olmur. Məsələn, ingilis
dilində hal kateqoriyası yoxdur, fin dilində isə
15 hal var, başqa sözlə desək, bu
dildə hər bir isim
15 şəklə düşür: nom., akk,, allativ,
inessiv, komitativ və s. Təsəvvür edək ki,
hər bir azərbaycanlı daş, diş, duz və s. sözlərini
15 halda işlədir. Dünyada
ən geniş yayılmış ingilis dilində isə ümumi
və yiyəlik halları var. Birinci sıfır şəkilçi ilə, ikinci isə “-s”
artırmaqla düzəlir. Bu dildə əvəzlik 3 cür,
(/İ/ (mən), /my/(mənim), /me/(mənə)), fel isə
5 cür (/ride/ (miniklə
getmə), /rides/ (3-cü şəxs təkdə=o,
miniklə gedir), /rode/
(həmin felin keçmiş
zaman-preterit forması), /riding/( davamlı indiki zaman düzəltmək
üçün forma)
və /ridden/ ( məchul növü
düzəltmək üçün forma) dəyişir. Alman dilində isə felin 15 forması var: /lesen-lese, lies, liest, lest, lesen, las, last, lasen, (hat) gelesen, läse, läsen, läst, läsest, lesend/. Qəribə gəlir, elə
deyilmi? Ancaq bu belədir.
Qəribəliklər bununla bitmir.
Eyni denotat bir dildə
qadın cinsinə (məs. “şəhər”
alman dilində /die Stadt/), onunla genetik cəhətdən qohum olan rus
dilində isə kişi cinsinə
aidir: (/город/). Rus dilində ismin
12 (tək və cəmdə bütün hallarda), sifətin 16 forması mövcuddur.
İngilis və alman dillərində isə sifətin 3 forması var: /blond, blonder
(than), blondest: blond, blonder(als),
blondst/.
Romanlarda
/grey/(boz) sözünün qarşılığı
yoxdur. İrlandiyanın gəlik dilində
hə və yox-un qarşılığı
yoxdur. Onlar deyirlər /İ think not// və
ya /This is so//. İtalyanlar
/qardaş qızı/
və /qız nəvə/-ni, eləcə də /qardaş oğlu/ ilə /oğlan nəvə/-ni fərqləndirmirlər. Fransız
dilində sifət isimdən sonra gəlir: /l`auto rouge/. Ancaq alman dilinin təsirilə
Raynlandda normal söz sırası işlənir.
Gəlik
dilini başa düşməyənlər Şotlandiyanın
dağlıq yerlərində
bu diln təsiri
altında müəyyən
ifadələr işlədirlər.
Yaponlar müəyyən və qeyri-müəyyən artiklin
nə olduğunu bilmirlər. Digər tərəfdən,
yaponlar isimlərin tək və cəmini fərqləndirmirlər.
Onlar həmçinin gələcək
zaman deyilən şey tanımırlar.
Onlar /Tokyo e yukimasu// deyəndə həm /Tokiyoya gedirəm/, həm də /Tokiyoya gedəcəyəm//
ifadə edirlər. Əlbəttə, burada kontekst
köməyə gəlir.
Digər
tərəfən, yapon
cümlələrinin yarısı
mübtədasız olur.
Yunan dilində ümumi ünsiyyətə xidmət
edən 70-ə yaxın
jest var. Məsələn, sol əli çənəyə
söykəyir, gözün
birini bağlayır,
o biri göz orta məsafəyə baxır, o biri əli isə o yan-bu yana yelləyirlər...
“Mən bilmirəm
ki, buna nə edim?”
Dünyanın 6500 dilində bütün bu “bədən dili”lə bağlı işarələri hesablaya
bilərikmi? Bəzi ölkələrdə 2-3 dil
(Belçika), bəzilərində
isə (Kamerun, Papua, Yeni Qvineya və
s.) 100-ə qədər dil
var. Hindistan 1600 dil və dialektlə yəqin ki, dünyada liderdir. Hollandiya ilə Qərbi Almaniya, Şimali Almaniya ilə Danimarka əhalisi bir-birilərini öz həmvətənlilərindən yaxşı başa üşürlər. Kolumb yeni
dünyanı kəşf
edəndə orada 1000
dil vardı, hazırda onlardan 600-ü qalıb.
Dillər daim dəyişməkdədir. Alimlərin
fikrincə, ən az dəyişən
dil island dilidir. Belə ki, islandlar minillik
tarixi olan saqaları asanlıqla oxuya bilirlər. İngilis ili
ən çox dəyişikliyə uğrayan
dildir. Özü də həm
leksikonda, həm də sintaktik səviyyədə bu dəyişikliklər aydın
hiss olunur. Ancaq ingilis
orfoqrafiyası bu dəyişiklikləri qəti
nəzərə almır.
Professor
Fəxrəddin Veysəlli.
Xalq Cəbhəsi.
- 2014.- 19 noyabr. S. 13.