Azərbaycan tarixinin qədim səhifələri

 

Urmiya gölü ətrafında yerləşən Həsənli abidəsindən tapılmış qızıl cam üzərində hansı təsvir var?

 

Azərbaycan dekorativ-tətbiqi sənətində əsasən qoşa düz xətlə verilmiş "su" naxış elementi bədii tərtibatlı məmulatlar üzərində haşiyə hissələri düz xətlər vasitəsilə bir-birindən ayırır. Ara sahəni (buna bəzən "ana sahə" də deyilir) dolduran elementlərə gəldikdə isə onlar forma, məzmun etibarilə bir-birindən fərqlənsələr də, hamısı kompozisiyanın əsasını təşkil edireyni mövzuya aiddir. Kəmərin əsas süjet xəttində semantik məna daşıyan müxtəlif həndəsi simvollar da mövcuddur. Birinci haşiyədə biz qabarıq nöqtələrlə işlənmiş torpağın simvolunu görürük. İkinci haşiyə zolağında isə uzun su yolunu simvollaşdıran həndəsi element təsvir olunub. Kəmər parçasının üzərində araba təkəri modelini xatırladan - günəşi özündə simvollaşdıran təsvirlər də diqqəti cəlb edir. B.Piotrovskinin fikrincə, bu işarələrlə qədim dövrlərdə Cənubi Qafqazda günəş simvollaşdırılıb. Strabon isə apardığı tədqiqatlar əsasında yazır: "Qafqaz albanları Allah əvəzinə günəşə sitayişi üstün tutmuşlar". Günəş rəmzi olan araba təkəri formalı işarələr günəşin əbədi hərəkət inamı ilə bağlıdır.

Şərur kəmərinin ana sahə zolağı müharibə səhnəsini özündə əks etdirir. Günəşi, suyu özündə xarakterizə edən semantik naxış elementləri ilə yanaşı, kompozisiyanın ana xəttini qanadlı qrifonlar və ağzında insan başı aparan qartalın mifik obrazı təşkil edir. Dövrünə görə şirqartal təsvirləri hakimiyyət simvolu olmaqla yanaşı, özlərində şahların obrazlarını təmsil etmişlər. Qədim Anadolu türk tayfalarının mifik baxışlarına görə I çar Xattusili Xassuva torpaqları üzərində olan qələbədən sonra özünü şirlə müqayisə edib. Qrifonların qanadlı və qanadsız təsvirləri qədim Azərbaycan və Şumer incəsənəti üçün xarakterikdir. Bu mifik varlıqlar özündə güc və hakimiyyət rəmzini simvollaşdırır. Qrifonlar adətən maddi mədəniyyət nümunələri üzərində şir, qartal bədənli və ya xoruz başlı təsvir olunur. Azərbaycanın maddi mədəniyyət nümunələri üzərində olan qrifonların oxşar nümunələrinə Manna incəsənətində də təsadüf olunur.

Kompozisiyanın əsas süjet xəttinə gəldikdə isə demək olar ki, qədim dövrün sənətkarı dövrünün dəhşətli müharibə səhnəsini ustalıqla kəmərlər üzərində verə bilib. Kəmər qırığının üzərində - ana sahədə hərbi geyimdə olan iki süvari döyüşçü, bir parçalanmış insan bədəni və ölmüş at cəsədi var. Atların baş və sinə bəzəkləri onların yüksək rütbəli hərbçilərə aid olduğunu göstərir. Atlıların sol əlində dairəvi qalxan var, kürəklərindən isə ox, kaman asılıb. Ümumiyyətlə, qalxan döyüş zamanı adətən sol çiyindən və ya qoldan asılırdı.

Atlılar dinamik hərəkət formasında - qaçarkən təsvir olunublar. Atların quyruqları orta hissədən bağlanıb. İnsan bədəni yerdə başsız təsvir olunub. Bədəndən ayrılmış baş uçan qartal ağzında verilib. İnsan bədənindən arxada isə iki atın cəsədi verilib. Kompozisiyanın gedişatından göründüyü kimi, süvarilərin əlində qılınc olmalı idi, nədənsə rəssam bunu şərti olaraq veribsavaş meydanında insanın kəsilmiş başı vasitəsilə müharibənin dəhşətlərini göstərə bilib. Bu səhnəyə biz Şəki xan sarayının divarını bəzəyən miniatürlərdə də rast gəlirik.

