Dünya monodillilik
istiqamətində sürətlə irəliləyir
Dillərin sıxışdırılması
və ləğvi planetimizin zəngin mədəni müxtəlifliyinə
ciddi zərbədir
Dünyanın dil xəritəsinə nəzər salsaq görərik ki, bəzi ölkələrdə
dil mənzərəsi
çox rəngarəngdir. Məsələn, İsveçrədə 4 rəsmi
dil var (alman, fransız, italyan və retroroman). Bu axırıncı sərt
qışı və
nadir coğrafiyası olan
şərqdə - St.Mori,
Davos və Klosters kimi təcrid
olunmuş gözəl
yerlərdə işlənir.
Retroroman
dilinin 5 variantı məlumdur. Sutselvadan
olanlar “vagned na qua”(gəl
bura) deyirsə, başqa dərədən
olanlar həmin ifadəni “vegni neu chen” kimi
işlədirlər. Başqa yerlərdə
isə eyni cür danışıb katolik və protestant olmasına rəğmən
fərqli yazırlar.
Alman dili (Almaniya, Avstriya, İsveçrə, Rumıniya,
Fransa, Macarıstan, Rusiya, Qazaxstan, Polşa, Belçika və s.) ədəbi dildən kənar çətin başa düşülən milli
dil və dialektləri əhatə edir, onlar fərqli
leksikonla və sintaktik strukturlarla səciyyələnir. Hətta bir ölkə
daxilində-Almaniyanın Bavariya
dialektində /Samstag/
(şənbə), Berlində
/Sonnaband/, su borusunu təmir edənə /Spengler/, Berlində
isə /Klempner/ deyirlər.
İtalyan dili də çox
qəribəliklərlə səciyyələnir. Məlumdur ki, İtaliyada
milli dil kimi Florensiya və Tuscan dialektləri formalaşıb. 1979-cu ildə ölkə əhalisinin 5 %-i həmin dialektdə danışırdı. Keçmiş Sovetlər birliyində 149
dil vardı. Əhalinin yarısı öz dilində danışırdı,
çoxu heç ruscanı bilmirdi. Vatikanın rəsmi dili latın
dilidir.
Hazırda dünya miqyasında dəyərlərin yenidən
qymətləndirilməsi, elm və texnikada paradiqmlərin dəyişməsi
müşahidə olunur. Bunun da əsas səbəbi dünyada sürətlə
gedən qloballaşmanın
həyatımızın bütün
sahələrinə sirayət
etməsidir. Başqa sözlə
desək, BMT-nin baş qərargahının
yerləşdiyi Nyu Yorkdan tutmuş Şərqin ən ucqar nöqtəsi olan Tokiyoya qədər
bütün planetimizdə
eyni və ya oxşar ssenariya
ilə təkrar olunan siyasi, mədəni, ticari və iqtisadi proseslər gedir. Hər hansı bir yenilik sürətlə bütün dünyaya yayılır və hamının gündəlik
işlətdiyi avadanlığa
çevrilir. Bu proseslərin əsl daşıyıcısı dildir.
Dildə
yeni texnologiyalar və onlardan istifadə qaydaları yaranır, özü də bu, bir
qayda olaraq ingilis dilində olur, sonra başqa
dillərə tərcümə
olunur və onlar tezliklə dünyada bütün insanların maddi və mənəvi sərvətinə çevrilir.
Bu gün artıq
texnoloji yenilikləri başqa dillərə tərcümə etməyə
etiyac da qalmır. Yeni kəşflər və ixtiralar bir dildə-ingilis dilində yaranır və bütün dünyaya yayılır.
Hətta öz müqavimət gücünə,
struktur və sistem xüsusiyyətlərinə
görə ingilis dilindən geri qalmayan, bu yaxınlara
qədər imperiyaların
və superdövlətlərin
dili olmuş rus, alman, fransız,
ispan və s. dillər də texniki təlimatların və sənədlərin
tərcüməsinə ehtiyac
duymur.
Dünya monodillilik istiqamətində
durmadan sürətlə
irəliləyir. Bu gün
mədəni olmaq istəyən, başqa xalqların nümayəndələrilə
tez və maneəsiz əlaqə yaratmaq istəyən hər kəs ingilis dilində danışmağı üstün
tutur. Dünya forumlarının və təşkilatlarının
keçirdikləri bütün
tədbirlərdə işlək
dilin ingilis dili olması arzu edilir. Bəzən etika xatirinə və ya hörmət
əlaməti olaraq
forum və simpoziumların
keçirildiyi ölkənin
dilini də işlək dil kimi göstərirlər.
Ancaq bu, elə bir
səmərə vermir.
Çünki hər hansı
bir yeni ideyanın dünya miqyasına çıxması
üçün həmin
ideyanın qlobal dildə şərh olunmasını ehtiva edir. Əks təqdirdə ideya
məhəlli sədləri
aşıb keçə
bilməz.
Dünyada qlobal dil məsələsi
iki mühüm etirazla müşayət olunur. Bir tərəfdən bu, dil imperializmi
qorxusunu yaradır.
Doğrudan da, danimark alimi R. Filipsonun yazdığı kimi, linqvistik imperializm bu gün bəşəriyyət
üçün ən
ciddi təhlükə
törədən bir məsələdir. Bu alimin özü çoxdillidir, özü
də ingilis dilinin ikinci dil kimi işləndiyi
Danimarkda yaşayır.
