Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin
təminatıdır
Hər bir işləyən
vətəndaş pensiya
kapitalını özü
də izləyə bilər
Azərbaycanda pensiya islahatları uğurla davam etdirilir. Dövlət Sosial Müdafiə
Fondunun (DSMF) fəaliyyəti
şəffaflaşdırılır, elektronlaşdırılır. DSMF bu ilin əvvəlində "Sığortaolunanın
onlayn uçota alınması" adlı
elektron xidməti istifadəyə verib.
Bu xidmət vasitəsilə
sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi
prosesini elektron qaydada həyata keçirmək mümkündür.
Belə ki, indiyə qədər ilk dəfə
əmək fəaliyyətinə
başlayan vətəndaşın
sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi
üçün sığorta
edən (işəgötürən)
işçi ilə əmək müqaviləsi
bağladığı gündən
sonra, sığorta olunanın ərizəsinin
tərtibini təşkil
etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər
toplusunu siyahı ilə birlikdə, DSMF orqanına şəxsən
təqdim etməli idi. Amma artıq hər
bir sığortaedən
öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə, sığortaolunanlar
üçün sosial
sığorta şəhadətnaməsinin
rəsmiləşdirilməsi imkanına malikdir.
Elektron xidmətdən
istifadə üçün
sığortaedən www.e-gov.az internet ünvanına daxil olur, "Sığortaolunanın
onlayn uçota alınması" elektron
xidmətini seçir
və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada
göndərilmiş ərizə
DSMF orqanı tərəfindən
qəbul edilir və bu barədə
sığortaedənə elektron
təsdiqetmə bildirişi
göndərilir. Sığortaedən tərəfindən elektron
formada göndərilmiş
elektron ərizə formalarına DSMF tərəfindən
baxılır. Təqdim
edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün
fərdi şəxsi hesab açılır və onun soyadı,
adı, atasının
adı, doğulduğu
tarix, doğulduğu yer, cinsi və
sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi bir
ay ərzində rəsmiləşdirilir.
DSMF-nin uğurlu
layihələrindən biri
də elektron hesabat xidməti üzrədir. Elektron hesabat xidmətindən
istifadə qaydaları
və xüsusi proqram təminatı DSMF-nin sspf.gov.az, www.e-sspf.gov.az saytlarında
yerləşdirilib. Məcburi dövlət
sosial sığortası
üzrə hesabatların
(B1, B2) və məcburi
dövlət sığorta
haqqı üzrə sığortaolunanlar haqqında
məlumatın (B3) elektron
formada qəbulu" adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin
DSMF orqanlarında məcburi
dövlət sosial sığortası üzrə
rüblük (illik) hesabatının tərtibi
üzrə proqram təminatından istifadə,
mülkiyyətində kənd
təsərrüfatına yararlı
torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sığortası
üzrə rüblük
hesabatının tərtibi
üzrə proqram tərtibatından istifadə,
hesabatları və məlumatları DSMF orqanlarına
elektron formada təqdimetmə daxildir.
Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan
hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş
edən, mühasibatlığı
avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri,
fərdi sahibkarlıq
fəaliyyəti ilə
məşğul olan şəxslər isə
DSMF-nin yerli şöbələrində yaradılan
"Yardım masaları"nın xidmətindən
yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. "Yardım
masaları"nın fəaliyyətinin genişləndirilməsi
ilə bağlı kiçik ödəniş
edən sığorta
edənlərin elektron
hesabatlarının sayının
daha da artacağı
gözlənilir.
"Elektron hökumət"
portalının statistikasına
əsasən, Dövlət
Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə
göstərdiyi elektron
xidmətlər qısa
müddət ərzində
ən çox istifadə olunan xidmətlər sırasında
ilk yerləri tutur. Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 19-a çatdırılıb.
Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı
barədə müvafiq
məlumatlar toplanılıb.