Xaçbulaqdan əldə olunan kəmərin əsas süjet xətti də hərbi səhnə təsvirindən ibarətdir. Bu kompozisiyada yürüşdöyüşü eyni vaxtda tamaşaçıya çatdıra biləcək anlar verilib. Ornament elementlərinin haşiyə zolağı hər iki tərəfdən bir cərgədən ibarət verilib. Haşiyə zolağının qıraq hissəsi burma naxışla, mərkəzi zolaq isə iki cərgə bir-birinə keçən spirallarla işlənib. Bir-birinə keçən naxış elementləri dünya mifologiyasında əbədi hərəkəti simvollaşdırır.

E.KrupnovR.Munçayev qeyd edirlər ki, spiralvari naxış İranMesopotamiya incəsənəti üçün xarakterik deyil. Q.İsmayılov spiralvari naxışları günəş inamı ilə bağlayır. Ön Asiya incəsənət abidələrində təsvir olunan spiralhörükvari ornament zamanın sonu olmayan gedişini, günəşin, ayın, ulduzların hərəkətini göstərir və uzunömürlüyə işarədir. Ümumiyyətlə, spiralvari naxış və işarələrə, hörükvari ornamentlərə Azərbaycanın müxtəlif tarixi mərhələlərinə aid maddi mədəniyyət nümunələri üzərində çox təsadüf olunur.

Göründüyü kimi, həndəsi naxışların kəmərlər üzərində verilməsi heç də təsadüfi olmayıb, hərb yürüşü və müharibələrdə zamanın gedişatını özündə əks etdirən semantik işarələrdir.

Şübhəsiz ki, spiral, qoşa düz xətt, hörükvari naxışların hansı məna daşıdığını nəzərə alan qədim Azərbaycan sənətkarları onları əlaqəli elementlərlə birgə təsvir ediblər. Spiral naxış elementi Azərbaycanın son tunc dövrü incəsənəti nümunələri üzərində geniş yer alıb.

Xaçbulaq daş qutu qəbrindən əldə olunan təsvirlər real həyat səhnələri ilə yanaşı özündə mifik obrazları da cəmləşdirib. Kəmərin əsas süjet xətti insan, heyvaniki at qoşulmuş ikitəkərli hərbi araba təsvirindən ibarətdir. Arabanın qarşı və arxa tərəfində zirehli geyimli, başına dəbilqə qoymuş hərbi yürüş edən hərbçilər təsvir edilib. Arabanın arxa tərəfində gedən hərbçi ox atarkən təsvir olunub. İnsan təsvirlərinin hər ikisinin sol tərəfində təbərzin balta rəsmləri verilib. Bu təbərzin baltalar kəmərin üzərində müxtəlif istiqamətlərdə atılaraq təsvir olunub. Bu da öz növbəsində kompozisiyaya dinamik hərəkət gətirir. Arabadan arxada insanın ardınca dinamik hərəkət formasında addımlayan fantastik maralondan arxada aypara buynuzlu öküzlər təsviri var. Kompozisiyanın üzərindəki bütün rəsmlərin daxili nöqtələrlə döyülübsünbülvari naxışlarla qravürə olunub. Kəmərin üzərində semantik məna kəsb edən araba təkəri formalı günəş işarəsi təsviri də var. Dairənin daxilində verilmiş çərxi-fələk rəmzi Azərbaycan tayfaları və skiflər arasında çox geniş yayılmış bir işarədir. Hətta tunc dövrünə aid Sarıtəpə, Baba dərviş məbədinin divarlarında və abidədən tapılmış gil pintaderlər üzərində yalnız çərxi-fələk işarəsinə təsadüf olunur. Bu həndəsi ornament əbədiyyəti, dörd ünsürü - dünyanın dörd tərəfini: odu, suyu, torpağı, küləyi və s. özündə simvollaşdırır. Çərxi-fələk qədim dünya mifologiyasında insanantropomorf allahların modeli kimi də çıxış edir.

Kəmərin üzərində mifik obraz olan aypara buynuzlu öküzlər və buynuzun üzərində aşağı və yuxarı istiqamətlənən üçbucaqlarla verilmiş maral təsviri də var. Mifik təsəvvürlərə görə Oğuzun AyÖküzün izdivacından yarandığı göstərilir. Öküzmaral təsvirləri Azərbaycanın bədii məmulatları və petroqlifləri üzərində geniş yayılıb.

Azərbaycanın maddi mədəniyyət nümunələri arasında maral təsvirlərinə də az təsadüf olunmur. Marala sitayiş Azərbaycanda yaşayan qədim tayfalar arasında geniş yayılıb. Maral basdırılma adəti Xanlar rayonunun 148 və 150 saylı son tunc dövrünə aid qəbirlərindən məlumdur.

