Əbülfəs Qarayev
Astarada vətəndaşları qəbul edib
Noyabrın 19-da mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Astara şəhərindəki
Heydər Əliyev Mərkəzində Lənkəran,
Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı rayonlarından
olan sakinləri qəbul edib. APA-nın cənub bürosunun məlumatına
görə, nazirliyin məsul işçilərinin
də qatıldıqları
qəbulda vətəndaşlar
Ə.Qarayevə müxtəlif
xahiş və təkliflərlə müraciət
ediblər. Həmin
müraciətlər əsasən
ümumtəhsil məktəblərində
mədəniyyət olimpiadalarının
keçirilməsi, “Fəxri
kitabxanaçı” adının
təsis edilməsi, Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən
tarix-diyarşünaslıq muzeyinin filialının açılması, kitabxanaların
komplektləşdirilməsi məqsədilə vahid təchizat bazasının
yaradılması, Astara
rayonunda IX əsrə
aid su dəyirmanının
konservasiya olunması,
adları “Qızıl
kitab”a düşmüş
gənc musiqiçilərin
bölgələrdə konsertlərinin
təşkil edilməsi,
rayonlarda folklor festivallarının keçirilməsi,
uşaq-incəsənət məktəblərində yeni
şöbələrin açılması,
respublika ərazisində
olan tarixi abidələr barədə
məlumat-kitabçaların nəşr olunması və rayonlara göndərilməsi, arxeoloji
qazıntıların aparılması,
tarix və mədəniyyət abidələrin
bərpasına köməklik
göstərilməsi, gözdən
əlil olan insanlar üçün mərkəzi kitabxanalara xüsusi kompüterlərin
verilməsi, mədəniyyət
sahəsində ixtisaslı
mütəxəssislərin rayonlara göndərilməsi
və digər məsələlərlə bağlı
olub. Vətəndaşları dinləyən nazir
Ə.Qarayev bütün
məsələlərin diqqətlə
nəzərdən keçiriləcəyini,
onların həlli üçün lazımi
tədbirlərin görüləcəyini
bildirib. Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətinə
aid olmayan təklif və müraciətlər
isə aidiyyəti orqanlara çatdırılmaqdan
ötrü qeydiyyata götürülüb. Qəbuldan sonra
nazir Ə.Qarayevin, nazirliyin məsul işçilərinin, rayonların
mədəniyyət və
turizm müəssisləri
rəhbərlərinin iştirakı
ilə geniş müşavirə keçirilib.
Xalq Cəbhəsi.- 2014.- 20 noyabr.- S.14.