Ötən il
ərzində DSMF-nin həm öz saytı, həm də "elektron hökumət portalı"
vasitəsilə əhaliyə
təqdim etdiyi elektron xidmətlərindən
ümumilikdə 700 minə
yaxın vətəndaş
yararlanıb.
Təsadüfi deyil ki, sosial
sığorta haqqı
ödənişlərinin və
hesabatlarının avtomatlaşdırılması
nəticəsində Azərbaycan
“Doing Business 2015” hesabatında 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət
istiqamətləri üzrə
ən yüksək göstəricidir. Ötən dövr
ərzində bütün
zəruri işlər
görülərək məcburi
dövlət sosial sığorta haqlarının
ödənişi və
hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb
ki, bu da
beynəlxalq təşkilatın
reytinq göstəricisində
öz əksini tapıb. Digər tərəfdən,
bütün bunlar sosial sığorta ödəyicilərinin
aktiv iştiraka cəlb edilməsi istiqamətində həyata
keçirilən islahat tədbirləridir. Bu gün Azərbaycanda vahid prinsiplər əsasında
fəaliyyət göstərən və ölkənin
bütün işləyən əhalisini əhatə edən,
təyin olunan pensiyaların məbləğinin sistemə
ödənilmiş və fərdi uçotu
aparılmış sosial sığorta haqlarına
bağlı olan müasir sığorta-pensiya sistemi
formalaşdırılmışdır.
Hazırda DSMF-nin fərdi uçot sistemində 2 milyon
886 mindən çox şəxs qeydiyyatdadır. Sığortaedənlər
tərəfindən ödənilən sosial sığorta
haqlarının hər bir şəxs üçün
açılmış fərdi hesabda fərdi uçotu
aparılır və təyin olunan pensiyalar bu uçot məlumatları
əsasında reallaşdırılır. Bu o deməkdir ki, hər bir şəxs öz pensiya
məbləğinin formalaşmasında birbaşa iştirak
edir. Dövlət Sosial Müdafiə
Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir
sığortaolunan özü üçün məcburi
dövlət sosial sığorta haqlarının vaxtında və
tam məbləğdə köçürülməsinə
nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən
sığortaolunan həm Dövlət Sosial Müdafə
Fondunun saytı (www.sspf.gov.az), həm də “Elektron hökumət”
portalı (www.e-gov.az) vasitəsilə “Sığortaolunanlara məlumatların
verilməsi” adlı elektron xidmətdən istifadə etməklə
onun üçün işəgötürən tərəfindən
hər ay üzrə ödənilən məcburi dövlət
sosial sığortası barədə məlumatları maneəsiz
əldə edə və illər üzrə öz pensiya
kapitalını izləyə bilər ki, bu da işləyənlərin
öz işəgötürənləri üzərində
ictimai nəzarətinin daha da güclənməsinə imkan
verir.
Fondun internet səhifəsində yaradılmış
müştəri xidmətləri sisteminə istənilən
vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə
öz pensiyasını hesablaya bilər. Həmçinin, pensiya
yaşına çatmış hər bir vətəndaşa
hər hansı sənəd toplamadan və vaxt itirmədən
Fondun 190 çagrı mərkəzinə zəng vurub,
yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi
barədə məlumat verməklə, real vaxt rejimində dərhal
pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı
yaradılıb.
DSMF əcnəbi vətəndaşlara da yüksək səviyyədə
xidmət göstərir. Bu ilin birinci rübündə Dövlət Sosial
Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində
qeydiyyata alınan əcnəbilərin sayı da 2,2% artıb. Hesabat dövründə əlavə
olaraq 377 nəfər əcnəbi vətəndaş qeydiyyata
alınıb və nəticədə 2014-cü il aprelin 1-nə olan statistikaya əsasən, fərdi
uçot sistemindəki əcnəbilərin sayı 17 475 nəfərə
yüksəlib. Dövlət sosial sığorta sistemində fərdi
şəxsi hesabı olan əcnəbilərin 89,7%-ni kişilər, 10,3%-ni isə qadınlar təşkil
edir. Ümumilikdə, 101 ölkənin vətəndaşlarını
əhatə edən əcnəbilər arasında ən
yüksək say göstəricisi Türkiyə vətəndaşları
(10 063 nəfər) üzrə müşahidə olunur.