Lakin onun məşhur “Linqvistik imperializm” kitabı məhz İngiltərədə iki
dəfə çapdan
çıxıb (Oksford,
1992, 1993). Bu faktın özü onu göstərir ki, dili beynəlxalq dilə çevrilmiş İngiltərənin özü
belə linqvistik imperializmin geniş vüsət almasından narahatdır. İkinci etiraz
isə milli azlıqların qlobal dil siyasətinə qarşı çıxmaları
ilə bağlıdır.
Məlum olduğu kimi, Avropada Norveç, İsveç,
Danimarka, İsveçrə
və s. kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demoqrafik
vəziyyət çox
ağırdır. Bu ölkələrdə əhalinin
artımı yox dərəcəsindədir. Digər tərəfdən, bu ölkələrin gəncləri
amerikan və ingilis təsirlərinə
məruz qalaraq öz mədəniyyələrini
və dillərini unutmaq üzrədirlər.
Elə bu qayğının nəticəsi
idi ki, 1975-ci ildə Helsinki şəhərində
35 ölkənin toplandığı
Avropada Təhlükəsizlik
və Əməkdaşlıq
forumunun son sənədini
yuxarıda adlarını
çəkdiyimiz və
digər ölkələrin
nümayəndələri həmin
sənədin onların
dilində də tərtib olunmayacağı
təqdirdə onu imzalamaqdan imtina etmişdilər. Deməli, bütün Avropa
səviyyəsində baş
verə biləcək
dil qloballaşmasının
qarşısı alındı.
Qeyd edək ki, dillərin
sıxışdırılması və ləğvi planetimizin zəngin mədəni müxtəlifliyinə
ciddi zərbədir.
Monoillik monomədəniyət deməkdir.
Bu isə dünyanın
fəlakəti deməkdir.
Beynəlxalq səviyyədə qlobal
dil siyasətinə qarşı təkcə sayca az
olan millətlərin nümayəndələri mübarizə
aparmırlar. Sayca yüz milyonlarla adamların danışdığı
alman, fransız, ispan, rus və
s. dillərin təmsilçiləri
də bu mübarizəyə qoşulduqlarını
elan edirlər. Məsələn, Almaniyanın nüfuzlu
“Der Spiegel” jurnalı
2011-ci ilin 16 avqust tarixində çıxan sayında Ş.Matiasın
həyacan dolu bir məqaləsini çap etmişdi. Müəllif öz məqaləsində
alman dilinin amerikanizmlərlə və
anqlisizmlərlə dolmasından
narahatlığını bildirir
və bir misalla öz fikrini sübut etmək istəyir. O
yazır ki, 2000-ci ildə dünyada 20,1 milyon adam
alman dilini öyrənirdisə, 2005-ci ildə
bu rəqəm 16,1 milyon olub.
Oxşar vəziyyəti biz Azərbaycada
da müşahidə edirik. Əvvəllər bizim hamımızın
rus dilini bilməyimiz tələb olunurdu. Hətta rus dili ikinci ana dilimiz
elan olunmuşdu.
Müstəqilliyimiz bərpa olunandan
sonra bizdə ciddi təbəddülatlar
yarandı. Bir qisim
vətəndaşımız dini azadlıq əldə etdikdən sonra ərəb dilinə meyl elədi. Onların balaları İranda və ərəb ölkələrində dini
təhsil alaraq fars və
ərəb dilində
oxuyur və yazırlar. Bir qisim Türkiyə
türkcəsinə meyil
edir, Türkiyə mədəniyyəti dəyərlərini
və dilini təbliğ etməyə
çalışır. Etiraf edək ki, bu,
o qədər də qorxulu bir şey
deyil. Çünki bu, kökü
və keçmişi
bir olan iki qövmü vahid birliyə aparan yoldur. Burada da tam uyuşma deyil, qarşılıqlı
faydalanma əsas götürülməlidir. Üçüncü qisim vətəndaşlarımız
sovet dönəmində
olduğu kimi, rus dilinə sadiq qalaraq bu
dildə fəallıq
göstərməkdə davam
edirlər. Bunu da başa düşmək olar. Çünki cəmiyyətimiz uzun illər əsas informasiyanı rus dili vasitəsilə
əldə edib.
Hazırda da çoxları xarici dilləri bilmədiyi üçün
yeni informasiyaları yenə rus dilində
əldə edir. Dördüncü qisim isə, bunları indi yeni azərbaycanlılar adlandırırlar, ingilis dilinə meyillidir. Axırıncılar idarə olunan
dilöyrənmə sahəsində
daha müntəzəm
müdafiə olunurlar.
Nəhayət, əhalinin
daha çox hissəsi, biz deyərdik ki, az mütaliə edən qismi öz ana
dilində ünsiyyəti
üstün tutur. Beləliklə, müasir dövrdə
millətlərin qarşılıqlı
ünsiyyətində dil
faktoru mühüm rol oynayır.
Özü də dünya miqyasında xalqlararası mədəni,
iqtisadi, ticari və s. əlaqələrin inkişafında
qlobal dil problemi çox böyük aktuallıq kəsb edir.
Fəxrəddin
Veysəlli,
professor
Xalq Cəbhəsi.- 2014.- 21 noyabr.- S.14.