S.Qazıyevin fikrincə, Azərbaycanda maral adını daşıyan tayfalar yaşayıblar. Maral təsvirləri özündə müqəddəslik və nəsil artımı ideyasını simvollaşdırır. Kəmər üzərində olan maralın buynuzu şərti verilib, üzəri ucu aşağı və yuxarı üçbucaqlarla işlənib. Dünya mifologiyasında və Azərbaycan təsviri sənətində üçbucaqlar ölümü və yenidən zühur etməni özündə simvollaşdırır.

Bundan başqa kəmərin üzərində aypara buynuzlu öküz təsvirləri kəmərin ara sahəsində dinamik hərəkət formasında verilib. Azərbaycan (türk) mifoloji düşüncələrinə görə mifik obraz olan Oğuz özündə danın sökülməsini və səhərin açılmasını təmsil edib.

Öküz təsvirləri e.ə. III-I minilliklərdə qədim İranda, Orta Asiyada, Hindistanda və Azərbaycan türk tayfaları arasında Ay allahı kimi çıxış edirdi. Qədim MisirŞumer mifologiyasında öküz təsvirləri Allahın yer üzünə zühuru kimi verilirdi. Azərbaycan maddi mədəniyyət nümunələri üzərində əsasən aypara buynuzlu öküz təsvirlərinə rast gəlinir. Xaçbulaq kəməri üzərində hərbi araba təsviri verilib. Müharibələrdə silahların ən dəhşətlisi dövrünə görə döyüş arabaları sayılırdı. Kəmərin üzərində təsvir olunmuş ikitəkərli hərbi araba orta tunc dövründə yaranıb, iki döyüşçü üçün nəzərdə tutulurdu. Ona iki at qoşulurdu. Bu tip araba təsvirlərinə e.ə. XVII əsrdə Yaxın Şərqdə rast gəlinir. Bu arabalar vasitəsilə müharibələr zamanı sərkərdə və döyüşçülər bir cinahdan digərinə tez hərəkət edə bilirdilər. Azərbaycanda simvolik araba Xanlar rayonunun 150 saylı qəbrindən əldə edilib.

Cənubi Azərbaycanın Urmiya gölü ətrafında yerləşən Həsənli abidəsindən (e. ə. VIII əsrə aid) tapılmış qızıl cam üzərində də ikitəkərli üç araba təsviri diqqəti cəlb edir. Kəmərlər üzərindəki bütün təsvirlər bir-birini tamamlayaraq kompozisiyalara tabe olmaqla yanaşı, kəmərdəki estetikliyi və müharibənin törətdiyi dəhşətləri özündə əks etdirir. Bu kəmər üzərində də biz müharibənin törədə biləcəyi dəhşətləri görürük.

Kəmər üzərindəki semantik məna daşıyan həndəsi ornamentlər, kosmik səma cisimləri (günəş təsvirləri) müharibəyə gedən, döyüşən insanların ölüm-dirim, yaxud uzunömürlülük məsələsini özündə təmsil edirdi. Mifik obrazlar isə müharibə zamanı özündə güc-qüvvəti simvollaşdırmaqla yanaşı, döyüşən insanların qoruyucusu kimi allahlar şəklində ifadə olunurdu. Kəmərlər üzərində olan təsvirlərin bədii ifadəsi, ətraf mühit elementlərinin lakonik həndəsiləşdirilməsi, mifikreal obrazlardan istifadə Azərbaycanın qədim dövr təsviri sənətinin estetik prinsiplərinin əsaslarını təşkil edir.

Göründüyü kimi, e. ə. II-I minilliklərdə Azərbaycan əraziləri də yadelli hücumlara məruz qalıb. Kəmərin üzərində təsvir olunan hərbi səhnələr isə şübhəsiz ki, qələbədən xəbər verir. Sözsüz ki, bu kəmərlər müharibələrdə igidlik göstərib və qələbə çalan döyüşçülərə-sərkərdələrə məxsus olub. Əldə olunan əşyavi dəlillərə baxmayaraq təəssüf ki, Azərbaycanın qədim tarixi səhifələri hələ tam şəkildə açılmayıb, köklü araşdırılmayıb. Azərbaycanın qədim dövr hərb tarixinin və incəsənətinin öyrənilməsində bu sənət əsərlərinin böyük əhəmiyyəti var. Rəssam idrakının, onun bədii təfəkkürünün məhsulu olan bu yaradıcılıq nümunələri qədim tayfaların ideya-bədii və estetik təfəkkürünün, baş verən siyasi hadisələrin nəticəsi olmaqla yanaşı, həm də dövrünün dəyərli sənət əsərləri sayıla bilər. Aparılan araşdırmalar kəmərlərin hər ikisinin qədim Azərbaycan-türk tayfalarına məxsus olduğunu deməyə bir daha əsas verir.

 

İradə Avşarova,

tarix üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2014.- 25 noyabr.- S.14.