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin
sayına görə ikinci yerdə gələn
Gürcüstan vətəndaşlarının sayı 1912 nəfərə,
üçüncü yerdə gələn Rusiya vətəndaşlarının
sayı isə 919 nəfərə çatıb. Sonrakı
yerlərdə İran (570), Hindistan (432), Çin (417),
Böyük Britaniya (257), Özbəkistan (202) Banqladeş
(190) Pakistan (158), Ukrayna (157), Almaniya (152), Filippin (135), Bosniya və
Herseqovina (131), Qazaxıstan (123), Türkmənistan (121),
İtaliya (118), ABŞ (111) və s. ölkələr qərarlaşıb.
Azərbaycanın dövlət pensiya sistemində
yığım komponentinin tətbiqi və qeyri-dövlət
pensiya fondlarının formalaşdırılması ölkəmizdə
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramının əsas vəzifələrindən biridir. Hazırda məsələ
qanunvericiliyin hazırlanması mərhələsindədir.
Bunun üçün beynəlxalq təcrübəni
nəzərə almaq və mühüm təcrübəyə
malik beynəlxalq ekspertləri dəvət etmək
üçün Avropa Birliyi ilə əməkdaşlıq
çərçivəsində "Tvinninq" layihəsi
hazırlanıb. Layihə artıq təsdiq
edilib, icraçı təşkilatlar seçilib. Həmin ölkələrdən biri Latviya, ikinci tərəfdaş
isə Almaniyadır. Layihənin həyata
keçirilməsi dövlət pensiya sistemində
yığım komponentinin tətbiqi və qeyri-dövlət
pensiya fondlarının yaradılmasının qanunvericilik əsaslarını
formalaşdıracaq.
Bu sahədə hələlik bir çox suallar da var.
İlk növbədə istər dövlət pensiya sistemində
yığım komponentinin tətbiqi, istərsə də
qeyri-dövlət pensiya fondlarının
yaradılmasının kənar amillərdən
asılılığı mövcuddur. Burada əsas
məsələ vətəndaşın fərdi hesabında
real toplanan pul vəsaitinin gələcəkdə, uzun müddətdən
sonra, onun pensiyaya çıxacağı vaxta qədər
bazar təsirləri, inflyasiya risklərindən, maliyyə
bazarının mənfi tendensiyalarından qorunmasıdır.
Ona görə də qeyd edilən komponentlərin
tətbiqi ölkədə maliyyə bazarının
inkişafını qabaqlamadan reallaşdırmaq
lazımdır.
Məsələ ilə bağlı ikinci mühüm
amilin yığım hesabları vasitələrinin hansı mənbə
hesabına formalaşmasıdır ki, bir çox ölkələrdə
bu, məcburi, digərlərində könüllü
yığım komponentləri şəklində tətbiq
olunur. Bir sözlə, bu sahədə araşdırmalar
aparılır. Yekun təkliflər DSMF, Maliyyə
Nazirliyi və s. qurumlarla yeni Pensiya İslahatı
Konsepsiyasının yeni müddəalarını təşkili
edir. Sənəd təsdiq olunandan sonra, ölkədə
yığım komponentinin tətbiqi, həm də
qeyri-dövlət pensiya fondlarının hansı əsaslarla
fəaliyyət göstərəcəyinin aydın elementləri
məlum olacaq. Məhz bu əsaslarla da
normalara uyğun olaraq "Tvinninq" layihəsi ilə
qanunvericilik formalaşdırılacaq.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2014.- 25 noyabr.- S.12.